…Bu dünyanı nağıl bilək,
Sən,mən, bir də xatirələr.
Həmin küçə,həmin şəhər,
Bilirəm ki,hara getsəm,
Yenə məni izləyirsən,
O küçənin döngəsində,
O ağacın kölgəsində
Yenə məni gözləyirsən…
Hə,bu lirik,bir az da təəssüflü notlarla xəyalımda səninlə görüşəcəyimiz ilk günə qayıdıram. Yenə həmin yol,yenə həmin bağ…Bir vaxt neçə sevgilinin sinəsinə həkk etdiyi sevgi sözləri və bizim ikimizin də “sevgi ağacı” adlandırdığımız həmin ağac…Çiynimi gövdəsinə dayayıb səni gözləyirdim.Gecədən sübhədək xəyalımda yaşatdığım bu görüşün qəhrəmanı – Səni…
Sən uzun gecəmin sevgi nağılı,
Sən mənim ən şirin məhəbbətimsən.
Ulduz tək yoluna səpələnim qoy,
Qaranlıq almasın səni əlimdən.
Bu sevgim ömrümə işıq saçacaq,
Bu sevgim əbədi eşq dastanımdır.
Sən mənim yazılan qismətimə bax,
Bu sevgi bəlkə də dərd ortağımdır…
Görüşə oğlanlar ilk gələr deyirlər.Mənsə bu gün səndən əvvəl gəlmişəm. Görəsən niyə tələsmişəm? Niyə bu qədər səbrsiz olmuşam? ..Heç özüm də bilmirəm…amma səni gözləyirəm. Gözümü göz işlədikcə uzanan yollara dikib səni gözləyirəm… Xəyalını qarşılayıram. Özün kimi xəyalın da gözümə görünüb tez də itir…Bəlkə heç gəlməyəcəksən? Bəlkə elə təkcə xəyalınla görüşəcəyəm? Qollarım sinəm üstə çarpazlaşmış halda altında səni gözlədiyim ağacın gövdəsinə söykənib fikirləşirəm…xəyallar yenə hisslərimə hakim kəsilir,aparır məni lap uzaqlara…
Sənsiz bu dünyanın yükü ağırdı,
Çəkə bilməyəcəm, bilirəm bunu.
Başımı çiyninə qoyub rahatca
Sığınmaq istərəm sənə, əzizim.
Qoyma yollarında gözümü belə,
Bu gözlər sənsizlik yaşaya bilmir.
Məni ayrılığa öyrətmə belə,
Bir təndən olanlar ayrılıq bilmir...
Yarpaqların həzin pıçıltısı məni də şirin xəyalımdan ayırdı. Sərin meh qalxmışdı. Saata baxdım, görüş vaxtından xeyli keçmişdi, hava da qaralmışdı. Demək... gəlmədin.İki seçim qarşısındaydıq həmin gün.Sən ayrılığı seçdin. Məni xəyallarımla baş-başa qoyub, özünsə yoluna davam etdin.
Bu yol doğrunmu, yanlışınmı olacaqdı, bunu zaman göstərəcəkdi hələ. Sən sevgimizi mənim üstümə atıb getdin. Məni xəyallarımın əsirinə çevirib getdin...
Çevrilib sevgimizə şahidlik edəcək agacın gövdəsindəki əyri-üyrü yazılara bir də baxdım. Sevgilər şahidi olmuş ağaca.Ağacı qınadım...Bəs bizə niyə şahidlik edə bilmədin, niyə? Qeyzdən bu sevgi sözlərini pozmaq üçün yerdən tapdığım dəmir parçasıyla cızıq-cızıq etməyə başladım hamısını. Hiss etdim ki,ağlayıram.
Gözlərimin yaşı sel kimi yanağımdan axırdı...Başımı qaldırıb ağacın gövdəsinə nəzər yetirdim. Yarpaqlardan başıma,sifətimə düşən damlalar hislərimi yerindən bir az da oyatdı. Elə bil ağac da aglayırdı. Birdən ağlıma elə gəldi ki,ağac mənim halıma ağlayır.
Tez burdan qaçmaq,uzaqlaşmaq istədim... Sənə aparan sənsiz yollarımla qaçaraq itmək istədim bu sənsizlikdə...Səni itirim deyə, xəyalını da unudum deyə qaçmaq istədim...
