Cabbar İsmayıl oğlu Qaryağdıoğlu 31-mart 1861-ci ildə Şuşada anadan olmuşdur. Xanəndə, bəstəkar, Azərbaycanın xalq artisti olub, yaddaşlara həkk olan sənətkarlardan biridir. Əzəmətli səsi ilə "Segah" , "Heyratı", "Şahnaz", "Qatar"-a möhür vurmuşdur. Bəzi xanəndələr bunları Cabbar Qaryağdı oğlundan sonra oxumağa cəhd etməmişdir. Ədəbiyyatı dərindən bilən bu xanəndə daima deyərmiş: "Əruzu bilməsən xanəndə ola bilməzsən, cəhd et ədəbiyyatı dərindən öyrən, yoxsa xanəndə olmaq çətindir". O dövrün ən savadlı, adlı-sanlı xanəndələri məhz Cabbar Qaryağdı oğlunun yetirməsi olmuşlar. 20-aprel 1944-cü il Bakıda vəfat etmişdir. Bu gün də Cabbar Qaryağdıoğlu unudulmayıb, xalqımız onu böyük məhəbbətlə xatırlayır.
Azərbaycan profissional musiqisinin və milli operasının banisi Üzeyr Əbdülhüseyn oğlu Hacıbəyov 1885-ci ildə Ağcəbədi rayonunda anadan olub.
O, Şərqdə ilk opera bəstəçisi, professor, Milli Elmlər Akademiyasının akademiki olub. SSRİ xalq artisti, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, Azərbaycan EA İncəsənət İnstitutunun deroktoru olmuşdur. Bir çox bəstələrin müəllifi olan Hacıbəyov "Leyli və Məcnun", "Şeyx Sənan", "Rüstəm və Söhrab", "Şah Abbas və Xurşud banu" "Əsli və Kərəm", "Harun və Leyla", "Koroğlu" operalarının müəllifi olmuşdur. "O olmasın, bu olsun" və "Arşın mal alan" musiqili komediyaları da Üzeyr Hacıbəyov yaradıcılığındandır. Bu günümüzdə övladlarımıza fəxrlə, qururla öytətdiyimiz Azərbaycan himninin müsiqisi də məhz Üzeyr Hacıbəyovundur. O, 1948-ci il, 23 Noyabrda haqq dünyasına qovuşmuşdur. Bakıda Fəxri Xiyabanda dəfn olunub.
Tofiq Ələkbər oğlu Quliyev 7 noyabr 1917-ci ildə Bakıda dünyaya gəlmişdir. Hələ uşaqlıqdan musiqi istedadı olub və musiqi məktəbinin fortepiano sinfində oxuyur. 1938-ci ildə dahi bəstəkar Üzeyr Hacıbəyovun təşəbbüsü ilə Moskva Dövlət Konservatoriyasına oxumağa göndərilir. Bəstəkarlığı ilə şöhrət qazanmış, hamı tərəfindən sevilən seçilən bir insan olmuşdur. Tofiq Quliyevin bəstələdiyi mahnıları bu gününmüzdə də dinlənilməkdədir. İki Qırmızı Əmək Bayrağı Ordeni və Şərəf Nişanı Ordeni ilə təltif edilmişdir. Tofiq Quliyev Azərbaycan estrada musiqisinin yaradıcılarından biridir. O bir çox kinofilmlərə musiqi, çoxlu sayda lirik mahnılar bəstələmişdir. Onlardan "Sənə də qalmaz", "Axşam görüşlərinə", "Bəxtəvər oldum ", "Sevgilim" mahnılarının müəllifidir. "Ögey ana", "Qızmar Günəş altında", "Nəsimi", "Telefonçu qız"- bu kinoların musiqiləri də məhz Tofiq Quliyevə aiddir. O, həm də bir neçə operattonun müəllifidir. 4 oktyabr 2000-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Ələkbər Tağıyev 1922-ci ildə Gəncə şəhərində, əkinçi ailəsində dünyaya gəlmişdir. Hələ uşaqlıqdan müsiqiyə böyük həvəsi olan Tağıyev hüqüqşünas olub, 34-il prokruorluq orqanlarında çalışıb. Sənətini sevdiyi üçün, düzgün obyektiv insan olduğu üçün O, insanlar arasında böyük hörmət qazanmışdır. İstər iş yoldaşları, istər insanlar ona böyük rəğbət bəsləyirdilər. Elə bütün bunlara rəğmən Ələkbər Tağıyev işlədiyi müddətdə çoxsaylı Fəxri Fərmanlarla mükafatlandırılmışdır. Onun musiqiyə olan həvəsi onu mahnı bəstələməyə məcbur edir. Bu günə qədər sevilərək dinlədiyimiz mahnıların müəllifi Ələkbər Tağıyevdir. Onlardan "Sən gəlməz oldun", "Qonşu qızı", "Gözləyəcəyəm", "Ay ellər" və. s adlarını sadalamaq olar. Ələkbər Tağıyevin ilk mahnılarını Zeynəb Xanlarova daha çox oxumuşdur. Onun "Sən gəlməz oldun" adlı mahnısını mənfur düşmənlər öz adlarına çıxır bu gün, lakin buna sübut gərək deyil. sözləri Mədinə Gülgünün, musiqisi Ələkbər Tağıyevin olan bu mahnı bizimdir, bizim olaraq da qalacaq.
