Kişilər kimə isə bağlanmaqdan ehtiyat edir. Lakin aralarında isti münasibətlərə və ailəyə böyük önəm verənlər də az deyil. Hətta bəziləri daim yeni münasibətlər qurmağı həyatının bir hissəsi hesab edirlər. Bəs kişilər özlərinə münasibət quracaqları insanı təsadüfi seçir, yoxsa xanım müəyyən kriteriyalara sahib olmalıdır? İnsan davranışları ilə məşqul olan elm adamları kişilərin əks cinsə münasibət və davranışını analiz edərək bir sıra maraqlı faktlar aşkar etmişlər. Kişiləri biz xanımların hansı xüsusiyyətləri cəlb etdiyini və onlar üçün ideal qadın obrazının necəliyini bilmək istəyirsinizsə - o zaman başlayaq!
Kişilər əgər həqiqətən sizinlə münasibət qurmaq istəyirlərsə, onlar sizə centlmen kimi yanaşacaqlar. Belə ki, ən azı bu cür olmağa səy göstərəcəklər. Məsələn, insanların çox olduğu yerdə irəlidə gedib sizə yol açmaq, kino və ya teatra gedən zaman sıranızı tapmaq, əlinizdəki əşyaların daşınmasında sizə çox zövqlə kömək edəcəklər. Lakin bütün bunlardan sonra siz əgər ona təşəkkür etməyib, bunların sizin təbii haqqınız olmasını düşünsəniz, hər şey anında dəyiçəcək. Bu zaman onun beynində həyəcan siqnalı çalmağa başlayacaq. Kişidə bu vaxt iki fikir formalaşacaq: Birinci, siz ondan istifadə edirsiniz, digəri öz ayaqları üzərində durmağı bacarmayan qadın portretini yaratmış olursunuz. Digər tərəfdən, o, öz işini qarşı tərəfə gördürən, ya da sizi onun üzərində sahiblik etməyə çalışan biri kimi görməyinə səbəb olacaq. Siz isə düşünə bilərsiniz ki, o güclüdür və hər şeyi edə bilər. Lakin onun düşüncələrinə baxsanız, istifadə olunmuş halda olduğunu başa düşəcəksiniz. Vəziyyətdən çıxış yolu, maşını park edərkən pulu ödəmək və ya xərcləyəcəyiniz pulun bölüşməsi kimi təkliflər ola bilər. Bu zaman da ehtiyatlı olun, indi də sizi onu zəif hesab etdiyinizi və hər cür xərcləri öz öhdənizə götürmək istədiyinizi düşünə bilərlər. Əgər onun xasiyyətinə tam bələd deyilsinizsə, onun sizə görə etdiklərinin əvəzinə hədiyyə ilə cavab verə bilərsiniz. Bunu çay ziyafəti ilə əvəz etmək də olar.
Özünüzə dəyər verin!
Kişilər özünə baxan xanımlara üstünlük verir. Tez-tez saç modelinizi dəyişin, zövqlü geyinin, bu o demək deyil ki, o sizi super model görmək istəyir, sadəcə onun üçün olunan kiçik dəyişikliklər münasibətlərə hər zaman müsbət təsir göstərər. Münasibətlər irəlilədikdən sonra da xanımın özünə baxması kişi üçün müsbət işarədir. Bu kişilər tərəfindən, xanımın əlaqələri daha həyəcanlı saxlamaq üçün səylərinin işarəsidir. Məhz bu cür xanımlar kişilər tərəfindən daima maraq dairəsində qalmağı bacarmış olurlar.
