- Yaponiya adlı bir ölkə var, haradakı qadınlar demək olar ki, piylənmədən əziyyət çəkmir, başqa ölkələrin sakinlərinə nisbətən daha çox yaşayırlar. Az xəstələnir, eyni zamanda özlərinə sərhəd qoymadan hər şey yeyirlər. Yapon sağlamlığının və uzun ömürlülüyünün sirri – dadlı, sağlam, enerji və yüksək əhval ruhiyyə verən - mətbəxdi.
Heyrətamizdi, ancaq bildiyimiz yapon mətbəxinin əsasını qoyan ərzaq çatışmamazlığı olmuşdur. Bitki və heyvan ötrütüyün azlığı Gün doğar Ölkənin əhalisinə gündəlik qidaya hömətlə yanaşmağı öyrətmişdir, adi, sadə yeməklərə onlar maksimum estetik görkəm verməyə çalışmışlar. Yanacaq çatışmamazlığı yaponları alaçiy yeməyə məcbur etmişdi, çörəyi isə burada bir neçə on illiyə qədər ümumiyyətlə tanımırdılar. Yapon mətbəxinin yaranma tarixi düyü becərməyə başladıqları vaxtdan hesab olunur. Əfsanəyə görə qamış düyü Yaponyaya ilahi İnari-sama tərəfindən göndərilmişdir. Bu 2500 il bundan əvvəl baş verib. Düyü hər şeyiydi: Qida və pul. Qəbilə başçıları düyünü xüsusi anbarlarda –okura-da saxlayırdılar. İndi də Yaponyada Maliyyə Nazirliyi Okura-se yəni anbarlar naziri adlandırılır.
Avropalıların böyük əksəriyyəti üçün Yapon mətbəxi – suşi və rulolardı. Suşi həqiqətəndə Yaponiyada ən sevilən yeməklərdən biridi, ancaq bununla yanaşı bir çox başqa yeməklər də var. Yaponlar ehtiraslı epikurentlərdi. Dünyanın heç bir yerində yemək mədəniyyəti bu qədər inkişaf etməyib. Yemək burda hər yerdədi. Özüdə yüksək keyfiyyətdə. Yaponiyada təzəlik çox vacibdi. Bu istənilən qidanın əsas hissəsidi. Məhsullar ya bağdan təzə gətirilmiş ya da isti olmalıdı. Yapon supermarketləri – təzəlik məbədidi. Ət, balıq, tərəvəzlərin üzərində istehsal günü və saatı dəqiqliklə göstərilir. Yapon kulinariyasında konservləşdirilmiş və dondurulmuş anlayışı demək olarki yoxdu. Aktyor, ssenarist Donal Riç yazırdı: “Yapon mətbəxinin təzəliyi qışqırıqlar içindəki pıçıltı kimi diqqəti cəlb edir. Yeməklərin həqiqi görünüş və dadını açır. Onları demək olar ki, çiy təqdim edir və yeyirlər, burada heç nə uzun müddətə hazırlanmır. Qidanın demək olar ki, təbii dadından zövq alırsan”. Çox çeşidli yapon mətbəxinin əsasında on qayda durur, hansıki onu planetin ən faydalı qidalanma qaydası edib.
1. Balıq.
Yaponlar balıq dəlisidi. Onu səhər, günorta və axşam yeməyində yeyirlər. Balığı düyü toplarının içinə və ya əksinə düyü toplarının onun içinə qoyurlar, çiy, hisə verilmiş, qaynadılmış, qızardılmış, ədvalarla pörtlədilmiş və ya elə-belə yeyirlər. Ancaq tuna, ilanbalığı, farel kimi balıqların içində ən sevdikəri balıq – qızılbalıqdı. Yaponlar onun hazırlanmasının muxtəlif yollarını tapıblar. Bu qızıl balıqdan biftek, sirkədə, duza qoyulmuş balıq dərisi, qızılbalıq kürüsü, az duzlanmış qızılbalıq böyrəkləri və sair. Yaponların balığa olan marağı VII əsrdə bütpərəst-imperatorun quruda gəzən heyvanların öldürülməsini və yeyilməsini qadağan etməsindən sonra artır. İmperatorun bu göstərişi düz on iki yüzillik boyunca qüvvədə olur və bu bir millətin ağız dadını dəyişməsi üçün bəs edir. Əvəzində isə indi Yaponiya ərazisində dünya əhalisinin cəmi iki faizi yaşamasına baxmayaraq, dünyada istehlak edilən balığın on faisi Yaponiyanın payına düşür. Bütün dünya tədqiqatçıları qeyd edir ki, balıq yağının tərkibində olan omega-3 turşusu ürək-damar xəstəliyinin, algemiral xəstəliyinin, artirit və bir neçə növ xərçəng xəstəliklərinə yoluxma riskini azaldır.
