Qadin.NET / Kim Çen Inın koronavirusa yoluxması yenə gündəmdədir

Kim Çen Inın koronavirusa yoluxması yenə gündəmdədir

Şimali Koreya lideri Kim Çen Inın səhhətinin pis olması barədə internetdə yenidən şayiələr dolaşır.

Qadin.Net bildirir ki, bu barədə “The Sun” xəbər verib.

Belə ki, Yaponiya kəşfiyyatının Şimali Koreya başçısının koronavirusa yoluxması ilə bağlı “bəzi məlumatlara” sahib olduğu iddia edilir.

Şimali Koreyada hələ də ölkədə heç bir yoluxma hadisəsinin qeydə alınmadığını deyirlər.

“Times” nəşrinin yazdığına görə, Şimali Koreya liderinin işləri pisləşə bilər. Ölkədəki müşahidəçilər onun ciddi xəstəliyə düçar ola biləcəyini qeyd edirlər. Digərləri onun komaya düşdüyünə və ya öldüyünə inanırlar.

İndi Pxenyanın var qüvvəsi ilə Cənubi Koreya ilə qarşıdurma yaratdığı iddia edilir. Nəşr bildirir ki, bu, əhalini Kim Çen Inın səhhətinin pis olmasından, eləcə də, ölkənin iqtisadi problemlərindən yayındırmaq üçün lazımdır.

26 iyun 2020
GO BACK