Xərclərə qənaət etməyin ən yaxşı yolu gözlənilməyən əlavə risklərdən sığortalamaqdır. Ziyan dəymə riskinin daha çox olduğu avtomobil sığortası bu mənada birinci yerdə gəlir.
Nəzərə alsaq ki, ölkəmizdə əhali arasında da bu sığorta növü daha çox tanınır, o zaman çoxlarını maraqlandıran bu suala cavab tapmaq yerinə düşər: Azərbaycanda avtomobili sığortalamaq neçəyə başa gəlir?
Qadin.Net bildirir ki, Fins.az məsələ ilə bağlı Azərbaycan sığorta bazarında qiymətləri və şərtləri araşdırıb. Şirkətlərdən verilən məlumata görə, avtomobilin istehsal tarixindən, bazar qiymətindən, azadolma məbləğindən, sürücülük təcrübəsindən və bir sıra amillərdən asılı olaraq sığorta haqqı arta və ya azala bilir. Ona görə də, bazar qiyməti 11 min manat olan avtomobil misalı üzərində qiymətlər müəyyən edilib.
Sığorta bazarında bəzi şirkətlər 2006-cı ildən aşağı olan avtomobilləri sığortalamırlar. Əksər şirkətlər isə istehsal tarixi 2008-ci ildən yuxarı olan avtomobilləri sığortalamağa razılıq verirlər.
Sığorta eksperti İlkin İbrahimov deyir ki, Azərbaycanda avtomobillərin sığortalanması qaydası, dünyada tətbiq olunan “kasko-könüllü” qaydada həyata keçirilir. Sığortalanma zamanı sığorta haqqı avtomobilin ilindən asılı olaraq qiymətinin 2.5-3% nisbətində müəyyən edilir:
“Lakin elə könüllü sığorta növləri vardır ki, burada sığorta haqqı 15%-ə qədərdir (10% sığorta haqqı + 5%-ə qədər də azadolma) Bura əlavə olaraq şərtsiz azadolma (sığorta şirkətləri tərəfindən bu məbləğə qədər olan hissə hər hadisə zamanı çıxılır) məbləğini də əlavə etdikdə sığorta haqqı kifayət qədər yüksəlir”.
Ümumiyyətlə, icbari sığortalar sosial xarakterli olduğundan və hər kəsin əlçatanlığı təmin edildiyindən bu növ sığorta daha sərfəlidir. Hazırda ölkəmizdə kasko sığorta növü üzrə ən çox istifadə edilən məhsullar müəyyən olunmuş məbləğin il ərzində istifadəsi qədər təminatın verilməsidir. Məsələn, könüllü növ üzrə 550 manat ödəyib, 5500 manatlıq müqavilə bağlayırıq. Bu müqavilə müddətində sığorta şirkəti sığortalı il ərzində 5500 min manatlıq sığorta kompensasiyası ödəməyi öz öhdəsinə götürür.
Bura hər hadisə üzrə 150-200 manatlıq azadolmanı da gəlsək, bu sığorta haqqının kifayət qədər baha olmasını görərik. Lakin icbari sığortada verilmiş təminat hər hadisə üçün il ərzində baş verən hadisələr nəzərdə tutulur. Misal üçün, 5000 manatlıq təminat azadolma istifadə edilmədən il ərzində hər hadisə üçün maksimal ödəniş nəzərdə tutulur
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İstehsal tarixindəki səhvlər
Azər Türk Bankın müştəriləri banka gəlmədən ödəniş edəcəklər
Koronavirus beyini belə məhv edir - ARAŞDIRMA
Cəbhədən yeni xəbər var
Ölkədə yağmursuz hava olacaq
Qırmızı rəngin fərqli tonları geyimlərdə
Hava haqqında
Nazirlikdən tədris ilinin başlama tarixi ilə bağlı AÇIQLAMA
Köhnə evi üçün darıxan it bir ştatdan digərinə qaçdı - VİDEO
"4 arvad almaq Azərbaycanda qəbul olunmur"
Hava şarı formasında iki ayağı olan robot düzəldildi - FOTO
Qadının dodaqları çürüdü-SƏBƏB/FOTO
Sürücüsüz avtobuslar xəttə buraxıldı-FOTO
Şokolad souslu rulet (foto-resept)
Qat-qat salat (foto resept)
YouTube-da YENİLİK!
Bütün dünya müsəlman olacaq?
Yaddaş bəlası: gözümü yummaq, onu unutmaq istəyirəm
MTRŞ radiolarla bağlı açıqlama verdi
İlham Əliyev: “Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı”
2015-ci ilin avtomobili
Kompüterdə izləri necə silməli?
İngiliscə lazımlı frazeoloji birləşmələr (I hissə)
Yaponların uzun ömür sirri
İş yerlərini dəyişmək istəyən müəllimlər üçün bir ilk
Yeməkdən sonra 7 təhlükəli vərdiş
2013-2014-cü il çanta modelləri
Hücum etmək istəyən düşmənin qarşısı alındı: İtki verən işğalçılar geri çəkildi - RƏSMİ
Azərbaycanlı qadın Rusiyada deputatlığa namizəd oldu
Körpənin ilk anları
Bacarıqlı xanımların günü
Uşaqlar niyə ərköyün olur?
Gəncədə möhtəşəm fləşmob keçirildi
Ana və qızları
Bilmədiyimizi öyrənək!
AFFA cəzaları açıqladı
Ağız qoxusunun qarşısını alan üsullar
Mehriban Əliyevadan işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım
Dəhşətli proqnoz düz çıxacaq?
Günəşdə qəfil qasırğa
Rusiya səfiri: "Düşünmürəm ki, Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxarsın"
Dəmir çatışmazlığının səbəbləri
Dünyada hər gün 17 min uşaq ölür
İrina Şeyk uzun müddətdən bəri ilk dəfə paparassinin obyektivinə düşdü - FOTO
"Survivor" iştirakçılarından Azərbaycan şəhidləri ilə bağlı video
Saç tipinə görə daraq seçimi
Həkimlərə müjdə - maaşları artırıldı!
Ev təmizliyi ilə bağlı tövsiyələr
Keçibuynuzunun faydaları
Düşməndən növbəti TƏXRİBAT - Cəbhədə nə baş verir?














