…Bu dünyanı nağıl bilək,
Sən,mən, bir də xatirələr.
Həmin küçə,həmin şəhər,
Bilirəm ki,hara getsəm,
Yenə məni izləyirsən,
O küçənin döngəsində,
O ağacın kölgəsində
Yenə məni gözləyirsən…
Hə,bu lirik,bir az da təəssüflü notlarla xəyalımda səninlə görüşəcəyimiz ilk günə qayıdıram. Yenə həmin yol,yenə həmin bağ…Bir vaxt neçə sevgilinin sinəsinə həkk etdiyi sevgi sözləri və bizim ikimizin də “sevgi ağacı” adlandırdığımız həmin ağac…Çiynimi gövdəsinə dayayıb səni gözləyirdim.Gecədən sübhədək xəyalımda yaşatdığım bu görüşün qəhrəmanı – Səni…
Sən uzun gecəmin sevgi nağılı,
Sən mənim ən şirin məhəbbətimsən.
Ulduz tək yoluna səpələnim qoy,
Qaranlıq almasın səni əlimdən.
Bu sevgim ömrümə işıq saçacaq,
Bu sevgim əbədi eşq dastanımdır.
Sən mənim yazılan qismətimə bax,
Bu sevgi bəlkə də dərd ortağımdır…
Görüşə oğlanlar ilk gələr deyirlər.Mənsə bu gün səndən əvvəl gəlmişəm. Görəsən niyə tələsmişəm? Niyə bu qədər səbrsiz olmuşam? ..Heç özüm də bilmirəm…amma səni gözləyirəm. Gözümü göz işlədikcə uzanan yollara dikib səni gözləyirəm… Xəyalını qarşılayıram. Özün kimi xəyalın da gözümə görünüb tez də itir…Bəlkə heç gəlməyəcəksən? Bəlkə elə təkcə xəyalınla görüşəcəyəm? Qollarım sinəm üstə çarpazlaşmış halda altında səni gözlədiyim ağacın gövdəsinə söykənib fikirləşirəm…xəyallar yenə hisslərimə hakim kəsilir,aparır məni lap uzaqlara…
Sənsiz bu dünyanın yükü ağırdı,
Çəkə bilməyəcəm, bilirəm bunu.
Başımı çiyninə qoyub rahatca
Sığınmaq istərəm sənə, əzizim.
Qoyma yollarında gözümü belə,
Bu gözlər sənsizlik yaşaya bilmir.
Məni ayrılığa öyrətmə belə,
Bir təndən olanlar ayrılıq bilmir...
Yarpaqların həzin pıçıltısı məni də şirin xəyalımdan ayırdı. Sərin meh qalxmışdı. Saata baxdım, görüş vaxtından xeyli keçmişdi, hava da qaralmışdı. Demək... gəlmədin.İki seçim qarşısındaydıq həmin gün.Sən ayrılığı seçdin. Məni xəyallarımla baş-başa qoyub, özünsə yoluna davam etdin.
Bu yol doğrunmu, yanlışınmı olacaqdı, bunu zaman göstərəcəkdi hələ. Sən sevgimizi mənim üstümə atıb getdin. Məni xəyallarımın əsirinə çevirib getdin...
Çevrilib sevgimizə şahidlik edəcək agacın gövdəsindəki əyri-üyrü yazılara bir də baxdım. Sevgilər şahidi olmuş ağaca.Ağacı qınadım...Bəs bizə niyə şahidlik edə bilmədin, niyə? Qeyzdən bu sevgi sözlərini pozmaq üçün yerdən tapdığım dəmir parçasıyla cızıq-cızıq etməyə başladım hamısını. Hiss etdim ki,ağlayıram.
Gözlərimin yaşı sel kimi yanağımdan axırdı...Başımı qaldırıb ağacın gövdəsinə nəzər yetirdim. Yarpaqlardan başıma,sifətimə düşən damlalar hislərimi yerindən bir az da oyatdı. Elə bil ağac da aglayırdı. Birdən ağlıma elə gəldi ki,ağac mənim halıma ağlayır.
