Axşamçağının şeiri
Ümidlərin də böyüyü, kiçiyi,
Yenisi, əskisi olur, qızım;
Məsələn, "Yaxşı olacaq" adlı ümid var ha
Qoca ümiddi,
Ahıl ümiddi hətta
Nəsə yeni bir ümid tapmalı, düşünməli...
Sən ümidli danışanların səs rənginə fikir ver əsas,
Əgər bir adam tez-tez "Yaxşı olacaq" deyirsə,
Bir az da boğuqsa səsi...
Çox ağrılı mənzərədir,
Saçı ağarmış yekə bir kişinin əl açıb
diqqət dilənməsi...
Dərdlər həmişə ayıb olduğuyçün gizlədilmir, mələk qızım,
Başqa səbəbi də var bu xəcalətin;
Məsələ xəstələnmək deyil bəzən
Məsələ "Ağrın mənə gəlsin" deyənin olmamasıdır!
Heç kimin sənə sadiq qalmaması,
Xəstəliyin şəbi-yəlda kimi uzandıqca hamının
Fərqli bəhanələrlə çıxıb getməsidir!
Həyat, xərçəng xəstəsinə deyilən
Quru "Allah şəfa versinlər" qədər saxta olsa da,
Şəkərparəm, çarə
Möcüzələrə inanmaqdır!
Sözə sığmaz bəzi həqiqətlər, əzizim
Məsələn,
"Vətən nədir?" deyə sordum anama bir gün
Udqunub
Evimizin köhnə divarında asılan
Şəhid dayımın saralmış şəklini göstərdi gözləriylə
və yaş gilələndi yanaqları boyunca...
"Bəs azadlıq?"-dedim.
Göz yaşlarını sildi kəlağayısının ucuyla;
Sevgilim, mən azadlığın nə olduğunu
Anamın əlləri əsə-əsə
Saçlarını qulaqlarının ardına bənd etməsindən öyrəndim;
Görünməz sancaq,
Qara, uzun hörüklərinin dən düşmüşünü gizlədən həna...
Bildim ki, bəzi şeylərin görünməsi ayıbdı
Bəyaz olsalar belə.
Bir gün sevinə-sevinə
Allı-güllü ətəyində bir xeyli yeni dərd gətirdi bizə anam
Dedi ki, qorxmayın,
Dərdlər bizi Allaha çağıran azan səsidir!
Bizsə ahını, ağısını, giley-güzarını da sevdik anamızın
Düşündük ki,
Gileylər anaların təranəsidir!
Və gəl sənə iki sirr açım bu gecə:
Birincisi budur ki,
Tavanı hündür otaqlarda daha böyük olur sənsizlik.
İkincisi...
...Bir ümid də belə öldü, ey sevgili,
Ruhu şad olsun!
İlqar Kamil
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kim nə qədər yatır?
Bakıda bu gün məşəl hansı yollarla daşınacaq? (ÜNVANLAR)
Prezident yıxıldı
Ürək peçenyesi (foto resept)
Heç kəs bu xəstəlikdən sığortalanmayıb
Demet Akalın məşhur serialı tənqid etdi
TQDK yeniliyə hazırlaşır: variant ləğv olunacaq
8 May-Şuşanın işğalı günüdür!
Yaz trendləri
Separatçı rejimin “rəhbəri”nin yalvarışına erməni kişilərdən “hay” gəlmədi: Qadınları qabağa verdilər
Bu dəhşəti bir-birinizə yoluxdurmayın!
Sümeyyənin toyu kosmosdan qorunacaq
Türkiyədən dəstək: "Sənin tək qardaşın var"
Hansı geyimlərlə incə görünmək olar?
Yanvarın 10-dan 11-nə keçən gecə Ay tutulması olacaq
Yarpaq bisküvit (foto resept)
ÜST korona ilə bağlı şok məbləğləri açıqladı
Türkiyənin hakim partiyası qalmaqallı həbslərə münasibət bildirdi
Azərbaycanda daha 43 nəfər koronavirusdan öldü: 4268 yeni yoluxma
İnsanlar niyə uğursuzluğa düçar olur?
İtmiş üzüyünü 12 il sonra burnundan tapdı - FOTO
Leyla Əliyevanın qızı futbol meydançasında
Reytinq açıqlandı: "Qarabağ" yaxşıdır, yoxsa "Neftçi"?
Xoruldamaq gözü kor edir?
Məşhur aktrisa qadınlar haqqında ilk möhtəşəm filmdən danışıb
Markdan iddialı AÇIQLAMA
İş xanımlarına payız dəbi
"Bizim Qadin.Netlilər serialı" (5-ci bölüm)
Günün qoroskopu: Mübahisə etməyin!
Günün qoroskopu: Münaqişə etməyin!
Jasmin çayının faydaları
817 dollarlıq maşınla dünyanı dolaşdılar
Bu ölkədə boşananlar ayrılıq gecəsi təşkil edir
Məşhurların əsl adları
Əfsanəvi komandirin zabit qızları illər sonra atalarının Ağdamdakı məzarını ziyarət etdilər - VİDEO
Kral ailəsində İŞİD təşvişi
Yeni il axşamı izləyə biləcəyiniz filmlər
Azərbaycan Ermənistana ilk əsirləri təhvil verib
Köhnə telefonların harada istifadə olunduğunu bilirdiniz?
Putin Paşinyanı belə alçaltdı - VİDEO
Eşq sizə nə edər?
İstirahət gününün HAVAsı
Niyə evliliklərin çoxu ayrılıqla nəticələnir?
Firəngiz Əlizadənin əsəri daxil olan albom "Grammy" mükafatına layiq görülüb
Üzü Xocavəndə: İllərlə yağı düşmən əlində əsir olan yurd yerimizə dönüş - VİDEOREPORTAJ
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub - RƏSMİ
Bizi bu torpaq yaşadır
Qızıl həvəskarlarının NƏZƏRİNƏ
Avropanın ən uzun körpüsü
Boksçumuz erməni rəqiblə üz-üzə















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]