1995-ci ildən etibarən hər il 9 sentyabr yer üzündə Beynəlxalq Gözəllik günü kimi qeyd olunur. Həmin gün bir qayda olaraq gözəllik müsabiqələri keçirilir, dünya gözəlləri seçilir. Bu bir həqiqətdir ki, gözəllik anlamına o qədər amil daxildir ki, bəlkə də sayıb qurtarmaq mümkün deyil. Elə ona görə də "Nədir gözəllik?" sualına bir qayda olaraq cavab vermək çətin olur. Bu ilki gözəllik günü isə müsəlman aləmi üçün daha əlamətdardır. Çünki müqəddəs Ramazan bayramına təsadüf edir. Ramazanın özü isə büsbütün gözəllikdir - desək, yəqin ki, yanılmarıq. Mayasında da ilk növbədə nəfsin gözəlliyi, iradə gözəlliyi durur. Bu bayram həm də ünsiyyət gözəlliyidir. İlk növbədə də müsəlmanın Tanrısı ilə ünsiyyətidir.
"Qurani-Kərim"in "Nəhl" surəsinin 30-cu ayəsində oxuyuruq:
"Dünyada gözəl iş yapanlara gözəllik vardır". Yəqin siz də mənimlə razılaşarsınız ki, bu fikirdə böyük bir həyati məntiq var. Məhz bu fikir gözəllik anlamının əsl məğzini tam açır. Onun yalnız zahir üçün mahiyyət daşımadığını sübuta yetirir. Dilimizdə belə bir məsəl var. Deyir, gedər camal, qalar kamal. Əsl gözəllik də elə kamalın gözəlliyidir. Tanrı tərəfindən bəxş olunan gözəllikləri qoruyub saxlayan və hər gün yenisini yaradan da elə kamalın gücüdür.
"Hər şey gözəldir həyatda, sən bu gözəlliyi anlaya, duya bilsən".
Mərhum şair-publisist Arif Abdullazadənin şerindəndir bu misralar. Bu məntiq də bilavasitə insan təfəkkürünə, ətraf mühitin insan tərəfindən dərkinə gətirib çıxarır. Çünki gözəlliyi anlamaq və duymaq yalnız insana xas bir xüsusiyyətdir. İnsanın nəyə, necə baxmasından irəli gələn bir xüsusiyyətdir.
Müqəddəs "Qurani-Kərim"in "Əl-Həcc" surəsinin 46-cı ayəsində oxuyuruq:
"Həqiqətən gözlər kor olmaz. Lakin sinələrdəki ürəklər (qəlb gözü) kor olar." Burda Bəxtiyar Vahabzadənin "İki kor" şeiri düşdü yadıma:
Bir kor tanıyıram, gözü korsa da
özü kor deyil.
Bəzən qəm odunda qovrulursa da,
Ağlına, hissinə o nankor deyil.
Gecəli-gündüzlü o yazır, oxuyur.
Ağlının gözüylə o görür, o duyur.
Ancaq biri də var ...kor deyilsə də, gözü görməyir.
fikrini, hissini ucadan deməz,
Bəzən gördüyünü görmək istəməz.
Gözləri görməyən kor deyil hələ,
Görmək istəməyən kordur - deyərdim.
Belə müqəvvaya, belə cahilə
Həyatın özü də gordur - deyərdim.
Bu şeir parçası elə büsbütün "Quran" məntiqinin poetik ifadəsidir.
"Hər şey gözəldir həyatda".
Bəlkə bu fikirlə razılaşmayan da olar. Amma o kimdirsə ona sadəcə hər gün dan yerinin sökülməsini göstərmək gərəkdir. Gecənin bağrını dəlib üzümüzə gülümsəyən səhəri görmək gərəkdir.
Azərbaycanda həkim Əlfəddin Abdullayevi tanımayan az tapılar. Bir dəfə ondan müsahibə götürürdüm, şükranlıqdan söhbət düşdü. Bilirsiz, nə dedi? Dedi ən azından hər gün biz səhər yuxudan oyanıb səhərin gözəlliyini gördüyümüz üçün şükr etməliyik. Axı elə adam var ki, ümumiyyətlə bu gözəlliyi görə bilmir. Eləsi də var ki, gecə yatır, səhərin açılmasına kimi dünyasını dəyişir. Əgər biz hər gün səhərin gözəlliyini görürüksə, həm də ondan zövq almağı bacarmalıyıq. Bizə bu xoşbəxtliyi nəsib etdiyi üçün Tanrımıza dönə-dönə şükr etməliyik.
"Hər şey gözəldir həyatda, sən bu gözəlliyi anlaya, duya bilsən".
Bir zaman Akif İslamzadə və Brilyant Dadaşova bu mahnını böyük həyat sevgisi ilə oxuyardılar. Mahnını dinləyə - dinləyə insanın gözləri qarşısında sanki hər şey gözəlləşərdi.
