Cinsi uyğunlaşma fikri mümkün olduğu qədər çox seks etmək mənasını vermir. Cinsi uyğunlaşma bütöv bir cinsi və romantik xoşbəxtlik üçün bir-birinizin ehtiyacları və arzularını yerinə yetirmə üçün öz üzərinə məsuliyyət götürməyi tələb edir. Bu da, təbii ki, deyildiyi qədər asan deyil. İndi hazırsınızsa cinsi uyğunlaşma testini həll edin. Özünüzə qarşı dürüst olun və sualları elə cavablandırın. Cinsi uyğunlaşmanızın hansı dərəcədə olduğunu öyrənin.
1. Onun bədənində çirkin ya da xoşagəlməz hesab etdiyiniz müəyyən hissələr varmı?
A. Bəli, bədənində çirkin hesab etdiyim müəyyən hissələr var.
B. Bu bədəninin hansı hissəsi olmasından asılıdır.
C. Xeyr, bütün bədənini mənə görə cəlbedicidir.
2. Zövqdən inlildədikdə bu sizi narahat edirmi?
A. Bəli, məni narahat edir.
B. Bəzən bir az daha ciddi olmalıdır.
C. Xeyr, bu mənim üçün daha da təhrik edicidir.
3. Cəmiyyət arasında sizi öpməsini və qucaqlamasını xoşlayırsınızmı?
A. Xeyr, bunun əlverişsiz olduğunu düşünürəm.
B. Bəli, lakin harada və kimlərin arasında olduğumuzdan asılıdır.
C. Bəli, bunu sevirəm. Mənə dünyanın ən mükəmməl qadını olduğumu hiss etdirir.
4. Onun hər təklifinə "bəli" cavabını vermək məcburiyyətində olmadığınız üçün özünüzü rahat hiss edirsinizmi?
A. Xeyr, çünki o məndən hər şeyə "bəli" dəməyimi gözləyir.
B. Bu insandan asılıdır.
C. Bəli, mən azad bir qadınam!
5. Xoşlandığınız şeyləri ondan istəyəndə özünüzü rahat hiss edirsinizmi?
A. Xeyr, buna cəsarət edə bilmirəm.
B. Bəli, amma fantaziyalarımı heç bir zaman davranış olaraq reallaşdırmırıq.
C. Bəli, qarşılıqlı olaraq istəklərimizi bir-birimizdən rahatlıqla tələb edə bilirik.
6. Seks həyatınızla əlaqədar bir problem olduğunu düşündükdə bunu onunla rahat şəkildə müzakirə edə bilirsinizmi?
A. Xeyr, çox utanıram.
B. Bəli, amma bunun üçün bütün cəsarətimi toplamalıyam və özümü narahat hiss edirəm.
C. Bəli, bu mövzuda heç problemimiz yoxdur, bir-birimizə qarşı açığıq.
7. Seks rejimində olduğunuzu hiss etdiyinizdə daim bunu yoldaşınıza söyləyirsinizmi?
A. Xeyr, seksi onun başlatmasını gözləyirəm.
B. Həmişə deyil. Mənim bir nemfomanyak olduğumu düşünməsini istəmirəm.
C. Bəli, dərhal söyləyirəm.
8. Bədəninizin cazibədar və gözəl olduğunu düşünürsünüzmü?
A. Xeyr, bu seks edərkən məni həqiqətən çox narahat edir.
B.. Bədənimin hansı bölgəsi olmasından asılıdır.
C.. Təbii ki, mən seksual bir qadınam.
9. Orgazma çatdıqda bunu onun başa düşməsini təmin edirsinizmi?
A. Xeyr, əsla səsimi çıxarmıram.
B. Həmişə deyil, bunu özümə saxlayıram.
C. Təbii ki, ona da bacardığını göstərmək istəyirəm.
10. Fantaziyalardan xoşunuz gəlirmi?
A. Xeyr, heç bir zaman fantaziyalarımı inkişaf etdirmirəm.
B. Bəzən zövq alıram, amma bunun əsla insanı dəli edən bir şey olduğunu düşünmürəm.
C. Bəli, fantaziyaları sevirəm, bu cinsi istəyimi artırır.
Əgər verdiyiniz cavablarda A variantı üstünlük təşkil edirsə, cinsi uyğunlaşmanız aşağıdır.
Seksdə özünüzü çox rahat hiss etmirsiniz. Bunu özünüzə dərd etməyin. Sekslə əlaqədar daha kəşf edəcəyiniz çox şey var, bu səbəbdn bir az macəraya meylli olun. Cütlük olaraq bir-birinizə qarşı çox açıq deyilsiniz. Yaxşı bəs səbəb nədir? Bəlkə hələ çox gənc və təcrübəsizsiniz. Zaman keçdikcə, seksdə daha rahat ola bilərsiniz. Amma, müddəti sürətləndirmək üçün yataqda özünüzü ifadə edin!
Bəlkə də bədəninizlə əlaqədar bir probleminiz var. Bədəninizi sevməyi öyrənməlisiniz. Davamlı olaraq özünüzü örtüb gizlətməyə çalışmanız bir kişi üçün heç də seksual bir şey deyil. Bədəninizin nə qədər seksual və təsir edici olduğunu düşünün.
Bəlkə də problem sizin deyil, onun bədənidir? Əgər onun bədənini sizə qorxuducu görünürsə, onu yavaş -yavaş kəşf etməyə çalışın. Bunun üçün sizi istiqamətləndirməsini təmin edin. Nələri sevdiyini öyrənin və yeni şeyləri təcrübədən keçirin, amma, əsla özünüzü rahat hiss etmədiyiniz bir şeyi etməyin.
