Hind tutu (Noni)
Hind tutu olaraq tanınan meyvənin ana vətəni Asiyanın cənubu və Avstraliyanın ətrafı olsa da, tropik bölgələrdə də yetişdirilir. Ağac il boyunca meyvələrini üstündə saxlayır, meyvələr yetişəndə isə ətrafa çox pis və kəskin qoxu yayır. Qoxusuna ona görə pendir meyvəsi də deyirlər. Pis qoxusuna baxmayaraq lif, A vitamini, zülal, dəmir və kalsium baxımından zəngindir. Saxsı qabda bişirilir və ya duzla yeyilir.
Marula
Marula mövsümü olaraq yarpaqlı bitkidir. Afrikanın cənubunda və şərqində yetişir. Bantu qəbiləsilə birlikdə yayılmış və əhəmiyyətli bir qida qaynağı halına gəlmişdir. Yaşıl meyvə yetişdikcə sarı rəng alar. İçindəki ağ ətli hissə çox suludur və qəribə bir dada sahibdir. Ağacdan qopan meyvələr turşumağa başlayır. Meyvəni yeyən babunlar və fillərdə alkoqol təsiri yaradır. Amarula deyilən bir likorun da ana maddəsidir.
Somon çiyələyi (Salmonberry)
Meyvənin yetişdiyi bölgə Amerikanın şimal sahilindən başlayıb, Alyaska və Koliforniyaya qədər uzanır. Nəmli meşələrdə və sıx kolluqların arasında olan bir ağacdır. Böyürtkənə oxşayır ancaq rəngi narıncıdır. Çiy olaraq yeyilsə, şirin bir ləzzəti var, amma, ümumiyyətlə, suyunu, şərabını və konfetlərini tapmaq asandır.
Salak (İlan meyvəsi)
İlan meyvəsi olaraq da bilinən salak İndoneziyaya xas bir palma növündəndir. Palmalar alt qismlərində meyvə verir. Adı qırmızımtıl-qəhvəyi pulcuqlu qabığına görədir. Qabığı tez soyulur. İçində 3 ayrı bölüm var. Hər bölümdə bir çəyirdək var. Çəyirdəkləri yeməli deyil. Yüngül turşulu şirin bir meyvədir.
Bael (Daş alma)
Daş alma olaraq da tanınan bu meyvənin ana vətəni Hindistandır, amma daha çox Asiyanın cənub-şərqində yayılıb. Taxtavarı qabığı olan bu meyvənin içi yumşaqdır. Taxtavari qabığı sarı, yaşıl və ya boz rəngdə olur. Onun qabığı o qədər sərtdir ki, onu yalnız çəkiclə qırmaq mümkündür. İçində isə aromatik sarı mət var. Birdən çox çəyirdəyə malikdir. İçindəki mət təzə yeyilə və istifadə oluna bilər. Təzə meyvənin sadəcə birindən su əlavə edərək 6 litr şərbət əldə etmək olar.
Ulduz alma (Star Apple)
Ulduz alma orta Amerikanın alçaq təpələrində və Hindistanın qərbində yetişir. Hər fəsil yaşıl qalan yarpaqları uzaqdan qızıl kimi görünür. Bənövşəyi və ya ağ şirin qoxulu çiçəkləri olur. Meyvəsi isə yumru və bənövşəyidir. Qalın yapışqan qabığa malikdir. Çox kəskin dadı olan xoş qoxulu bir meyvədir.
Ulduz meyvəsi (Star fruit-Carambola)
Carambola olaraqda tanınan ulduz meyvəsinin ana vətəni Flippindir. Cənub-Şərqi Asiya, Asiyanın şərqi, Cənub Amerika, Florida və Havayda geniş şəkildə yayılmışdır. Uzununa 5 çıxıntısı olan meyvə ortasından ikiyə kəsildiyində ulduza bənzəyir. C vitamini və antioksidan baxımından zəngindir. Yetişdikcə rəngi parlaq sarıya dönür. Şamlı qabığı var və meyvənin bütün qisimləri yeyilir. İçi sulu, qabığı isə sərtdir.
Buynuzlu qovun-Afrika xiyarı (Horned Melon)
Afrika xiyarı olaraq da bilinən qovun ildə bir dəfə meyvə verir. Ana vətəni Afrikadır, ancaq Kaliforniya, Avstraliya, Yeni Zellandiya və Çilidə də geniş yayılıb. Yetişdiyi zaman qalın və iti qabığı olur. Ətli qismi parlaq və yaşıl jele kimidir. Dadı banana bənzəsə də, toxumlarına görə pomidor və xiyarı xatırladır. İti çıxıntılı qabığı yeyilir, C vitamini və lif baxımından zəngindir.
