Aşağıdakı testləri həll edin. Seçdiyiniz variantları sayın. Hansı variant üstünlük təşkil etsə, şərhlərdə onu yazın. Hər birinizin şərhinə uyğun olaraq elə şərhlərdə cavablar qeyd ediləcək. Əgər kimdəsə testə yazılan şərt yoxdursa, həmin testi buraxsın. Misal üçün, maşın sürməyənlər maşınla əlaqəli olan testi ötürə bilərlər.
1. Nahar üçün 15 dəqiqə vaxtın var. Sən nə edirsən?
A) Dondurulmuş qidanı sobada tələsik bişirirəm.
B) Sendviç hazırlayıram.
C) Nahar etmirəm, boş vaxtım olana kimi gözləyirəm.
D) Yeməyimi rahat yeyirəm, iş gözləyə də bilər.
2. Səyahətə gedərkən özünə qulluq etmək üçün hansı vasitələri götürürsən?
A) Az yer tutan əşyalar: 3-ü 1-də olan kremlər.
B) Əlimə nə keçsə çantama atıram, onsuz da səyahətdə lazım olan hər şeyi alacam.
C) Bu, mənim orada qalacağım vaxtdan asılıdır.
D) Bütün kosmetik vasitələrimi, losyonlarımı götürürəm.
3. Maşınını dayanacaqda necə saxlayırsan?
A) Digər maşınlara narahatlıq yaratmamağa çalışıram.
B) Maşınımı saxlamaq üçün o qədər də ağır cəzalar yoxdur. Şəraitə uyğun hərəkət edirəm.
C) Bunun üçün çox əlləşirəm, istəyirəm hər şey qaydasında olsun.
D)Daha çox yer tutmağa çalışıram.
4. Mobil telefonunda ən çox hansı xidmətlərdən istifadə edirsən?
A) "Kim zəng edib" xidmətindən. İstəyirəm ki, telefonum bağlı olanda da kimin zəng etdiyini bilim.
B) MMS və İnternet - danışmadan əlaqə saxlamağı xoşlayıram.
C) Səsli mesaj - oxumaqdansa qulaq asmaq yaxşıdır.
D) İkinci xətt - çox danışmağı sevirəm.
5. Alış-verişə gedirsənmi?
A) İnternetdən alış-verişi seçirəm. Beləcə, nəzərdə tutduğumdan da çox şey alıram.
B) Həmişə ehtiyacım olan şeyləri alıram.
C) Əvvəlcədən mənə lazım olan əşyaların siyahısını hazırlayıram və keyfiyyətə önəm verirəm.
D) Rəfiqəmə zəng edib, mənimlə alış-verişə getməsini xahiş edirəm. Həm əylənir, həm də alış-veriş edirik.
6) Kafeyə tez-tez tək gedirsənmi?
A) Düşünmək, oxumaq və ya işləmək istəyəndə.
B) Heç vaxt.
C) Küçədə güclü yağış yağanda.
D) Kofe içmək istəyəndə.
7) Sevgilin və ya həyat yoldaşına zəng edirsən və o cavab vermir. Sən...
A) Mesaj göndərib zəng etməsini xahiş edirsən.
B) Cavab verənə kimi dəstəyi asmırsan.
C) Oturub onun zəng etməsini gözləyirsən.
D) O da zəng edəndə sən cavab vermirsən.
8) Sükan arxasındasan və yolda tıxac var. Sən...
A) Qəzəblənirsən.
B) Aramsız siqnal verirsən.
C) Musiqiyə qulaq asır, telefonla danışırsan.
D)Tıxacdan çıxmaq üçün yol hərəkəti qaydalarını pozursan, bu, vaxtın boş yerə keçməsindən yaxşıdır.
9) Yemək zamanı (tək olmayanda) adətən...
A) Televizora baxıram.
B) Yanımdakı insanla söhbət edirəm.
C) Mənim qaydam: "Yemək yeyərkən kar və lalam".
D) Kitab və ya jurnal oxuyuram.
10) Satışda köynək görürsən və çox bəyənirsən. Köynəyin düymələri sınıb, amma qiyməti çox münasibdir. Sən...
A) Təəssüflənirsən: gözəl köynəkdir, kaş düymələri yerində olaydı.
B) Qiymətə görə alırsan.
C) Başqasının olub-olmadığını soruşursan.
D) Düymələrini dəyişirsən.
Cavablar
A variantı çoxdursa: Müdafiəsizsən.
