Misir bərbərliyinin tarixçəsi
Misirlilərin tarixi, inkişaf etmiş mədəniyyət və adətləri haqqındakı detallı məlumatları piramidalarda olan heykəllər, relyeflər və şəkillər bizə məlumat verir. 1822-ci ildən sonra heroqliflərin də, papirusun da sirri açıldı. Şahzadə Kavitin daş lahtidəki relyefi, Misirlilərin parik, saç bəzəyi istehsalında, saç və bədən baxımında yüksək bir səviyyəyə çatdıqlarını göstərir. Məzarların içində tez-tez bəzəklər və bəzək alətləri tapılır. Xalq gərgədan yağını dəri və saç baxımı üçün istifadə edərkən varlılar qiymətli balzam və ətirlərdən istifadə edərdilər. Üzü bəzəmək də orada adi hal idi. Gözlərin vurğulanması üçün qaşlar təraş edilir və üzərlərinə qara boya çəkilirdi. Göz qapaqları üçün yaşıl, yanaq və dodaqlar üçün qırmızı rəngdən istifadə edilərdi.
Günəşdən qorunmaq üçün başa çox bəzəkli, bədii baxımdan zəngin bir baş üçün örtük istifadə edilirdi. Xalq qısa kəsilmiş saç üzərindən dəri ya da keçədən hazırlanmış sadə bir papaqdan istifadə edirdi.
Saça qulluq etmək və saç modelləri xüsusilə kölələrin işi idi. Saç formalarının növü çox idi. Daha köhnə şəkillər çiyinə qədər düşən küt kəsimli saç modellərini təsvir edir. Daha sonraları uzun, çiyinlə bərabər, ya da hörüklü saçlara üstünlük verildi. Bir sənət əsəri olan çox müxtəlif pariklər bayramlarda qadınların olduğu qədər kişilərin də imtina etmədiyi saç formaları idi. Taxma, yapışdırılmış və ya asılmış saqqal zadəganlıq simvolu sayılır, bunlar kraliçalar tərəfindən belə istifadə edilərdi. Saçları burmaq üçün isti torpaq bigudilərindən istifadə edilərdi. Saçların modelləri, ya da pariklər rəngli alın lentləri, bəzəkli metallarla, çiçəklər və ya digər simvolik şəkillərlə bəzədilərdi. Bir neçə şəkildə baş üzərində bir balzam konusunun olduğu və buradan saça qoxulu yağ damladığı görülmüşdür. Saçların və dırnaqların qırmızı tonlara boyanması üçün xınadan istifadə edilərdi.
Romada e.ə 150-ci ildə bədənə qulluq və gözəllik işlərini qadın kölələr edirdi, amma bu işlə xüsusi bir sənət kimi çalışanlar da vardı. Saç kəsimi, təraş etmə, manikür və pedikür "tonsor"un işi idi. Dükanına da "tonstrina" deyilirdi.
Roma saç formaları əvvəllər yunanların təsiri altında idi, sonra bu təsirdən xilas olaraq bu işdə daha da sənətkar oldular. Saçların bəzədilməsində bahalı bəzəklərdən istifadə etdilər.
Romalılarda sarı saç sevgisi meydana gəldi. Odun kökü, əhəng, xına və dəniz suyu, çobanyastığı yağı, yumurta sarısı günəşdə saatlarla soldurularaq saça sürtülər və daha sonra isə saça qızıl tozu vurulurdu. Bu üsullar kifayət qədər olmadığından Roma qadınları pariklərdən istifadə etməyə başladılar, bu da onlar üçün yeni bir ticarət qapısı açdı.
Qadınlar
Respublika dövründə e.ə 500-ci ildən e.ə. 30-cu ilə qədər qadınlar uzun saçlarını pambıq torla sarılan bir düyün halında toplayardılar. Daha sonra bu düyünlər insan saçı ilə əvəz olunmağa başlandı. Roma İmperatorluğu dövründə (e.ə. 30-cu ildə başlayaraq) iki tip saç modeli müxtəlif dəyişikliklərlə tez-tez görülməyə başladı.