9 sentyabr Beynəlxalq Gözəllik günüdür. Düzdür, bu gün onun mahiyyətində yalnız zahiri gözəllik dayanır. Amma kim bilir, bəlkə də zaman gələcək bu gün öz əhatə dairəsini genişləndirəcək. Axı belə bir deyim də var ki, "Dünyanı gözəllik xilas edəcək". Dünyamız isə böyük təhlükə qarşısındadır. Bir yandan təbii fəlakətlər, bir yandan da insan övladının özünün yaratdığı fəlakətlər, qırğınlar. Ulu Tanrı isə insanı xəlq eləyəndə daha çox qurmaq, yaratmaq üçün xəlq eləyib. Bəşər övladı bu gerçəyi unutmasa yaxşıdır.
"Hər şey gözəldir həyatda" - dedi Arif Abdullazadə. Amma onu da dedi ki, "Özün bir zərrə də gözəllik yarada bilsən". Doğrudan da özümüz kiçik , lap kiçik bir gözəllik yarada bilsək gözəl olmazmı? Məntiq etibarı ilə hər bir insan gözəllik yaratmağa qadirdir. Allah-Təala bu istedadı hər bir insana verib. Amma hər kəsə də yalnız öz potensial imkanlarına görə verib. Alim elmi ilə gözəldir. Bağban bağçasıyla. Təbib şəfasıyla gözəldir, həbib cəfasıyla, sədaqətiylə. Adicə dibçəkdə bir gül becərən də öz əməliylə gözəldir. Şair də insan qəlbini riqqətə gətirən sözləriylə gözəldir.
Çox zaman bəşər övladını həyat imtahana çəkir. Keçdiyi ömür yolunda çox şaxtalara , sazaqlara , boranlara tuş gəlir. Olur ki, yayın qızmarında bir soyuq baxışdan donur, bir acı sözdən boğulur.Amma müvazinətini itirmir. Həyatın üzünə gülümsəyib, elə Bəxtiyar Vahabzadənin dediyi kimi " Həyat, acın da şirin" - deyir.
Çünki hər şey, hər şey gözəldir həyatda.
Tanrının bizə bəxş etdiyi min bir gözəlliyi isə sadəcə seyr etmək yox, dərk etmək gərəkdir.
Zərxanım ƏHMƏDLİ
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Yığma komandamız Belarusa qarşı
Suyu ayaqüstə içməyin! - Elmi və dini açıqlaması
Qulağımıza qoyduğumuz BOMBA
Uşaqlarda həkim fobiyası
30 yaşdan sonra dəriyə qulluq tövsiyələri
Qadınların ən təhlükəli sözləri
Bu fotolarda onu tapa bilərsiniz?
Messi əməliyyat olunacaq
Rayonlar təhlükə qarşısında - Çayların səviyyəsi artdı
Ölkələrə görə dəyişən süfrə qaydaları
Qalstuk kişinin xasiyyətindən xəbər verir
ŞOK ARAŞDIRMA: Şərab koronavirusun gedişinə təsir edir
Məktəbli gündəliyində biabırçı səhv
HAVA necə olacaq? 7 İyun
Göbələkli, kartoflu piroq (foto resept)
Hamilələrə olmaz!
Adelin oğlu əlindən alına bilər-SƏBƏB
Mikrodalğalı sobalar məhv edilir - ŞOK SƏBƏB
Şampun yerinə istifadə edə biləcəyiniz vasitələr
Körpənizin dərisini rahatlatmaq üçün bunu edin!
Azərbaycanda məktəblərdə bufetlər necə işləyəcək?
Pitaya meyvəsi
Tarkan gözəllik salonu açır-FOTO
Günəş şüalarının faydaları
Şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı MÜHÜM XƏBƏR
Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu yüksək fəxri ada layiq görülüb
Yaşıl möcüzə-Xlorofil
Dəblə ayaqlaşmaq istəyənlər üçün
Bu günün tarixi (21.08.2014)
Mett Deymonun qızı koronavirusa yoluxdu
Ağdamda atışma başladı
Fahriye Evcenin pəhrizi
Qrip müalicə edilməsə, ölümə səbəb ola bilər
Məşhur brendlər kürkdən imtina etdi - SƏBƏB
Ən dəhşətli xəstəliyin sirri tapıldı
Günün ulduz falı
Avropa İttifaqı 10 ölkəyədək kiçilə bilər
"Taxt oyunları"nın ulduzu hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Məşhur markaların siması indi odur-FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Qandakı nəzarətçilər
"Şuşa boşaldılıb, Hadrut tərəfdə ağır döyüşlər gedir”
iPhone 6 gələn ay istehsal olunacaq
Uşaq şəhərlərarası avtobusu idarə etdi - VİDEO
Gəlin namizədləri üçün
Bürclərə görə peşə seçimi
Adamyeyən narkotikanın qurbanları
Dahiləri toppuş xanımlar dünyaya gətirirlər
Yumurta ucuzlaşıb
Kəpəkli saçlar üçün maska















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]