Darıxmışam
Ana, sənin qara dönmüş,
Tellərinçün darıxmışam.
Yollarımdan daş, kəsəyi
Yığışdıra-yığışdıra qırış tapmış
Əllərinçün darıxmışam.
Dünya boyda bir qayğını,
Bir sinəyə cəmləşdirən,
Ürəyinçün darıxmışam.
Mənim həyat kitabımın varaqların
Nurlandıra-nurlandıra
nurdan düşmüş
Gözlərinçün darıxmışam.
Bir addımı səhv atanda,
Ya sözünə baxmayanda,
Məni şuluq eləməkdən çəkindirən,
Məzəmmətli sözlərinçün darıxmışam.
Qulağımda cingildəyən nəsihətin,
Dönə-dönə söylədiyin,
Əzbərlənib yaddaşıma
Həkk olunmuş nəsihətin,
Diləyinçün darıxmışam.
İlk gəlinlik yadigarın
Ələyinlə ələdiyin,
Mənim qoğal payımı da
Onunla bir bişirdiyin
İsti təndir çörəyinçün darıxmışam.
Hər biri bir günüm olan
Tellərinçün darıxmışam.
Əllərinçün darıxmışam...
Bircə kəlmə sözün üçün darıxmışam,
Ana, Vallah, mən tək sənin özün üçün
Darıxmışam.
Körpənəm
Ana, istəyirəm mən də bir qədəm
Boy atam, böyüyəm sənin dünyanda.
Yox, yox sənin üçün böyüyə bilməm,
Saçlarım ağarsa, yaşa dolsam da,
Sənin aləmində hələ körpəyəm-
Mən neçə körpəyə ata olsam da.
Gərək insanlığı səndən öyrənəm,
Yoxsa ki, bu ömür tez gedər bada.
Nə qədər həyat var-sən varsan, varam.
Qayğısız, duyğusuz körpə balanam.
De, mənə laylanı, bir bax, gör, mənəm.
Sənin aləmində dəcəl körpənəm.
Müəllif: Xəlil Mirzə.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Michael Grab
Təbii ağrıkəsici olan 5 qida
Ən güclü smartfonların reytinqi - SİYAHI
BÜRCLƏR bizə nə vəd edir?-5 Fevral
Məşhur aktrisaya 2milyonluq TƏKLİF
Hava haqqında - 09.11.2013
Rus dili - Цц
Ləkələrə qarşı ən sadə 5 resept
Prezidentin köməkçisi Ermənistanın saxta məlumatlar yaymasından danışdı
Vilayət Eyvazovdan yeni TƏYİNAT
87 kq arıqlayan qadın bodibildinq turnirinə qatıldı-FOTO
Borclarınız varkən evlənməyin
Məşhurlar film üçün məşqlərə başladılar
Həyatı sıfırlanmağın və təmizləməyin yolları
2-ci sinif üçün belə dərslik olarmı?
Azərbaycanda xanımların "arıqlamaq" səhvi
Reanimasiyada olan xəstələrin sayı açıqlandı
Sevmək qovuşmaqdır, sən heç narahat olma
Gəncədə ölkədə analoqu olmayan ticarət mərkəzi tikilir
Rusiya Suriyadan qoşunlarını çıxarmaq qərarına gəlib
Qaşlı gəlin ayaqqabıları
Sentyabr ayında hansı ərzaqlara üstünlük verməliyik?
Hadisələrə baxış tərzimiz
7 yaşlı "qoca uşaq" görənləri heyrətləndirir - FOTO
Alla Puqaçovadan nəvəsinə 60 milyonluq toy hədiyyəsi
Bayramda yolda qala bilərsiniz
Pişik balası bilib aldılar, puma çıxdı - FOTO
İslam Əməkdaşlıq Təşkilatından Ermənistana qarşı sərt addım
Amaliya Pənahova ilə vida mərasimi sabah olacaq
Vaxtsız yaranan qırışların həlli üçün...
Rusiya öz “iPhone”unu buraxacaq
Bakının mərkəzində girişi qadağan olunmuş "nəhənglər" nə gəzir?
Sevgidən nifrətə bir addım
Alimlər insan ömrünün orta həddini açıqlayıblar
Mükəmməl qadının 5 xüsusiyyəti
Sevgi ruhu canlandırır
Azərbaycan Avro-3 standartlarının tətbiqinə başlayır
Rusiya Universitetinə qəbul başlayır
Almaniyada dünyanın ilk insan başı transplantasiyası əməliyyatı keçiriləcək
Uşaqların ürəyini yoxlatdırmaq mütləqdir
Məktəbli uşaqların kürək çantalarından istifadəsi
Hamilə qadın müayinə zamanı bətnində qəribə varlıq gördü - FOTO
Nataşa Koroleva boşanır?
Qızdırmanı 2 saniyəyə ölçən yeni termometr - VİDEO
Toyuq içalatından peraşki (foto resept)
Bal ilə gələn gözəllik
Aydilge 35 kq-lıq gəlinlik geyinəcək-FOTO
Finlandiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin tərəfdarıdır
Polis hovuza düşən maralı xilas etdi – FOTO
Qayınanasının dedikləri yalan çıxdı-FOTO
- ŞƏRHLƏR