Gör neçə müddətdir görüşmürük biz,
Gör neçə müddətdir sənə həsrətəm.
Mən elə bilirdim səni unutmaq
Səni sevməyimdən asan olacaq...
...Bu gün nədənsə dənizi xatırladım. Elə bil dənizlə danışmağa ehtiyacım vardı. Evdən çıxıb birbaşa dənizə üz tutdum.Üzümdəki cizgilərdən, baxışlarımdan həmən hiss olunur ki, yenə tənhayam...
Durmuşam sahildə tənha, bir dənizdir, bir də mən,
Gözdən itmiş sanki dünya, bir dənizdir, bir də mən...
İllər keçib,amma mən nədənsə xəyalımdakı görüşün xəyalını xatırlayıram yenə də. Bəlkə də məni bu xəyal çəkib gətirib bu sahilə, bəlkə də sənin halının şahidi olmaq üçün gəldim bu gün dənizə. Bu gün sənin halına... yox ,yox elə ikimizin də halına dəniz şahidlik edəcəkdi...
Çox sakitdir dəniz bu gün. Dalğalar sanki sahili yumaq üçün tələsir, bir-birlərini qovurdu,hərdən tək-tək qağayılar ötüşürdü. Yer axtarırdım ki, kiçik bir daşın üstündə oturub dənizlə dərdləşim... Sən məndən əvvəl gəlibsənmiş...
Oturmaq istədiyimi hiss edib: “Lap yaxınımda əyləş...”, “havada sərinlik var, üşüyərsən” – dedin. Mən səndən bir qədər aralıda ətəyini dalğalar yuyan daşı seçdim. “Sənin “yanın” seçilib artıq, mən yerimi bilirəm” -deyə, gülümsəyib üzünə baxdım... Sən məndən də dərdli görünürdün. Bu gün,demə, sənin mənə ehtiyacın varmış...Bir vaxt mənim sənə ehtiyacım olduğundan da çox...
Nə qəribədir, qoşa addımlamaq üçün yaranmışlar qoşa addımlaya bilmirlər?! Niyə mən o görüşə gəlmədim, niyə sən var ola-ola səni seçə bilmədim?! Niyə qarşıma indi və bu halımda çıxdın?! Hər şey üçün çox gec olduğu bir zamanda... axı niyə?.. Mən səni çox sevirəm, hər gün bunu bir daha anlayıram, sənsiz yaşamaq mənə əzab olacaq indən belə. Gəl əl-ələ tutub biz olmayan yerə gedək...mənlə gedərsənmi? Mənim olasan deyə sənin yolunda hər oddan keçərəm, məni tək qoyma, məni bu halımla tənha qoyma...mənlə gedərsənmi?
Sualların dayanmadan üstümə yağırdı... Sən demə mən səndən dözümlü imişəm...
Səni təsəlli edəcək sözlərə ehtiyac yox idi. Bu görüş ilk və son olmalıydı. Sənə bunu deməliydim, sən bunları eşitməli idin istəməsən də: gecikmiş sevgini cucərtmək kimə lazımdı indən belə? Cücərib gül açmayacaqsa, açsa da bir gül ömrü yaşamamış solacaqsa, cücərməsi üçün bəlkə heç çalışmayaq? Hansı yolla səni ovutmaq istədimsə, alınmadı. Sən artıq adımı qəlbinə elə həkk etmişdin ki, məni səndən qoparmaq mümkün olmayacaqdı, amma biz qopmalıydıq...Bu sevgi haqqımız deyildi çünki...
Sən danışırdın, dinləyirdim səni, xatirələrindən, gələcək ümidlərindən danışırdın... Dinləyirdim səni, ilk görüşümüzü,alınmayan görüşümüzü xəyali xatırlayıb qınayırdım hərdən səni ürəyimdə. Axı niyə sən özündən ayrılmış qatarın sərnişini olmaq istəyirdin,axı o qatar bu ömürdə bir də geri dönməyəcək? Suallar çox, cavabsa yox... Bu sevgi yaranışdan yetim doğuldu, kimsəsiz böyüdü. Mənim qəlbimdə yaşadı, illərin ağrılı-acılı sınaqlarından keçdi...Yaşatdım, saxladım...indisə sənin qəlbinə göndərirəm bu yetim sevgini. Sən saxla, sən yaşat indi də. Yenidən mənə qaytarma, bu əzabı yenidən vermə mənə. Eh... bir zamanlar səni sevmək xoşbəxtliyim olacaqdı...xoşbəxt olacaqdım, dünyanın ən xoşbəxti..sən də, mən də...Fəqət qismət beləymiş alınmadı...Bu gün bu sevgi əzabım olar, sevmə məni...
