Mən belə olmamalıydım
Adını eşidincə, başım düşməliydi çiynimə.
İçimə bir atəş düşməli idi,
Ayaqlarımın gücü kəsilməli idi.
Özümdən getməliydim sonra...
Adını sayıqlamalıydım, adımı unudanda,
Amma bunu heç kim eşitməməli idi,
Səni məhşərə qədər gizləməliydim.
Yaz axşamlarını isladarkən yağış
Bahar mahnılarını söyləyərkən qaranlığa
Çalınan hər qapıya "Sənsən" deyə qaçmalıydım.
Ayaq səsləri gəlməli idi uzaqdan,
Mən həmişə sənə yozmalıydım.
Gecə ulduzlarını səpincə göyə
Səni görmək üçün yatmalıydım.
Mahnılar kimə deyilirsə deyilsin,
Sənə deyə dinləməliydim.
Türkülər dolmalı idi otağıma,
"Mən bir yardan ayrıldım" deyincə bir səs
O yar sən olmalı idin.
Kömür gözlüm atəşinə düşəndən,
Sənin üçün deyilmiş söz olmalı idi.
Bir ney yoxluğuna ağlamalı idi dəli kimi,
Bir kaman, incə bir nalə olmalı idi,
Amma bunu heç kim bilməməli idi,
Səni məhşərə qədər gizləməliydim.
Sözlər Taifi daşıyınca qulaqlarıma
Hələ üzümə dəymədən Taif küləyi,
Daşların izi çıxmalı idi üzümdə.
Uhud anılarkən, dişlərimə gizilti düşməli idi.
Hərəmdə bir ikindi vaxtı
Xam gözlər çevrilincə sənə
Və vəfasız əllər uzanınca yaxana,
İçim daralmalı, nəfəsim kəsilməli idi.
Sən o tərəflərə hazırlanarkən,
O tərəflər sənin üçün bəzənərkən,
Son dəfə baxdığın pəncərədə xəyal edib səni,
Pərdənin son dəfə bağlanması kimi,
Bağlanmalı idi gözlərim.
Sonra içimə doğru gərilib,
Səni bizə lütf edənin adını qışqırıb,
"Allah (C. C.)" deyib,
Düşməliydim yerə.
Amma bunu heç kim bilməməli idi.
Səni məhşərə qədər gizləməliydim.
Və məhşər günü...
Uzaqdan səni seyr etsəm,
Sənə yaxın olmaq üçün can atsam,
Mənə mane olsalar,
"Sən kim, yaxınlıq kim?" desələr,
Mən ağlamaqdan danışa bilməsəm,
Gözlərini çevirsən mənə,
"Mənim cənnətim, mənə baxan gözlərindir"
Və təbəssüm etsən...
Amma bunu heç kim görməsə,
Səni əbədiyyətə qədər gizləsəm.
Tövbə
Allahım, günahkar bir səslənişdir bu,
Günahların yüksələ bilməyəcəyi uca qatına.
Şanın nə ucadır Sənin ki;
Mülk əlindədir.
Və Sən hər şeyə qadirsən,
Qüdrətin hər şeyə qalibdir.
Və Sən çox bağışlayansan,
Yeddi göyü bir-biriylə ahəng içində yaradan Sənsən,
Dünya səmasını qəndillərlə bəzəyənsən.
Sənin elmin ən gizli işlərin bütün incəliyinə nüfuz edər.
Sən hər şeydən haqqıyla xəbərdarsan,
Xəbərdarsan məndən, dünənimdən, bu günümdən və sabahımdan.
Bir ömürü bax belə yelə verdim, sovurdum,
İndi peşman, pərişan gəlib duaya dayandım..
Keçmişi və gələcəyi ürəyimə götürüb,
Özümü ovutdum, nəfsimi unutdum...
Ürəyimin cənnətində nəfsimə aldanan Adəm,
O uca dərgaha gözlərimdən səslənər,
Və Hz. Nuh toplayar ürəyimdə nə qədər duyğu varsa,
Nəfsimin tufanından qorumağa çalışar.
Hz.İbrahimin atəşə atıldığı mancanaq ürəyimdədir mənim
Özündən başqa ilah olmayan Sübhan!
