Bir addım o tərəfdə uçurum var idi. Dərin dibsiz,dumana bürünmüş uçurum.Onlar onun fərqində deyildilər. Xoşbəxt idilər. Uçurumu görməyəcək qədər xoşbəxt.
Zaman uçurdu. Dəlisov quşun qanadlarında heç kəsə heç nəyin hesabını vermədən onlardan anları, saatları oğurlayırdı.
Bir gün qadın daxmanın qarşısında ocaq qalayanda kişinin dumanlı dərəyə baxıb xəyala getdiyini gördü. Yenə qayğılarına bürünüb ocağını daha da alovlandırdı. O, xoşbəxt idi. Xoşbəxtlərin gözləri hətta uçurumları görməyəcək qədər
kor olar.
Günlər uzanıb özünü həftələrə təslim edəndə kişi o daxmadan da, o qadından uzaqlaşıb özünü o uçuruma təslim etdi.
Əvvəl kəndir hördü, sonra o kəndiri pillələrə çevirdi, sonra da körpüyə. Qadın xoşbəxt idi. Qadın kişinin ona sürpriz edəcəyini güman edirdi.
Uçurum böyüyürdü. Əvvəl ikisinin arasında böyüdü o uçurum, sonra evlərinin qarşısında. Dibi görünməyən uçurumun o tayından bir yad qoxu düz ocaqlarının başına qədər gəlib çıxmışdı. Qadın o ocağın başında yemək bişirirdi. Dadlı yeməklərin ətrini kişi o uçurumun kənarında unudurdu.
Dumanlı uçurumun o tayında bir əl yellənirdi. Əlvan yaylıq var idi əlində. Hey təslimiyyət bayrağı kimi gəl-gəl edirdi. Qadın da saçlarını hörərək əlvan yaylığını bağlamışdı, lakin kişi bunu görmədi. Onu uçurum udmuşdu.
Bir gecə qadın o tənha daxmada kişini tapmadı. Qaçdı, gücü yetdiyi qədər, ayaqları tutan qədər yüyürdü, amma ətrafı sarmış qatı qaranlıq hər şeyi udmuşdu. Düz uçurumun kənarına qədər gəldi. Əlinə o kəndir keçdi. Pillələrə çevrilmiş kəndir.Uçurum dumanlı idi, qaranlıq idi.Amma o tayda ay doğmuşdu. Qadın qaranlıqdan o taya boylandı. O işığı, o gözəlliyi seyr etdi uzaqdan. İstədi körpüyə, pillələrə çevrilmiş o kəndiri addım-addım aşıb oralara getsin Sövq-təbii olaraq hiss etdi ki, ona ora getmək olmaz.
Səhərə kimi uçurumun kənarında gözlədi. Gözlərini duman, yuxusunu qaranlıq apardı. İstədi özünü o uçurumdan atıb öldürsün. Dayandı. Ayaqlarını sallayıb o qaranlığıa tamaşa etdi. Günəş dünyanı qucaqlayana qədər tamaşa etdi.
Səhər kişi o körpü ilə geri döndü. Qadın onun gözlərinə baxdı. Özünü görmədi. Və o gün anladı ki, gecə kişinin gözlərindəki uçurumdan yıxılıb ölüb. İlk dəfə olaraq daxmanın qarşısında ocaq qalanmadı. İlk dəfə olaraq bir-birlərini sükutla qarşıladılar. Uzun bir sükut başladı. Əlvan yaylıqlı əl daha tez-tez göründü. Hər gecə körpü kişinin addımlarından silkələndi. Qadın əridi. Başındakı əlvan yaylıq rəngini dəyişib üzünün rəngi kimi soldu. Kişi gözlərindəki o əlvan yaylıq inikası ilə onun yaylığının rəngini fərq etmədi. O, daha o ocağın yanmamağını da hiss etmirdi. O, uçurumdan o tərəfdə yaşayırdı. Uzaqda idi. O qədər uzaq ki, gözlərinin boşluğunda qadına yer qalmamışdı.
