"Coca-Cola" az qala hər gün bizə yoldaşlıq edən imtina edə bilmədiyimiz qidalar arasındadır. "Coca-Cola", su istehlakını minimal həddə endirən, xüsusilə də isti yay günlərdə ən çox istifadə etdiyimiz içkilər arasında birinci sırada yer tutur deyə bilərik. Bununla yanaşı zərərli tərəflərinin də olduğunu hamımız bilirik. Ancaq bilmədiyimiz bir gerçək var ki, o da "Coca-Cola"nın içki kimi qəbul etməkdən də əlavə istifadə edilə biləcəyi sahələrin olmasıdır. Təcrübələr nə qədər müvəffəqiyyətli olsa da, şəxsən etmədiyimiz üçün, nəticələrə zamin olmaqdan çox ediləni tanıtmaqla faydalı ola bilərik. Gəlin "Coca-Cola"nın gizli gücünü bir-bir araşdıraq.
Nələr edilə bilər?
Tərkibi çox sadə olan "Coca-Cola"nın maraqlı bir şəkildə çəmən otlarına faydalı olduğu deyilir. Böyüməsini sürətləndirməsi ilə yanaşı, sıx bitməsinə yardım edir və daha güclü köklərlə çıxmasını təmin edir.
Evinizə növbənöv yuyucu almağa son! Qazan və ya tavanın dibi yandımı? Heç fikir etməyin, bir az "Coca-Cola" töküb gözləyin, yanıq ləkəsinin necə çıxdığına təəccüblənməklə qalmayacaq, verdiyi parlaqlığa da heyrət edəcəksiniz.
Əşyalarınızı quru təmizləməyə verməkdən bezdinizmi? Onsuz da xərci çox olan bir işdir. Ləkə tutan yerə bir az "Coca-Cola" tökün - yağı, sous ləkəsini, hətta qanı belə təmizləyir. Ən bahalı təmizləmə vəsaitlərinə rəqib olacaq qədər yaxşıdır.
Qışda, buzlanmış şüşələr avtomobil sahiblərinin ən böyük problemidir. Nə yaxşı ki, evdə bir az "Coca-Cola" var. Onu avtomobilin şüşəsinə tökün və gözləyin. Buzun necə çözüldüyünə inana bilməyəcəksiniz.
Dənizə getdiniz... Bir az sərinləmək üçün suya girmisiz, amma birdən bədəninizdə iynə batması kimi bir şey hiss etdiniz. Ətrafınızdakı meduzanı örüncə anladınız ki, sizi o dişləmişdir. Qorxmayın, bir az "Coca-Cola" ilə hər şey düzələr (yalnız bənövşəyi meduza dişləmələri zamanı faydalıdır).
Evinizdə paslanmış əşyaları atmağa da son! "Coca-Cola" vasitəsilə paslanmış təbəqədən azad ola bilərsiz.
Maraqlı olan daha bir məlumat! Buz kimi soyuq "Coca-Cola" ilə qarqara etmək hıçqırığınızın kəsilməsinə köməkçi olacaq.
Çox danışdıq, bir az yemək fasiləsi... Yemək demişkən, "Coca-Cola" ilə ketçubu qarışdırıb sous əldə edə bilərsiz və bu sousu başda toyuq olmaqla, bir çox ət və makaron yeməklərində istifadə edə bilərsiniz.
Hər şeydən bəhs etdik, bir az da özümüzə qulluğa zaman ayıraq. Saçlarınızda iri dalğalarmı istəyirsiniz? Salona gedəcək zamanınız da yoxdur? Rahat olun, saçlarınıza bir az "Coca-Cola" çəkin və bir neçə dəqiqə gözləyin. Sonra saçlarınızı yaxalayın. İndi isə cüzi fəaaliyyətlə əldə etdiyiniz iri dalğaların kefini çıxardın.
Əlinizdə çox gözəl bir fotoşəkil var. Onu köhnəlmiş və ya nostalji olsun deyə köhnəltmənin yollarını axtarırsınız? Üzərinə bir az "Coca-Cola" töküb qurumasını gözləyin. İstədiyiniz görünüşü əldə edəcəksiniz.
Bu xoşagəlməz hadisə az qala hər qadının başına gəlmişdir. Uzun saçlarınıza bir diqqətsizlik nəticəsində saqqız yapışması. Qayçıya heç ehtiyac yoxdur. Bir az "Coca-Cola" bütün probleminizi həll edəcək.
Zarafat etdiyimizi düşünə bilərsiniz, ancaq saçınızın rəngini açmaq, ya da boyanı çıxartmaq üçün diyet "Coca-Cola" istifadə edə bilərsiniz.
Ayaqyolundakı inadçı çirklər! Artıq qorxmayın, bir az "Coca-Cola" tökün və gözləyin, sonra gördüyünüz nəticəyə nə deyəcəyinizə özünüz qərar verin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qanunsuz tikililərin sənədləşməsinə başlanılır
Bakıdakı çimərliklər təhlükə mənbəyidir
Ayrılıq acısı ilə mübarizə
Yas düzəldi, bəs toy?
Sobada göbələkli toyuq (foto-resept)
2016-cı ildə bu gəlinliklər dəb olacaq
Taysonu Çiliyə buraxmadılar
Instagram-da Yenilik
150 dollarlıq yığcam smartfon
Sankt-Peterburq görüşü barədə Minsk qrupu məlumatlandırılacaq
Hər 40 saniyədə bir nəfər intihar edir
Bu yağdan istifadə edənlərin nəzərinə
486 müəllim imtahandan imtina etdi
Toxumaq dərsi-4
Yay geri qayıdır
Ata söz verdi, o dünyadan qızının toyuna gəldi – ŞOK FOTO
Göz altı torbaları
Hamı ilə oyun oynamağı sevən it
Azərbaycandan keçəcək siklonla bağlı AMEA-dan şərh
Günün ulduz falı
Düz qarına sahib olmağın 5 qaydası
Türkiyə Ermənistanı 1915-ci il hadisələrini yenidən araşdırmağa çağırır
Aşura günü bu məscid və ziyarətgahlarda qan verə bilərsiniz
Ölkəmizlə bağlı proqnoz dəyişdi
Haqlı olmaq mübarizəsi
Xəyalımızdakı gözəl evlər
Rəngarəng donlar
Təbrizin qədim ölçü vahidləri
Gözaltı torbalarını azaldan 5 ərzaq
Dənizə qərənfillər atıldı - Bulvarda neftçilər anıldı
"İsveçə gedə bilməsəm də..." Xəyalə Muradla müsahibə
Kremlə iyunadək vaxt verildi
Məşhur aktrisa ilk dəfə sevgilisi ilə-FOTO
Məşhur cütlüyün evində səslər yüksəlib
Dünyanın ən kiçik restoranı açılacaq
Zibil yığanların ən çox pul qazandığı ölkələr - SİYAHI
Svarovski qaşlardan əşyalar
eBay-da satılan 9 bahalı məhsul
Namaz və onun qaydaları (4-cü hissə)
Qonaq otağı mebelləri
Daha az kalori üçün 12 təklif
Şahzadə Beatris 32 yaşını belə qeyd etdi
Şeyma Subaşı geyimlərini satır-FOTO
Günün ulduz falı
Hərəkət et, yaşa!
Bu xəbəri oxuyan uşağına onu verməz
Kalori saymadan arıqlamağın 10 yolu
ÜST rəsmisindən Azərbaycanda koronavirusla bağlı proqnozu
İkimərtəbəli uşaq çarpayıları
Samsung xəstələrə kömək edəcək
- ŞƏRHLƏR