Elza İmadəddin qızı İbrahimova 1 Yanvar 1938-ci ildə Hacıqabulda dünyaya gəlib. Uşaq vaxtlarından musiqiyə böyük marağı olub və valideynləri onun bu marağına böyük dəyər veriblər. Beləliklə, onu musiqi məktəbinə qoyublar. Elza xanım musiqinin dərinliklərinə yiyələnmək üçün Azərbaycan Dövlər Konservatoriyasına qədər gedir. Bu gün sevə-sevə dinlədiyimiz mahnıların müəllifi bu gözəl xanımdır. Onun mahnılarına dəyər verərək ifa edən muğənnilərimizdən Rəşid Behbudovu, Gülağa Məmmədovu, Akif İslamzadəni, İslam Rzayevi və.s nümunə göstərmək olar.
Elza İbrahimova Azərbaycanın incəsənət xadimi, Azərbaycanın və Dağıstanın xalq artisti olmuşdur. 11 fevral 2012-ci ildə vəfat etmişdir. Bakıda 2-ci Fəxri Xiyabanda dəfn edilmişdir.
XƏBƏR LENTİ
Qızıl bahalaşdı
Adrenalinin vücuddakı rolu
Diabet xəstəsinin əl işləri
Ulduzun yoldaşı ayrılıq xəbərlərini təsdiqlədi
Qadınlar üçün xüsusi icadlar
Albinos adamlar
"Miss Universe" iştirakçılarının milli kostyumları
Azərbaycanda güclü zəlzələ olacaq?
Sellofan torbalar pullu olacaq
Günün ulduz falı - 25.09.2013
Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqənin nəticələri açıqlandı
Böyük bahalaşma başlayır
“Coca-Cola” içkisi uşaqlar üçün həqiqi ölüm mənbəyidir.
Pensiyalar verilməyə başlandı - ARTIM VAR
Məşhur aktrisa diqqət çəkdi-FOTO
Cənubi Koreya rəsmisi koronavirusun üçüncü dalğasının başladığı barədə rəsmi açıqlama verib
118 yaşlı Bernardonun SİRRİ-FOTO
Yayda saçlarımızı necə qoruyaq?
Azərbaycanda zəlzələ oldu
Putindən ərəbləri şoka salan qərar
Bakının havası ilə bağlı ürək açmayan açıqlama
Araz Ağalarov 1,8 milyard dollarlıq mübarizədə Putinin dostuna qalib gəldi
Yadplanetlilərin Azərbaycanda enmə mərkəzi tapıldı
Temperatur 40 dərəcəyə çatacaq
8 Mart həftəsi başladı
Bakı - Sankt-Peterburq aviareysi üzrə əlavə uçuşlar olacaq
Ozanın paylaşımı güldürdü - FOTO
Bill Qeytsdən ŞOK AÇIQLAMA
Başqa planetlərdə nə qədər sağ qala bilərik?
Hisslərinizi tanıyırsınızmı?
Uşaqlarımızın nağıllar dünyası...
“Qanlı alma” ilə bağlı optik illüziya görənləri çaş-baş qoydu - VİDEO
"Medcezir" serialındakı ev satılır-QİYMƏT
Sinəsinin böyüklüyündən bezən qadın danışdı-FOTO
Hərbi vəzifəlilərin hərbi hissələrə yola salınması davam etdirilir - RƏSMİ
27 il sonra ilk dəfə: Prezidentin köməkçisi “Qarabağ” klubu ilə Ağdamda futbol oynadı - VİDEO
Yağış nə vaxt kəsiləcək?
Saçın tez yağlanmasına səbəb olan hallar
Ana ölüm ayağında olan oğlu üçün yığılan pulları qumarda uduzdu
Kəsmikli blinçik (foto-resept)
ABŞ Ukraynaya 1 milyard dollarlıq hərbi yardım göstərəcək?
Sabaha xəyanət etməyək
Paxlanın faydaları
Ramazanın 10-cu gününün duası
Hava haqqında
Uşaqlarda parazitlik edən qıl qurd
"Azərbaycan xalqının böyük bəstəkarları, gözəl musiqiləri var"
Bu il Azərbaycanda qış sərt keçəcək
Təbiət evimizdirsə, ona niyə biganəyik?
Bayram gecəsinin və gününün əməlləri
- ŞƏRHLƏR