6 aylığında
Ata: Nə qədər gözəl qızım var. İlahi, doğrudanmı bu kiçik mələk mənim balamdır?! Gözləri necə də mənimkinə bənzəyir. Şükürlər olsun Sənə, ey Rəbbim!
Qızı: Gərək ki, gözlərini məndən ayırmayan bu gözəl insan atamdır.
5 yaşında
Ata: Gözəl qızım, de görüm atan sənə nə alsın?
Qızı: Ən çox atamı sevirəm, onun hər an mənimlə olmasını istəyərəm.
10 yaşında
Ata: Getdikçə heç sözə baxmır, bilmirəm kimə oxşadı bu qız.
Qızı: Atamı çox sevirəm, görəsən bu ay mənə nə qədər cibxərcliyi verəcək?
15 yaşında
Ata: Necə də tez böyüdü bu qız, getdikcə lap başıma çıxır, yox, gərək onunla bir az sərt danışım.
Qızı: Atam rəfiqələrimlə istədiyim qədər əylənməyə icazə vermir, uf! Görəsən nə vaxt sərbəst olacağam?
20 yaşında
Ata: Artıq sözümü eşitmir, getdikcə məndən uzaqlaşır. İşləyir, pul qazanır, mənə ehtiyac duymur. Uzun zamandır bir-birimizə bir kəlmə də şirin söz deməmişik.
Qızı: Hər işimə qarışır, geyindiyim paltarlara, getdiyim yerlərə. Mənimlə uşaq kimi davranmasından bezmişəm.
25 yaşında
Ata: Bir gün bunun olacağını bilirdim. Artıq ərə gedir, xeyli vaxtdır aramız çox sərindir, mələyim tərk edir məni.
Qızı: Belə bir şad gündə onun bu qədər qəmgin olmasını anlaya bilmirəm. Bilmirəm nədən narazıdır. Yoxsa həyat yoldaşım ürəyincə deyil?! Sanki onunla birlikdə yaşayacaq.
30 yaşında
Ata: Çox az görüşürük. Tez-tez gəlib atasını görsəydi, nə olardı?! Nəvələrimdən ötrü çox darıxıram. Dostlarından ayrılıb bizə gəlməyə vaxt tapmır.
Qızı: Son vaxtlar atama heç vaxt ayıra bilmirəm, telefonda səsi çox zəif gəlirdi. Həftəsonu onlara sürpriz etsəm, yaxşı olar.
40 yaşında
Ata: Nədənsə, qızım mənim dardüşüncəli olduğumu güman edir. Amma məktəbli olduğu vaxtlar bütün dərslərində ona kömək edərdim. İndi məni bəyənmir. Bundan sonra onunla heç bir mövzuda mübahisə etməyəcəyəm.
Qızı: Atam getdikcə, lap uşaq kimi davranır. Heç nədən inciyir. Son zamanlar səhhəti elə də yaxşı deyil. Birdən ona bir şey olar. Heç vaxt onun istədiyi övlad olmamışam.
45 yaşında
Ata: Qızımın xoşbəxt ailəsi olması mənə çox xoşdur. Ölüb getsəm də, gözüm arxada qalmayacaq, hər şeyin öhdəsindən gəldi, onunla qürur duyuram.
Qızı: Atam üçün çox nigaranam, onu itirmək istəmirəm, son zamanlar dərmanlarını da vaxtlı-vaxtında qəbul etmir. Allahım, nə olar, onu məndən alma.
50 yaşında
Ata: Xoşbəxt ol, qızım, dünyan firavan, axirətin xeyirli olsun.
Qızı: Atacan, səndən ötrü çox darıxacağam. Bundan belə dərdimi kimə deyəcəyəm? Kiminlə danışacağam? Kim mənə kömək edəcək? Atacan, nə olar, getdiyin yerdə şad-xürrəm ol. Hər zaman yanımda olduğunu hiss etdir mənə. Arabir mənə işarələrlə xəbər göndər. Ah! Atacan, sənsiz necə yaşayacağam?!
55 yaşında
Qızı: Atacan sən gedəni yoxluğunu daha çox dərk edirəm. Kaş səni heç üzməyəydim. Heyifslənməyin heç nəyi dəyişməyəcəyini yaxşı bilirəm, məni duyduğunu bilirəm. Atacan, nə olar, səni üzdüyüm hər gün üçün nə qədər peşman olduğumu da bil, bağışla məni.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
COVID-19-u keçirənlər də peyvənd olunmalıdır?
Məşhur model tənqid hədəfi oldu-FOTO
Hava haqqında
Yay fəslinin Azərbaycana gəlma vaxtı açıqlandı
Ön xətdə gərginlik qalır - RƏSMİ
Sabah hava yağmursuz olacaq
Kimlər ev tikə bilməzlər?
2015 yaz-yay dəbi çantalar
İnstaqram və reallıq
Norveçin əsrarəngiz görüntüləri
Elçin yeni seriala çəkilir-FOTO
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur - RƏSMİ
"Facebook"dan daha bir YENİLİK
1 həftəyə 5 kiloqram arıqlayın
Krossvord həlli yaddaş zəifliyini aradan qaldırır
Xaricdən gələnlər 14 gün bunları etməlidir
Günün ulduz falı
Sevgidə edilən ən böyük səhvlər
Ərinizi bu cür məcbur edin ki, siqareti tərgitsin
ATƏT Qarabağdan narahatdır
Kimsəsiz uşaqlara mənzil veriləcək?
2014-cü il “Sənaye ili” elan olundu
Türkiyədə bağlanan universitetlərin SİYAHISI
Elvis Presli sağdır - İDDİA
Super qadınlar üçün super qidalar
Evlər bu il ucuzlaşacaq
Ramazan ayının 23-cü gününün duası
Skype-da daha bir yenilik
İsti ciyər salatı (foto resept)
Ramazan bayramında terror həyəcanı
Bir qadının xoşbəxtliyi üçün 229 kilo... – İnanılmaz fotolar
Altı məhbusun tunel qazaraq qaçdığı həbsxananın işçisi həbs edildi
Türkiyə HHQ qırıcıları üçün orta mənzilli raketlər ala bilər
Payızda yaz havası
Putinin gözlənilən Türkiyə qərarı
Sosial şəbəkələr gənc nəsillərə tənhalıq hissini verir
Güclü dövlətlər Azərbaycanla hesablaşmağa başlayıblar
Ərdoğan Bakıya gəlir
Kənd milyonçular məhləsinə çevrildi
Hamiləlikdə zəhərlənmə
Günün ulduz falı
Payızda sağlam qala bilmək üçün nə etməliyik?
Azərbaycanda tariflər ucuzlaşdı
Limonlu ədviyyat hazırlayaq
İspaniya çempionatının ən yaxşıları açıqlandı
Şəhid əsgərin son mesajı
Bayram yeməklərini zibil qutularından çıxarırlar
Klaç çanta modelləri
Səyahət - Yunanıstan
Saç düzümləri
- ŞƏRHLƏR