2. Tərəvəzlər.
Adı yapon qadını tərəvəzlər barədə hər şeyi bilir. O soğan, badımcan, bibər, pomidor, çuğundur, salgamın növlərini çox gözəl ayırd edir. Gün doğar ölkınin sakinləri tərəvəzləri çox sevir. buğda hazırlanmış vəya kanola yağında qızardılmış qırmızı bibər, yaşıl noxud, qabaq, badımcan, ağ soğan, və əlbəttə düyüdən ibarət qarışıqlar xüsusilə populyardı. Sitake göbələklərini unutmaq olmaz. Xırda doğranmış halda onlar bayram şorbasının əlavə bəzəyidi. Yaxşı rəndələnmiş balqabaq, zəncəfil kökü birdə otlar sisr, miçuba və moyoqa. Yaponlar həmişə uşaqlarına C vitamini, yod, kali və liflərlə zəngin olan yosunlarla yemək hazırlayırlar. Tərəvəzlər əsasən vitamin və menerallarla zəngindi, yapon mətbəxi az kalorisi ilə seçilir və həddən artıq yeməyə zəmin yaratmır.
3. Düyü.
Yaponiyada – həmişə düyü bayramıdı, hansıkı artıq 1 300 ildir ki, davam edir. Yaponların düyü ilə demək olar ki, mistik əlaqələri var. Düyü sahələrinə rəsimlər və şeirlər həsr olunub. Uzun müddət düyü ölkənin əsas valyutası olmuşdur. Düyü – yapon stolunun mütləq iştirakçısı və yaponun daimi yoldaşıdı. Yaponlar düyüdən ritual və bayram xörəkləri, gündəlik xörəklər, yağ, sirkə və tort hazırlayırlar. Və nəhayət düyü – faydalı karbohidratların əvəzedilməz mənbəyidir. Yaponlar iri və ağ düyüləri sevirlər ona görəki onlar uzun müddət çeynənir, azacıq yapışqan və bərəkətli olurlar. Dənələr bir yerdə lakin yapışmıış olmamalıdı. ən populyar düyü növü azacıq şirin dadı olan “kosixakari”di,. Qonaqlıqlarda yapon xanımları moti hazırlayır. Düyünü möhkən döyürlər və alınmış kütlədən kvadrat piroqlar hazırlayırlar.
Düyü – yüksək karbohidratın mənbəyidi hansıki ona görə yapon qadınları uzun ömürlülüyə görə bütün rekordları qırırlar. Tədqıqatlar göstərir ki, karbohidratlarla zəngin olan qidalarla qidalanan insanlar artıq çəkidən əziyyət çəkmirlər. Düyüdə demək olar ki, duz yoxdu, xolestrin və doymuş yağlardan xaricdi.
4. Soya.
Yaponlar üçün bütün gün ərzində protei ilə zəngin olan soyadan hazırlanmış yemək yeməmək ağlasığmazdı. Onu adətən şorba miso, tofu parçaları, soya sosu və ya qıcqırdılmış paxla şəklində yeyirlər. Tofu kəsmiyi Yaponiyaya təxmiynən min il əvvəl Çindən gəlib, tez bir vaxtda bütpərəst kahinlərin sevimli yeməyinə çevrilir. Miso – qızardılmış paxla, arpa və ya buğdadan hazırlanmış məcunun da məskəni Çindi. Mütəxəssislər hesab edir ki, soyanın yüksək miqdarda istehlak edilməsi yapon xalqının sağlamlığığına və uzunömürlülüyünə xidmət edir.
5. Əriştə.
