Qaranquş
Yaşadığı yer: Qütblər xaric olmaqla dünyanın hər yeri.
Xüsusiyyətləri: 10-23 sm boyunda, “çəngəl” quyruqlu, geniş və uzun iti qanadlı, köçəri quşlar. Bir çoxları insanların evlərində yerləşir, başqaları yuvalarını ağaclarda qurur. Binaların dam altlarında və pəncərə oyuqlarında palçıq və gildən çanaq şəklində möhkəm yuvalar düzəldərlər. Dişi qaranquş erkəyinin tüpürcəyindən istifadə edərək ağzında palçığı toplayır, saman və otlarla 8 gün içində bir yuva qururlar. Geniş və yastı dimdiklərindən palçıqları sulamaq üçün mala kimi istifadə edirlər. Yuvalarının çoxusu ancaq bir qaranquşun girə biləcəyi qədər olur. Eni təxminən 20 sm, dərinliyi 10 sm-ə qədər olup içi tük və saçlarla döşənir. Bir yuvadan bəzən illərlə istifadə edirlər. Yuvalarını qruplar halında mağara, qayalıq və ağaclarda quran qaranquş növləri də var.
Növləri: 100-ə qədər növü var. Ağac qaranquşu, qum qaranquşu, qaya qaranquşu, qır qaranquşu, yar qaranquşu ən çox tanınan növləridir.
Qaranquşlar adətən ağcaqanad "ovlayan" kiçik quşlardır, 79 növü tanınır, digərləri haqa məlumat yoxdur. Çoxusunun qarnı ağ, başı, quyruğu və qanadları qara, alın və boynu qəhvəyi rəngdədir, parlaq tükləri var. Qısa ayaqlarının dırnaqları iti olduğu üçün düz, yastı yerlərdə yaxşı dayanırlar. Əti yeyilmir. Üçkünc şəklində olan dimdikləri geniş açılaraq ağcaqanad və digər böcəkləri ovlayırlar. Çoxusu sürü halında yaşayır. Pis havalarda uçmayan böcək və hörümçəklərlə qidalanırlar. Qaranquşların alçaqdan uçması havanın pis olacağından xəbər verir.
Yayın sonunda günlər qısalıb böcəklər azalanda bala və böyük qaranquşlar köç edərək qışı Afrikada keçirirlər. Yazda geri dönürlər. Digər köçəri quşlardan fərqli olaraq gündüz vaxtı köçürlər. Köçərkən bəzən şiddətli yağış və fırtınalar minlərlə qaranquşların ölməsinə səbəb olur.
Dişi qaranquşlar qəhvəyi rəngdə 4-5 yumurta yumurtalayır. Balalar ana-atasının ağzında gətirdikləri qida ilə böyüyürlər. Iki həftə içində yuvanı tərk edirlər. Qaranquşlar ildə 2-3 dəfə kürt yatır.
Köçub gəldikdən sonra qaranquş öz köhnə yuvasında bir sərçə görsə, onu çıxarıb qovmaya çalışır. Sərçəni çıxara bilməsə, yoldaşlarını çağırar, hamısı birdən yuvanı palçıqla dolduraraq sərçəni orda məhv edirlər.
Qaranquşlar şən olmaqdan əlavə, doğrudan da cəsurdurlar. Ətrafını diqqətlə gözdən keçirir, dostlarını, düşmənlərini öyrənir və ancaq layiq olana etimad edərlər. Bütün qaranquşlar böcək ovçusudur. Daim havada ovlayırlar, divarların üzərində olan böcəkləri uçarkən tuturlar, ovlarını parçalamadan udurlar.
Qaranquş cinsləri:
Qum qaranquşu
Sərçə
Erkək sərçənin üst tərəfi xətli qəhvəyi rəngli, alt tərəfi bozdur. Dişi sərçə isə solğun sarı və qəhvəyi rəngdədir. Uzunluğu 14 sm-dir. Erkək sərçəyə yaxından baxanda canlı rəngləri ilə diqqət çəkir. Bağçalar, parklar və tarlaların çox məşhur, səs-küylü quşudur. Sərçənin vətəni Avrasiya və Şimali Afrikadır, Cənubi Amerikadan başqa dünyanın hər yerində var.
Ən çox yayılan növü ev sərçəsidir. Köçəri deyillər. İnsanlara yaxın ərazidə və tarlalarda yaşayırlar.