Kişilərin bağlanmamaq səbəbləri, daha çox onların özlərindən asılıdır. Əks cinsin daha çox marağına səbəb olacağını düşünən qiz özünə daha fikir vermir və bu qarşı tərəfin heç də xoşuna gəlmir. O düşünür ki, hər bir kişi gözəl və baxımlı xanıma layiqdir. Qadının gözəlliyinin ona biruzə verməmək ondan soyumağa işarə ola bilməz və qadın daima kişinin xoşuna gəlməyi bacarmalıdır. Bir də başqa tərəfdən düşünün, idmançı bədəninə sahib olan sevgiliniz münasibətlərinizin irəliləyən bir vaxtı idmanı atsa və hər tərəfi sallanan birinə çevrilsə, siz nə edərdiniz? Həm də qadının gözəlliyi və özünə inamı kişinin qürurudur. Sizinlə öyünərkən daha da bağlanmağı təmin edəcək bir vaxtda əlinizdən sürüşüb getməsinə göz yumacaqsınız? Onunla keçirdiyiniz hər bir andan zövq alın və bunu qarşı tərəfə bildirin.
İsti münasibətlər qurun!
Münasibətlərin isti olması əlaqənin əsas dinamikasını təşkil edir. Kişinin sizin səlahiyyətinizdə qalmasını istəyirsinizsə, ona istəkli və isti münasibət göstərin. Əlaqələrin ilk vaxtlarından onunla bir yerdə olduğunuz zaman nə isə bir narahatlıq olsa, bu onun beynində daima qalacaq və gələcək münasibətlərdə narahatlıq yarada bilər. İlk dəfədən atəş kimi münasibətlər əlaqənin daha uzun müddətli olmasına zəmin yaradacaq. Sevgi münasibətlərində bir-birinizin aynası olmağa çalışın. Hərəkətlərinizi onun tempi ilə eyniləşdirin. Bu hər cür əlaqəyə aid oluna bilər.
İctimai yerlərdə ona sadiq olduğunuzu bildirin!
Küçədə sizi qucaqlayan zaman şübhəli baxışlarla ətrafa baxmaqdansa ona qarşılıq göstərin. Ona həm də sevildiyini sübut edin. Restoranda əlindən tutun. Təmasdan qaçmayın. Beləliklə, o, birlikdə olmağınızdan qürur duyduğunuzu və gizlənmək istəmədiyinizi başa düşəcək.
Güzəştə getməyi bacarın!
Dalaşan zaman "Ən son mənim sözüm olacaq" deyə söhbəti uzatmayın. Kişilər çox zaman səhvlər edirlər. Səhvini anlamaq kifayət qədər ciddi bir hal olsa belə, üzrlərini heçə saymayın. Lakin qadınların da kifayət qədər ağrı çəkdirmədən bağışlamamaq kimi xüsusiyyəti var. Siz də belələrindənsizsə bir daha düşünün. Kiçik bir səhvdən sonra bir ay onun çətinliyini çəkən bir adam böyük səhvlərə sinə gərə biləcəkmi? Bu sadə hesab kişinin sizdən uzaqlaşmasına kifayət edə bilər. Mübahisə etsəniz də, sonda o hiss etməlidir ki, siz hər şeyi unutmusunuz və bağışlamısınız. Sizin üçün vacib olanı düşünün. Unutmayın ki, bacı-qardaşlar arasında da daima mübahisələr olur və biz bunları heç də əhəmiyyətli hiss etmirik.
Dəstəyinizi əsirgəməyin!
Bu, hər istədiyinə razı olmaq, nə etsə qəbul etmək mənasına gəlmir. Sanki onunla eyni komandadasınız kimi edin. Məsələn, müdir tərəfindən danlanıbsa, adamın haqsız olduğunu söyləyin. Yoldaşları onun hər hansı hərəkətini tənqid edibsə, siz onlarla razılaşmadığınızı deyə bilərsiniz. Kişilər onları dəstəkləyən birinə daima etiyac duyurlar. Münasibətlərdə bunun əhəmiyyəti böyükdür. Lakin təklikdə onun bəyənmədiyiniz tərəflərini və onda gördüyünüz mənfi xüsusiyyətləri təhlil edin. İncikliyiniz öz aranızda olmalıdır, bunu başqalarının yanında görstərmək heç də baş ucalığı gətirməz.
Çox dərinə getməyin!
