VI-VII əsrlərdə Ərəbistan yarımadası ərazisində təqribən dörd milyon oturaq, üç milyon köçəri ərəb yaşamışdır. Lap qədimdən onlar iki böyük etnik qrupa bölünmüşlər: erkən orta əsrlərdə himyərilər adlandırılan cənublular və yarımadanın qalan hissələrində yaşayan b.e.ə. VII əsrdən ərəb adlandırılan köçərilər. Hər iki etnik qrup sami-hami dilləri ailəsinə daxil olan eyniköklü dillərdə danışmalarına baxmayaraq bir-birini çətinliklə başa düşür və buna görə də özlərini müxtəlif xalqlar hesab edirdilər.
Onların həyat tərzində öz əksini tapmış fərq isə cənub və şimal ərəbləri arasındakı təzadı daha da dərinləşdirirdi. Onu da deməliyik ki, cahilliyyə (nadanlıq) adlandırılan islama qədərki dövr ərəblərinin həyat və məişəti haqqında əsas mənbə kimi qiymətləndirilən qədim ərəb poeziyası nümunələrində də Ərəbistan sakinlərinin özlərini ərəb adlandırmasına dair elə bir məlumat yoxdur.
Ətraf qonşularının “ərəb” adlandırdıqları Ərəbistan sakinləri bir xalq kimi yalnız VII əsrin I yarısında İslam bayrağı altında birləşə bilmişdir.
Onu da qeyd edək ki, “ərəb” sözü əvvəllər etnik mənsubiyyəti bildirməmiş, yalnız “quraqlıq, xam torpaq” və onun sakinlərinə işarə kimi işlənmişdir. Sonralar bu sözün məna dairəsi genişlənmiş, “ərəb”, “Ərəbistan”, “ərəb dili” terminləri meydana çıxmış və nəhayət “ərəb” sözü böyük bir xalqın adının ifadəçisinə çevrilmişdir.
Dilimizin, dinimizin, mədəniyyətimizin formalaşmasında müəyyən təsiri olmuş ərəb mədəniyyəti Azərbaycan alimlərini həmişə maraqlandırmışdır.
Ərəb mədəniyyətinin formalaşması əsasən VII əsrə təsadüf edir. Bu dövr tarixdə İslam dininin meydana çıxdığı və ərəb istilaları nəticəsində Xilafət kimi böyük dövlətin yaranması ilə xarakterizə olunur. Xilafətə daxil olan xalqların mədəniyyətində ümumi formaların bərqərar olmasına həm dövlət, siyasət, həm də din, bəzi yerlərdə isə dil birliyi geniş imkan yaratdı. Ərəb mədəniyyətinin inkişafında İslamı qəbul etsələr də, milli müstəqilliklərini saxlayaraq sonradan dövlət müstəqilliyini də qazanmış xalqların-Orta Asiyanın, İranın və Qafqaz xalqlarının da mühüm rolu olmuşdur.
Ərəblər ərəb mədəniyyətini islam dini, ərəb dili və bədəvi poeziyası ənənələri ilə daha da inkişaf etdirdilər.
VII əsrin sonundan VIII əsrin ortalarına qədər Əməvilərin paytaxtı Dəməşqlə bərabər Ərəbistanda Məkkə, Mədinə, İraq ərazisində Kufə və Bəsrə şəhərləri ərəb mədəniyyət mərkəzləri olmuşdur. 750-ci ildə Abbasilər xilafətinin yaranması ilə ərəb mədəniyyəti mərkəzi Suriyadan İraqa-Bağdad şəhərinə keçmişdir. Bu şəhərdə üç əsr müsəlman Şərqi mədəniyyətinin görkəmli nümayəndələri bir-birini
əvəzləyərək fəaliyyət göstərmişlər.
Ərəb mədəniyyətinin daha da tərəqqi etdiyi dövr IX-X əsrlərdir. Belə ki, bu dövrdə bir çox elmlər, o cümlədən, fəlsəfə, təbabət, fizika, riyaziyyat, astronomiya, coğrafiya, tarix və s. inkişaf etmişdir. Yaradılan gözəl abidələr maddi mədəniyyət xəzinəsini daha da zənginləşdirirdi.
X əsrin ortalarında Abbasilər xilafətinin parçalanması və onun ərazisində müstəqil dövlətlərin yaranması ərəb mədəniyyətinin əhatə
dairəsini, dünya mədəniyyətinin inkişafındakı rolunu getdikcə azaldır. Belə ki, hələ VIII əsrdə Xilafətdən ayrılmış müsəlman İspaniyasında ayrıca ərəb-ispan mədəniyyəti, IX əsrin sonlarında xilafətin şəhər əyalətlərində İran mədəniyyəti və intibahı
formalaşmağa başlayır. Fars dili getdikcə daha çox öz əhatə dairəsini genişləndirərək, öncə ədəbiyyat və poeziya sahəsində, sonralar isə digər elm sahələrində də ərəb dilini sıradan çıxarır. Ancaq ərəb dili Quran dili, dini-hüquq və bəzi təbiətşünaslıq elmlərində, fəlsəfədə hələ də öz əhəmiyyətini saxlayırdı.
