Bu gün səhər oxuduğum bir məqalə məni oturub bunları düşünməyə, düşündüklərimi yazmağa sövq etdi. Bu gün hamı mənim kimi fikirləşmir. Mənim 2 il əvvəl və ya 4 il əvvəl yaşadıqlarımı yaşayan yüz minlərlə insan var. Amma əgər yüz minlərin içindən bir həmyerlim mənimlə eyni fikirdədirsə, mənim kimi sönmüş həyatının işığını aram-aram yandırmağa çalışırsa və bundan bir balaca da qorxursa yəqin ki, aşağıda sadalayacağım 20 addım onu da az çox düşündürəcək. Bildiklərimizdir, sadəcə bəzən bildiklərimizi təkrarlamalıyıq ki, tətbiq edə bilək. Çünki hətta dəfələrlə bişirdiyimiz şirniyyatın reseptini əzbər bilsək belə onu bişirən zaman dəftəri açıb resptə, inqridientlərin qədərinə bir də göz atırıq, hər ehtimala qarşı.
Xoşbəxtlik və rahatlığın da öz resepti var. Kimdən çəkinirsiz ki, onları tez-tez təkrarlamaq üçün? İnsanlar nə üçün xoşbəxt olmaq istəyini dilə gətirməkdən utanır, "eee yox əşşi nəyimə lazımdır?" cümləsini də deyir üstəlik. Gəlin birlikdə təkrarlayaq, utanmadan, çəkinmədən.. Mənə də bu təkrar vaxtaşırı lazım olur.
1. Başqalarının fikri
Nə fərqi var ki, başqaları nə düşünür? Əgər sən özün qəbul etdiyin qərardan razısansa, bu səndən başqa heç kimə aidiyyatı olmamlıdır. Bir düşün, əgər sən başqalarının sənin necə yaşamağını həll etmələrinə icazə verməsəydin, indi nələri əldə etmiş olardın. Özün ol və özün üçün nəyin daha xeyirli olduğunu düşünürsənsə onu et.
2. Hirs və qəzəb
Hirs səni içindən yeyəcək. Həyatda səni incidən, sənə pislik edən insanlarla yaşamağı öyrənməlisən. Və burada əsas vacib olan məsələ sənin o insanı bağışlamağın deyil. Əsas -içində aşıb daşan ağrını yüngülləşdirməkdir. Unutma: səni hirsləndirib, əsəbləşdirən insan səni idarə edir. "Əgər inciklikləri unutmağı öyrənsən, həyat asan olacaq"
3. Öz vücudunu qəbul etməmək
Səni xarici görünüşün haqqında yalnız bir insanın fikri narahat etməlidir - özünün. "Düzgün" tipli bədən quruluşu yoxdur. Ən əsası odur ki, sənə öz vücudunda rahat olsun və sən sağlam olasan. Başqalarına icazə vermə sənə gözəl olmadığını desinlər. Çünki əgər sən özünü yetəri qədər gözəl hiss edirsənsə, deməli bu elə belədir.
4. İdeal ömür yoldaşı tapmaq istəyi
Belə biri mövcüd deyil, ona görə də heç axtarmağa belə cəhd etməyin. İrəliyə doğru istiqamət alın, çünki beynimizdə qurduğumuz ideal həyat yoldaşı obrazı bizə irəliləməyə mane olur. Bütün ürəyinlə sevə biləcəyin, özünü rahat hiss edə biləcəyin və səni olduğun kimi qəbul edən, özünə uyğun birini seç. Nə qədər tez bir zamanda "ideal" insanın olmadığını dərk etsən, yaşamaq da bir o qədər asan və rahat olacaq. "O ideal deyil. Elə sən də həmçinin. Siz ikiniz də heç vaxt ideal olmayacaqsınız. Amma əgər o heç olmasa bir dəfə səni güldürə bildisə, səni heç olmasa iki dəfə düşündürə bildisə, əgər ona insanlıq yad deyilsə və o səhvləri bağışlamağı bacarırsa, onu heç zaman buraxma və həmişə qeydinə qal. Qoy o heç sənə şeir oxumasın, səni hər saniyə düşünməsin, amma sənə özünün bir parçası kimi inansın. Onu incitmə, ona xəyanət etməyə cəhd etmə və ondan mümkünsüz şeylər etməyini gözləmə. Analiz etmə. Əgər onun yanında sənə xoşdursa gülümsə, əgər səni qəzəbləndirdisə qışqır və yanında olmayanda onun üçün darıx. Bütün ürəyinlə sev. İdeal insan mövcud deyil, amma hər zaman sənin üçün ideal olan bir insan olacaq." Bob Marli
5. İdeal həyat
Necə ki, ideal həyat yoldaşı olmur, eləcə də çox ideal həyat olmur. Hər insan öz xoşbəxtliyinin dəmirçisidir. Ona görə də əgər sən bütün gücünlə əmək sərf etməyə hazır deyilsənsə, böyük ehtimalla xoşbəxtlik yan keçəcək. Sənin tərəfindən olunan seçimlər, birbaşa sənin həyatında əks olunur. Ətrafında yaxşı dünya qurmaq yalnızca sənin özündən asılıdır.
