Demə atam, demə ki, dərdim var mənim,
Dərd nədir ?- Gəl deyim, sözüm var mənim .
Xırdaca problemi dərd bilib yanma,
Düşmüşəm odlara !- deyib dayanma.
Bir baxarsan, öz özünə düzəldi,
Süpürüb atarsan, san ki, xəzəldi.
Vallah, dəymədüşər olub canımız,
Eləcə problemdi dörd bir yanımız.
Şişirib siz onu çox böyütməyin,
Əsil dərd sahibin siz incitməyin.
Dərd nədir:- Açılmaz düyünlər ilə,
Yeyilməz acısı şirinlər ilə.
Yanarsan atəşsiz tüstün başında,
Bir dünya heç olar əqli- huşunda.
Dərd əhliyəm göz dağı, göz dağım vardır,
Qəlbimdə bir ümid çırağım vardır.
Bax, dərdin özünü ağladıram mən,
Şənliklə ömrümə rəng qatıram mən.
Sanırıq dünyamız kabusdu, kabus ,
Yaşayırıq duyğusuz, əfsus, min əfsus.
Gəl ataq kədəri, nisgil, ələmi,
Yox deyək dərdlərə, sınsın qələmi.
Hər üzdə təbəssüm, sevinc yaşları ,
Ərisin qəlblərin qara daşları .
Gözəldir, deyilmi? - Söylə, bəs nədən,
Hələ də arxanca dərdi çəkirsən?
Demə, atam, demə ki, dərdim var mənim,
Dərd nədir ? - Gəl deyim, sözüm var mənim!
Müəllif:Mirzə Məmməd Vəliyev
Özgə səadəti
Min bir möcüzəli cahan içində,
Sən sirli bir ada, mən açıq dəniz
Mən coşub daşdıqca sən lal dayandın,
Sanki kainata sığmır qəlbimiz.
O ani sevinclər qırıq gülüşlər
Bahar küləyi tək ötdü ömrümdən,
Sinəmə sıxdığım tər bənövşəmi,
Nə deyim rüzgara aldı əlimdən.
Sevgi yuvasında bir yuva qurdum
Bilmədim ocağım tüstüdür nədir.
Qəlbimdən yad ocaq alovlansa da
Bilmirəm soyuqdu istidir nədir.
Payıza tuşlandı ömrüm çiçəyi,
Aramsız küləklər saraltdı məni
Özgə sevincinə ümid bağladım,
Özgə səadəti aldatdı məni.
Üzüb bu dünya ilə haqqı hesabı,
Ömür karvanımı çəkib gedirəm.
Min bir zəhmət ilə yuva qurmuşdum,
İndi öz yuvamdan uçub gedirəm.
Neçə don geyərmiş dünyanın üzü,
Oğurluq əyrilik axtarır gözü,
Dəydi xətrimə bir yersiz sözü,
Mən belə dünyadan köçüb gedirəm.
Çəkdim nadan ilə haqqa savaşı
Sınadım dar gündə dostu, yoldaşı
Namərd hiyləsindən olmuşam naşı,
Nadanlar əlindən qaçıb gedirəm.
Mən də yolçusuyam bu ömür yolun
Çox gördüm tikanın, sox qırdım kolun,
Bu sevda yolunda qəlbimin nuru,
Zülmət gecələrə saçıb gedirəm.
Müəllif:Məsləhət Tufan
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Cansu Derenin yeni serialı bəlli oldu
Bakıda Bilik Günü üçün hava proqnozu açıqlandı
Bal pətəyinə diqqət
Uşaqlara planlama və zaman nəzarətini öyrətmək
Həssas dərilər üçün maska
Azərbaycan da planşet satacaq
Ərdoğana şeir yazanın aqibəti məhkəmədə həll olundu
Azərbaycan Türkiyədən 80 baş iribuynuzlu heyvan alacaq
O daş altda Məmməd Araz yaşayır...
Leyla Əliyeva qızını belə təbrik etdi - FOTO
Saç boyası seçərkən bunlara diqqət edin
Son dəbin mobil telefonları və planşetləri
Kivi peçenyesi (foto resept)
Bəyin çılğınlığı dünya mediasında - VİDEO
Sevgi ve eqoizm
Məhəmməd Salah koronavirusa yoluxdu
Müdafiə naziri cəbhədə əsgərlərə yaradılan şəraitə baxdı
Yupiterdən üç dəfə böyük planet aşkar edilib
Portağaldan şamdan düzəldək
"Gəlinlik dəbi" moda həftəsində qeyri-standart gəlinliklər təqdim edildi-FOTO
Bir çin işgəncəsi: Lotus ayaqlar
Ev üsulu şirniyyat kremi (foto resept)
Braziliya çempionatı qəbul etməyə hazır deyil
İlk gümüş dollar rekord qiymətə satıldı
"Vyana görüşü Qarabağın həlli prosesində mühüm addım oldu"
Firon Tutanhamonun oğurlanmış heykəli – Satışa çıxarılır
Alimlər açıqladılar:"Bu kartofdan xörəklərdə istifadə etmək olmaz!"
Ermənilər torpağımıza soxulmaq istədilər: zabit və əsgərimiz şəhid oldu
Eviniz və torpağınız sənədlidirmi?
Bakının kənar küçələri də "sevinəcək"
Özbəkistan bayrama hazırlaşır
Mayli Sayrus da dəhşətli yanğında evini itirdi
Rihannanın gözəllik sirləri
Cennifer də bahalı corablarını reklam etdi - FOTO
Azərbaycanda ilk dəfə Autizm Mədəniyyət Festivalı keciriləcək
Toyuğun çəkisini süni şəkildə artırırlarmış
İtalyanların sürprizi
Uşaqlarımız necə qidalanırlar?
Dairəvi yataq modelləri
JLO ideal bədəni qurluşu ilə yenə TƏƏCCÜBLƏNDİRDİ
Satışdakı qarpız-yemiş təhlükəlidir? - AÇIQLAMA
Öskürəyə qarşı müalicələr
Göydən ulduz yağacaq
Boşanma sayı nədən artır?
Dima Bilan xəstəxanalıq oldu
Bu gecə 17 kəndimiz atəş altında olub
Nişanlılar üçün qoşa üzüklər
Prezident açılış etdi
Demet Akalının təyyarəsində bomba həyəcanı-VİDEO
Almalı piroq (foto resept)
- ŞƏRHLƏR