Öncə qeyd edim ki, bu xəbəri hazırlayarkən çox məyusedici halla rastlaşdım. Yəqin ki çoxunuz buna diqqət etmisiz: İstifadəçilər arasında xəbəri oxumadan, sırf xəbərin adına görə şərh yazanlar az deyil. Belə ki xəbərin adında "Möhtəşəm yüz il" sözlərini görüb, "twk, bu seriala baxıram." və ya " bu seriala baxmıram, zəhmət çəkmisiz." və s. şərhlər az olmadı. Baxmayaraq ki, dəfələrlə qırmızı hərflərlə "XƏBƏR SERİAL BARƏDƏ DEYİL!", deyə xəbərdarlıq edilmişdi...
İlk iki hissədə möhtəşəm Osmanlı dövlətinin İlahi ədalətlə idarə olunmasından bəhs edən qısa hekayələr təqdim etmişdim. Üçüncü və sonuncu hissəni bir hekayəyə həsr edirəm: İstanbulun fəthinə. İlk hissələrdə olduğu kimi burda da məqsədim tarixi anlatmaq deyil. Diqqətinizi Osmanlının tarixində çox önəmli yer tutan bu tarixi hadisənin İlahi Qüdrətlə əlaqəsinə çəkmək istəyirəm. İnanıram ki, "səbir edib" oxuyanlar itirdikləri on dəqiqə əvəzində istəsələr ömürlük ibrət dərsi götürə bilərlər...
Akşəmsəddin və Fateh Sultan Mehmet
İkinci Murad Xanın vəfatı ilə Osmanlı taxtına çıxan gənc padşah Sultan Mehmet İstanbulun fəthi hazırlıqlarını tamamladıqdan sonra şəhərə doğru hərəkət edərkən Allah adamlarının da ordusunda olmasını istədi. Bu dəvət üzərinə Akşəmsəddin, Akbıyık Sultan, Molla Fənari, Molla Güranı, Şeyx Sinan kimi məşhur alim və vəlilər tələbələriylə birlikdə orduya qatıldılar. Yenə orduya qatılan Aydınoğlu, Karamanoğlu, İsfəndiyaroğlu qüvvətləri kimi könüllü birliklər, İstanbulun fəthinin, bütün türk-İslam aləminin tərəfindən müqəddəs bir məqsəd qəbul edildiyini dilə gətirdilər. Xüsusilə tələbələriylə birlikdə orduya qatılan Akşəmsəddin həzrətləri və digər alim və övliya şəxslər, əsgərlərə ayrı bir şövq və əzm verirdilər. Fateh Sultan Mehmet Xan İstanbul önündəki yerlərdən birində ordugahını qurduqdan sonra düşmənə əvvəl İslamı təbliğ etdi. İslamiyyətin əmri olan xüsusları bildirdi. Lakin bizanslılardan rədd cavabı aldıqda şəhəri əhatə etməyə başladı. Əhatə etmənin uzanması və bir nəticə əldə edilə bilməməsi bəzi dövlət adamlarını ümidsizliyə saldı. Bunlar şəhərin alına bilməyəcəyini, üstəlik bir Xaçlı ordusunun Bizansın imdadına qaçacağını sanırdılar. Bütün bu mənfi təbliğatlara qarşı orduda padşahı və əsgəri fəthə qarşı səyə gətirən bir din böyüyü vardı; Akşəmsəddin. O, şeyxi Hacı Bayramı Vəlinin; "İstanbulun fəthini bu uşaqla bizim Akşəmsəddin görərlər!" sözünü bilir və həyata keçəcəyinə ürəkdən inanırdı.
Akşəmsəddin, II Murad xanın istəyi və əmri ilə II Mehmetin müəllimli təyin edilmişdi. Sultan olmaq yolunda müəllimi II Mehmeti Allahın qüdrəti və yardımı ilə mükəmməl yetişdirmişdi. Belə ki İstanbulun fəthindən sonra Sultan Mehmet belə demişdi: "Zamanımda Akşəmsəddin kimi bir şəxsin olmasından duyduğum sevinc, İstanbulun alınmasından duyduğum sevincdən az deyil."
Mühasirənin davam etdiyi bir sırada Avropadan əsgər və ərzaq gətirən gəmilər Osmanlı donanmasının müdaxiləsinə baxmayaraq şəhərə girməyə müvəffəq oldu. Padşaha gələn bəzi dövlət adamları: "Bir sofunun (Akşəmsəddin) sözüylə bu qədər əsgər qırdırdın və bütün xəzinəni dağıtdın. Budur, Avropadan kafirə kömək gəldi. Fəth etmək ümidi qalmadı." dedilər.
Sultan Mehmet Xan vəzirini Akşəmsəddinə göndərərək: "Şeyxdən soruş, qala fəth olmaq və düşmənə zəfər tapmaq ümidi vardırmı?" dedi. Buna Akşəmsıddin həzrətləri belə cavab verdi: "Ümmet-i Məhəmməddən bu qədər müsəlman və qazilər bir kafir qalasına doğru hücum etsə, inşaAllahı təala fəth olar. "Sultan Məmməd Xan, "Vaxtını təyin etsin." dedi. Akşəmsəddin murakabəyə (Allahla danışmaq, Allahdan məsləhət almaq) daldı.
