Daha çox danışdıqca, bir-birimizə daha da bağlanmağımızmı yaxşıdır? Bəlkə, sənin heç məndən xoşun gəlmədi.
- Bu mənim istəyimdir. Əgər üç gün danışdığım birisi ilə görüşə razılıq verəcəyimi düşünürsənsə, yalnış bilirsən. Həm mən xarici görkəmə əhəmiyyət verən birisi deyiləm, qorx ki, sən məni bəyənməyəsən. Çünki, heç də gözəl birisi də deyiləm. Mən insanın qəlb gözəlliyini dəyərləndirən birisiyəm. Qəlbi gözəl olan insan zahirən gözəl olmasa da, daxili nuru onun simasını da yaraşığa gətirmək iqtidarındadır. Yox, əgər sən fərqli düşünürsənsə, onda mən sənin zamanını almayım. Birdən mənimlə danışdığın zaman ərzində "gözəl" qismətin əldən gedər. Sağol, məni bir də narahat etmə! Bunu deyib, dəstəyi oğlanın üzünə qapatdı.
Mədinə xaraktercə tez özündən çıxan, tez inciyən, bununla yanaşı tez də barışan birisi idi. Lakin həm də çox qürurlu idi. Dəstəyi asmağına peşiman olsa da, qururuna sığışdırıb heç vaxt ilk addımı atmazdı. Rəfiqələriylə münasibətində belə bir xüsusiyyəti yox idi, hər nə qədər çətin də olsa, bağışlanılmayacağından qorxsa belə, üzr istəməyi bacaran birisi idi. Ancaq iş oğlana gəldikdə isə vəziyyət tam tərsinə idi.
"Qoy getsin, dünən bir, bu gün iki artıq görüş istəyir. Səndə ağıl yoxdu, Mədinə! Niyə sanki prinsiplərindən keçib tanış olurdun ki?!" Telefonun zəngi onu bu fikirlərdən ayırdı.
- Niyə belə edirsən, Mədinə. Sənin üçün hər şey bu qədərmi asandı?
- Sən özün söz vermişdin ki, mənim bir cümləmlə məni narahat etməyəcəksən. Mən bir neçə dəqiqə əvvəl o cümləni artıq qeyd etdim. Uzatmağın nə mənası? Mən sənə onsuz görüşə razılıq verməyəcəm. Ona görə gərək əvvəldən danışığa da razılıq verməyəydim. Üç günlük zamanını aldığım üçün də bağışla!
- Offf, sən nə yaman tərs qız imişsən. Yaxşı, sən deyən olsun. Bir də sənə görüş təklif etməyəcəm. Yetər ki, hər şeyi belə kəsib doğrama.
- Bax, artıq ikinci sözündü mənə. Növbəti dəfə şans verilməyəcək.
Günlər beləcə davam edirdi. Mədinə zamanla daha səmimi və rahat danışmağa başlamışdı. Görüş mövzusunun açılmaması onu daha da sərbəst etmişdi. Uşaqlıqdan öz xarici görkəminə kompleksli yanaşardı. Buna ətrafdakılar səbəb olmuşdu. Hələ uşaqlıqdan çox arıq qız idi. Bir dəfə qonşu qadınların onu gördükdə qulaq çəkməsi, məhəllə uşaqlarının ona lağ etməsi və.s qızı özünü çirkin ördək balası kimi hiss etməsinə səbəb olmuşdu. Nə vaxtsa, o da böyüyüb qu quşu kimi gözəl olacağına ümid etsə də, bunun realda həyata keçməyəcəyini özü də yaxşı bilirdi.
Eltac isə bu arada söhbət əsnasında Mədinəyə bildirmədən onu görə bilmək üçün müxtəlif informasiyalar əldə edirdi. Bir gün qaldığı yerdən söz açar və qarşılığında da Mədinəgilin yaşadığı rayon barədə öyrənər, şübhə oyatmamaq üçün bir neçə gün sonra isə blok, binanın nömrəsini öyrənərdi. Mədinə isə bu söhbətlər bir neçə gün intervalla olduğundan dediklərini unudardı və bununla yanaşı Eltacın da unutmuş olduğunu zənn edərdi.
Artıq sessiya qurtarmışdı. İki həftəlik tətildən sonra dərslər başlamışdı. Mədinə tətil müddətində çölə çıxmadığından Eltacın onu görə bilməsi mümkün deyildi.
Dərslər bir neçə gün idi ki, başlamışdı. Mədinə günorta növbəsi oxuyurdu. Saat 12-nin yarısı olardı. Mətbəxdə dayanıb çay içirdi, pəncərədən küçəyə baxırdı. Bir naməlum şəxsin küçədə gəzişdiyini gördü. -"Görəsən kimdir bu? Bizim məhəllənin adamına oxşamır. Əşşi, elə danışdım ki, elə bil hamını tanıyıram."
Mobil telefonu zəng çaldı. Tez çantasına tərəf qaçdı. -"Eltac? O, mənə bu vaxtı niyə zəng etsin?