Sahildən xeyli uzaqlaşmışdım, çevrilib baxdım, sənə uzatdığım kağız əlindəydi, oxuyurdun demək. Sən xəyallarını qurarkən mən də sənə vida məktubu yazmışdım..."Səni sevmək əzabımmış" adlı vida məktubunu...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
SON DƏQİQƏ: Məşhur aktyor vəfat etdi - FOTO
Rafet El Romanın qızı diqqət çəkdi
"Azərbaycanın insan hüquqları sahəsində böyük uğurlar əldə edib
Vaksinasiyadan və xəstəlikdən sonra yaranan immunitet müqayisə edildi
Kompasın tarixi
İmtahanda maksimum balı kim topladı? - DİM açıqladı -VİDEO
12 illik təhsil Azərbaycan məktəblilərinə nə vəd edir?
Azərbaycanda qəbul imtahanlarının keçirilmə vaxtları dəyişəcək?
QMİ Qazılar Şurası Qurban bayramı münasibətilə fətvР° verib
HAVA necə olacaq? 18 İyun
Qənaətcil olmaq üçün 5 təklif
Prezident cərimələrin artırılmasını təsdiqlədi
İslamı qəbul edib şahzadə ilə evləndi - FOTO
Qadın.net ilə birgə hamiləlik dövrü(4 həftə)
Azərbaycanlı zəvvarların ilk qrupları Ciddə şəhərinə çatıb
Bu gündən açıq havada fəaliyyət göstərən kafe və restoranlar açılır
Bu günün tarixi (28.12.2014)
Bu gündən Azərbaycanda benzinin qiyməti ucuzlaşır
Bu gün "Qarabağ" çempion olacaq?
Bir-birinə bənzəyən analar və qızlar
Azərbaycanda ilk: ömürlük məhkum həbsxanada evləndi
Vanqa 2019-cu il haqda daha nə deyib?
Yeni instagram trendi
Dünyanın ilk uçan velosipedi
Rusiya XİN: Qarabağda yalnız Rusiya sülhməramlıları yerləşdiriləcək
Bakının bu ünvanında evlər sökülür
Məşhur müğənni koronavirusdan öldü - FOTO
BÜRCLƏR bizə nə vəd edir?-5 Oktyabr
Xorvatiyada küçədə çimərlik geyimində gəzmək qadağan olunub
26 il Kəlbəcərsiz...
Hava haqqında - 20.12.2013
Seboreya
Tolqa Karel yenidən ata oldu-FOTO
Sabahın HAVAsı
Balaca Flint
Prezident İlham Əliyev İranda rəsmi səfərdədir
Baş infeksionist: “Yumşalma yalnız bu halda ola bilər” - VİDEO
Yeməklərinizə ləzzət, həyatınıza fayda qatın!
Beyonse 3500 dollara köynək aldı - FOTO
Xəbərdarlıq: Yeni il bayramında ehtiyatlı olun !
Şokoladın yeni bir faydası ortaya çıxdı
Nalbandyan türk nazirlə görüşməmək üçün gizləndi
Azərbaycanda rezidenturaya sənəd qəbulu yekunlaşdı
Öd daşı xəstəliyi (video izah)
Damla şokoladlı paxlava (foto resept)
Plastik paketlərin əvəzinə istifadə edə biləcəyiniz alternativlər
Koronavirusdan sağalanları GÖZLƏYƏN TƏHLÜKƏ - Kimlər risk altındadır?
Meyvələrin bilmədiyimiz faydaları
Ağıl nədir?
Dünya üzrə koronavirusa yoluxanların sayı yarım milyonu ötdü
- ŞƏRHLƏR