![]()
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə xalqa təbrik ünvanlayıb.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, təbrikdə deyilir:
“Bismillahir-rəhmanir-rəhim!
Əziz müsəlman qardaş və bacılar, möhtərəm həmvətənlərim!
Dünya müsəlmanlarının əziz günü - Mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirəm.
Allah dərgahında rəhmət, bərəkət və məğfirəti ilə üstün aylardan olan Ramazanın əzəmət və sevinci hədsizdir. Uca Allaha şükürlər olsun ki, Onun Rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca bütün ibadətlərini sonsuz ehtiram və səylə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə qovuşurlar. Allahdan dua edirik ki, bu bayram insanlar üçün səadət və xeyir-bərəkətlərə vəsilə olsun!
Builki Ramazan dünya üçün mürəkkəb dövrə təsadüf etdi. Bəşəriyyət xəstəlik təhlükəsi ilə mücadilə apardığı bir zamanda dünya müsəlmanları kimi İslam aləminin ayrılmaz parçası olan Azərbaycan dindarları da dünyada yayılan xəstəlik kabusunun və onun gətirdiyi çətinliklərin tezliklə aradan qalxması, Yer üzündə salamatlıq, əmin-amanlığın hökm sürməsi üçün dualar etdilər, Ramazan ayının oruc, ibadətlərini ixlas və təqva ilə yerinə yetirdilər, evlərində, ailə ocaqlarının başında böyük ümid və imanla Ramazan sevincini yaşadılar. Azərbaycan cəmiyyəti dövlət başçısının “Biz birlikdə güclüyük” şüarı ilə səfərbər oldu. Necə ki Uca Allah Müqəddəs Kitabımız Qurani-Kərimdə buyurur ki, hamılıqla Allahın nuruna möhkəm sarılın və ayrılmayın. Ən müqəddəs dəyər olan insan həyatının qorunması yönündə fövqəladə tədbirlər, vaxtında verilmiş qərarlar Allahın köməyi ilə xalqımızı ağır itkilərdən qorudu. Azərbaycan Prezidenti və Birinci vitse-prezident Mehriban xanımın ölkə vətəndaşlarına ümid və əminlik bəxş edən sosial layihələri, yardımları, səmimi ünsiyyət və müraciətləri dövlət rəhbərinin siyasi iradəsini və xalq-dövlət birliyinin gücünü bariz şəkildə nümayiş etdirir. Azərbaycan liderinin ölkə daxilində və beynəlxalq müstəvidə humanizm örnəyi Ramazanın mərhəmət ab-havası ilə həmahəng oldu. Cəmiyyətimizin mənən saflaşmasına xidmət edən dövləti əhəmiyyətli addımlar Uca Allaha xoş gedən, xalq tərəfindən təqdir olunan hallardır.
Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması və inkişafında əvəzsiz xidmətləri olmuş Ulu Öndər Heydər Əliyev qədirbilən xalqımız tərəfindən bu əziz bayram günlərində rəhmət və ehtiramla yad olunur. Azərbaycan xalqı əmindir ki, Allahın köməyilə, firavan sabahının, dinc sabit həyat və tərəqqisinin zəmanəti müstəqil Azərbaycanın siyasi, iqtisadi, mədəni-mənəvi qüdrətinin təmini üçün yorulmaz səylər göstərən Prezident İlham Əliyev həzrətlərinin qətiyyət və möhkəm iradə ilə yeritdiyi davamlı islahatlar, xalqın maddi və mənəvi rifahının daha da yaxşılaşdırılmasına yönəlik müdrik dövlət siyasətidir.
Allah-Təalanın Lütfü və Mərhəməti sayəsində Ramazan bayramını qarşılayan xalqımız, Vətənimiz, dünyanın salamatlığı, əmin-amanlığı üçün dualar edirik. Uca Yaradanın rizası yolunda xeyirxahlığı təcəssüm etdirən bu bayram günlərində dünyada yayılan xəstəlik kabusunun və onun gətirdiyi iqtisadi çətinliklərin tezliklə aradan qalxmasını, xəstələrin şəfa tapmasını, dünyasını dəyişənlərin rəhmətə qovuşmasını diləyirik. İnşallah, işğal altında olan torpaqlarımızı azad etməyi, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da möhkəmlənməsini Allah bizlərə nəsib etsin! Allah müstəqilliyimiz, dövlətçiliyimiz uğrunda cəmi şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun! Savab, ülfət ayı olan Ramazan bəşər övladına səbr, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Bu ülvi bayram günündə qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilməsi müstəhəb əməllərdəndir.
