Keçən əsrdə Britami monastırında monaxlar ev heyvanları üçün musiqi parçalarından istifadə edirdilər. Onlar müşahidə etdilər ki, Motsartın serenadalarını dinləyəndən sonra inəklərin südü 2 dəfə artdı. Yaponlar araşdırdılar ki, çörək bişirmə sexlərində Motsart musiqisi ifa olunanda xəmir 10 dəfə tez hazır vəziyyətə gəlir. Ən yaxşı düyü içkisi Motsart musiqisinə "qulaq asan" dənlərdən alınır. Kanadada iri yol ayrıcılarında və prospektlərdə Motsart musiqisi səsləndirilir və bu, qəzaların sayının dəfələrlə azalması üçün edilir.
Hormonik musiqi - bu ən gözəl psixoterapiyadır. İnsan yatan zaman lirik və ahəngli musiqi dinləyərsə, o bütün gecə rahat yatar və gözəl yuxular görər. İş görüşmələri zamanı musiqi gərginliyin azanmasına səbəb olur. Qadın uşaq əmizdirən zaman sevimli musiqilərinə qulaq asarsa, onun südü artar. Rahatlanmaq və keyləşməni uzatmaq məqsədi ilə stomotoloji kabinetlərdə musiqidən istifadə olunur. Bu məqsəd üçün istifadə olunan musiqilər xoş, həzin və sakitləşdirici olmalıdır.
Həkim resep yazır: Mosart musiqisi
Bu fantastika deyil, həqiqətdir. Bir çox inkişaf etmiş ölkələrdə, o cümlədən Amerika və Çində bir çox həkim belə resep yazır.
Çində və Yaponiyada "Qidalanma", "Yuxusuzluq", "Miqren" və s. adlı kifayət qədər musiqi albomları satışda var. Bundan əlavə “Qaraciyər”, “Ağciyər”, “Ürək” adlı albomların satışı da mövcuddur.
Çinlilər belə musiqiləri həblər və ya bitki çayları kimi istifadə edirlər. Amerikan dietoloq və narkoloqları satışa arıqlamaq, tütün və alkoqoldan azad olmaq üçün musiqi diskləri çıxardıblar.
ABŞ-ın Arizona ştatında Musiqi Terapiyası İnstitutunda başında keçəlləşmə gedən insanları təcrübədən keçirirlər.
Hindisatanda xalq mahnılarından xəstəxanalarda profilaktika məqsədi ilə ifa edirlər. Mədrəsələrində isə xüsusi qrup açılıb ki, burada da musiqi terapevtləri təhsil alır. Bir neçə psixoloji xəstəliklər və hipertoniya əleyhinə musiqilər artıq məlumdur. Bunların üzərində xalq təbabəti ciddi işləyir.
Musiqinin xəstə tərəfindən ifası da gözəl nəticələr verir. Belə ki, xəstələr mahnını özü ifa edərək xoş emosiyalar yaşayır və yaxşı şeyləri xatırlayır.
Musiqi ilə müalicə necə aparılır?
Effektli musiqi terapiyası zamanı musiqinin dinlənilməsi xüsusi qaydalar əsasında insanın fiziologiyası bütünlüklə nəzərə alınaraq aparılır. Onlardan ən vacibliləri:
- İlk olaraq ifaçı və ifa haqqında məlumat əldə edin,
- Rahatlanın,
- Düzgün mövqe seçin,
- Musiqinin gücünün və ucalığını ehtiyatla tənzimləmək lazımdır. Musiqinin hündür səsi sinir sisteminə yorucu təsir edin. Musiqi terapiyası qısa olmalıdır ki, bu, beynə yorucu təsir etməsin,
- Müalicə üçün seçilmiş musiqini dinlədikdən sonra bir müddət istirahət edin,
- Məlumdur ki, yaddaş yuxu vaxtı da aktiv olur. Ona görə də musiqi terapiyasını yuxu vaxtı da aparmaq olar. Musiqinin terapevtik məqsədlə yuxu zamanı istifadəsi uşaqlara, psixiatriyada isə psixi narahat və həyəcanlı şəxslərə məsləhət görülür.
- Musiqi seçimində ciddi fikirləşmək lazımdır. Bu iş göründüyündən də xeyli mürəkkəb prosesdir.
Musiqili resept
Alimlərin apardığı tədqiqat və eksprimentlərlə belə qənaətə gəlinib ki, bəzi musiqilər güclü terapevtik təsirə malikdir.
Spirtli içki aludəçiləri, siqaret çəkənlər, özünə qapananlar Şubert "Ave Mariya", Bethoven "Ay sonatası", Sen-Sans "Qu quşu", Siviridov "Çovğun" əsərləri ilə müalicə olunurlar.
Nevrozlar və tez qıcıqlananlara Çaykovski, Paxmutov, Tariverdiyevin canlandırıcı musiqiləri yaxşı təsir göstərir. Stress atmaq, diqqəti cəmləmək üçün Şubert, Şuman, Çaykovski, Listanın romantik musiqiləri faydalıdır. Əhvalı yüksəltmək, depressiyadan xilas olmaq üçün caz, blyuz, soul, kalipso və rekke kimi öz başlanğıcını Afrika musiqilərindən götürən melodiyalardan istifadə olunur. Baş ağrısını Oqinskinin məşhur "Polonez"-i götürür. Qriqin "Per Qyunt" suitası yuxunu və beynin işini normallaşdırır. Uşaqlarda zehni inkişafa Motsart musiqiləri güclü təsir göstərir.