Fəth döyüşü başlamaq üzrə idi. Mehmet Xan bu sırada müəllimi Akşəmsəddinin yanında olmasını arzuladı və xəbər göndərdi. Gəlməyincə Akşəmsəddinin olduğu çadıra getdi. Çadırın hər tərəfi yaxşıca bağlanılmışdı. Fateh Sultan Mehmet Xan çadıra yaxınlaşıb, xəncərini çıxardı. Xəncərlə çadırdan bir az kəsərək, içərisinin görülə biləcəyi qədər bir dəlik açdı.
İçəri baxınca müəllimi Akşəmsəddin həzrətlərini quru torpaq üzərində səcdəyə bağlanmış, başından sarığı düşmüş, ağ saçı və ağ saqqalını nur kimi parlayan gördü. Bu halı ilə İstanbulun fəthinin reallaşması üçün Allahu təalaya yalvarıb dua edir, göz yaşı tökürdü. Fateh Sultan Mehmet Xan müəllimi Akşəmsəddinin Allahu təalaya yalvarıb dua etməkdə olduğu bu yüksək halını görüncə yerinə döndü. Qalaya baxınca İslam əsgərinin yanında və qarşısında ağ əbalı birliyin də şəhərə girməkdə olduğunu gördü. Az sonra fəthin əsgəri də surları keçib şəhərə girdi. Beləcə İstanbulun fəthi və Peyğəmbər əfəndimizin böyük möcüzəsi reallaşdı...
Fateh Sultan Mehmet şəhərə günorta saatlarında Topqapıdan girdi. Ağ bir at üzərində idi. Möhtəşəm bir alayla və alqışlar içində irəliləyərək Ayasofyaya doğru yol götürdü. Zülmdən və haqsızlıqdan bezmiş olan Bizans xalqı yeni bir gözləyişin içində idi. Sultanın yanında irəli gələn komandirləriylə vəzirlərindən başqa Molla Guranı, Molla Hüsrev, Akşəmsəddin və Akbıyık Sultan kimi alimlər və vəlilər birliyi də var idi. Yerli xalq yolları doldurmuşdu. Fateh Sultan Mehmet çox gənc olduğu üçün hər kəs Akşəmsəddini padşah sanırdı. Ona dəstə dəstə çiçək verirdilər. Akşəmsəddinin gənc padşahı göstərərək: "Sultan Mehmet mən deyiləm, odur", sözünə qarşılıq Sultan Mehmed də: "Sultan Mehmet mənəm, amma o mənim müəllimimdir. Şəhərin mənəvi fatehidir." deyirdi.
Fateh Sultan Mehmet Xan İstanbula girdikdən sonra müəllimi Akşəmsəddin üç gün gözdən itdi. Bütün axtarışlara baxmayaraq tapa bilmədilər. Üç gün sonra Edirnekapı yaxınlarında viranə bir yerdə ibadətlə məşğul olaraq tapdılar. O zamandan bəri bu yerə "Akşəmsəddin" məhəlləsi deyilir. Bizanslılar ilə edilən bir razılaşma ilə Fateh Sultan Məmməd Xan fəthin üçüncü günü Ayasofyaya gedib oranı məscidə çevirdi. Burada ilk xütbəni Akşəmsəddin oxudu.
Fatih Sultan Mehmet Xan fəthdən sonra müəllimi Akşəmsəddinə son hücumun başladığı sırada: "Ya Fakih Əhməd" deyərək Fakih Əhməddən himmət tələb etməsini söylədiyini xatırladaraq: "Fakih Əhməd kimdir ki tazarru və niyaz etdim? Himmətini istədim? Allahu təalanı tazarru etmiş olsa idim evla deyilmi idi?" deyərək, səbəbini soruşdu. Müəllimi Akşəmsəddin bu suala: "O zaman Fakih Əhməd, qütb, sahibi tazarru idi", cavabını verərək Allahu təalanın köməyini, onun vasitəsiylə və onun bərəkəti ilə göndərdiyini və onun da himmət etdiyini söyləmişdir. Akşəmsəddin həzrətlərinin "Fakih Əhməd" dediyi özü idi. Lakin təvazünün çoxluğundan şöhrətdən qaçıb, özünü gizləyərək belə danışmış, çox arifanə bir rəftar etmiş olduğu rəvayət edilmişdir.
Son olaraq üç hissədən ibarət bu xəbəri hazırlayarkən gəldiyim nəticəni sizlərlə bölüşmək istəyirəm (əlbəttə ki bu fikirlərimi yalnız xəbəri oxuyanlar anlaya bilər!).