- Alo?
- Alo, salam necəsən? Çıxmısan evdən?
- Aleykum salam, yaxşı, sən? Yoo, hələki çay içirəm bir azdan çıxacam. Nəsə olub?
- Yox, elə-belə yığdım. Özünə yaxşı bax. Sağ-salamat!
"Bu uşaq özünü hərdən elə qəribə aparır ki. İndi bu nə demək idi?" Bu fikirlə hazırlanıb evdən çıxdı. Dilxor olmuşdu. Ürəyində qəribə narahatçılıq var idi. Beyaq pəncərədən gördüyü naməlum şəxs hələ də məhlədə idi, Mədinəni görüncə o da bınanın çıxışına tərəf irəliləməyə başladı. Mədinə iti yerişli olduğundan həmin şəxsi qabaqladı və elə təzəcə dayanacağa yaxınlaşan avtobusa doğru qaçdı. Lakin yolda kiməsə baxmaq kimi xüsusiyyəti olmadığından həmin oğlanın simasını görə bilmədi. Avtobusa oturan kimi telefonu əlinə alıb, Eltaca sms yazdı.
"Eltac bu zəngin səbəbini bilmək olar? Birdən mənə sürpriz edib görməyə gələrsəna, xəbərin olsun, bir də səninlə danışmaram." Sms-in çatması barədə bildiriş gəlmədi, telefon sönülü idi. Bu Mədinəni daha da narahat etməyə başladı. Qəfil sürücünün "düşən var" sualına arxadan "yoxdur" deyə cavab verən səs Mədinənin diqqətini cəlb etdir.
- Görəsən kimin səsidir? Necə də tanışdır. Lakin heç cürə arxaya göz gəzdirməyi özünə sığışdırmadı.
Mədinə artıq dərsdə idi, lakin sms-ə hələ də cavab gəlməmişdi. Artıq ikinci mühazirə idi. Lakin, ağıl başqa yerdə olunca dərsin də haçan başlayıb, haçan qurtarmasının fərqinə varmır insan.
Nəhayət ki, gözlənilməz məktub gəldi.
- Mədinə xanım, mən artıq səni gəlib gördüm, hətta bir avtobusla da getdik. Bağışla indi işim var, axşam ətraflı danışarıq. Evə çatanda mənə xəbər et.
Mədinə həyəcandan əsirdi, intuisiyasının reallaşması onu dəli etmişdi. Günün sonuna kimi nəyi necə etdi, bilmədi.
Evə gələn kimi, ilk gördüyü iş Eltaca zəng etmək oldu.
- Demişdin, evə gələndə xəbər edim, ona görə yığdım. Doğrudan deyirsən, Eltac? (Bu cümlə Mədinənin dilində var idi. Eltaca da bu ifadəni eşitmək xoş olurdu. Hətta bəzən sırf bu cümləni eşitməkdən ötrü nəyisə qəsdən yalan deyirdi.) Sən nə vaxt gəldin? Ünvanı haradan bildin? Sən onda zamanında mənim dediklərimi, bir-bir yadda saxlayıbmışsan?
- Bəli xanım qız. Hətta inanasan deyə, sənə hansı geyimdə olduğunu, hansı marşrutla getdiyini, yolda kimə rastladığını da deyə bilərəm.
Bütün olanları dəqiqliklə izah edəndən sonra Mədinə Eltaca inandı. Amma onu narahat edən Eltacın təəssüratı idi.
- Yaxşı bəs, təəssüratın necə oldu? Gördün ki, eyiblərimi sənə olduğu kimi demişəm.
- Təəcübləndim, Mədinə. Mən səni görüncəyə qədər süni olmağından şübhələnirdim az da olsa. Amma görüncə sənin həqiqətən sıradan biri olmadığının fərqinə vardım. Hətta bu zamanda sənin kimilərin qalması heyrətimə səbəb oldu. İndi gördüklərim düşündüklərimi alt üst etdi, ona görə gərək düşünüm.
Bir qədər də danışdıqdan sonra sağollaşdılar. Mədinə kədərli idi. Bu üstüörtülü danışıq, onun bəyənilmədiyini düşündürürdü. Bir qədər sonra sms gəldi.
- İstəsən səninlə yaxşı dost ola bilərik.
- Əgər məcburən xətrimə dəyməməkdən ötrü bu təklifi edirsənsə, lazım deyil. Bir müddət sonra uzaqlaşmağındansa, indidən vidalaşaq.
- Mənim dilimdən heç kim heç nəyi kəlbətinlə çəkmir. İstəmədiyim şeyi də dilimə gətirmərəm.
Beləcə onlar dost oldular. Mədinə ilk dəfə idi, hansısa oğlanla dostluq edirdi. Hələ məktəb dövründən qapalı birisi idi. Konkret bir neçə rəfiqəsi var idi. Tələbəlik illərində bu qapalılıq qismən aradan götürülsə də, oğlanlarla müəyyən çərçivə daxilində danışardı. Eltacla olan dostluğundan o həqiqətən məmnun idi. Gün ərzində Mədinənin əhvalı sırf ondan asılı olardı. Əgər sözləri çəp gəlsə, Mədinə bütün günü fikirli və kədərli olardı, və ya əksinə.