Zalımlardan oldum ki, mərhəmətə möhtacam.
Hüzuruna alsan məni belə pərişan,
Mənim haqqımda olan hökmün başımda tacım...
Övladının acısıyla yanan bir ana qalxıb
Uzatsa dərgahına titrəyən əllərini,
Bu tövbəmi ucaldıram o əllərlə birlikdə…
Gecənin bir vaxtında,
Hər kəs istədiyi ilə, sevdiyi ilə həmhalkən,
Yetim qalmış bir ürək səssiz-səssiz ağlarkən,
Baxsa bir an olsun ulduzsuz səmaya,
Və mələkləri inlədən ədayla səslənib,
"Allah " deyərsə dərindən,
Və "Ləbbeyk" nidaları gələrsə göylərdən,
O yetim sədaya qatıram tövbəmi…
Günahları üzündən məhkum olar insan...
Heç kim görməsin, görüb gülməsin deyə
Çirklənən əllərini bağlayar üzünə.
Və günlərlə ağrıyla inim-inim inləyər...
Vicdanından yüksələn alov kimi min səslə
Yuxusuz gecələrin işıldadığı zamanda,
Qaranlığın səmaya yaxın olduğu anda
Səcdələrə qapanıb;
"Ya Rəbb! Mən peşmanam, mən peşmanam Ey Rəhman" deyərək keçər özündən.
O peşman bayğınlığa qatıram tövbəmi…
Dursun Əli Ərzincanlı
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
O qədər dar geyindi ki, ürəyi getdi - FOTO
HAVA necə olacaq?-23 Avqust
Valideynlərə müjdə!
Aslı Enverlə Murad Boz ayrılıb
"Həyat" adlı oyun
Məşhur cütlükdən etiraf
Bu günün hava proqnozu
BÜRCLƏR bizə nə vəd edir?- 2 fevral
"ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək"
İsmayıllıda şəhid Xəyyam Daşdəmirov torpağa tapşırıldı - VİDEO
Son dəbə uyğun eynəklər
Nazirlik pensiyaların veriləcəyi tarixi açıqladı
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Brend çanta modelləri
Ev dekorasiyasında aksesuar seçimi
Şirələr və kompotlar
Hülya Avşar AÇIQLAMA verdi
11 iyun Ramazan ayının 5-ci günüdür
Caponata (foto resept)
Dünyanın ən zənginləri 127,4 mlrd. dollar itirdi
Ramin Bayramlıdan karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA
Bakıda möhtəşəm Zəfər paradı başladı - CANLI YAYIM
Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsini nəzərdə tutan layihəyə rəy verilib
Məşhurlar və anaları
Uhan xəstəxanalarında koronaviruslu şəxs qalmadı
İçimizi yeyən səhər yeməyi
Fikrət Qoca infarkt keçirdi
Qadına uşaqlıq köçürüldü
Corc Sorosdan böhran xəbərdarlığı
256 yaşlı kişi ölməzdən əvvəl sirri açıqladı
Şəhid əsgərimiz təltif edildi
Murad Boz TOYUNDAN DANIŞDI
Günün ulduz falı
Çuğundurun faydaları
Düzgün duruş üçün nə etməliyik?
Ancelina Coli ərə gedir
50 Cent 21 otaqlı mənzilini ucuz satdı
Uşaqlar üçün saç modelləri
Güləşçimiz beynəlxalq turnirin çempionu olub
HAVA necə olacaq?-26 İyul
Azərbaycan alimləri zəfəranın süni yolla çoxaldılmasının yeni metodunu əldə ediblər
"Ali məktəb məzunlarının 42 faizi iş tapa bilir"
Bilmədiyiniz maraqlı faktlar
Azərbaycanda 40-dan çox orta təhsil müəssisəsi ləğv olundu - SİYAHI
Onun bir xəyalı cahana dəyər
Bədənə qulluq və vannalar
Benzin ucuzlaşa bilər
Pakistan mediası Xocalı faciəsindən yazdı
Meteohəssas insanlara XƏBƏRDARLIQ
- ŞƏRHLƏR