Sümük, ya da yaxşı taxtadan düzəldilmiş saç sancaqlarının formaları, uzun qızıl, gümüş, bürünc ya da fil dişi sancaqlar və bahalı saç bəzəklərindən istifadə edilərdi.
Evli Romalı qadın, bu çağın başlanğıcında saç modeli üzərində açıq bir örtükdən istifadə edirdi. Zamanla artan zənginliklə gündüz və gecə üçün müxtəlif pariklər düzəldildi.
Kişilər
Kişilər respublika dövründə uzun saç və saqqallardan istifadə edərdilər. Imperatorluqda olan nəzakətli burjua cəmiyyəti dəmir təraş bıçağı ilə təraş olardı. Aşağı səviyyədəki xalq isə saqqal saxlayardı. Saç əsgər saçı kimi qısa kəsilərdi. Bəzən tək-tək yüngül saçlar alınlarına düşərdi. Roma İmperatorluğu dövründə bir çox kişi qısa çənə saqqalı və buruq bığdan istifadə edərdilər.
XƏBƏR LENTİ
20 yaşlı "Kainat gözəli" öldü-SƏBƏB
Burak Özçivitin saçlarını ələ saldılar-FOTO
Araşdırmalar zamanı ən duzsuz çörəyə Çində rast gəlinib
Təhsil nazirindən yeni tədris ilinin başlaması ilə bağlı AÇIQLAMA
Onlarsız necə olar?
Səudiyyə Ərəbistanında ilk – Sürət qatarı
Bergüzar Korel məhkəməlik oldu-SƏBƏB
Qadınlarda dəri xəstəlikləri
Uzunömürlü olduğunuzu göstərən xüsusiyyətlər
Nazirlər Kabineti rəsmisindən koronavirusa görə birdəfəlik ödəmə AÇIQLAMASI
Bakıda maşınların orta hərəkət sürəti artıb
Xalq artisti Sabir Ələsgərov xəstəxanaya yerləşdirilib
TƏBİB Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqlayıb
55 yaşlı Treysi miqrenə belə qalib gəldi
Qələbə paradında çəkməsini itirən qadın hərbçi mükafatlandırıldı-SƏBƏB
Məşhur aktyor İmicini Dəyişdi - FOTO
Kabusların öhdəsindən necə gələk?
Göbələkli kartof kotleti (foto resept)
Armudlu maffinlər (foto resept)
Emin Ağalarova SUİ-QƏSD: Lifti partlatdılar...
Avropada rouminq ləğv ediləcək
Koronavirusla bağlı son STATİSTİKA
Günə müsbət əhvalla başlamaq üçün üsullar
Fillər üçün modern qocalar evi - Hindistanda
Qadın sürücülər
Hamının sevimlisi (2)
Kələm şorbası pəhrizi
Mehmet Ali Erbil aylar sonra İLK DƏFƏ
Qeyrətli oğlanların namussuz arvadı olmur...
Məşhur nəşriyyatdan təqdirəlayiq addım!
Mustafa Sandalın sirri məlum oldu-FOTO
Kimdir fəqir?
Səudiyyə Ərəbistanı neftdən imtina edir
5 ildə 22 ölkə və 80 şəhər gəzdilər
İrem Helvacıoğlu aylar sonra Etiraf etdi
Dünyanın ən məşhur qadın tennisçiləri
Ermənilərdən daha bir ağlasığmaz təxribat - Nazirlikdən XƏBƏRDARLIQ
Osmanlı qadınlarının gözəllik sirri: Kraliça çiçəyi
Yeni orfoqrafiya lüğətinə 4000 yeni söz daxil edilib
Sabah şaxta olacaq
Bu yazı gözü zəif olanlar üçündür
Rəsmi göstəricilər açıqlandı: artım var
Bu prezident də Putinin dəvətini qəbul etmədi
Təbiətin bizə mesajı var
Təbiilik və gözəllik
Martın 31-dən YENİ QAYDA
Xəzər sahilində ölü heyvanlar peyda oldu
Azərbaycanda "inqilab ssenarisi": alver, acgözlər, villalar və milyonlar - ARAŞDIRMA
Saxta əlilliyə görə verilən pullar geri alınacaq
75 il birgə yaşayıb, bir gündə dünyadan köçdülər
- ŞƏRHLƏR