VIII-X əsrlər ərəb mədəniyyətinin dünya mədəniyyəti tarixindəki yerini onu yaradanların dünyanın və insanın elmi-dini və bədii cəhətdən dərk olunması və yeni metodlar kəşf etməsi ilə müəyyənləşirdi. Sonralar ərəb mədəniyyəti nümayəndələrinin təşəbbüsü ilə bu irsin sistemləşdirilməsi və daha ətraflı tədqiqi başlandı.
Ərəb mədəniyyətində elmi və bədii ənənələrin inkişafına baxmayaraq, XIII əsrin II yarısında epiqonçuluq geniş yayılmağa başlandı. Bəzi təşəbbüslər göstərilsə də, bu, ümumi mənəvi durğunluğa və bir sıra müsəlman ölkələrində - XIV-XV əsrlərdə İran və Orta Asiyada, XVI əsrdə Osmanlı Türkiyəsində və Avropada ərəb mədəniyyətinin inkişafının mədəni yüksəlişin sürətindən getdikcə geri qalmasına təsir edə bilmədi.
Ərəb-ispan mədəniyyətinin tərəqqi dövrü X-XV əsrlərdir. Bu mədəniyyətin mərkəzləri Kordova, Sevilya, Malağa və Qranada şəhərləri idi. Təbiətşünaslıq elmləri sahəsində böyük nailiyyətlər əldə edilmişdi. İbn Rüşdün əsərlərində ərəb fəlsəfəsinin mütərəqqi qolu inkişaf etdirilirdi. Bu dövrdə poeziya və ədəbiyyatda sonralar ərəb mədəniyyətinə daxil edilmiş əvəzsiz nümunələr yaradıldı. Maddi mədəniyyətdə İspaniya, Mavritaniya memarlığı və tətbiqi sənəti şöhrət qazandı.
İbn Xəldunun ictimai inkişafa dair tarixi-fəlsəfi nəzəriyyəsi ərəb mədəniyyətinin böyük müvəffəqiyyəti idi.
Sədaqət Məmmədova
XƏBƏR LENTİ
Şokoladlı truffle (foto resept)
Uşaq geyimləri
Otaq yoldaşınızla aydınlaşdırmalı olduğunuz mövzular
O neçə gündür ana olub?
DÇ-2014.Püşkatama
Nazirlik xəbərdarlıq edir: Endirimli mallar alarkən diqqətli olun!
Facebook harada daha populyardır?
Yulaflı peçenye (foto resept)
Viktoriya Devid Bekhemdən danışdı-FOTO
Ronaldo Yeni İmicdə-FOTO
Türkiyədə zəlzələ əhalini təşvişə saldı
Dəfələrlə istifadə edilə bilən kağız icad olundu
Nəqliyyatdakı ağıllı kartlar neçə avtobusda işləyəcək?
Alimlər yeni tapılan həşərata Ledi Qaqanın adını verdilər-FOTO
Azərbaycanın çövkən oyunu UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salındı
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Uşaq otaqları üçün xalça modelləri
Sobada yumurtalı ispanak (foto-resept)
"Mançini "Yuventus"a öz gücünü göstərmək istəyəcək"
Qadına hər yaşda lazım olan vitaminlər
Kəlbəcər rayonunun Allıkənd kəndindən görüntülər – VİDEO
Düzgün duruş üçün nə etməliyik?
Handenin FOTOsunu 1 milyondan çox adam bəyəndi
Günəş şüalarının qarşısını alan maskalar
İspan dili (xüsusi dərs)
Günün ulduz falı - 22.02.2014
Paşinyanın “sağ əli” məhv edilib
Metronun fəaliyyəti bərpa edilə bilər: SMS icazə ləğv ediləcək? - AÇIQLAMA
Uitni Hyuston haqqında bioqrafik film çəkilir
Uşağınız astma xəstəliyinə tutulubsa...
50 ildən sonra azad edilən fil göz yaşı tökdü
Kira Naytli qızına "Disney" cizgifilmlərini qadağan etdi-SƏBƏB
Cennifer bu dəfə də hamını özünə heyran qoydu - FOTO
Qız qalasındakı çılpaq kişi ilə bağlı açıqlama
Qışda dondurmanın faydaları - Ekspert rəyi
Qorunan qala-İnsan bədəni
ÜST-dən məyusedici peyvənd açıqlaması
"Azərbaycanda qripə yoluxma halları artıb"
İranda zəlzələ oldu
Kate Middleton gözəlliyi ilə hər kəsin diqqətini çəkdi-FOTO
Qısaboylu insanların qarşılaşdığı problemlər
23 yaşında aldığı qəsri təzələdi - FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Milyarderlərin yeni siyahısı AÇIQLANDI
Prezidentin köməkçisindən məktəblərin fəaliyyətinin bərpası ilə bağlı VACİB AÇIQLAMA
Dünya çempionatının təqvimi
Son günlərdə ən məşhur modellər
Azərbaycanlıların tanımadığı ev heyvanı (FOTO, VIDEO)
İsmayıllıda bir sinfin beş şagirdi 600-dən yuxarı bal yığdı
Gəlin-qaynana mübahisəsində günah kimdədir?
- ŞƏRHLƏR