ARZUDAN O YANA
Əllərin əlimə dəyməyəydi kaş,
Saçların üzümə toxunmayaydı.
Gərək, əvvəlki tək sən, ürəyi daş,
Elə əvvəlki tək saymaz olaydın...
Bu istilik hardan, san ki, buz idin,
Qəlbimdən sən niyə ovcuma düşdün...
Sən, mənə əlçatmaz bir ulduz idin,
Göylərdən qolumun üstünə düşdün.
Bu da vüsal günü... Yox sevinmirəm,
İndi darıxıram, bəs nələr üçün?
Mənmi bu zirvəyə çıxdım, bilmirəm,
Yoxsa sən darıxdın dərələr üçün...
Dünənə yol yoxdur zaman apardı,
Təəssüf zamana çatarmı görən?
Daha sənə gələn yollar qurtardı,
Arzudan o yana yol varmı deyə.
Ötən günlərimə bir ümman dedim,
Boşalıb ürəyim, dolmur ki, dolmur.
Sahilə çatmışam, haraya gedim?
Dənizə məqsədsiz qayıtmaq olmur...
MƏNƏ İNANMIRSAN
Mənə inanmırsan bir yuxu kimi,
Qəlbində şübhələr, ehyamlar
oyaq.
Yox, mən istəmirəm
bir çoxu kimi
Yaşayaq bu sayaq,
Ölək bu sayaq...
Niyə baxışların üşüdür məni;
Qəlbin ki qəlbimdə qızınmaq istər.
Nə sevgi yenidir,
Nə nifrət yeni;
Elə tərəddüd də köhnədir,
yetər!...
Bəlkə də adıma çox söz deyirlər,
İstəsən inanma,
İstəsən inan...
Ayıq ol...
Adama çox söz deyərlər
Gör hansı doğrudur,
Gör hansı yalan.
Yaxın gəl,
Oduna gir bu ürəyin,
Sevənlər payıza, qışa bürünməz.
Əsl çiçəklərlə kağız çiçəyin
Uzaqdan baxmaqla fərqi
bilinməz...
Hərdən zəng edirsən,...
Susursan niyə ?
Sənin sükutun da tanışdır mənə.
Bir də zəng edirsən hirslənim
deyə,
Dəstəyi çırpıram əsəblərmə...
Bir dəstək gülüşlü,
Biri əsəbi.
Başlayır telefon oynu sonra.
Bilirəm susmağın nədir səbəbi;
Ox atıb gizlətmə yayını sonra...
Mənə inanmırsan bir yuxu kimi,
Qəlbində şübhələr, ehyamlar
oyaq,
Yox, mən istəmirəm bir çoxu kimi
Yaşayaq bu sayaq,
Ölək bu sayaq.
Nüsrət Kəsəmənli
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
Ailədə fədakarlıq...
ABŞ türkiyəli alimlərin hazırladığı koronavirus peyvəndini təsdiqlədi
Dünya suyun altında qala bilər-Qorxunc proses başladı/FOTO
Böyük hərbi əməliyyatların başlayacağı tarix
Sabiq Roma Papası xəstələnib
İstirahət gününün HAVAsı
"Terinator"un aktrisası etiraf etdi-FOTO
Hazal Kaya boş vaxtlarını belə keçirir - FOTO
"Ayntraxt"ın prezidenti: "Artıq indidən "Qarabağ"la..."
"Bakı" Çempionlar Liqasının qalibini məğlub etdi
Yaponiyanın şərqində güclü zəlzələ baş verib, təkanlar Tokioda da hiss edilib
Naqillərin bir-birinə dolaşması təhlükəlidir
Hamiləlik dövründə xəyanət qorxusu ilə necə mübarizə aparmalı?
“Ginnesin Rekordlar Kitabı”na düşən pişik - FOTO
Qaraciyəri təmizləyən 3 tərəvəz suyu
Qozlu kabak salatı (foto resept)
O da "Təki Vətən sağ olsun!" dedi
Ermənilər Bakıya gəlirlər
Alimlərdən qorxunc açıqlama: "Yer məhv olur"
Sızanağın şişkinliyi necə keçər?
Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda "20 Yanvar Şəhidləri Bulağı"nın açılışı olub
Bakıda misilsiz endirim başladı
"Kadın" serialına görə telekanal cəza ödəyəcək
Hər kəsi qorxudan “buzlu şüşə” nədir? - FOTO
İşıqlı xatirələrdə yaşayır
Baş nazir İstanbuldakı terrordan son anda xilas oldu
Dünyanı qorxudan xəstəlik
Qızıl 13 dollardan çox ucuzlaşdı
Şəki-Zaqatala bölgəsində böyük təhlükə
Bakıda kafe və restoranlarda qiymətlər artıb - VİDEO
Əhalinin 85% genişzolaqlı internet istifadəçisi olacaq
Günün ulduz falı
İlk qəbul imtahanının vaxtı açıqlandı
Bu şəxslərə pul veriləcək - Baş nazir qərarı təsdiqlədi
п»їİş yerində utancaqlıq və komplekslərinizdən necə xilas olmalı
“ATV” və “Lider” TV-nin yayımı üç saatlıq dayandırılacaq
Hər bir dodaq boyası ayrılıqda stil tələb edir
Azərbaycanda şaxtalar nə vaxta kimi davam edəcək?
Günün ulduz falı
Əsl fədakarlıq bax, budur...
Dəbli geyimlər
Cennifer yenidən Diqqət Mərkəzindədir
Azərbaycanda yeni qızıl yatağı tapıldı
Valideynlər narazıdırlar: Məktəblilərin iş dəftəri bəlası
Demet Akalın Murat və Aslının ayrılığından danışdı
COVID-19-un müalicəsində effektli dərman tapıldı?
Küçəyə bu nömrəyə SMS yazmaqla çıxacağıq - QAYDALAR
Ağartını nə qədər saxlamaq olar?
Toxuduqlarım
Bu gün Rəşid Behbudovun ad günüdür