Yapon mətbəxinin növbəti imiqrantı - əriştə. Çindən Yaponiyaya bütpərəstliklə bərabər gələn əriştə tez bir vaxtda gündoğar ölkənin sakinlərinin ürəklərini və mədələrini fəth edir. Düzdü 17ci əsirdə soba (əriştə) aşağı səviyyəli qida kimi qəbul edilirdi. Lakin 18ci əsrin əvvələrində yaxşı təchiz edilmiş restoranlar meydana gəlməyə başlayır və varlı sakinlıri cəlb edir. 1818 ildə 3 mindən artıq restoran öz müştərilərinə soba təklif edirdi. Əriştənin növləri çoxdu və hansı növünə üstünlük verilməsi regiondan aslı olaraq dəyişir. Tokiodan cənubda və qərbdə Kiotto və Osakedə buğda unundan hazırlanmış ağ əriştə-udonu sevirlər, ancaq tokyalılar qarabaşaq unu və buğda ununun qarışığından hazırlanmış nazik, qəhvəyi əriştəni çox bəyənirlər.
6. Çay.
Yaşıl çay Yaponiyanın simvoludu. Çay dəstgahı isə - Zen buddizimin mahiyyəti idi hansı ki, beş yüz il ərzində inkişaf etmiş bir prossesdir. Eysai adlı kahini Yaponiyaya çayı XII əsrdə Çindən gətirib. Çayla yeməyin əlaqəsi, kaiseki peri – Çay dəzgahı ilə müşaiət edilən xüsusi yeməklərdən sonra daha da gücləndi. Çində bu içkini təqdim edən kahin yazırdı, “çay – bu uzun ömürlülüyün sirridi. O sanki torpağın canıymış kimi öz yarpaqlarını dağ yamaclarına yayır”
7. Monastır Mətbəxi.
Sağlam qidanın ilahiləşməsi tamamilə vegeteriyan üslubudu, ya da sodzin reri – səkkiz yül il Zen Buddizimin kahini tərəfindən tətbiq olunan Məbəd mətbəxi. Sodzin reri əsas mənası – qida mənəvi inkişafa kömək etməlidi. Heç nəyi atmaq olmaz. Sadəcə adi bitkilərin az hissəsinə icazə verilir.
Tipik nahar – bu qızarmış və miso sousuna doğranmış dikondu. Bütpərəstlər üçün müqəddəs olan beş rəqəmi sodzinidə öz əkksini tapıb. Yemək hazırlamağın beş qaydası (çiy, buxarda, qrildə, qaynadılmış və sadəcə qızardıılmış), beş rəng (yaşıl, sarı, qırmızı, ağ, qara), beş dad (şirin, acı, tünd, turş, duzlu) və beş ifadə hansılarıki kahinlər hər yeməkdən əvvəl işlətməlidi
Mən çəkilmiş zəhmət barədə düşünürəm hansına görə ki, indi yeyə bilirəm
Mən öz çatışmamazlıqlarım barədə düşünürəm, görəsən mən bu yeməyə layiqəmmi
Qoy mənim idrakım məni xəsislik və xudbinlikdən azad etsin
Qoy bu qida mənə şəfa və sağlamlıq bəxş etsin
Qoy bu qida mənə təkmilləşməyimdə kömək etsin
8. Səhər yeməyi.
Yaponlar bulku və bilinçiksiz ancaq bol enerji ilə dolu səhər yeməyinin nə olduğunun bilirlər. Tipik səhər yeməyi – yaşıl çay, bir kasa qaynadılmış düyü, miso-şorbası tofu və soğan ilə, körpə dəniz yosununun yarpaqları, omlet və hisə verilmiş somon dilimi.
9. Desert.
Yaponlar şirniyatı çox sevirlər, şokolad, dondurma və porojnaların dəlisidilər. Qərbdən fərqli olaraq onlar diserti az-az ancaq tez-tez yeyirlər.
10. Yeməyə düzgün münasibət.
Yaponlar diyeta deyib özlərini aclıqla yormurlar. Onların qida rasionu və metodu demək olar ki, bütün həyatları boyu dəyişmir.
Yemək rejimini birdən birə dəyişmək lazım deyil. Amcan bir neçə məsləhət faydasız olmazdı. Ekzotik inqridentlərə gəldikdə supermarketlər sizə kömək edə bilər
Dietanın əsas şərti – qidadan kəmiyyətinə görə imtina etməmək, eyni zamanda bir qidanı digəri ilə əvəz etməmək.
