Qadin.NET / Misir və Roma bərbərliyinin tarixçəsi

Misir və Roma bərbərliyinin tarixçəsi

Misir və Roma bərbərliyinin tarixçəsi

Misir bərbərliyinin tarixçəsi

Misirlilərin tarixi, inkişaf etmiş mədəniyyət və adətləri haqqındakı detallı məlumatları piramidalarda olan heykəllər, relyeflər və şəkillər bizə məlumat verir. 1822-ci ildən sonra heroqliflərin də, papirusun da sirri açıldı. Şahzadə Kavitin daş lahtidəki relyefi, Misirlilərin parik, saç bəzəyi istehsalında, saç və bədən baxımında yüksək bir səviyyəyə çatdıqlarını göstərir. Məzarların içində tez-tez bəzəklər və bəzək alətləri tapılırXalq gərgədan yağını dəri və saç baxımı üçün istifadə edərkən varlılar qiymətli balzam və ətirlərdən istifadə edərdilər. Üzü bəzəmək də orada adi hal idi. Gözlərin vurğulanması üçün qaşlar təraş edilir və üzərlərinə qara boya çəkilirdi. Göz qapaqları üçün yaşıl, yanaq və dodaqlar üçün qırmızı rəngdən istifadə edilərdi.

Misir və Roma bərbərliyinin tarixçəsi

Günəşdən qorunmaq üçün başa çox bəzəkli, bədii baxımdan zəngin bir baş üçün örtük istifadə edilirdiXalq qısa kəsilmiş saç üzərindən dəri ya da keçədən hazırlanmış sadə bir papaqdan istifadə edirdi.
Saça qulluq etmək və saç modelləri xüsusilə kölələrin işi idi. Saç formalarının növü çox idi. Daha köhnə şəkillər çiyinə qədər düşən küt kəsimli saç modellərini təsvir edir. Daha sonraları uzun, çiyinlə bərabər, ya da hörüklü saçlara üstünlük verildi. Bir sənət əsəri olan çox müxtəlif pariklər bayramlarda qadınların olduğu qədər kişilərin də imtina etmədiyi saç formaları idi. Taxma, yapışdırılmış və ya asılmış saqqal zadəganlıq simvolu sayılır, bunlar kraliçalar tərəfindən belə istifadə edilərdi. Saçları burmaq üçün isti torpaq bigudilərindən istifadə edilərdi. Saçların modelləri, ya da pariklər rəngli alın lentləri, bəzəkli metallarla, çiçəklər və ya digər simvolik şəkillərlə bəzədilərdi. Bir neçə şəkildə baş üzərində bir balzam konusunun olduğu və buradan saça qoxulu yağ damladığı görülmüşdür. Saçların və dırnaqların qırmızı tonlara boyanması üçün xınadan istifadə edilərdi.

Misir və Roma bərbərliyinin tarixçəsi
Roma  bərbərliyinin tarixçəsi

Romada e.ə 150-ci ildə bədənə qulluq və gözəllik işlərini qadın kölələr edirdi, amma bu işlə xüsusi bir sənət kimi çalışanlar da vardı. Saç kəsimi, təraş etmə, manikür və pedikür "tonsor"un işi idi. Dükanına da "tonstrina" deyilirdi.
Roma saç formaları əvvəllər yunanların təsiri altında idi, sonra bu təsirdən xilas olaraq
 bu işdə daha da sənətkar oldular. Saçların bəzədilməsində bahalı bəzəklərdən istifadə etdilər.

Romalılarda sarı saç sevgisi meydana gəldi. Odun kökü, əhəng, xına və dəniz suyu, çobanyastığı yağı, yumurta sarısı günəşdə saatlarla soldurularaq saça sürtülər və daha sonra isə saça qızıl tozu vurulurdu. Bu üsullar kifayət qədər olmadığından Roma qadınları pariklərdən istifadə etməyə başladılar, bu da onlar üçün yeni bir ticarət qapısı açdı. 

Qadınlar

Respublika dövründə e.ə 500-ci ildən e.ə. 30-cu ilə qədər qadınlar uzun saçlarını pambıq torla sarılan bir düyün halında toplayardılar. Daha sonra bu düyünlər insan saçı ilə əvəz olunmağa başlandı. Roma İmperatorluğu dövründə (e.ə. 30-cu ildə başlayaraq) iki tip saç modeli müxtəlif dəyişikliklərlə tez-tez görülməyə başladı.

Sümük, ya da yaxşı taxtadan düzəldilmiş saç sancaqlarının formaları, uzun qızıl, gümüş, bürünc ya da fil dişi sancaqlar və bahalı saç bəzəklərindən istifadə edilərdi. 

Misir və Roma bərbərliyinin tarixçəsi

Evli Romalı qadın, bu çağın başlanğıcında saç modeli üzərində açıq bir örtükdən istifadə edirdi. Zamanla artan zənginliklə gündüz və gecə üçün müxtəlif pariklər düzəldildi.

Kişilər

Kişilər respublika dövründə uzun saç və saqqallardan istifadə edərdilər. Imperatorluqda olan nəzakətli burjua cəmiyyəti dəmir təraş bıçağı ilə təraş olardı. Aşağı səviyyədəki xalq isə saqqal saxlayardıSaç əsgər saçı kimi qısa kəsilərdi. Bəzən tək-tək yüngül saçlar alınlarına düşərdi. Roma İmperatorluğu dövründə bir çox kişi qısa çənə saqqalı və buruq bığdan istifadə edərdilər. 

19 dekabr 2013
GO BACK