İslam dininin müqəddəs kitabı Qurani-Kərim həyat yoldaşlarını bir-birinin paltarı olaraq təsvir edib. "Geyimlərin" mənası və xatırlatdıqları üzərində yoldaşımızın necə insan olduğunu bilmək olarmı?
İnsanlar bir-birinə ilk olaraq paltarı ilə görülür. Paltarın təmiz olub-olmaması, düzgün geyilməsi, rəngi və qəşəngliyi ətrafa verdiyimiz əhəmiyyətli mesajlardır. Ətrafınız sizin ilk ismarıcınızı bu xarici görünüşüzə görə sizə qiymət qoyub qərarlarını verərlər.
Paltarınızın təmizliyi və gözəlliyi ilə özünüzə necə əhəmiyyət verdiyinizi və əhəmiyyətli olduğunuzu ətrafınızdakı hər kəsə göstərərsiniz. Kirli, səliqəsiz, cırıq bir paltar özünüzə dəyər vermədiyiniz, özünüzə heç vaxt ayırmadığınızın işarəsidir. Bu halda "Geyimimdən mənə nə?" demək haqqınız heç yoxdur. Özünüzü geyim tərzinizlə ətrafınıza tanıdın; o, şəxsiyyətinizi ortaya qoyar. Geyiminizdə olan hər bir kiçik səhv sizi pis tanıdar, şəxsiyyətinizə ləkə salar. Yoldaşınız da sizin başqaları tərəfindən görülən şəxsiyyətinizdir. Onu yorsanız, təmizliyinə vaxtı-vaxtında fikir verməsəniz, pərişan hala gətirsəniz, ən çox özünüzə zərər vermiş olarsınız. İnsanlığını itirən, özünə inamını itirən, dəyər verilməyən bir yoldaş sizin özünüzü belə bir yoldaşla yaşamağa məcbur yaşamağınızı göstərir. Bu da ancaq yoldaşınızın deyil, özünüzün də dəyərli olmadığınızı göstərər.
Geyimimiz bizim eyiblərimizi bağlayar. Çılpaq gəzmək qədər insanı alçaldan, utandıran heç nə yoxdu yəqin ki... Şükürlər olsun ki, geyimimiz bizi həm gözəl göstərər, həm də bədəndə bağlı olması lazım olan yerləri bağlı saxlayar. Belə baxanda geyimimiz sirdaşımız kimidir. Ən gizli yerinizə dəyər, amma ətrafdakılara bunu göstərməz. İç üzü bədəni çılpaqlığı ilə görər, amma çöl özü bunu heç kimin görməsinə icazə verməz. Heç gözlənilməz bir vaxtda geyiminiz sökülsə və ya açıqlığı ilə bütün bədəninizi çöldə qoyan, ayıblarınızı biruzə verən geyim qədər insanı utandıran başqa bir şey ola bilməz.
Yoldaşlar da bir-birilərinin ayıblarını örtmək üçündür. Yoldaşların günah və ayıbları, səhv və zəiflikləri bir-birinə açıqdır. Yoldaşınız sizin haqqınızda başqa kimsənin bilmədiklərini bilir, sizdə başqa kimsələrin görə bilmədiyi yerləri görür. Əlbəttə, bir "paltar", yaxud bir "çadra" olaraq bu ayıbları ayıblamaq üçün deyil, örtmək, üzə çıxarmamaq üçün yanınızdadır. Yoldaşınızın səhvlərin və qüsurların kiçildib gizlətmək yerinə, daha da böyüdüb göz önünə çıxarmağa çalışsanız, siz yaxşı və keyfiyyətli bir parçadan düzələn "geyim" deyilsiniz. Buna görə də yoldaşınızı heç kimlə müqayisə etməyə çalışmayın. Çünki başqalarının sadəcə paltarlarını üstündən görürsünüz. Başqalarının paltarlarının bildiklərini siz heç vaxt bilə bilməzsiniz.
Paltara siz dəyər qatın. İçinə bir insan girdiyində paltarlar dəyər qazanar. Heç bir paltar təzə qalsın deyə hazrlanmaz. Geyimi qiymət verib qiymətli edən, bir insan bədəninə uyğun olması, bir insan tərəfindən geyinilməsi üçün hazrlanar. Bir başqa deyimlə insan paltarı geyindiyi kimi paltar da insanı geyinər. İçində insan olan paltar sanki danışır, eşidir, görür, düşünür. Özünün şəxsiyyətdən anlayışı olmayan bir insana çox gözəl bir geyim də geyinsə, şəxsiyyət sahibi ola bilməz. Geyimlər insanın üstündə əyri qalar, o insanın geyimə yaraşmadığını deməyə çalışar sanki.