Olmaz: duz, şəkər, spirtli içki, çörək
Olar: istənilən qədər mineral və qaynadılmış se
Diet salatı: bu bitki yağı əlavə edilmiş kələmdi istənilən qədər yemək olar
Balıq: - 200-300 q. Qızardılmış və ya qaynadılmış (duzsuz və unsuz)
1-ci, 8-ci gün:
Səhər – şəkərsiz qəhvə
Nahar – 2 böyük yumurta, salat, bir stk. pomidır şirəsi (duzsuz)
Şam – Balıq, salat
2-ci, 9-cu gün:
Səhər – qəhvə və suxari
Nahar – balıq, salat
Şam – soyutma (qaynadılmış) mal əti 200 q, bir stk. qatıq
3-cü, 10-cu gün
Səhər – qəhvə
Nahar – alaçiy yumurta, 3 böyük, qaynadılmış yerkökü bitki yağı ilə, 150 q bərk pendir
Şam – alma (istənilən qədər)
4-cü, 11-ci gün:
Səhər – qəhvə
Nahar – bitki yağında qızardılmış cəfəri kökü, alma
Şam – 2 böyük yumurta, soyutma mal əti 200q, salat
5-ci, 12-ci gün
Səhər –limon suyu əlavə edilmiş rəndələnmiş kök
Nahar – balıq (500q artıq olmasın), bir stəkan pomidor şirəsi
Şam – balıq, salat
6cı- 13cü gün
Səhər – qəhvə
Nahar - soyutma toyuq əti (file olmasın)
Şam – 2 böyük yumurta, çiy yer kökü və bitki yağından hazırlanmış salat
7ci gün
Səhər – çay
Nahar- soyutma mal əti (200 q.) meyvə (banandan başqa)
Şam – 3-cü günün rasionundan başqa istənilən dieta
Sağlam olun xanımlar!
XƏBƏR LENTİ
Olimpiya oyunlarından YENİLİK
Uşağın böyüməsi və inkişafı
Səhərədək telefona baxdı, kor oldu-FOTO
Son model ayaqqabı modelləri
Geyimlərdə zəif görünmə yolları
Kələm haqqında bilmədiklərimiz
Ermənistan tərəfi dövlət sərhədində mövqelərimizi atəşə tutur - RƏSMİ
Azərbaycanda mütailə avtobuslarının yaradılmasına başlanılır
Məşhur müğənninin konsertini 7500 nəfər izlədi - FOTO
Evdəki vasitələrin möcüzəvi təsiri
Sabunla üz yumaq zərərlimidir?
Sobada badımcan dolması (foto-resept)
20 min illik işıq transformatoru tapıldı: Elmi nəzəriyyə alt-üst oldu
110 min dollarlıq maşını qəpiklə aldı
Payızda saçları gücləndirmək üçün nə etməli?
Qar yağacaq
102 gündən sonra yenidən koronavirus aşkarlanan ölkədə qadağalar başladı
Roma Papası Ermənistanda
“Şellak” manikürü dəri xərçəngi əmələ gətirir –XƏBƏRDARLIQ
Artur Şopenhauer - Dünya iztirabları
Türkiyədə Xocalı abidəsi
Bir udum havaya həsrət
Susuzluğun bədənə təsirləri və nəticələri
Kənan və Beren Saat aylar sonra ilk dəfə -FOTO
Mətbəxiniz üçün modern fikirlər
Azərbaycanda hərbçilər arasında koronavirusa yoluxma var - RƏSMİ
Quru əlləri necə nəmləndirməli?
Kardi B hər kəsi təəccübləndirdi-FOTO
Georq Fridrix Hendel
İnstagram-da yarımçıq YENİLİK
Eşqinizi canlı tutacaq 7 məsləhət
Azərbaycanlı idmançı erməni rəqibinə aman vermədi, qızıl medal qazandı
Oxumamaq dərdi: buna görə əsəbləşməyə dəyərmi?
Orta imkanlı amerikalı necə yaşayır? - FOTOSESSİYA
İlham Əliyev, Putin və Paşinyan görüşü “Haber Global”da - VİDEO
Azərbaycanda üçəm uşağı doğulan ailələrə şad xəbər
“Meyiti yandırılan” kişi evə qayıtdı
Saç qırıqlarından xilas olmaq üçün...
Ətli bağlama (foto resept)
Bu qadın 40 ildir adada tək yaşayır!
Merkelin görüntüləri sosial mediada böyük maraqla qarşılandı - VİDEO
Kremli qurabiyə (foto-resept)
Gicitkən şorbası (foto resept)
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
Qırışlar əleyhinə kremi özünüz hazırlayın
Kosmosda peçenye bişirdilər - VİDEO
15 ay işlədi – 58 milyon qazandı
Günün ulduz falı
Bir il sonra dünya ilə toqquşacaq
"Mourinyo futbol üçün böyük təhlükədir"
- ŞƏRHLƏR