Soma faciəsi
(Türk xalqına Azərbaycan xalqı adından)
Yenə dərya kimi uddu dünyamız.
Günəşli yaz günü doldu dünyamız.
İnsana biganə qaldı dünyamız.
Ağla, türk qardaşım, biz də yanırıq.
Dərdin dərdimizdir alovlanırıq.
Neçə oğulların qardaşsız qaldı.
Neçə övladların atasız qaldı.
Neçə dostlar sındı, sirdaşsız qaldı.
Ağla, türk qardaşım, biz də yanırıq.
Dərdin dərdimizdir alovlanırıq.
Yollara dikildi çox nəmli gözlər.
Kədərdə boğuldu çox düşkün üzlər.
Çökdü, yerə dəydi əyilməz dizlər.
Ağla, türk qardaşım, biz də yanırıq.
Dərdin dərdimizdir alovlanırıq.
Bu yaşlar Gəncədən, Oğuzdan gəlir.
Lənkəran, Şəkidən, Tovuzdan gəlir.
Mil, Muğan deyilən bir düzdən gəlir.
Ağla, türk qardaşım, biz də yanırıq.
Dərdin dərdimizdir alovlanırıq.
Qorqudun düşməndən, qan bahasına.
İndisə batmısan qəhər, yasına.
Azərbaycan xalqı həyan səsinə.
Ağla, türk qardaşım, biz də yanırıq.
Dərdin dərdimizdir, alovlanırıq.
Biçarə bəndəyik sirrli dünyada.
Bağlıyıq Türk adlı böyük bir ada.
Səbr eylə, sağalar bax bu yara da.
Ağla, türk qardaşım, biz də yanırıq.
Dərdin dərdimizdir alovlanırıq.
15 may 2014
Tez əhdini pozur dünya
Bel bağlama vəfasına,
Tez əhdini pozur dünya.
Düçar edib cəfasına,
Qoz tək sıxıb əzir dünya.
Mum eyləyir daş, dəmiri.
Qəflət yazır, verir əmri.
Çiçəklənən bir ömürü
Qönçə ikən üzür dünya.
Milyonlara qələm çalıb.
Neçə tale qaralayıb.
Anaları düşkün salıb.
Bildiyini yazır dünya.
Əsirgəmir, dövlət verir.
Tükənməyən sərvət verir.
Dərd-bəlanı xəlvət verir.
Dərin quyu qazır dünya.
Atır yana insanlığı,
Gözü seçmir solu ,sağı.
Tapdalanır haqqın tağı.
Dinməz baxır, dözür dünya.
İlham yazır, yazmasa, nə?
Barışmayıb dözməsə, nə?
Səadətin badəsinə,
Gizlin zəhər süzür dünya.
28.06.2010
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bakı məktəblərinə işə qəbul qaydaları dəyişdirildi
Eyvandan atılmış alma üç aylıq körpəni komaya saldı
Nağıl kimi toy üçün gəlinliklər
Nokia avtomobillərə 100 milyon dollar yatıracaq
Daha top atmırlar...
Sumqayıtda dəniz kənarında möhtəşəm ticarət kompleksi tikiləcək
Putinin yeni müharibə planı
Azərbaycan xalçaları Çində
Müəllimlərin istirahəti bitdi
Hamiləlikdə cinsi istəksizliyin 10 səbəbi
Azərbaycan ordusu düşmənin əlahiddə zirehli tank taborunun komandirini məhv etdi - RƏSMİ
Saqqızdan paltar
Make up (foto dərs)
Super qabiliyyətli heyvanlar
Çin üsulu tərəvəzli toyuq (foto resept)
Haçalanan saçlar üçün maska.
Demi Rouz Meksika tətilindən FOTOlar paylaşdı
Azərbaycanda Yeni il qeyd edilir
Məscidlərə hücum başladı
Günün qoroskopu: dəyişiklikləri əvvəlcədən hiss edin
Mom cinsi necə geyinməli?
Gözəl sinə üçün 3 idman hərəkəti
Azərbaycanı heç bir ölkəyə dəyişmədi
Rəngarəng salat (foto resept)
İynə vurdurmaq namazı və orucu pozurmu?
Günün qoroskopu: bu gün xeyli plan qura bilərsiniz
264 yaşlı Sultan körpüsü
Yeni müharibə xəbərdarlığı
Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi münasibətilə tədbir keçirilib
Daxili İşlər nazirindən daha bir TƏYİNAT
37 yaşı 42 uşağı olan qadın-FOTO
2020 Nyu-York moda həftəsi
Dahilərdən kəlamlar (I hissə)
Gələcəyin notebooku
Professordan gözlənilməz təklif: “Toyların keçirilməsinə icazə verilməlidir”
Wi-Fi-ın zərəri sübut olundu
İki ərzaqla hazırlaya biləcəyiniz maskalar
Yemək, idman və yuxu üçün ən uyğun zaman
Canlı kimi görünən heykəllər
BMT: 90 günahsız uşaq öldürülüb
"Qarabağ" niyə uduzdu?
Ən gözəl kitabxanalar
İki qatilin amansız davası
Sibel Can qəzaya düşdü
Dünyanın ən nazik noutbuku təqdim edildi
Haymoritin müalicəsi
"Məhkəmənin qərarı siyasi yönümlüdür"
"Avatar 2" filminin çəkilişi koronavirusa görə dayandırıldı
Koronavirusla bağlı SON STATİSTİKA
Bakı evlərinin Avropadakılardan üstünlüyü nədir?
- ŞƏRHLƏR