1. Şəkər alması
Bu meyvənin vətəni Tropik Amerika olsa da, onu Hindistan və Pakistan və Filippində də əkirlər. Şəkəralması şam qozuna oxşayır, diametri 10 sm-ə qədər olur. Daxili hissəsi ağ rəng və yüngül dada malikdir. Tumu azdır.
2. Çerimoyya
Yarpaqlı bitki sayılan Çerimoyya adlı bu alma əsasən Cənubi Amerikanın dağlarında bitir. Bu bitki əsasən yumru formaya malikdir. Lakin xarici görünüşünə görə 3 tipə ayrılır (qabarıq, hamar və ya qarışıq). Bu meyvənin gözəl ətri olmaqla yanaşı, şirəli və dadlıdır. Deyilənə görə, bu meyvənin dadı banan, marakuyi, papayi və ananası xatırladır.
3. Platoniya
Bu böyük ağac Braziliya və Paraqvayın tropik meşələrində yaşayır. Bu ağacın meyvəsi portağal boyda olur və bu meyvəni sıxdıqda sarı şirə axır. Bu meyvənin tərkibi bir neçə qara tumu olan ağ, yumşaq lətdən ibarətdir. Gözəl, şirin dadı olur.
4. Lanqsat
Lanqsat və ya duku - bu iki çox oxşar meyvəni bütün Asiyada tapmaq olar. Lanqsatın qabığında zəhərli olmayan, lakin təmizlənməsi qəliz olan maye var. Duku meyvəsinin qabığı isə asanlıqla ayrılır. Meyvənin daxilində 5 hissə var və onların da daxilidə bir neçə acı toxum olur. Bu meyvələr çox şirin meyvələrdir.
5. Dakriodes
Dakriodes Anqolanın cənubunda, Nigeriyanın şimalında və Afrikanın tropik meşələrində bitən həmişəyaşıl ağacdır. Bu ağacın meyvəsi tünd göy rəngdən bənövşəyi rəngə qədər müxtəlif rənglərdə olur. Bu meyvə Afrika armudu kimi də tanınır. Bu meyvələr yumşaq və uzunsov formaya malikdir.
6. Noni
Bu meyvənin vətəni bütün Cənub-Şərqi Asiya və Avstraliyadır. Və bir çox adları məlumdur. Bəzən böyük Morinqa və Hindistan ipəyi kimi adlarla məşhurdur. Ağac il boyu meyvə verir, lakin bir qayda olaraq meyvələr eyni vaxtda yetişir. Bu meyvənin kəskin qoxusu olur.
7. Salaka (bir ilan)
İndoneziyada bitən ilan ləqəbli meyvə. Onlar salxımlarda böyüyür və qabıqları asanlıqla çıxarılır. Ləqəbini isə pullu olması, qırmızı gözəl, qonur qabığa malik olmasına görə veriblər. 3 ağ şirin hissədən ibarətdir. Hər birinin tərkibində kiçik qara yeyilməyən toxum yerləşir. Meyvələri meyxoşdur, bir növ almanı xatırladır.
8. Karambola
Karambola - bu meyvə ağacı, əslən Filippinə aiddir. Hal-hazırda Cənub-Şərqi Asiya, Şərqi Asiya, Cənubi Amerikanın bütün ərazilərində yayılmışdır. Meyvənin qabığını təmizlədikdən sonra 5 hissədən ibarət olur. Onu nazik kəsdikdə ulduza bənzəyir. Meyvə C vitamini və antioksidanla zəngindir. Meyvə yetişdikdə parlaq sarı rəngdə olur. Dadlı olmaqla yanaşı həm də gözəldir.
9. Buynuzlu yemiş
Buynuzlu yemiş, həmçinin Afrika xiyarı kimi də tanınır. Vətəni Afrikadır, amma hazırda Avstraliya, Yeni Zelandiya və Çilidə onu yetişdirirlər. Tam yetişdikdə yemiş qabığı bərk sarı sivri tikanlarla örtülür. Ləti isə, jele kimi olur. Rəngi zümrüd rəng olur. Meyvənin dadını bananla tez-tez müqayisə edirlər. Meyvə C vitamini ilə zəngindir.