Yenə gecələrin birində uçurumun o tayından gülüş səsləri eşidildi. Xoşbəxt və qayğısız gülüş. Qadın yenə uçuruma baxırdı. Özünü yenə o qaranlığa atmaq istəyirdi. Ayağa qalxdı, başındakı qara yaylığı çıxarıb uçuruma atdı, sonra geri dönüb daxmadan kişinin bıçağını gətirdi. Əvvəl öz biləklərinə, sonra o taya – işıqlı, aylı-ulduzlu dünyaya baxdı. Daha sonra bıçağı kəndirə çəkdi. Körpü yellənib qopdu bu taydan. Uçurumun dibinə qədər yol getdi. Qadın əlindəki bıçağı da tolazlayıb o taya atmaq istədi, bir anlıq düşünüb geri döndü. Aylardır pozulmuş narahat yuxularının acığına dərin bir yuxuya getdi. Ölü kimi yatdı. Ayılanda səhər idi. Nə qədər zaman yatdığını bilmirdi. Hər şey o qədər uzaqda qalmışdı. Sanki min il keçmişdi o uçurumdan, o körpüdən. Daxmanın qarşısına çıxdı.Yenə ocaq qaladı, yenə hər şeyi sahmana saldı.Uçurumun kənarına gəldi. Ora nəzər salmadan çoxlu çiçək topladı. O çiçəkləri aparıb güldana qoydu, aynanın qabağında dayanıb saçlarını çox gözəl daradı. Zaman yeni dəlisov quş kimi uçurdu. Arada qəlbinə kövrək bir ümid gəlirdi. Bəlkə, kişi o körpünü təmir edər, onun üçün geri dönər. Amma bilirdi ki, səfeh ümiddi. Elə o səfeh ümidi qəlbində boğub yaşamağa cəhd edirdi. Zaman uçurdu.
Gecələrin birində daxmanın qarşısında ocaq qaladı. Alova gözlərini dikərək keçmişini-gələcəyini xəyal etdi. Uçurum qarşısında qaralırdı. Qaranlığın bağrını yaran ay başının üstündə idi. Yayın istisi ocağın hərarəti ilə birləşib onun üzünün dərisini qızartmışdı.O, xəbərsiz idi. İllərdir onu izləyən bir cüt gözdən xəbərsiz idi.
Gecələrin birində gəldi. Qadın ilk öncə özünü itirdi. Bütün malik olduğu silahlarla ona müqavimət göstərməyə hazırlaşdı. Amma adam əli qoynunda tamaşa edib getdi. Beləcə hər gecə gəldi. Hər gecə əli qoynunda uçurumun kənarında ona tamaşa etdi. Qadın ondan heç nə soruşmadı. Onun hardan gəlib çıxdığını, niyə orada dayandığını soruşmadı. Yenə daxmanın qarşısında ocaq qaladı. Əlvan yaylığını başını bağladı. Saçlarını yenə çəmənlikdə daradı. Çobanyastıqlarından yenə saçlarına düzdü. Adam uçurumun kənarında idi.
Bir gün son yay hilalı doğanda qadın uçurumda körpünü fərq etdi. Körpü kəndirdən hörülmüşdü. Külək vurduqca yellənirdi. Dibsiz uçurum altında qaralırdı. Bir ümidlə onun o tayına boylandı. Yenə o şikəst ümid qəlbində dirçəlib: “Bəlkə, geri dönmək istəyir”, - deyə pıçıldadı. Oturub o körpünün yanında hönkürdü. O qədər ağladı ki, illərdir gözlərinin boşluğuna yığılmış dərdin pası açıldı. Zamanı itirib ağladı. O ki var ağladı. Birdən anladı ki, əslində, o şikəst ümidə ağlamır, uçurumun kənarında hər gün dayanan o adama ağlayır.
Payızın yelləri ağacların min rəngə boyanmış yarpaqlarını dərib, küləyə bəxş edəndə yenə o adamı gördü. Bu dəfə əlində çiçəklə gəlmişdi. O uçurumun kənarından daxmaya doğru gəlməyə izn istəyirdi. Qadın heykəl kimi pəncərənin önündə durmuşdu. Külək buludları bir yerə toplayıb səmanı qaraltdı, yağış damlaları dünyanın ən çətirsiz adamının üzərinə səpələndi. Qadın isə tamaşa edirdi. Tamaşa etdikcə anlayırdı ki, yağış onların arasındakı uçuruma yağır. Sularla oranı doldurmaq üçün yağır. Bir gəmi eşqi ilə yağır.
Adam əlindəki çiçəkləri yağışa təslim edib geri döndü. Körpü yelləndi. Uçurumun qaranlığı adamı uddu. Qadın qaçaraq onun arxasınca yüyürdü. İstədi onun geri qaytarsın. Düz uçurumun kənarına gəldi. Əlini o körpüyə uzatdı.Qorxdu, içindəki ümiddən qorxdu. Sevməkdən qorxdu, özünə xəyanət etməkdən qorxdu. Körpü yenə var idi və o körpü bu dəfə ayrılığa yox, vüsala aparırdı.