Bəzən qadınlar kişilərin sözlərindən və ya yazdıqları mesajlardan əlavə mənalar axtarmağa çalışırlar. Amma kişilər heç də sandığımız kimi mürəkkəb varlıqlar deyil. Onu olduğu kimi qəbul edin. Onu bezdirmək lazım deyil. Xırdaçılıq etməyən və hər olanı normal qəbul edən bir xanım əlində olanı heç də asanlıqla əldən verməyəcək. Sizə qarşı nəzakətli davranmasını sorğu-sual etməyin. "Nə demək istədi?" - deyə düşünməyin! Sadəcə sizə olan gözəl münasibətin kefini çixarın. Birlikdə ana-ata, bacı-qardaş söhbətləri etməyin. Romantik filimlərlə yanaşı fantastik filmlərə və muzeylərə də getməyə maraq göstərin. Avtomobilini birlikdə yuyun, avtomobil haqqında az-çox məlumat toplayın. Səhərlər birlikdə idman edin. Yataqda yeməyi təklif edin və birlikdə daha çox əylənməyə səy göstərin!
XƏBƏR LENTİ
Paytaxtda iri marketlər bağlanır
Maneə yaradan hislər
3 sayta xəbərdarlıq edildi
Maraqlı adət-ənənələr
"Azərbaycan qazının İtaliyaya nəqli: Avropanın enerji təhlükəsizliyinin gələcəyi"
ÜST-dən koronavirusa təkrar yoluxma ilə bağlı AÇIQLAMA
Cəlilabadda möhtəşəm Alov festivalı
Putin Mehriban Əliyevanı təbrik etdi
Leonardo Di Kaprio Azərbaycanın problemindən danışdı
Evdəki vasitələrin möcüzəvi təsiri
Dadlı piroq (foto resept)
Brabus-dan kabriolet Mercedes
Millimiz İsraili darmadağın etdi
"Binada yanğın yalnız bir nöqtədə başlayıb"
Arıqlamağa kömək edən limon və istiot
90 yaşlı rəssam nənə
Kivili, bananlı dondurma (foto resept)
Məşhur bədən boyama festivalı
Mehmet Ali Erbil əməliyyat olundu
Bu körpəni görənlər gözlərinə inanmır
Gicitikanın faydası və çayı
Meqan niyə qarnını tutur?-Mütəxəssis CAVABI
İnternetdə əsas problem nədir?
Ən gözəl afrikalılar
Dünyanın ən qəribə və mehriban üçlüyü
Azərbaycanda bu körpünü görən hər kəs TƏƏCCÜBLƏNİR - FOTO
Bakının göydələnləri: gözəllik, yoxsa əsəb?
Koronavirus hava ilə yoluxur? - ÜST-dən açıqlama
Gələcəyin şəhər bağları - FOTOSESSİYA
TQDK imtahan keçirəcək
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozdu - RƏSMİ
Dünyanın ən böyük avto şousu başladı
Şəkidə şirniyyat festivalı olacaq
Dilqəm Əsgərovun oğlu danışdı
3 addımda həyat sevincim, dəyərli yaşlanma
İnsanlarda qorxu yaradan dərmanla bağlı rəsmi açıqlama
Şəkər uşaqların hisləri ilə oynayır
Fındıq əzməli peçenye (foto resept)
Arı beyninin üstünlüyü
Lox-Ness bədheybəti yenidən peyda oldu?-FOTO
102 yaşında doktor oldu
Prezident Mərkəzi Bankla bağlı sərəncam verdi
Yeyə biləcəyiniz buketlər
Buz heykəllər şəhəri
Ölən qardaşına mesaj yazan bacı cavab aldı
Noxud salatı (foto resept)
Prezidentin köməkçisi: “Nəvələrimiz bizdən 2020-ci ili soruşacaq və biz onlara tarixi danışacağıq”
Ali Məhkəmədən dollarla krediti olanlara İZAHAT: Krediti hansı kursla qaytarmalı?
İlin adamı bəlli oldu
Yaşı çatmayanlar 1-ci sinifə necə gedəcək?
- ŞƏRHLƏR