Bu gün sizlərə xaricdə oxuyan bir qrup yoldaşımın qürbət həsrətiylə yazdığı bir şeri təqdim edəcəm.Adı Samiq Muradovdu.Hal hazırda Hollandiyanın Maastrciht şəhərində oxuyur.Biz universitetdə oxuyanda da şerlər yazırdı,ilk mənə oxudurdu ki,rəy bildirim.Mən də bəyənəndə bəyəndim,bəyənməyəndə bəyənmədim deyirdim.Deməsəm belə,o üz cizgilərimdən anlayırdı
İndi də ordan yazıb maillə göndərir ki,oxuyum fikir bildirim.Bu şeri oxuyanda çox bəyəndim və icazən olarsa bu şeri xanımlarımızla bölüşüm dedim.O da çox şad olaram dedi. Buyurun oxuyun və fikirlərinizi bildirin.Müəllifə sayta gəlib fikirlərinizlə tanış olmasını deyəcəm.İnanıram ki,yaxşı ya da pis fikirləriniz onunçun çox vacib olacaq.Tənqidləriniz olarsa bildirməyi unutmayın.
Qürbət
Könlüm yaman küsüb,danışmır mənlə,
Sən demə öz yurdun necə sevirmiş.
Ayırır uzaqda dostu düşmənlə,
Sən demə məsafə bir ölçü imiş.
Yazıq nə etsin ki,gileydən başqa,
Səhərdən döyünür axşama qədər.
Mənsə unuduram onu təlaşda,
Deyirəm yatsaydım bu gün birtəhər.
Ümidsiz kükrəyib coşdu yenə də,
Nə oldu,nə əcəb dayandın deyir.
Niyə düşünmürsən gözüm qələmdə,
Onunçun yazılmış dastan istəyir.
Mənsə hirslənirəm bu dəm özümə,
Niyə yaza bilmirəm yeni bir dastan.
Qədiri-qiyməti gəlmir gözümə,
Axı təmiz ürəksiz nədir bu insan?
Zülmət gecələrdə səssiz-səmirsiz,
Uzanıb xəyala dalıram hərdən.
Gecəm sona çatır sözsüz kəlməsiz,
Ümid eyləyirəm yeni səhərdən.
Yazıram pozuram tənha otaqda,
Kağızlar uçuşur fikirlər kimi.
Məni anlamır hec doğma otaq da,
Kağıza yazdığım şerlər kimi.
Gündüz gördüklərim salır heyrətə,
Burda nə örtü var nə örtünən var.
Təəccüb edirəm namus qeyrətə,
Ona da mənasız,əbəs deyən var.
İnsan itirdiyin yaman axtarır,
Qiymətin sonradan bildiyi üçün.
Sevgidən, qayğıdan kənarda qalır,
Yaxşını yamana verdiyi üçün.
Anam düşür yadıma dolur gözlərim,
Səsinin incə bir telinə qurban.
Açıq qalıb ana, sinə dəftərim,
Vətəninə qurban, elinə qurban.
Dua eyləyirəm hər səhər axşam,
Ürəyim həmdəmin tapır o anda.
Göyə yaxınlaşır bu könül dünyam,
Gündüz dövr eyləyib gecə olanda.
Tənhalığım çatdı yenə dadıma,
Dərdləşdi mənimlə dedi doyunca.
Qalxıb öz yerindən girdi qoluma,
Yeridik onunla sahil boyunca.
Yalnız olduğumu unutdum o gün,
Insan dərdləşməyi necə sevirmiş.
Oyanıb hiss etdim onun yoxluğun,
Gördüyüm sadəcə bir yuxu imiş.
Müəllif:S.M
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ən böyük müsəlman ölkəsində zəlzələ həyəcanı
DİN əhaliyə çağırış etdi - VİDEO
Turist qadınları öldürənlər cəzalandırıldı-FOTO
Gözləri daha iri göstərmək üçün makiyaj hiylələri
Berenin restorana tək getməsi diqqət çəkdi
Ancelina Colidən iş geyimi stili (2)
Modern iş geyimləri
"Real Madrid" zirvəyə qalxdı
Ovucun ortasındakı “X” işarəsinin mənası nədir? - İNANILMAZ FAKT
HAVA necə olacaq? 20 Mart
Cüdoçumuz Avropa çempionu oldu
Ramil Səfərov ata oldu
Xudaya yar olan şəhidimiz - VİDEO
50 ildən sonra azad edilən fil göz yaşı tökdü
Göyərtədə darıxan qadın “hava almaq” üçün təyyarənin qanadına çıxdı - VİDEO
Günün ulduz falı
Qeydiyyatdan keçməyən abituriyentlərə şad xəbər
Rəhmətə getmiş şəxs üçün hansı əməllərin edilməsi vacibdir?
Ceyms Bond filminin premyera tarixi dəyişə bilər-SƏBƏB
Dövlət qulluğuna qəbul olmaq istəyənlərə xəbərdarlıq
Kayli Cennerin qızı bahalı oyuncaqları ilə diqqət çəkdi
Təyyarələrdə hakerlər üçün boşluqlar aşkar olunub
Ebola barədə şad xəbər
Beş telekanal Cərimələndi-SƏBƏB
Xalq yazıçısından rus məktəblərinin bağlanmasını istəyənlərə sərt sözlər
"İndi ancaq toyxanadır, bozbaşdır, kababdır..."
Asqırmaq formanız xarakterinizdən xəbər verir
Mehriban Əliyeva Münhen Təhlükəsizlik Konfransından yazdı - FOTO
Günün ulduz falı
İmtahanların vaxtı bilindi
Qış geyimləri
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsinə namizəd məlum olub
Rus telekanallarında xarici mahnı qadağası
Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır
İntihar etmək istəyən şəxsin cavabı hər kəsi güldürdü - FOTO
Lavanda yağı necə hazırlanır?
В«2030-cu ilədək ərəb monarxiyaları məhv olacaqВ»
Dəhşətli yanğından qurtulan uşaq anasına qovuşdu
Müxtəlif dizaynda uşaq otaqları
Qozlu, pendirli peraşki (foto resept)
COVID-19-dan qorunmağın üç mümkün yolu göstərildi
Qız ona sataşan kişilərlə selfi çəkdirdi - FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Qadın.Netlilərin fobiyaları (1-ci hissə)
Saç boyarkən diqqət edin
Amerikalı həmsədrdən erməniləri məyus edən Qarabağ açıqlaması
HAVA necə olacaq?-7 yanvar
Beyninizi qorumağın 10 yolu
Günün qoroskopu: Xoş xəbər eşidəcəksiniz!
Yel Çərşənbəniz Mübarək!















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]