Pitaya (Əjdaha meyvəsi)
Əjdaha meyvəsi olaraq tanınan bu meyvə Asiya, Avstraliya, Şimali və Cənubi Amerikada yetişir. Kaktus meyvəsidir. İki növ pitaya vardır, turş və şirin. Turş olanı Amerikada, şirin olanı isə Asiyada geniş yayılıb. Qırmızı sarı və Kosta Rika pitayası var. Qırmızı pitayanın içi sarıdır, sarı pitayanın içi də, çölü də sarıdır. Kosta Rika pitayasının isə daxili və xarici çəhrayı qırmızıdır. Qoxusu çox gözəldir və dadı kivini xatırladar.
Şirin çiyələk-(Miracle Fruit)
Qərbi Afrikaya xas maraqlı bir çiyələk növüdür. Miracle adı tərkibində bol miqdarda olan "miraculin" adlı maddədən gəlir. Tərkibində "qlikoprotein" maddəsi də var. Meyvə yeyildiyi vaxt yüngül şirnilik hiss olunur, amma saatlar keçdikdən sonra qlikoprotein ortaya çıxmağa başlayır və ağızdakı digər dadların hamsını yox edir və şəkər dadı ağzınızı bürüyür. Üstündən limon yesəniz belə, şirin sirop dadı verəcək. Ani şirin dad çıxışının səbəbi miraculin deyilən maddənin dildəki dad hisslərini pozub, dilin dad yerinə turşuları qəbul etməsi kimi açıqlanılır. Şirin qəbulediciləri beynə turşu ifraz edən bütün dadların şirinə çevrilməsi mövzusunda sanki əmr verər. 1970-ci illərdə meyvənin qida məqsədli istifadəsi düşünülmüşdür. Bu şəkildə şəkər istifadə etmədən bütün yediklərimizdən şəkər dadı almağımız mümkündür. Bu da xaricdən alınan şəkər miqdarını aşağı salar. Amma çox təəssüf ki, bu heç də şəkər istehsal edən şirkətlər tərəfindən dəstəklənmədi və bu ideyaya son verildi. Lakin son 2 ildir ki, meyvə yenidən məşhurlaşmağa başlayıb. Çiyələklər qurudulub ixrac edilir. Çiyələyi yeyənlər bir daha yeyəcəkləri bütün hər şeydən bu dadı alır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Düzgün qidalanma haqqında 8 qayda
Xudaya yar olan şəhidimiz - VİDEO
Səudiyyə Ərəbistanında anasına əl qaldıran oğlun dişini çıxardacaqlar
Məşhur şəhərə Putinin adı veriləcək?
İmtahanla bağlı yenilik
Hamiləlik etirafı
Nazirlikdən "Son zəng" açıqlaması
Baş qəhrəmanlarından biri haqqında məyusedici QƏRAR
Beren Saatın arıqlığı hər kəsi heyrətləndirir-FOTO
Göldə əjdaha iddiası: "Boz rəngdə idi, suyun üzünə çıxdı..."
Bunlar qadın sağlamlığını korlayır!
Azərbaycanın şimalı şaxtalı iflic vəziyyətində
Pijama modelləri
Saçlarınıza zərər verməyin
Qeyri-adi vərdiş-Solaxaylıq
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Sərnişinin görünüşü hər kəsi güldürdü - FOTO
Cüneyt Arkın məşhur serialda
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Gülməli heyvanlar (son)
Bu da kəndlərimizin yeni adları
Bu ilin dəbi: Şortikli kostyumlar
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Çinli turistləri sirkdən qovub birbaşa karantinə göndərdilər
Günün ulduz falı
Çaylı keks
Azərbaycan etiraz məktubu göndərdi
Rusiya cəbhədə baş verənlərə münasibət bildirdi
Cəbhədə atışma oldu
Qadın.Netlə birlikdə hamiləlik (28-ci həftə)
Deputat: "İdmançılarımızda dopinq aşkarlanması təzyiq vasitəsi ola bilər"
HAVA necə olacaq?
Əhvalı yaxşılaşdıran idmanlar
Ronaldonun sevgilisi DİQQƏT ÇƏKDİ-FOTO
Reanimasiyada olan xəstələrin sayı azaldı
"Qalatasaray" öz meydanında coşdu, Droqba sıradan çıxdı
Düşündürücü sözlər
Günün qoroskopu: intriqaya aldanmayın
Dəbli görünmək üçün 5 tövsiyə
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin
Bakıda 53 min avroluq yarış, giriş pulsuzdur
Yaralı barmağa "dolama"
Sevgilisi olmayanlara şad xəbər-"Facebook"dan möhtəşəm Yenilik!
Məşhur aktyorların arasını vurdular-SƏBƏB
Milli komandamızın baş məşqçisi əcnəbi oldu
Arif Quliyev orduya yazıldı
Sağ qalmaq üçün bunları etmək şərtdir
Körpələr musiqini necə anlayır?
Xaş-xaşlı tort (foto resept)
Xoşladığımız yeməklər və xasiyyətimiz
- ŞƏRHLƏR