6. İmkanlı olmaq
Çox insanlar bir gün milyoner olmaq fikri ilə yaşayırlar. Hətta bəzi insanlar üçün bu həyatın məqsədidir. Və əlbəttə ki, o istəyə çatmaq üçün çox, olduqca çox çalışmalısan. O qədər pul haqqında düşünməyi burax, ürəyincə olan bir işi seç və bütün ürəyini ona ver.
7. Uğurun özünün sənin qapını döyəcəyini düşünmək
Heç vaxt, heç nə özü özünə göydən yağmayacaq. Nəyisə əldə etmək üçün ona nail olmalısan. Əlində olanlara şükr et və həyatının hər anının qədrini bil. Ömrünün sonuncu günü imiş kimi yaşa və baş verən hər hadisədən xeyirli bir təcrübə qazanmağa çalış.
8. Bəhanə
Bəhanə axtarma. İdman zalına getmək istəyirsən, amma vaxtın yoxdur? Onda tezdən dur. Sən bəhanə tapdıqca, eləmək istədiyin və ya eləməli olduğun şeyləri etmədiyin üçün yaranan günah hissindən canını qurtarmaq istəyirsən. Nəticə əldə etmək istəyirsən? O zaman şikayətlənməyi burax və işlə məşğul ol.
9. Keçmiş münasibətin haqqında fikirlər
Təbii ki, siz elə belə ayrılmamısınız. Əgər keçmişin haqqında düşünmək istəyirsənsə, buna ancaq həyat təcrübəsi kimi bax. Artıq olmayan hisslərdə ilişib qalma, çünki onlar sənin başqa biri ilə xoşbəxt olmağına mane olur.
10. İnadkarlıq
Mən bilirəm, təbii ki özünün doğru olmadığını qəbul etmək çətindir. Amma digər insanların da doğru ola bilmə şansı sənin qədərdir, ona görə də inadkar olmağı burax və bununla barış. Nə qədər az inadkarlıq göstərsən, yeni biliklərə o qədər çox açıq olarsan. Təsəvvür et, özündən başqa heç kəslə razı olmasan, necə olarsan, nə qazanarsan, nə itirərsən?
Ardı var...
Abdullayeva...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Namus haqqında deyilənlər
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
İstidən qovrulduq
Arıqlamağa kömək edən limon və istiot
Gül avatarları
3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
Firuşkamızın əl işləri
Səhər oyanan kimi 4 stəkan su içsəniz..
Bananlı desert (foto-resept)
Jennifer Aniston və Reese Witherspoonun gözəllik sirləri
Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?
Ebru Polatdan GÖZLƏNİLMƏZ PAYLAŞIM
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
"Traktorsazi"nin yeni baş məşqçisi var
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
HAVA necə olacaq?- 30 APREL
Zövqlü üzük modelləri
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Zabit Səmədov Azərbaycan vətəndaşı oldu
Dost dedikdə - 3 (son)
Luici Bokkerini
Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO
Ağ Ev iPhone və iPad-in köhnə modellərini dəstəklədi
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Dünya mətbəxi - Fransa
Göbələkli tərəvəz yeməyi (foto-resept)
Ermənilərin cəbhədə təxribatı davam edir
Uydurulmuş personajlar - uşaqların tərbiyəsi
Barış Mançonun atası vəfat etdi
Azərbaycan üçün qorxulu proqnoz
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Banan mürəbbəsi (foto resept)
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Azərbaycanda zəlzələ olub
Böyürtkənli-qaymaqlı tart (foto resept)
SAG 2019: Qırmızı xalça
Məşhur aktyor gizli evləndi
Qızardılmış toyuq ciyəri (foto-resept)
Ən yeni dəniz canlıları
Gözünüzün kökü saralmasın
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Marsda "top" tapıldı
Günün ulduz falı
Ömür yolu
Sarkisyan bağırdı: "O olacaq ki, azərbaycanlılar Qarabağı alacaqlar"
Kişilər bu qadınlardan qaçır...
Çobanyastığı çayının faydaları
BAŞ-saytını Azərbaycan idarə edəcək
- ŞƏRHLƏR