Timsahla filin dillərdə dastan olan evliliyini eşitmisiniz bəlkə. İki sevgili evləndikdən sonra bir-birlərinə özləri üçün ən qiymətli olanı hədiyyə etmə yarışına girirlər. Timsah göldən ən gözəl balıqları çıxarıb sevgilisi filə təqdim edir. Fil də çox sevdiyi yaşıl yarpaqların ən təzələrini çırpıb sevgilisinin önünə atardı. Lakin nəticə xoşagələn olmazdı. Ot yeyən fil üçün balıqlar, ət yeyən timsah üçün də təzə yarpaqlar heç də qiymətli deyildi. Cütlük sonunda anlayır ki, hər kəsin özü üçün ən qiymətli olanı verməsi xoş niyyətli, ancaq "texniki" olaraq səhv bir davranışdır; həm xoş niyyətli, həm də doğru davranış həyat yoldaşı üçün ən qiymətli olanı verməkdir. Nəticə olaraq fil timsaha xortumuyla tutduğu və onsuz da yeyə bilməyəcəyi balıqları, timsah da gölün dibindən qopardığı və onsuz da sevmədiyi təzə yosunları verməyə başladı. Xoşbəxt oldular, çünki bir-birlərini anlamağa vaxt ayırmışdılar. İkisi də "Mən əlimdən gələni edirəm!" müdafiəsinə keçmirdilər.
Bu qısa məsələ biganə yanaşmayın. Ən azı fil və timsah qədər yadıq bir-birimizə. Kişilərin qadınlardan, qadınların isə kişilərdən nə istədiyi mövzusunda "texniki" və ətraflı işlərə ehtiyacı var.
Evlilik üzrə terapavtlərin yanına boynu bükük gələn cütlüklərə xatırlatdığı detalı biz də sizə xatırladaq: pis olan siz deyilsiniz, pis olan əlaqənizdir. Yəni yaxşı insanlar da olsanız, pis münasibətlər qura bilərsiniz. Pis münasibətdə olsanız da, hələ yaxşı bir insan olmağınız mümkündür. Beləcə, cütlüklər problemə bir az daha ümidlə baxarlar. Doğrudur, yaxşı bir əlaqədə yaxşı insan olmağın çox şərtləri var. Evləndiyimiz gün əslində ilk uşağımız doğulmuşdur - əlaqəmiz. İlk günlər onu həyəcanla və xoşbəxtliklə qarşılayarıq, ondan sonra nə edəcəyimizi düşünmürük belə. Sonra baxırıq ki, əlaqəmiz danışmağı bilmirmiş. Aylar sonra iməkləməyə başladığını, hətta kiçik addımlar atdığını fərq edirik. Sonra biz onu uşağımız bilib bəslədikcə ayağa qalxar və yeriməyə başlayar. Lakin çox zaman əlaqəmizin ilk uşağımız olduğunu ağlımıza belə gətirmirik; onu doğulduğu gün ac buraxarıq, öz-özünə bəslənə biləcəyini, təkbaşına ayağa qalxa biləcəyini düşünürük.
Vəziyyətə görə ilk uşağımız doğulan kimi onu məscid qapısına, ya da polis bölməsinin önünə belə tərk edə bilərik. İlk dəfə ağlayanda asanlıqla boşanar, boşanmasaq belə onu qeyri-qanuni bir uşaq kimi istəmədən böyüdərik. İki yaxşı insan olaraq pis münasibətin uclarına özümüzü "yerləşdirərik". Əlaqəmiz də ilk fürsətini tapan kimi evdən qaçıb gedər.
Gəlin işin bir ucundan tutaq. Bu günə qədər heç bir kişinin tam mənasıyla cavab tapa bilmədiyi "Qadınlar nə istəyir?" tapmacasından tapa bildiklərimizi paylaşaq. Ortalıqda ac, səfil gəzən əlaqəmizi ayağa qaldıraq, evə çağıraq. Bunun yolu da fil olaraq timsahın nə istədiyini tapmağımızdan keçir. Əlaqənin o biri ucundakı qadına yaxşı davranaq. Buna görə bu yazını kişisinizsə, bir kəşf marağıyla, qadınsınızsa bir tapmaca kimi oxuyun.
