“Bizim böhran idarəetmə ilə bağlı kifayət qədər təcrübəmiz var. Digər tərəfdən, neftin qiymətinin yuxarı olduğu dövrlərdə strateji valyuta ehtiyatlarımız artırılıb. Bu gün təxminən 10 milyard dollar artım var. Bu, bizə belə situasiyalara təsir etmək üçün vasitələrə və alətlərə malik olmaq imkanı verir. Bu hadisələrdə şok xaricdən gəlir. Yəni, Azərbaycanda gedən iqtisadi, sosial və siyasi proseslərdən qaynaqlanmır”.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirədə deyib.
Onun sözlərinə görə, dünya bazarında neftin qiymətinin qısa müddətdə kəskin aşağı düşməsi Azərbaycanın nə ticarət, nə də tədiyə balanslarına əhəmiyyətli təsir etməyib.
Baş Nazirin “Xarici valyuta satışı ilə bağlı hər hansı məhdudiyyətlər tətbiq olunurmu” və “Mənfi təsirləri neytrallaşdırmaq üçün hansı imkanlar var” suallarına cavab verən Elman Rüstəmov qeyd edib ki, bu cür hallarda valyuta hərraclarında, bazarda valyutaya ehtiyac artır. Bu tələbatı ödəmək üçün Mərkəzi Bank martın 10-da hərrac keçirib:
“Bu gün isə növbədənkənar hərrac keçirildi. Hər iki hərracda bazarın bütün tələbatını tam şəkildə ödədik. Həmçinin ölkəyə əvvəlcədən kifayət qədər nağd valyuta gətirilib və bankların nağd və qeyri-nağd valyutaya olan bütün tələbatları tam ödənilib. Eyni zamanda, tətbiq olunan bank rejimində də heç bir dəyişiklik edilməyib. Bankdaxili konvertasiya və ya bankların imkanları daxilində fiziki və hüquqi şəxslərin depozitlərinin konvertasiyası üçün heç bir məhdudiyyət yoxdur.
Bunlara baxmayaraq, biz banklarda növbələr müşahidə edirik. Qərara alınıb ki, bankların gündəlik iş rejimi bir saat uzadılsın. Əlavə olaraq, Mərkəzi Bank və maliyyə-bank sektoru birlikdə həm şənbə, həm də bazar günləri adi iş rejimində fəaliyyət göstərəcəklər. Ona görə də vətəndaşlarımız bu imkanlardan istifadə edərək istirahət günlərində də valyutadəyişmə məntəqələrində öz vəsaitlərini dəyişdirə bilərlər. Digər tərəfdən, hökumətin tapşırığı ilə biz bayram günlərində də iş rejimimizi planlaşdıracağıq və əgər lazım gələrsə, Mərkəzi Bank və bank sektoru fəaliyyət göstərəcəkdir”
XƏBƏR LENTİ
HAVA Xəbərdarlığı!-18 dekabr
Ceki Çan bu şəxsə 1 milyon verəcək-SƏBƏB
Filipp Kirkorov Ayselə dəstək üçün Lissabona yollanıb-FOTO
Azərbaycana ən çox turist MDB ölkələrindən gəlir
2016-cı ilin gəlinlik modelləri
Onlar lobbiçiliyə pulu sel kimi ayırır
İndi də hədəfdə "Azerbaijani breakfast"dir
Sentyabr ayında yeyilməli qidalar
İmmuniteti gücləndirən içkilər
"Eurovison"da Azərbaycanı Çingiz təmsil edəcək!
Rəngli şüşələr
Xəyallarınızdakı insanı tapmağın 3 yolu
Başqa ölkələrdə sizi utandıracaq davranışlar
Yer kürəsinin ən yaşlı sakini 112-ci ad gününü qeyd edir
Parisdə otel kitabxana
Sabah Bakı və Abşeronun bir sıra ərazilərində qaz təminatında fasilələr olacaq
Bədəninizi canlandıran qidalar
Ramazanla bağlı fətva verildi
2018-ci ilin ayaqqabı dəbi
Binalar arasındakı məsafə qısaldıldı
Sevgi ürəklə bağlı məsələ deyilmiş.
Ağıllı robot Azərbaycan milli geyimini geyinəcək
Sabah havanın temperaturu 32 dərəcə olacaq
Qalkinin dəhşətli xəstəliyi üzə çıxdı
Gökçe Bahadır gözəlliyi ilə heyran etdi-FOTO
Azərbaycanlı uşaqlara sürpriz
Koronavirus xəstəsindən ŞOK Addım-FOTO
Hindistanda koronavirusa qarşı üç peyvənd sınaqdan keçirilir
Braziliya Senatı prezidentin impiçmenti məsələsinə avqustda baxacaq
Məktəb bufetlərində bu ərzaqların satışı qadağan olundu - SİYAHI
Beyons yeni imicdə- FOTO
COVID-19 mövsümi xəstəliyə çevrilə bilər
Çou Yun-Fat 722 milyon dollar bağışladı
İki məşhur sevgilidir-FOTO
Nazirlərimiz necə NAZ-lı olacaq?
Beren Saatın təbriki gündəm oldu
Azərbaycanda ən bahalı dövlət nömrə nişanı neçəyədir?
Ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar Türkiyədə tədbirlər keçirilib
Mərvə 1 milyona ev aldı-FOTO
Hava haqqında
Gözəllik daşı-Kvars
Birinci Avropa Oyunlarında XI gün
Azərbaycan ordusu cəbhənin Xocavənd istiqamətində üstünlüyünü artırır - RƏSMİ
Zukerberq öz xeyriyyə fonduna daha 95 milyon dollar köçürdü
Həkimlərin səhvi 2 yaşlı uşağı sonsuz etdi-FOTO
Roma Papası Ermənistanda
Daha bir bank bağlandı
Sürücüsüz avtobuslar gəlir - İLK SINAQ keçirildi - FOTO
Avropada terror riskinə görə ölkələrin REYTİNQİ - SİYAHI
İnsan bədəninə ziyan vuran ayaqqabılar