"Hər şeyi öz axarına buraxmaq lazımdır" - bu, sənin ən çox sevdiyin cümlədir.Narahat olmağı sevmirsən.Ən çətin anlarda belə dincəlməyə vaxt tapırsan.Çətin anlarda güclü insanlardan kömək istəyirsən. Unutma ki, gec-tez hər işi özün etməlisən.İnsan həyata bir dəfə gəlir: bundan istifadə etməyə çalış. Unutma ki, sən hər şeyin yaxşısına layiqsən.
B variantı çoxdursa: Səliqəsizsən.
Sənin devizin - "Xırda şeylərə görə narahat olmağa dəyməz". Həmişə "Onsuz da hər şey öz yerini tutacaq" deyirsən.Amma nəzərə almalısan ki, işlərinlə vaxtlı-vaxtında məşğul olmasan, onlar daha da pisləşə bilər.Özünə sərf edən işlərlə maraqlanırsan.Özünü müdafiə etməyi bacarırsan, çətinlikləri sevirsən.Dilin başına bəladır.Danışarkən cümlələrinə fikir ver.Hərəkətlərinə zəriflik və səliqə əlavə et.
C variantı çoxdursa: Qaydaları çox sevirsən.
Həmişə qayadalara riayət etməyə çalışırsan.Buna görə də tez-tez çıxılmaz vəziyyətdə qalırsan.Sənə düşündüyün və istədiyin kimi hərəkət etmək lazımdır. Kənardakılara xoş olsun deyə özünü nəyəsə məcbur etmə.
D variantı çoxdursa: Nəzakətsizsən.
Həmişə deyirsən: "Öz hüquqlarımı kobud şəkildə qorumalıyam, yoxsa insanların ayaqlarının altında "xalça" olaram". Təəssüf ki, sən özünü müdafiə etmək üçün insanlarla kobud rəftar edirsən.Ətrafındakı insanları incidib, onları özündən uzaqlaşdırmağın heç vecinə də deyil. Özünü başqalarının yerinə qoymağa çalış, bəlkə onları başa düşdün.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Düzgün qidalanma haqqında 8 qayda
Xudaya yar olan şəhidimiz - VİDEO
Səudiyyə Ərəbistanında anasına əl qaldıran oğlun dişini çıxardacaqlar
Məşhur şəhərə Putinin adı veriləcək?
İmtahanla bağlı yenilik
Hamiləlik etirafı
Nazirlikdən "Son zəng" açıqlaması
Baş qəhrəmanlarından biri haqqında məyusedici QƏRAR
Beren Saatın arıqlığı hər kəsi heyrətləndirir-FOTO
Göldə əjdaha iddiası: "Boz rəngdə idi, suyun üzünə çıxdı..."
Bunlar qadın sağlamlığını korlayır!
Azərbaycanın şimalı şaxtalı iflic vəziyyətində
Pijama modelləri
Saçlarınıza zərər verməyin
Qeyri-adi vərdiş-Solaxaylıq
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Sərnişinin görünüşü hər kəsi güldürdü - FOTO
Cüneyt Arkın məşhur serialda
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Gülməli heyvanlar (son)
Bu da kəndlərimizin yeni adları
Bu ilin dəbi: Şortikli kostyumlar
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Çinli turistləri sirkdən qovub birbaşa karantinə göndərdilər
Günün ulduz falı
Çaylı keks
Azərbaycan etiraz məktubu göndərdi
Rusiya cəbhədə baş verənlərə münasibət bildirdi
Cəbhədə atışma oldu
Qadın.Netlə birlikdə hamiləlik (28-ci həftə)
Deputat: "İdmançılarımızda dopinq aşkarlanması təzyiq vasitəsi ola bilər"
HAVA necə olacaq?
Əhvalı yaxşılaşdıran idmanlar
Ronaldonun sevgilisi DİQQƏT ÇƏKDİ-FOTO
Reanimasiyada olan xəstələrin sayı azaldı
"Qalatasaray" öz meydanında coşdu, Droqba sıradan çıxdı
Düşündürücü sözlər
Günün qoroskopu: intriqaya aldanmayın
Dəbli görünmək üçün 5 tövsiyə
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin
Bakıda 53 min avroluq yarış, giriş pulsuzdur
Yaralı barmağa "dolama"
Sevgilisi olmayanlara şad xəbər-"Facebook"dan möhtəşəm Yenilik!
Məşhur aktyorların arasını vurdular-SƏBƏB
Milli komandamızın baş məşqçisi əcnəbi oldu
Arif Quliyev orduya yazıldı
Sağ qalmaq üçün bunları etmək şərtdir
Körpələr musiqini necə anlayır?
Xaş-xaşlı tort (foto resept)
Xoşladığımız yeməklər və xasiyyətimiz
- ŞƏRHLƏR