Heç bir zaman özünüzü rahat hiss etmədiyiniz bir şeyi etmək məcburiyyətində deyilsiniz. Yalnız özünüzə daha çox güvənməlisiniz. Cinsi uyğunlaşma zamanla öz-özünə gələcəkdir!
Sizin cavablarınızda B variantı çoxdursa, cinsi uyğunlaşmanız ortadır.
Seks əlaqənizin əhəmiyyətli bir parçasıdır, amma hələ kəşf etmədiyiniz istiqamətləri var. Buna görə, hələ tam bir cinsi uyğunlaşmanız olduğunu söyləyə bilməsək də, bu uyğunlaşmanın dərəcəsini artırmaq sizin əlinizdədir.
Cinsi uyğunlaşmanı düzgün etmək üçün yaxşı bir mövqedəsiniz. Güclü və zəif cəhətlərinizi nəzərə alın. Adətlərinizi dəf etmək və performansınızı inkişaf etdirmək üçün özünüzə bu sualları verin: Bədəniniz haqqında həqiqətən nə düşünürsünüz? Onu sevgiliniz üçün bir hədiyyə olaraqmı görürsünüz? Yoldaşınıza daim nə istədiyinizi, nələrin sizi təhrik etdiyini izah edirsinizmi? Onun bədəninə qarşı özünüzü rahat hiss edirsinizmi? Erotik fantaziyalarınız varmı?
Bu sualları yalnız özünüzdən soruşmayın,yoldaşınızla da paylaşın. Beləcə, sizin zəif və güclü cəhətlərinizdən xəbərdar olmasını təmin edin. Sonra da zəif cəhətlərinizi birlikdə necə inkişaf etdirə biləcəyinizi müzakirə edin.
Cavablarınızda C variantı çoxdursa, cinsi uyğunlaşmanız mükəmməldir.
Yəni heç bir pis vərdişiniz yoxdur və seks əsnasında tam olaraq özünüzü rahat hiss edirsiniz. Hər ikiniz də nələrin sizi təhrik etdiyini, bir-birinizdən nə istədiyinizi yaxşı bilirsiniz.
Seks sizin üçün tamamilə təbii bir şeydir. Bədəninizi bəyənirsiniz, seks mövzusunda rahatsınız və bir-birinizlə necə ünsiyyət qurulacağınızı yaxşı bilirsiniz. Cinsi fantaziyalardan da zövq alırsınız. Bunlar qətiyyən əlaqənizə mənfi təsir etmir.
Uyğun bir seks həyatından çoxuna sahibsiniz və bu birlikdə bir gələcək üçün yaxşı bir işarədir. Sekslə məşğul olmaq sizin üçün az qala bir sənət deməkdir! Seks həyatınızı həmişə inkişaf etdirə bilərsiniz, çünki siz ola bildiyiniz qədər xoşbəxt olduğunuz müddətcə, əlaqəniz daha yaxşı bir səviyyədə olacaqdır.
XƏBƏR LENTİ
Düzgün qidalanma haqqında 8 qayda
Xudaya yar olan şəhidimiz - VİDEO
Səudiyyə Ərəbistanında anasına əl qaldıran oğlun dişini çıxardacaqlar
Məşhur şəhərə Putinin adı veriləcək?
İmtahanla bağlı yenilik
Hamiləlik etirafı
Nazirlikdən "Son zəng" açıqlaması
Baş qəhrəmanlarından biri haqqında məyusedici QƏRAR
Beren Saatın arıqlığı hər kəsi heyrətləndirir-FOTO
Göldə əjdaha iddiası: "Boz rəngdə idi, suyun üzünə çıxdı..."
Bunlar qadın sağlamlığını korlayır!
Azərbaycanın şimalı şaxtalı iflic vəziyyətində
Pijama modelləri
Saçlarınıza zərər verməyin
Qeyri-adi vərdiş-Solaxaylıq
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Sərnişinin görünüşü hər kəsi güldürdü - FOTO
Cüneyt Arkın məşhur serialda
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Gülməli heyvanlar (son)
Bu da kəndlərimizin yeni adları
Bu ilin dəbi: Şortikli kostyumlar
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Çinli turistləri sirkdən qovub birbaşa karantinə göndərdilər
Günün ulduz falı
Çaylı keks
Azərbaycan etiraz məktubu göndərdi
Rusiya cəbhədə baş verənlərə münasibət bildirdi
Cəbhədə atışma oldu
Qadın.Netlə birlikdə hamiləlik (28-ci həftə)
Deputat: "İdmançılarımızda dopinq aşkarlanması təzyiq vasitəsi ola bilər"
HAVA necə olacaq?
Əhvalı yaxşılaşdıran idmanlar
Ronaldonun sevgilisi DİQQƏT ÇƏKDİ-FOTO
Reanimasiyada olan xəstələrin sayı azaldı
"Qalatasaray" öz meydanında coşdu, Droqba sıradan çıxdı
Düşündürücü sözlər
Günün qoroskopu: intriqaya aldanmayın
Dəbli görünmək üçün 5 tövsiyə
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin
Bakıda 53 min avroluq yarış, giriş pulsuzdur
Yaralı barmağa "dolama"
Sevgilisi olmayanlara şad xəbər-"Facebook"dan möhtəşəm Yenilik!
Məşhur aktyorların arasını vurdular-SƏBƏB
Milli komandamızın baş məşqçisi əcnəbi oldu
Arif Quliyev orduya yazıldı
Sağ qalmaq üçün bunları etmək şərtdir
Körpələr musiqini necə anlayır?
Xaş-xaşlı tort (foto resept)
Xoşladığımız yeməklər və xasiyyətimiz
- ŞƏRHLƏR