Digər növləri: Qar sərçəsi, qaya sərçəsi, İtaliya sərçəsi (melez), meşə sərçəsi, söyüd sərçəsi, çöl sərçəsi
Bu quş soxulcan, tırtıl, böcək, dənlə qidalanır. Taxıl dənələrini və tumurcuqları yediyi üçün ziyanlı quşlar arasına daxil olub.
Saçaq altlarında, divar çıxıntıları, oyuqlar, ağac və kollarda çör-çöpdən düzəltdikləri, olduqca diqqətdən kənar yuvalarını tük və yunla “döşəyir”, bu yuvaya 3-8 yumurta qoyurlar. 11-12 gün kürt yatırlar. Erkək və dişi kürt sərçələr balalar böyüyənədək ailədən uzaqlaşmazlar. Balalar yumurtadan çıxandan 2 həftə sonra yuvanı tərk edirlər. Ata-ana sərçələr yay ərzində 3-4 dəfə bala çıxarır.
İndi də sizə bəzi sərçə cinslərinin şəkillərini təqdim edirəm, adları tərcümə olunmur.
Atticora
Göyərçin
Latıncadan Aves olaraq adlandırılan göyərçinlər onurğalılar qrupunda, məməlilər arasındadır. Orta böyüklükdə, kiçik başlı, qısa boyunlu və qısa ayaqlı quşlardır. Dimdiyi qısa və zəif, ucu bir qədər aşağıya doğrudur. Meyvə, dən və ya çəyirdəkli toxumla qidalanır.
Haqqında:
Ağaclarda və qayalıq yerlərdə yaşayırlar. Qütblər xaric olmaqla dünyanın hər tərəfində göyərçinləri görmək olar. Xarakterik özəlliyi ondan ibarətdir ki, uçmağa yararlı qanadları var, bədənləri tüklə örtülüdür, yumurta ilə çoxalırlar və istiqanlıdır. Olduqca sürətli uçurlar. Göyərçinlər sabit istiliyə malikdirlər. Bədən temperaturu 38-40 dərəcə arasında dəyişir.
Çox göyərçin növlərinin sümüklərinin içi boş olduğu üçün kövrək skeletə malikdirlər. Bədənin bəzi yerləri tüksüzdür-dimdik, barmaq. Bəzi göyərçin növlərində barmaqlar dırnaqlara qədər tüklü olur.
Göyərçinlər yatarkən bəzən bir ayağını gövdələrinə tərəf çəkib yatırlar. Bunun səbəbi nədir? Səbəbi odur ki, onlar bədənlərindəki isitilik azalmasın. Quşların ayağında tük olmadığı üçün bu açıq nahiyələrdən istiliyin azalması mümkündür.
Dişiləri əsasən bir cüt yumurta yumurtlayıb kürt yatır. Çox nadir hallarda üç yumurtaya və ya tək yumurtaya kürt yatıldığı müşahidə edilib. Balalar 24-25 gündən sonra tək başlarına yem yeməyə başlayırlar.
Göyərçin saxlayırsınızsa, onların hər zaman təmiz suyu olmalıdır, özü də kifayət qədər, xüsusilə də bala çıxaran vaxt onların suya olan tələbatı artır.
Bəzi göyərçin cinsləri:
Ağ göyərçin
Mavi göyərçin
Qırmızı göyərçin
Qağayı
Qağayılar böyük quşlardır, əsasən boz və ya ağ rəngdə olurlar, çoxusunun başında qara xallar da olur.
Haqqında: Cəsurdurlar, üzün dimdiyi var. Iri gövdəli quşlardır. Qağayılar rahat və sürətli uçur. Boyları 25-80 sm-dir. Suyun üzərinə qonur, az üzür və suya baş vurmur. Qidaların əsas hissəsini molyusklar, xərçənglər və kiçik balıqlar təşkil edir. Doymaq bilməyən quşlardır. Iri qağayılar quş yumurtalarını və balalarını da yeyir. Dənizə atılan plastik qablar da qağayılar üçün ölümcül ola bilir. Ölü tapılan qağayıların mədəsində plastik qab hissələrinin olduğu aşkarlanmışdır. Bir neçə növünü çıxmaq şərtiylə dənizdən uzaq yaşamırlar. Qağayılar toplu halda əsasən bataqlıqlarda və su kənarlarında yuva qururlar.
Böyük qağayıların balaları 4 ilə bir quş olarkən kiçik növlərdə bu 2 ilə qədərdir. Bundan başqa maraqlıdır ki ağızları vasitəsilə qağayılarda cütləşmə olur.