Əksəriyyətimiz "yaxşı" və "ideal" həyat yoldaşı axtarırıq. Bu zaman özümüzün "yaxşı", ya da "ideal" yoldaşa "yaxşı" və ya "ideal" biri olub-olmayacağımızın detallarını düşünməyi yaddan çıxarırıq. Yaxşı paltar geyinməklə adam olmaq olmaz. Yaxşı bir yoldaş tapmaqla da yaxşı evlilik olacağına hec kim zamin dura bilməz. Əvvəlcə yaxşı yoldaşa sizin də yaxşı bir yoldaş olmağınız vacibdir. Sonra isə iki "yaxşı" yoldaş olaraq "yaxşı" bir əlaqənin davamını və inkişafını qoruyub saxlamaq istəyirsinizsə, bir az axtarış etməlisiz. Yoldaşlar bir-birinin libasıdır; yəni biri digərini geyinər. Aralarındakı uyğunlaşma onların əlaqələrinin qəşəngliyi üçün imtina edilməzdir. Yoldaşınız sizin geyiminiz olduğu üçün onu geyinərək dəyər qazanacağınızı düşünməyin. Paltara siz də nələrsə qatmalısınız. Ona görə getməsini, dayanmasını, ona görə davranışını bilməlisən.
Paltar bizi qoruyur. Paltarın örtmə funksiyasına əlavə olaraq qoruma funksiyası da var. Geyimlər soyuqdan, istidən, çirk və tozdan və s.-dən qoruyar. Canınızı və dərinizi qorxudan şeylər qabağında paltarınıza daha möhkəm bürünməlisiniz. Əksini edib belə qorxulardan paltarınızı günahkar görməniz haqsızlıq və ağılsızlıq olar.
Həyatımız hamar və problemsiz deyil. Yoldaşlar arasında soyuqluğa səbəb olan saysız problemlər çıxar. Çünki pis gündə, yaxşı gündə birlikdə olacağınıza söz verdiniz. Bu vəziyyətdə yoldaşınıza olan sevginizin və bağlılığınızın problemlər ortaya çıxınca itirilməsi deyil, artması lazımdır. Problemlərə qarşı bir-birinizə dəstək olub əllərinizi buraxmamaq üçün bir yerdəsiniz. Çıxan hər problemin həlli olaraq boşanmağı düşünmək, problemlərə evliliyin gətirib çıxardığını düşünmək, "üşüyürəm" deyə paltarı çiyinə atmağa oxşayır. Ən çox o vaxt sizə lazımdır paltarınız, yəni yoldaşınız. Bir-birinizə möhkəm bağlanmadığınız vaxtda gələn ilk külək paltarınızı çiyninizdən alıb aparar.
XƏBƏR LENTİ
Türkiyədə "Azərbaycan - İslam incisi" adlı fotosərgi açıldı
Bakı sakinləri, qəpikləri unudun!
Prezidentdən baş nazirə güldürən qalstuk sualı
Bu sezon hər yer "Tropik"
Kədəri aradan qaldıran qidalar
Gəncədə dağıdılan binalardan biri tarixi fakt kimi saxlanıla bilər - VİDEO
Qısa zaman ərzində çəki atmayın!
Qabaqlı toyuq kotleti (foto resept)
Ərdoğan: "Ermənistan odla oynayır"
Murat Bozun yeni sevgilisi anasına görə diqqət çəkdi-FOTO
Yaya hazırsınızmı?
Qış gəldi, xoş gəldi!
Qapılar
Kolleclərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı
Azərbaycanda hava şəraiti dəyişəcək
Çindən ŞOK XƏBƏR: koronavirus yenidən yayılmağa başladı
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
iPad satışları azalır
Azərbaycanda 3 nəfər koronavirusdan sağalıb evə buraxıldı
Putin Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi ehtimalından danışdı
Günün qoroskopu: mühüm informasiya ala bilərsiniz
İnstaqramda SAXTAKARLIQ: FOTOLARDA gözlənti və reallıq
Türkiyədə parlament seçkilərində erməni namizədlər
Uşaqlarda ən çox rast gəlinən 5 ürək xəstəliyi
Qara zirənin faydaları
Fransada Wi-Fi yasaqlandı
Modadan küsdürən nümunələr
Adriana Limanın pəhriz siyahısı
Saç tökülməsinin qarşısını alan üsullar
2013-cü il məzun gecəsi paltarları
Günün qoroskopu: rutinlik və cansıxıcılığın hədlərindən kənara çıxın
Brent neftinin qiyməti 48 dolları ötdü
Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ
Münasibətlərdə ən əsas problem və həlli
İranda güclü zəlzələ olub
Körpələrdə qaz yaradan qidalar
“Hababam sinfi”nin məşhur aktyoru VƏFAT ETDİ
Nikol Kidman pərəstişkarlarını yeni pişiyi ilə tanış edib - VİDEO
Günün ulduz falı
Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb
Əhaliyə verilən təbii qaz bahalaşacaq? - SOCAR-dan AÇIQLAMA
Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTO
Azərbaycan ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur - RƏSMİ
Mart gəldi, dərd gəldi?
Nəzrinin payız kolleksiyasından seçmələri
Kadir Doğulu
Gizli otaqlar
Klaç çanta modelləri
Sahibi ilə birlikdə it də karantinə salındı
Yer əhalisi çoxalır
- ŞƏRHLƏR