Təbiətin ironiyası
Bir çox alimlər lazer vastəsi ilə musiqi enerjisini yazaraq hüceyrələrə köçürmək və xəstəlikləri bu şəkildə müalicə etmək istəyirlər. Ona görə ki, musiqi bir çox xəstəlikləri müalicə edir. Bu çoxdan məlum olan bir gerçəklik olsa da, heç kəs uşaq ağlamağına qulaq asaraq xəstəliyini müalicə etmək haqqında düşünməyib. Çox zaman uşaqları videoya sakit vəziyyətdə lentə alırlar. Nadir hallarda ağlayan uşaq kadrlarına baxılır. Amma çox nahaq! Uşaq ağlamağı ilə müalicənin mahiyyəti ondan ibarətdir ki, uşağın doğuşu ilə onun ağlamağı anaya sanki siqnal ötürür. Bu səs anada analıq hisslərini formalaşdırır və uşağı və özünü qoruma instinkti yaradır. Uşaq qışqırığı insan psixikasına və yaddaşına təsir göstərən təkrarolunmaz koddur və bu, güclü sağaldıcı effekt verir. Yatan zaman uşaq qışqırığı olan lent yazısını dinləmək yaddaşı yaxşılaşdırır.
Bu üsul vasitəsi ilə şiş xəstəlikləri xaric digər bir çox xəstəlikləri, ən əsası da psixoloji xəstəlikəri müalicə edirlər. Sürü halında yaşayan bir çox heyvan məhz ağlamağı (qışqırığı) sayəsində digər balalardan özününkünü tanıya bilirlər. Xəstəlikdən əldən düşmüş adam, qocalığın zəifliyini hiss edənlər uşaq səsi, ağlamağı olan lent yazısını dinləyərsə, bu, onlarda yaşamaq həvəsi, yenidən ayağa durmaq eşqi yaradacaq və tədricən bu hiss bütün orqanizmi əhatə edəcək və sanki daxildən yenidən cavanlıq gücü canlanacaq. Uşağın ağlama səsini o doğulduğu gündən kaprizləri üçün ağladığı müddətədək yazmaq lazımdır. Doğma və qohum uşağın ağlamaq səsləri maksimal effekt verir. Yad uşaq səsi də müsbət təsirə malikdir.
XƏBƏR LENTİ
Makiyaj məhsullarını daha səmərəli istifadə etməyin yolları
Çinlilərin gözü qıyıq olmağının səbəbləri
Bulvarda 15 gün "Lazer şou" olacaq
Toy xəbəri yalan çıxdı
Xərçəngi məhv edən lazer hazırlandı
Yunan salatı (foto resept)
2015-ci il dəbli çantaları
Müasir dizaynlı vanna otaqları
İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi
Manat ajoitajına düşənlər, "qiyamət" hələ qabaqdadır!
Mənim əl işlərim
Bakıda şaxtalı havalara son
Test ləğvində köhnə nazirdən təzəyə dəstək
BÜRCLƏR bizə nə vəd edir?-29 Yanvar
Leyla Əliyevadan qızına ad günü təbriki - FOTO
Bədəni təmizləyən 4 qida
Dərsə gedənlər üçün asan saç modelləri
Epilepsiya ilə autizm arasında əlaqə varmış
Bakıda uşaq oxutduran valideynlərə xoş xəbər
Sağlam uşaq xəstələnməlidir - ÜST
Dolu xanımlar üçün donlar
Azərbaycanda distant təhsilin mexanizmləri hazırlanır
Məşhur müğənni deportasiya olundu
Acı bibərli isti şokolad
Evdə hazırlaya biləcəyiniz 3 üz maskası
Əl işlərim
Ölümcül xəstəliyin sonu
Qəbul və buraxılış imtahanlarında balların hesablanma qaydası açıqlandı
Köhnə geyimlərdən yeni don tikdi
Quşların cəhənnəmi
Dırnaq boyasının ömrünü uzadan məsləhətlər
Uşaqlarınıza dərs deyən SAXTA müəllimlər
Alimlər açıqladı: İstilərin koronavirusa təsiri... – Yeni xəbər var
Banklara xəbərdarlıq etdi
Günün ulduz falı
Məşhur rejissor koronavirusdan öldü
DÇ-2014: Yarımfinal oyunlarının başlama vaxtı
Dünya ölkələri haqqında maraqlı faktlar
İlin ən möhtəşəm şousu başlandı
"Rembo"nun tanıtım çarxı təqdim edildi-VİDEO
Təkrar istifadə olunan maskaların təhlükəsi - VİDEO
Ermənilərin torpaqlarımıza sonradan gəlmə olduğunu sübut edən daha bir FOTOFAKT
Gündəlik geyim kombinasiyaları (2)
Həcc ziyarətinə yollanan zəvvarlara ciddi xəbərdarlıq
Günün qoroskopu: yaxınlarınızla fikir ayrılıqları yaranacaq
Hakerlər Azərbaycanın qaz kəmərinə hücum edib?
Mənim arıqlama sirrim
Sabahın HAVAsı
Azərbaycanda daha 67 nəfərin koronavirusa yoluxdu- RƏSMİ
HAVA necə olacaq?-27 FEVRAL
- ŞƏRHLƏR