10. Sehrli meyvə
Möcüzə, və ya şirin giləmeyvə- bu qəribə giləmeyvənin vətəni Qərbi Afrikadır. Bu meyvəni qəribə edən səbəb nədir? Bəhrəsinin tərkibində böyük miqdarda şəkər əvəzedicisi olmasıdır. Özü elə çox şirin dada malik deyil, lakin insan onu yedikdən müəyyən vaxt sonra şirin dadı hiss etməyə başlayır. Və bir saat ərzində nə yesəniz yalnız şirin dad hiss edəcəksiz. Beləliklə, siz bir limon yeyə bilərsiniz, ancaq turş deyil, dadı şirin sirop olacaq.
XƏBƏR LENTİ
Doğulduğumuz fəslin xasiyyətimizə təsiri
"Faylin" Hindistanı cənginə alıb: 5 nəfər ölüb, 500 min nəfər təxliyyə olunub
Azərbaycana 40 sm qar yağdı, əlaqəni kəsdi
Baş nazirdən məktəblərdə tədris ilinin müddəti ilə bağlı MÜHÜM QƏRAR
Prezident Vidadi Muradovu “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad etdi - SƏRƏNCAM
“Xocavənd, Xankəndi və Xocalı sakinlərinə Azərbaycan pasportu veriləcək” - AÇIQLAMA
Qadına hər yaşda lazım olan vitaminlər
Messi imicini dəyişdi-FOTO
Günün ulduz falı
Uşaqların yataq otaqlarının hekayələri
Xaçmazda bir gün qaz olmayacaq
Azərbaycanın yeni avtomatı – AZ-7,62
30 milyona ev aldılar
“WhatsApp” yeni rekorda hazırlaşır
Koronavirusla bağlı SON STATİSTİKA
İçkili axşamın bəlasından xilas olmaq üçün oxuyun
Yay fəslində payız havası
Dünyanın İT şirkətləri Azərbaycanda birgə istehsal yarada bilərlər
Hava haqqında - 20.01.2014
Dünyanın ən yaşlı “Youtuber”i vəfat etdi - 107 yaşında
Qaraçörəkotu yağının faydaları
Putindən ABŞ-a nüvə hədəsi
Yuli Qusman: "Bakı da mənim vətənimdir, Moskva da"
Xına qoyma sənəti - Mehndi
Həclə bağlı SEVİNDİRMƏYƏN qərar
Bu məhsul ucuzlaşdı - FOTO
600-ə yaxın usağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb
Laçın rayonunun yeni giriş tablosu
Bu gün Günəş tutulacaq
Xudafərin körpüsünə ilk ayaq basan 18 yaşlı qazimiz - VİDEO
Moskvada yüzlərlə skinhed qafqazlı miqrantlara hücum edib
"Sərkisyan hərbi cinayətkar elan olunsun"
Yeni VİRUS tapıldı-"Lassa"-NECƏ QORUNMALI?
Facebook yeni şirkət aldı
Qeydiyyat və Notariat Baş İdarəsi fasiləsiz iş rejiminə keçib
Sulu, şokoladlı keks
“WhatsApp”dan yeni gizlilik müqaviləsi ilə bağlı AÇIQLAMA
Qadınlar və kişilər haqqında maraqlı məlumatlar
Ermənistan ərazisindən Qubadlı rayonu atəşə tutulur - RƏSMİ
Aşiq olduğunuzu göstərən işarələr
Bir şəklinin qiyməti 40 avrodur
Bir ailədə iki rekord: Bacı-qardaş 700 bal topladı - FOTO
Sindi Krouford Sakinlərin Borcunu Ödədi
Azərbaycanda peşə məktəblərində yenilik
Ən etibarsız parollar - SİYAHI
Dünyanın ən balaca iti odur
Aspirin maskaları ilə təmiz, parlaq dəriyə sahib olun!
Qara tutun faydaları
"Sannois" ləqəbli bəstəkar
Qeyri-adi etiraz aksiyası
- ŞƏRHLƏR