Tez burdan qaçmaq,uzaqlaşmaq istədim... Sənə aparan sənsiz yollarımla qaçaraq itmək istədim bu sənsizlikdə...Səni itirim deyə, xəyalını da unudum deyə qaçmaq istədim...
Gör neçə müddətdir görüşmürük biz,
Gör neçə müddətdir sənə həsrətəm.
Mən elə bilirdim səni unutmaq
Səni sevməyimdən asan olacaq...
...Bu gün nədənsə dənizi xatırladım. Elə bil dənizlə danışmağa ehtiyacım vardı. Evdən çıxıb birbaşa dənizə üz tutdum.Üzümdəki cizgilərdən, baxışlarımdan həmən hiss olunur ki, yenə tənhayam...
Durmuşam sahildə tənha, bir dənizdir, bir də mən,
Gözdən itmiş sanki dünya, bir dənizdir, bir də mən...
İllər keçib,amma mən nədənsə xəyalımdakı görüşün xəyalını xatırlayıram yenə də. Bəlkə də məni bu xəyal çəkib gətirib bu sahilə, bəlkə də sənin halının şahidi olmaq üçün gəldim bu gün dənizə. Bu gün sənin halına... yox ,yox elə ikimizin də halına dəniz şahidlik edəcəkdi...
Çox sakitdir dəniz bu gün. Dalğalar sanki sahili yumaq üçün tələsir, bir-birlərini qovurdu,hərdən tək-tək qağayılar ötüşürdü. Yer axtarırdım ki, kiçik bir daşın üstündə oturub dənizlə dərdləşim... Sən məndən əvvəl gəlibsənmiş...
Oturmaq istədiyimi hiss edib: “Lap yaxınımda əyləş...”, “havada sərinlik var, üşüyərsən” – dedin. Mən səndən bir qədər aralıda ətəyini dalğalar yuyan daşı seçdim. “Sənin “yanın” seçilib artıq, mən yerimi bilirəm” -deyə, gülümsəyib üzünə baxdım... Sən məndən də dərdli görünürdün. Bu gün,demə, sənin mənə ehtiyacın varmış...Bir vaxt mənim sənə ehtiyacım olduğundan da çox...
Nə qəribədir, qoşa addımlamaq üçün yaranmışlar qoşa addımlaya bilmirlər?! Niyə mən o görüşə gəlmədim, niyə sən var ola-ola səni seçə bilmədim?! Niyə qarşıma indi və bu halımda çıxdın?! Hər şey üçün çox gec olduğu bir zamanda... axı niyə?.. Mən səni çox sevirəm, hər gün bunu bir daha anlayıram, sənsiz yaşamaq mənə əzab olacaq indən belə. Gəl əl-ələ tutub biz olmayan yerə gedək...mənlə gedərsənmi? Mənim olasan deyə sənin yolunda hər oddan keçərəm, məni tək qoyma, məni bu halımla tənha qoyma...mənlə gedərsənmi?
Sualların dayanmadan üstümə yağırdı... Sən demə mən səndən dözümlü imişəm...
Səni təsəlli edəcək sözlərə ehtiyac yox idi. Bu görüş ilk və son olmalıydı. Sənə bunu deməliydim, sən bunları eşitməli idin istəməsən də: gecikmiş sevgini cucərtmək kimə lazımdı indən belə? Cücərib gül açmayacaqsa, açsa da bir gül ömrü yaşamamış solacaqsa, cücərməsi üçün bəlkə heç çalışmayaq? Hansı yolla səni ovutmaq istədimsə, alınmadı. Sən artıq adımı qəlbinə elə həkk etmişdin ki, məni səndən qoparmaq mümkün olmayacaqdı, amma biz qopmalıydıq...Bu sevgi haqqımız deyildi çünki...
