İnsanların da havalar kimi get-gedə soyumaqda olan ilıq vaxtları, kasıbçılığın astarını çıxardığımız günlər idi,-hardasa 93-94-cü illər. Hər şey başqaydı, bambaşqa; hava da, su da, çörək də... üstəlik hələ mən indi gəldiyim bəzi qənaətlərə gəlməmişdim. Məsələn, hələ belə düşünmürdüm ki, insanları istənilən pisliyə sürükləyən məcburiyyətlər və əlacsızlıqlardı. Adamları pislik çuxurlarının dibinə itələyən ilk təkanın ehtiyaclar olduğu qənaətinə gəlməmişdim hələ. Elə bilirdim ki, pislik də yaxşılıq kimi bir seçimdi və kimlərsə öz sevgi və istəyi ilə pisliyi seçir, "axı niyə?" deyib təəccüblənirdim. Belə saf vaxtlarım idi yəni. Körpü küçəsinə tərəf burulmuşduq ki, "çentrdən"-kəndin mərkəzinə belə deyirdik-eşidilən tütək səsinə anam əlindəki zənbili yerə qoyub ayaq saxladı. "Ay Allaah, xarı bülbül..." deyib içini çəkdi. Mən də dayanıb qulaq kəsildim. Səs çox kədərliydi, adamın qəlbini yandırıb yaxırdı. Danışırdı sanki, hə, bir anlıq elə bildik ki, tütək danışır bizimlə; nəsə dünyanın faniliyi, həyatın gəldi-gedərliyindən gileylənirdi. Qulağım səsdə, gözüm anamın yanaqları boyunca səssiz-səssiz gilələnən göz yaşlarında donub qaldım. "İli, bir bax gör, kimdi çalan?"-birdən anam göz yaşlarını silə-silə, kövrək boğazla soruşdu. Bir az qabağa gedib boylandım, hardasa 10-12 yaşında bir qarabuğdayı uşaq idi. Elə özümün də yaşım ondan çox olmazdı. Anam dedi ki, əgər qane edə bilsəm, o uşağı evimizə dəvət edim ki, mənim üçün çalsın. Anam "mənim üçün çalsın" sözünü elə dedi ki, içim göyüm-göyüm göynədi. "Bu saat, anacan!" dedim. Onu evə ötürüb "çentrə" tərəf götürüldüm.
Qara oğlan on-on beş adamın dövrəsində əlindəki tütəyin lap anasını ağladırdı. Onu dövrələyən bu adamlardan bəzilərini tanıyırdım, onları aralayıb qabağa keçdim, ağzı açıq-açıq tütək səsini dinlədim bir xeyli. Sonra oğlan bir az nəfəs almaq istəyən kimi dil-boğaza qoymadan dilləndim:
- Ay oğlan, bizim evə gəlib an...-anam demək istəyirdim, amma bu qədər kişinin arasında anamın adını hallandırmaq istəmədim, sözümü dəyişdim -...bizim üçün çalarsan?
Oğlan çiyinlərini çəkib xəfif bir təbəssüm etdi sadəcə, heç nə demədi. Onun əvəzinə yanındakı kişi məni başdan-ayağa süzüb donquldandı:
- Bir manat versən, gələr, nöş gəlməz?
Bir manatım nə gəzirdi. Amma özümdən asılı olmayaraq yenə də əlimi cibimə saldım, girdəkən qabığına oxşayan yekə 5 qəpiklikdən başqa heç nə yox idi.
- Bir manatım yoxdu, amma başqa nə istəsən, verə bilərəm sənə,-dedim,-ee, məsələn, yumurta, nar, heyva...
Razılaşmadı yekəbaş kişi, "Ceyhun-yəqin uşağın adı beləydi-yalnız pulla çalır", dedi. Dəhşət pis oldum, anam bu xahişi məndən elə formada etmişdi ki, onun arzusunu yerinə yetirmək üçün hər şeyə razıydım. Amma nə, axı nə edə bilərdim? Möcüzə olacaqmış kimi bir də bütün ciblərimi yoxladım, faydası olmadı, elə əsəbiləşdim ki, az qala o beş qəpikliyi də götürüb tullayacaqdım. Məyus-məyus tanıdığım o adamlara baxdım, bəlkə onlar nəsə edə. Onlarsa bir ağızdan, "Qaç evə, ay uşaq" dedilər. "Anam istəyib" desəydim, bilirdim, məsələyə ciddi yanaşıb uşaq razılaşacaqdı gəlməyə, amma dediyim kimi bu qədər adamın arasında anamın adını hallandırmaq istəmədim, çünki dəfələrlə məhz bu adamların necə rahat-rahat ana söyüşü söydüyünü görmüşdüm.