Bir daha əziz bayram – Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımı yetirirəm. Allah-Təala bütün dua və ibadətlərimizi qəbul etsin, hər zaman yardımçımız olsun! Allah orucumuzun əcri olaraq Öz Lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, xalqımıza salamatlıq, hər bir ailəyə rifah bəxş etsin! Uca Rəbbimiz müstəqilliyimizi əbədi, dövlətimizi, dövlət rəhbərimizi müzəffər qərar versin! Allah Azərbaycan xalqını qorusun! AMIN!”
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Can Yamanın yeni serialı məhkəməlik oldu-SƏBƏB
Bağçalar nə vaxt açılacaq? - AÇIQLAMA
Elektron ödəmə populyarlaşır
Formada olmaq nə deməkdir?
"Azərbaycanfilm"də Bədii Şura yaradıldı
Məşhur ulduzun qızı GÜNDƏMDƏDİR-FOTO
"Facebook"da status oğurlamaq cinayətdir? - Sosial şəbəkələrdə müəllif hüququ
Kəs və yapışdır-2
Azərbaycan 53 medal qazandı
İş yerində hədiyyələr: nə olar, nə olmaz?
Bezdirən reklam SMS-lərinin sonu çatdı?
Koronavirus yeni yolla yoluxa bilər
Düşmən mülki əhalini hədəfə aldı: Tərtərin kəndi atəşə tutuldu - FOTO
Türkiyədə uçan kömür şaxtasından 9 nəfər çıxarıldı
Qadınların hislərini ələ verən 9 vəziyyət
Günün ulduz falı
Çiyələkli maffinlər(Foto resept)
Narahat idiniz? Facebook qaydaları dəyişir
Kraliçanı saraydan köçürürlər-SƏBƏB
Hamiləlik zamanı nədən uzaq durmaq lazımdır?
Əliyev məşəli alovlandırdı
Putin ermənilərə "hə" dedi
Seda Sayanın saatlı ayaqqabısı qalmaqal oldu-FOTO
Azərbaycanda bəzi ərzaq məhsulları bahalaşdı
Azərbaycanda karantin rejimi yumşaldılır - RƏSMİ + VİDEO
Argentinada "Azərbaycanı kəşf et" adlı tədbir keçirilib
Həftənin ilk iş gününün havası
Yapon geyşalarının sirri
Azərbaycanda koronavirusa 1202 nəfər yoluxdu, 18 nəfər vəfat edib
Ronaldunun 10 milyonluq avtomobili - FOTO
Uşağa məktəbi necə sevdirməli?
Son 15 ilin ən aşağı tempraturlau iyun ayı
DiKaprio Azərbaycanda sevilən müğənnini lağa qoydu
Əhaliyə ŞAD XƏBƏR: Mağazalar açıldı, amma gigiyena şərtləri... - FOTO
Məşhur model sistemdən sonra öldü-SƏBƏB
Göz yaşı
Artritə qarşı... fırça
Ermənistan ordusunda qiyam baş verib
Açıq beyin əməliyyatı zamanı Xəstə Skripka Çaldı - VİDEO
Bazar günü yağış yağacaq
Pendirli-şokoladlı tort (foto resept)
Artur Rasizadənin oxşarı tapıldı
Dünyada ilk dəfə çap evlər tikiləcək-FOTO
amfAR Kan Qala 2019
Meyvə-tərəvəzin qiyməti niyə qalxıb?
Qarabağ"ın matçı canlı yayımlanmaya bilər
HAVA necə olacaq?-12 yanvar
Cardi B-yə nə olub?-FOTO
Baş ağrısından dərmansız qurtulmağın SADƏ YOLU
Ali məktəblərə qəbul olanların qeydiyyatı bu gün başa çatır