Sən danışırdın, dinləyirdim səni, xatirələrindən, gələcək ümidlərindən danışırdın... Dinləyirdim səni, ilk görüşümüzü,alınmayan görüşümüzü xəyali xatırlayıb qınayırdım hərdən səni ürəyimdə. Axı niyə sən özündən ayrılmış qatarın sərnişini olmaq istəyirdin,axı o qatar bu ömürdə bir də geri dönməyəcək? Suallar çox, cavabsa yox... Bu sevgi yaranışdan yetim doğuldu, kimsəsiz böyüdü. Mənim qəlbimdə yaşadı, illərin ağrılı-acılı sınaqlarından keçdi...Yaşatdım, saxladım...indisə sənin qəlbinə göndərirəm bu yetim sevgini. Sən saxla, sən yaşat indi də. Yenidən mənə qaytarma, bu əzabı yenidən vermə mənə. Eh... bir zamanlar səni sevmək xoşbəxtliyim olacaqdı...xoşbəxt olacaqdım, dünyanın ən xoşbəxti..sən də, mən də...Fəqət qismət beləymiş alınmadı...Bu gün bu sevgi əzabım olar, sevmə məni...
Sahildən xeyli uzaqlaşmışdım, çevrilib baxdım, sənə uzatdığım kağız əlindəydi, oxuyurdun demək. Sən xəyallarını qurarkən mən də sənə vida məktubu yazmışdım..."Səni sevmək əzabımmış" adlı vida məktubunu...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanda bəzi yeyinti mallarının satışına qadağa qoyuldu
Qarpızlı çiyələk salatı (foto resept)
Həsəd aparanın 3 nişanəsi: Qeybət edənin acı aqibəti
Dayanacaq
Bir həftəyə 7 kq arıqlamanın yolları
DİQQƏT: Azərbaycanda bu cərimələr artırılır
Qalın topuqlu ayaqqabılar
BÜRCLƏR bizə nə vəd edir?-25 yanvar
Dünya ilə bağlı qorxulu açıqlama
Di Kaprio "Oskar"ı geri qaytarır-SƏBƏB
Koronavirusla bağlı SON STATİSTİKA
Ehtiyatlı olun! Sizi izləyirlər
Ronaldodan alqışlanacaq hərəkət
WhatsApp bombanı partladır
Ehitiyatlı olun! Qorxulu kabus oyandı
Teylor Svift pərəstişkarlarına beş milyon dollar məbləğində yardım edib
Arıqlamaq üçün qızıl qaydalar
WhatsApp-ı kimlər idarə edir?
Azərbaycanın milli təamları Bolqarıstanda
Oskar mükafatının iştirakçıları müəyyənləşdi
Evdəki tozların qarşısını necə almalı?
Erməni deputat: "Azərbaycan ordusu əsas qüvvələrini döyüşə atmamışdı"
Rəqəmləri birləşdir-8
Azərbaycan sərhədindən keçid asanlaşacaq - Yeni marşrutlar yaradılır
Günün ulduz falı - 16.01.2014
Rusiya təyyarəsinin qəzaya uğramasının SƏBƏBi bilindi
Baş nazirdən işsiz şəxslərlə bağlı MÜHÜM QƏRAR
Günün ulduz falı
Azərbaycanın ən qədim və bahalı kitabı hansıdır? - FOTO
Təmas xəttinə yaxın rayonlarda evlənənlərin sayı artır
Baş rol ifaçısı “Sen anlat Karadeniz”dən ayrılır
55 saat ərzində 60 cərrah əməliyyat etdi - Yeni üz köçürüldü - FOTO
Bu idarələrdə işləyənlərin maaşlarında 500 manatadək əlavə ediləcək – QƏRAR
Evinizdə bu gül varsa dərhal ondan qurtulun - ZƏHƏRLİDİR - FOTOLAR
"Təkamül nəzəriyyəsi"nin iflası
Dərman xərcləri artır
Qeyri-adi evlər (2)
Əlillərə xəbər var
Millimiz İndoneziyada 9-cu medalını qazandı
Azərbaycanda karantin rejimində keçirilən toy yarımçıq dayandırıldı: Saxlanılanlar var
Zədələnmiş saçları bərpa etməyin yolu
Skype-da sürpriz yenilik
Qeyri-adi corab növləri
Yalnız qadınların gündəlik həyatı
“Çukur”un Vartolusundan xanımına sürpriz - FOTO
Azərbaycanda üçəm uşağı doğulan ailələrə şad xəbər
Matilda xalanın keksi ilə elmin sərhədləri
Dərinin sevdiyi 7 vitamin
Çox düşünmə xəstəliyi
Əsgər erməniləri niyə qırıb?
- ŞƏRHLƏR