İki gün gözlədi. Yağışların göz yaşında yuyunaraq gözlədi. Sonra bir Günəş doğdu, qaranlıq buludlar bənövşəyi rəngə dönəndə qadın körpüyə doğru yönəldi. Əli ayağı əsə-əsə körpünün sonuna qədər gəldi. Adam uçurumun kənarında oturmuşdu. Əlində çiçək yox idi artıq. Gözlərinin boşluğunda qaranlıq bir uçurum var idi. Qadın o uçurumda özünü gördü. Sonra özünü o baxışlardan qoparıb lap dərinə baxdı. Gördü bir qadın başında rəngi qaçmış bir qara yaylıq, oçağın üstündə qazan qarışdırır. Rəngi kül kimi, əlləri əsməcəli qadın. Sonra dayandığı körpüyə baxdı və geri dönüb ayaqlarının gücü yetdiyi qədər qaçdı. Öz daxmasına qədər qaçdı. Əlinə ilk keçən o bıçaq oldu. Elə həmin bıçaqla dönüb o körpünü doğradı. Dibsiz, qaranlıq uçurum körpünü uddu. Əslində isə o, körpünü doğramadı, özünü doğradı, könlünü doğradı, ümidlərini doğradı. Qadın içindəki dərin boşluqla ah çəkərək uçuruma baxdı. Əllərini yana açaraq möhkəm qışqırdı.
Zaman dəcəl qız kimi qaçırdı. Qadın daxmasının qarşısında ocaq qalamışdı. Uçurum yox olmuşdu.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bakı ilə Nitsa arasında birbaşa aviareys açılır?
2015 yaz-yay çantaları
Aslı Enver yenidən ekranlara qayıdır
Azərbaycanda 1500 test keçiriləcək
Kələmli sadə salat(foto resept)
Vivienin bürc illustrasiyaları
Ermənistanın yeni Xarici işlər naziri azərbaycanlı imiş - FOTO
İdman edərək yaddaşınızı gücləndirin.
Cennifer Lopezdən dirək rəqsi – VİDEO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya Moskvada Müqəddəs Mələksima Knyaginya Olqa ordeni təqdim edilib - FOTO
"Neftçi"nin yeni baş məşqçisinin adı bəlli oldu
"Matrisa" yenidən çəkilir
"Recep İvedik 5" Azərbaycanda nümayiş olunacaq?
Ev üsulu toyuq kolbasası (foto resept)
Düşməni vahiməyə salan döyüşçü Paşa kimdir?
Qızılca və məxmərək peyvəndi almayanların diqqətinə!
Yeni Maserati GranCabrio
2019-cu ilin ilk TRENDİ
Sentyabr ayı üçün bayramlar və tarixi günlər
Flaşmob sevənlər üçün film
Sinəyə qulluq
Qış xəstəliklərindən qoruyan 3 ərzaq
Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından 22 il ötür
Qrip ilə koronavirusun fərqi nədir?
İnsanlıq dərsi: 200 min dollar tapdı və...
Faydalı dizayna malik əşyalar
"Ig Nobel" mükafatı
Qırğızıstanda rus dilinin rəsmi statusu ilə bağlı qərar verildi
Bu qidalar asılılıq yaradır!
“Azərcell” ləğv olunur - SON DƏQİQƏ
Heç nə əbəs yerə yaradılmayıb
Qəbələ rayonuna 2 milyon manat ayrıldı
Diş fırçası insanı infarkt xəstəliyindən qoruyur.
Gimnastika və onun sağlamlaşdırıcı əhəmiyyəti
"Simpsonlar 2" gəlir - 12 illik fasilədən sonra
Ramzan Kadırov Zabit Səmədovu Kikboksinq Klubuna rəhbər təyin edib
20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir
Məşhur aktrisanın toyu oldu
Deniz Seki ana ola bilməyəcək-SƏBƏB
Məktəblərdə qış tətili bu tarixdə başlayacaq
Vanna otağı təmizliyi qaydaları
Aqressiv uşaqları belə yedizdirin
Keçmiş sevgilisi toya gəlinlikdə gəldi-FOTO
Maqnoliya pudinqi (foto resept)
Körpəyə süd verən anaların yeməli olduğu qidalar
Karantin rejiminin hansı halda daha da yumşaldılacağı açıqlandı - RƏSMİ
Düyülü toyuq dolması (foto resept)
NASA həll edə bilmədiyi məsələ üçün tələbələrə 180 min dollar təklif edir
Evdar qadınlara müavinət veriləcək?-Ətraflı
"Qarabağ" tarix yazdı