Növləri:
Qağayıların bir çox növü vardır; böyük və ya gümüş qağayı, (Larus argentatus); kiçik qağayı (L.canus) ; qarabaşlı qağayı ( L.ridibundus); cücə v (L. minutus); qara qağayı (L. fuscus) və s.
Qağayıların tükü ağ, açıq kül rəngi və qara rəngdə olur.
Qağayılar bütün işlərini birlikdə edirlər. Bir yerdə ov edir, istirahət edir, leş axtarır və dalaşırlar. Çoxusu birlikdə yuva qurmağa üstünlük verir. Bir neçəsi alçaq ağaclarda yuva qurar, dəniz yosunu və ətrafdakı digər bitkilərdən böyük yuva düzəldərlər. Dişi qağayı qəhvəyi rəngdə 2-3 yumurta qoyur. Erkəklə dişi quşlar kürt oturur. Həm erkək, həm də dişilər balaları qidalandırır. Yumurtadan çıxmış balalar 4-6 həftədən sonra uçmaya başlayırlar.
Qağayı cinsləri:
Qara ayaqlı qağayı
Qara quyruqlu qağayı
Qara belli qağayı
Və sonda bu videoya da baxın, doyunca gülün. Qarğa itlə top-top oynayır
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Tanınmış aktrisa üçüncü dəfə ərə gedir
Şeymanın 16 yaşında dedikləri TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
Cessika Simpson üçüncü dəfə ana oldu-FOTO
Xalçalar necə təmizlənməlidir? - Qışa hazırlaşanlara tövsiyələr
Melani Tramp plagiatda ittiham olunur
Pulu qənaətlə necə xərcləməli?
Kəndir bitkisi
Azərbaycan Seyid Ocaqlarının təmsilçiləri Prezident İlham Əliyevi təbrik ediblər
Hanami
Azərbaycan atletləri Avropa birinciliyində medalların sayını 5-ə çatdırıblar
Məşhur cütlük evləndi-FOTO
Sandra Bullok gizlincə ərə getdi-FOTO
Azərbaycanda 4 bal gücündə zəlzələ oldu
Açıq havada idman etmək
Dəbli çantalar
Türk blogger hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Məşhur aktyor keçmiş xanımı məhkəməyə verdi-SƏBƏB
Küsülü prezidentlər barışdı
Prezidentin köməkçisi xarici diplomatlarla yenidən Füzulidə
Yıldız Tilbe hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
BÜRCLƏR bizə nə vəd edir?-14 Sentyabr
Türkiyə kuboku: "Fənərbağça" biabır oldu!
Xızı rayonunun Xızı-Altıağac avtomobil yolunun tikintisinə 8 milyon manat vəsait ayrılıb
Tükləri sapla təmizləyirsinizsə...
Cəmi 8 həftəyə artıq kilolardan qurtulmaq istəyirsiniz?
Zerrin Özer xəstəxanalıq oldu-SƏBƏB
Qafqazlıların uzunömürlüyünün sirri kababda imiş
Şahzadə Diananın indiyədək görmədiyiniz FOTOLARI
Animasiya qəhrəmanları modern dünyada
Sərhədsiz erməni vandalizmi: Bir vaxtlar 100 min əhalisi olan Füzuli şəhəri hazırda...
20 yaşlı türk bütün İngiltərəni heyrətləndirdi
Milyarderlərin sayı rekord həddə çatıb
İrina Şeykin FOTOsu tarixinə görə diqqət çəkdi
Novruz Məmmədov “Hesabat”ın qonağı olub
İranla AEBA arasında nüvə danışıqları başladı
Gün ərzində xoşbəxtliyi necə tapmalı?
BÜRCLƏR bizə nə vəd edir?-17 yanvar
Azərbaycana gətirilən avtomobillərin sayı 2 dəfədən çox azalıb
Kıvanç Tatlıtuğ xəstəxanalıq oldu-SƏBƏB
Şahzadə həyatı
Soba alarkən diqqət edin
İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı - VİDEO
Bu ölkə koronavirusla mübarizədən imtina etdi:70 ölü
Mahsun Kırmızıgül qızının FOTOsunu paylaşdı
Nəvələrlə münasibət necə olmalıdır?
Bakıda maraqlı sərgi açıldı
Dərdlərə dərman zeytun (2)
Rus Dili dərs-11
"Qalatasaray" - "Yuventus": bu necə oldu?
Ona səbəb göstərin!
- ŞƏRHLƏR