Adamların arasından sivişib, yola çıxdım, küçəmizə tərəf baxdım, baxdım... evə gedə bilmədim, üzüm gəlmədi, bir də dönüb onların arasına qayıtdım, çarə axtardım, daşındım, düşündüm, amma çifayda, heç nə edə bilmədim. Boğula-boğula axşamın düşməsini gözəldim. Bu keçən vaxt ərzində beynimə nələr gəlmədi, aman Allah, amma yaxşı ki, hələ böyüməmişdim, pis yollarla pul qazana biləcək yaşda deyildim, yoxsa anamın o kövrək istəyini... və ümumiyyətlə, onun istəklərini yerinə yetirmək üçün Vallah istənilən pisliyə qurşana bilərdim. O qədər gözüm dönmüşdü yəni. Günəş çıxıb getdi, hava get-gedə qaş-qabağını tökdü. Üstəlik bu dəyişikliklər hamısı mənim gözlərimin qabağında baş verdi. Mən də əllərimi ciblərimə dürtüb suyu süzülə-süzülə evə qayıtdım. Əslində çox uzaqda deyildim, vaxtımı elə evimizin yanındakı körpünün üstündə keçirmişdim. Gecənin qaranlığından istifadə edib ustufca otağıma keçdim, səs-səmir yox idi, yerimə uzanıb yorğanı başıma çəkib düşündüm: axı həmişə evə bir saat gec qalsam, anam məni soraqlayar, axtarardı, niyə bu gün belə etməmişdi?
Ehhh... Yəqin məsələnin nə yerdə olduğunu bililb, mənimlə göz-gözə gəlmək istəməmişdi...
İlqar Kamil
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Gözəl ayaqlara necə sahib olaq?
Tramp prezident seçkilərinə Maykl Penslə gedir
Ebru Şahin çimərlikdə-FOTO
Sezar salatı (foto-resept)
Ramazanın 16-cı gününün duası
Leonardonun adası hər kəsi təəccübləndirdi
Günün ulduz falı
Müdafiə Nazirliyində yeni kadr dəyişikliyi olacaq?
"Vsyo, ay Allah, özüm tapdım, lazım deyil"
İtirən bizik
Azərbaycan milli mətbuatının 142-ci ildönümü qeyd olunur
Bu da yeni Mustang
Azərbaycanda "ASAN qatar" sistemi yaradılacaq
Qadın boksçularımız Almatı turnirində yarımfinalda
Havay adalarında günəşdən qoruyucu kremin istifadəsinə qadağa qoyuldu
Payız tortu (foto-resept)
Koronavirusun daha bir fəsadı aşkar edildi
Böyük sirr açıldı: qadınların kişilərdən çox yaşamasının səbəbi bilindi
Serenaydan 1,5 milyonluq imza - FOTO
Mikayıl Müşfiqin doğum günüdür
Diri ilanbalığı uddu ölümdən döndü-FOTO
Azərbaycanın "Eurovision" mahnısı - VİDEO
Müəllim olmaq istəyənlər! Qəbul iyulun 3-də başa çatır
Avropanın ən qədim oxu zalı
Erməni analar: “Bizə yalnız İlham Əliyev kömək edə bilər” - VİDEO
Gündə 3 fincan qəhvə içənlər…
“Aşkı memnu”nun “Firdevs”i: "Varlı olmaqdan bezdim"
Şokoladlı top (foto resept)
Siqaretdən imtina edən şəxs 1 ilə yığdığı pulu görüncə AДћLADI
Gül börəyi (foto resept)
Ailə birlikdir!
Yaşayış yeri haqqında arayış elektronlaşdı
Payız pəhrizi necə edilər?
Bu ərazilərdə QAZ olmayacaq!
Sırğaları necə təmizləməli?
Ancelina Coli yenidən ana olacaq!-FOTO
Azərbaycanın ən uzunömürlü seçicisi səs verib
Praktik 4 üz maska
Ləziz salat (foto resept)
Wi-Fi şüalarının insan orqanizminə hansı təsirləri var?
Şvartsenegger uzunqulağı ilə məşq etdi - VİDEO
Azərbaycanda bir kəndin bütün sakinləri koronavirus yoxlamasından keçdi - VİDEO
Arqan yağının dəriyə təsiri
Azərbaycanda 5 gün iş olmayacaq
Mətbəxtə fərqli stullar
Hadisə sahib olduğu hər şeyi satır
Uşaqlar oxusun deyə (yardım edək)
Nə gözəl yaraşır insana gülmək...
2019-da mükafat almış it şəkilləri
Rusiya tək rəqib elan edildi
- ŞƏRHLƏR