Artıq yazın sonu idi. Bir neçə gün idi, Eltacdan nə zəng, nə sms gəlməzdi. Mədinə Eltaca heç vaxt birinci yazmazdı. Lakin bu dəfə çox narahat olmuşdu.
- Salam, necəsən? Neçə gündür səndən xəbər yoxdur, salamatçılıqdır?
Nömrə yenə bağlı idi. Mədinə düz 3 gün intizarda qaldı. Nəhayət, cavab gəldi.
- Salam, bağışla Mədinə, mən bir müddət tək qalmaq istəyirəm.
Məktubun son sözləri Mədinənin qulağında əks-səda verdi sanki. Qüruruna toxundu...
- Sən də zəhmət olmazsa, bir də məni narahat etmə, mən də ümumiyyətlə tək qalmaq istəyirəm. Əlvida!
Mədinə çox pis olmuşdu. Bu müəmmalı istək onun imtahan qiymətlərinə də təsirsiz keçmədi. Çox böyük çətinliklə semestr boyu göstərmiş olduğu nəticələr sayəsində zərbəçi ola bildi.
Üstündən xeyli zaman keçdi. Mədinənin yarası tam sağalmasa da, artıq əvvəlki tək sızlamırdı. Artıq universiteti orta qiymətlə bitirmişdi və iş axtarışlarına başlamışdı. İxtisası üzrə bir neçə yerə müraciət etsə də, ona uyğun vakansiya olmadığını eşidər, məyusluqla evə qayıdardı.
Bir gün yenə nəticəsiz axtarışlardan sonra evə qayıdırdı. Birdən kiminsə onu səslədiyini eşitdi.
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Olimpiya oyunlarından YENİLİK
Uşağın böyüməsi və inkişafı
Səhərədək telefona baxdı, kor oldu-FOTO
Son model ayaqqabı modelləri
Geyimlərdə zəif görünmə yolları
Kələm haqqında bilmədiklərimiz
Ermənistan tərəfi dövlət sərhədində mövqelərimizi atəşə tutur - RƏSMİ
Azərbaycanda mütailə avtobuslarının yaradılmasına başlanılır
Məşhur müğənninin konsertini 7500 nəfər izlədi - FOTO
Evdəki vasitələrin möcüzəvi təsiri
Sabunla üz yumaq zərərlimidir?
Sobada badımcan dolması (foto-resept)
20 min illik işıq transformatoru tapıldı: Elmi nəzəriyyə alt-üst oldu
110 min dollarlıq maşını qəpiklə aldı
Payızda saçları gücləndirmək üçün nə etməli?
Qar yağacaq
102 gündən sonra yenidən koronavirus aşkarlanan ölkədə qadağalar başladı
Roma Papası Ermənistanda
“Şellak” manikürü dəri xərçəngi əmələ gətirir –XƏBƏRDARLIQ
Artur Şopenhauer - Dünya iztirabları
Türkiyədə Xocalı abidəsi
Bir udum havaya həsrət
Susuzluğun bədənə təsirləri və nəticələri
Kənan və Beren Saat aylar sonra ilk dəfə -FOTO
Mətbəxiniz üçün modern fikirlər
Azərbaycanda hərbçilər arasında koronavirusa yoluxma var - RƏSMİ
Quru əlləri necə nəmləndirməli?
Kardi B hər kəsi təəccübləndirdi-FOTO
Georq Fridrix Hendel
İnstagram-da yarımçıq YENİLİK
Eşqinizi canlı tutacaq 7 məsləhət
Azərbaycanlı idmançı erməni rəqibinə aman vermədi, qızıl medal qazandı
Oxumamaq dərdi: buna görə əsəbləşməyə dəyərmi?
Orta imkanlı amerikalı necə yaşayır? - FOTOSESSİYA
İlham Əliyev, Putin və Paşinyan görüşü “Haber Global”da - VİDEO
Azərbaycanda üçəm uşağı doğulan ailələrə şad xəbər
“Meyiti yandırılan” kişi evə qayıtdı
Saç qırıqlarından xilas olmaq üçün...
Ətli bağlama (foto resept)
Bu qadın 40 ildir adada tək yaşayır!
Merkelin görüntüləri sosial mediada böyük maraqla qarşılandı - VİDEO
Kremli qurabiyə (foto-resept)
Gicitkən şorbası (foto resept)
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
Qırışlar əleyhinə kremi özünüz hazırlayın
Kosmosda peçenye bişirdilər - VİDEO
15 ay işlədi – 58 milyon qazandı
Günün ulduz falı
Bir il sonra dünya ilə toqquşacaq
"Mourinyo futbol üçün böyük təhlükədir"
- ŞƏRHLƏR