Allahın möcüzələrini yaşamaq hər kəsə nəsib ola bilər. Buna inanmaq və buna can atmaq lazımdır. Möcüzə xətrinə yox, ONU, ən Uca Sevgimizi daha da yaxından tanımaq, ONA daha da yaxın olmaq xatirinə! Axı O evliya kimi bizlər də insanıq, eyni yaradılışa sahibik. Niyə Onlar kimi əsl "xoşbəxt" ola bilmirik? Nədir fərqimiz?... Fərqimiz qarşımıza qoyduğumuz məqsəddədir. Məqsəd "dünya"dırsa səylərimiz nəticəsində qazandıqlarımızın miqdarı da, dəyəri də, ömrü də "dünya" qədər olacaq... Məqsədimiz Daim, Əvvəl, Axir, Baki olan Rəbbimizdirsə, qazancımız Onun verə biləcəyi qədərdir. Bir müqayisə edin: dünya və Allah... Müqayisə edilməzdir, deyilmi? Elə isə Allah xatirinə gəlin düşünək: özümüzü ağıllı insan sanırıqsa seçimimiz nə olmalıdır? Allah kainatı bizim üçün yaratdı, bizi isə Özü üçün yaratdı! Deməli bizim üçün yaradılmış olan kainatdan Allah üçün istifadə etməliyik!
6/Ənam-32: Dünya həyatı bir oyun və əyləncədən başqa bir şey deyil. Axirət yurdu təqva sahibləri üçün əlbəttə daha xeyirlidir. Hələ ağıl etməzsinizmi?
Bu gün "dünya insanı" nə edir? Onun Yaradana çatmaq üçün istifadəsinə verilən nemətlərdən bacardığı qədər əks istiqamatdə hər an Yaradanından uzaqlaşmağa istifadə edir...
Üç hissədə oxuduğunuz möcüzələr hər vaxt baş verir, inanıram ki, aranızda da bunları yaşayanlar var. Bəzən bu möcüzələr Ona dəvətdir, hələ şansımız var deməkdir, "Ayıl!" xəbərdarlığıdır...
"Axirət insanı"... Allahla hər an "danışır", onun Nurlarına şahid olur, Onun bəndəsi ilə olduğunu hiss edir...
Hər iki "yol" açıqdır. Seçim bizimdir...
42/ŞuraA-20: Kim axirət hasatını (məhsulunu, qazancını) istəsə, Biz onun qazancını artırarıq. Kim dünya qazancını istəsə, ona (da) ondan (dünya qazancından) artırarıq (verərik). Və onun axirətdə nəsibi yoxdur.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
“Twitter” psixi pozuntusu olan insanları tanıyır
Məktəbə uyğunlaşmanı necə asanlaşdırmalı?
Bu günün hava proqnozu
COVID-19-un daha yoluxucu hala gəldiyi AÇIQLANDI
44 min insan koronavirusdan şəfa tapıb
ABŞ Dağlıq Qarabağa dair Vyana görüşünü yüksək qiymətləndirir
Granola (foto-resept)
Şəhər sakinləri “həşərat istilası”nın əsarətində - VİDEO
Azərbaycanı İrəvanda təriflədilər
Günün ulduz falı
Putinin Qarabağ səyləri
Brend çanta modelləri
Kanye Uestdən qəribə açıqlama
Eşq
Azərbaycan ordusu döyüşə hazır vəziyyətə gətirildi
Alışdığımız görünüş, yoxsa reallıqmı?
Bu nənəni 2 milyon nəfər izləyir - FOTO
Həyatını mobil telefon qutaran əsgərin ailəsi danışdı - VİDEO
Arzuların arzusu
“Biz qayıdırıq, gözlə, Xocalı!” - VİDEOÇARX
Hər gün qatıq yesəniz...
Ağılı başdan alan virus tapıldı
450 gün açıq kosmosda qaldı, məhv olmadı
Yay üçün donlar
3 il boyunca "hamilə olan" qadın
Şuşaya gedən yeni yol nə zaman istifadəyə veriləcək? - RƏSMİ
Zövqlü don modelləri
3500-cü ildən gələn qadın:"Yadplanetlidən hamilə qalmışam”
İran Ermənistan arasında mərmi qalmaqalı
Barış Arduç “Çukur”da
Hər gün 1 qaşıq zeytun yağı yesəniz...
Özbək şorbası (foto resept)
Aktauda Heydər Əliyevin xatirəsi yad edilib
Pulu qənaətlə necə xərcləməli?
Azərbaycan polisinə "nömrə" gəlmək neçəyədir?
"Traktorsazi"nin yeni baş məşqçisi var
Ebola məğlub olur
Rollara görə inanılmaz dəyişikliklərə məruz qalan aktyorlar
Gələn ay qeyri-iş günlərinin sayı açıqlandı
Harri və Meqan 15 milyonluq villaya köçdülər
Cardi B son halı ilə QORXUTDU-FOTO
Təhsil Nazirliyindən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
Günün ulduz falı
Selena Gomezdən yeni FOTOsessiya
Çox sevildiyi üçün boşanmaq istəyir-Qadından qəribə addım
İspaniyadan Azərbaycana Qarabağ dəstəyi
Bakının mərkəzində "ayı" peyda oldu
İnsanlığın öldüyü yer
Yazmağı öyrənirəm - 5
TQDK bu gün cavabları elan edəcək
- ŞƏRHLƏR