Qadınların ən çox istədiyi şey sözdür. Hər kişinin iki dodağı arasında olan sözü istəyər qadınlar. Onlarla danışmalarını istəyərlər. Onların söylədiklərini dinləmələrini istəyərlər. Buna görə də ilk edəcəyiniz iş televizoru bağlamaq olsun. Stullarınızı bir-birinizə çevirin. Üz-üzə baxın, göz-gözə gəlin. Yoldaşınızın gözünün içinə baxdığınız zaman tam göz bəbəyinin ortasında özünüzü görəcəksiniz.
XƏBƏR LENTİ
Müəllimlərin məktəbli forması GÜNDƏMDƏ
Baş dərisindəki sızanaqlar üçün qarışım
Dünyanın ən bahalı sikkəsi hərraca qoyuldu
Devid Bekhemin bacısı müflis oldu-SƏBƏB
Milyarderdən sonra o da BOŞANIR -SƏBƏB
Elçin yeni serialla efirlərə qayıdır
Velosipedlə 40 min kilometr
Mikayıl Cabbarov mayın 10-u ilə bağlı əmr verdi
Xəzərdə zəlzələ olub
Türkün şən səsi vəfat etdi
Azərbaycanda müəllimlərə xəbərdarlıq
Qadınlar üçün avtobuslar xüsusi rejimlə işləyəcək
Əfsanəvi muğam ustadımızın ad günüdür
Qar yağacaq
Çalışan analara məsləhətlər
Fətvalar: Qar adamı düzəltmək, yoqa, tatu, Marsa uçmaq...
Pandemiyanın uşaqlar üçün daha bir dəhşətli fəsadı açıqlanıb
Kola içib komaya düşdü
Nazirlik həyəcan təbili çaldı
Xiyarla gözəlləşin
Çağatayı Pablo Eskobara bənzətdilər
Sabah qaz olmayacaq
Elektrik enerjisinə görə ödənişlərlə bağlı YENİLİK
Siniflər şagird sayından asılı olaraq bölünəcək - Nazirdən AÇIQLAMA
Ayrılıq ən çox kimi sarsıdır?
Qadın.Netlə birlikdə hamiləlik (29-cu həftə)
Kişilər yalan danışmağa və kələk gəlməyə daha həvəslidirlər
Qışa belə hazırlaşırıq
Qaşlarını yan dara, qız...
Google 1,2 milyon dollar cərimələnib
Alimlər koronavirus və qrip əleyhinə peyvənd-sprey hazırlayıblar
Sürətli arıqladan yemək kombinasiyaları
Sıla və Hazar diqqət mərkəzində-FOTO
Avtomobilləri ilə sərnişin daşımaq istəyən taksi sürücülərinin nəzərinə
Bu şagirdlər üçün təqaüd proqramları TƏSİS EDİLƏCƏK
Bakıda 10 manata çörək satılır - VİDEO
İşçilərinə beş min dollar ödəyir: İşdən çıxın
Bakıda 288 yeni duracaq yaradılacaq
Arıqlamağa kömək edən səhər yeməyi
Neft Şirkətində işləmək istəyənlərin nəzərinə
Bu xəstəlikləri olanlara gündə qaralmaq olmaz - SİYAHI
Məhkəmə Sılanın yalanını ifşa etdi - Ahmeti ŞƏRLƏYİB
Ön ötürməli BMW
Qara duzun xeyri və zərəri
Türkiyədə sərnişinlərlə bağlı məcburi qərar
Bu oğlan yemək yeməkdən pul qazanır
Apple Yaponiyada uduzdu
Vaxtında doğulsaydı 13 yaşında olacaqdı
Kraliça gəlini ilə qatarla yola çıxır - FOTO
"Kobra Pərviz" "Survivor" -2020-dən Ayrıldı
- ŞƏRHLƏR