Çexiya, Fransa və Moldiv Respublikalarının prezidentləri dövlət başçısı İlham Əliyevə təbrik məktubu ünvalayıblar.
ANS PRESS-in məlumatına görə, Fransa Respublikasının prezidenti Fransua Ollandın təbrik məktubunda deyilir:
"Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Azərbaycan xalqına sülh, tərəqqi və əmin-amanlıq arzulayıram. Aprelin 25-də Bakıya səfərim zamanı göstərilən qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm.
Son illər ölkələrimiz arasında etimad və dostluğa əsaslanan əməkdaşlığın daha da möhkəmlənməsi məni çox sevindirir. Qarşılıqlı tərəfdaşlığımızın daha da inkişaf etməsini və şaxələnməsini arzu edirəm. Mənim ölkənizə son səfərim çərçivəsində əsas prinsiplərini razılaşdırdığımız Azərbaycan-Fransız Universiteti hər iki ölkənin gənclərinə verəcəyi bəhrəyə görə çox vacibdir.
Uzun müddətdir davam edən və Qafqaz regionunun inkişafına mane olan Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli istiqamətində Minsk qrupunun həmsədri kimi Fransanın üzərinə götürdüyü öhdəliyə bundan sonra da sadiq qalacağına əmin ola bilərsiniz.
Şərq Tərəfdaşlığının Riqa Sammitində qeyd etdiyim kimi, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin hər bir tərəfdaşa qarşılıqlı hörmət əsasında davam etdirilməsinin və möhkəmləndirilməsinin tərəfdarıyam. Bu baxımdan strateji tərəfdaşlığı modernləşdirmək məqsədi daşıyan danışıqlara tez bir zamanda nail olunmasını arzu edirəm".
Çexiya Respublikasının prezidenti Miloş Zemanın məktubunda deyilir:
"Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və ölkənizin vətəndaşlarına səmimi təbriklərimi çatdırıram.
Azərbaycan Respublikası və Çexiya Respublikası arasında ikitərəfli münasibətlərin dinamik inkişafından şadam və bu müsbət tendensiyanın cari ilin sentyabr ayında mənim Bakıya rəsmi səfərimlə təsdiq olunacağına ümid edirəm.
Zati-aliləri, məsuliyyətli işinizdə Sizə müvəffəqiyyətlər diləyir və Azərbaycan xalqına əmin-amanlıq və rifah arzulayıram".
Maldiv Respublikasının prezidenti Abdulla Yamin Abdul Qəyyumun məktubunda deyilir:
"Maldiv Hökuməti, xalqı və öz adımdan Respublika Günü münasibətilə Zati-alilərinizi, Azərbaycan Hökumətini və xalqını səmimi qəlbdən salamlayır və xoş arzularımı bildirirəm.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı inkişaf arzu edirəm".
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR