Sizin üçün hansı duyğu daha önəmlidir. Gəlin bir neçəsini sadalayaq. İçindən sizə ən uyğun olanını seçin.
1. Eşq
2. Güvən
3. Sədaqət
4. Sevgi
5. Heç biri
Bu da seçim etməli olduğunu beşlik. Sonuncu bənd hissiyyatsızlar üçün seçilib. Son zamanlar bir çox insanlar bu dəyərli hissləri artıq itiriblər. Bu, danılmaz bir faktdır. O qədər odun olmağa başlayıblar ki, əl vursan bəlkə də elə odun səsi gələr bədənlərindən.
Hər keçən gün kiməsə güvənimizi itiririk. Şəxsən mənim həyatda heç kimlə heç bir problemim yoxdur. Amma ətrafımızda o qədər belə insanlar var ki. Ətrafımızda bu hissləri gözləyən, amma onlardan məhrum olan o qədər insanlar var ki. Onlar ömürləri oyu qarşılarındakından sevgi, inam gözləyirlər və ya öz sevgilərini, inamlarını, sədaqətlərini bəxş etmək üçün əsl insan axtarırlar.
Gəlin, bu hisslər barədə bir qədər geniş danışaq.
1. Eşq - Hər birimiz aşiq olmaq istəyirik, elə deyilmi? Amma daha da çox istəyirik ki, kimsə bizə aşiq olsun. Eşqi də “mən”-imizə (eqo) aludə edə bildik axırda. Axır ki, eşqi də ticarət halına gətirə bildik. Bu hiss üçün hətta xüsusi günlər də kəşf etdik. Bəli, bəli, mən elə bütün dünyada qeyd edilən sevgililər günündən bəhs edirəm. Hələ bəzi ölkələrdə sevgililər günündə sevgililər digərləri ilə yarışırlar da. Artıq bir oğlan sevgilisinin satılmasına tamaşa etməli olur bu yarışmalar zamanı. Məsələn, biri səhnədə oturur, digərləri pul verib qəbz alır və nəticədə qəbzi qıza verir, qız isə əvəzində onu öpür. Nə qədər də iyrəncdir. Sonra da deyirik ki, heç kim eşqə güvənmir, əks cinsə görəsən nə olur? Hər kəs qarşı tərəfdən istifadə edir.
Faydalar üzərində qurulan gündəlik münasibətlər hər kəsin gözü qarşısında yaşanarkən eşq necə önəmli bir hiss ola bilər ki? Heç kim inciyib eləməsin. İnsanlar artıq eşqin də zayını çıxarıblar.
2. Güvən – Məndən soruşsanız, artıq bu hissin də zayı çıxıb. “Atama da güvənmirəm” – sözünü boşuna deməyiblər ki. Bunu mən demirəm ki, yüz illərdir ki, dildən-dilə dolaşır. Bu saat ətrafımızda söz verib sözünü yerinə yetirməyən insanlar azdırmı? İnsalara paxıllıq edib onlara quyu qazanlar azdırmı? İnsanın ən doğması belə bir də görürsən ona xəyanət edir. Çoxları ətrafındakı insanların sadiq və güvənli biri olmağını, mükəmməl olmağını istəyir. Amma problem burasındadır ki, o insanlar əvvəlcə özlərinə nəzər yetirmirlər. Düşünmürlər ki, bəlkə də səhv və ya qüsur elə onların özlərindədir. Bu dünyada heç kimə güvən yoxdur, amma güvənsiz də həyat yoxdur. Necə də gözəl bir paradoksdur.
3. Sədaqət – Bu hissi gerçəklərşdirmək üçün çoxumuz ailə həyatı qururuq. Qarşı tərəfi özümüzə bağlamaq istəyirik. Çoxumuz düşünürük ki, biri ilə ailə quraraq onu sədaqətli olmağa dəvət edərik. Bəyəm bu həqiqətən də belədir? Yəni buna inanırsınız? Bir şeyi unutmayın ki, evlilik çox az adamın xarakterini dəyişmək qüdrətinə malikdir. Çünki insan özü istəmədikcə əsal dəyişməz. Əgər bir insan güvənilir biri deyilsə, heç bir ailə şəraiti onun dəyişməyinə kömək etməyəcəkdir. Çoxlarınız bunu inkar etməyə çalışa bilərsiniz. Amma faktlar bunun belə olduğunu göstərir. Yenə də təkrar edirəm, əgər insan qəlbən dəyişmək istəməsə, yer üzərində heç bir qüvvə onu dəyişdirə bilməz.
4. Sevgi – Dar mənada sevmək, geniş mənada isə sevilmək deməkdir. Sevə bilmək çox çətindir və sevərkən də sevilməyini tələb edən insan ya yoxdur, ya da ki, çox azdır. Sevginin bir çox növləri var artıq: anaya olan sevgi, təbiətə olan sevgi, vətənə olan sevgi, heyvana olan sevgi, insana olan sevgi, yeməyə olan sevgi. Sevgini sevə bilməyəcəyimizin fərqində ola-ola parşalamışıq artıq. Məsələn, heyvanları sevirəm amma gəmiricilərdən zəhləm gedir. Belə düşünən və deyən o qədər insan var ki. Bir şeyi unutmuşuq ki, sevgi elə sevgidir. Sevgi birdir və bölünməzdir. Sevgi formasını dəyişə bilər amma heç bir zaman parçalanmaz.
5. Heç biri – indi isə növbə sonuncu bəndimizə çatdı. Əgər aramızda bu duyğulardan birini seçən oldusa, bilin ki, onlar hər zaman əksik hisslər yaşayacaqlar. Çünki bu hisslər ömür boyu bir-biri ilə zəncir kimi bağlı olur. Necə? Aşiq olarıq. Evlənmək üçün güvən axtararıq. Güvəndikdən sonra isə evlənərik və illər sonra eşqi yola salıb onun yerinə sevgini gətirərik. Sədaqətli olanlar bu uğurlu yolda davam edərkən “heç biri” bəndini seçənlər yarı yolda qalaraq həyatında etdiyi səhvlər barədə özünü və ya ətrafdakıları sorğu-suala çəkər.
Əzizlərim, bir şeyi unutmayın ki, bu həyat insan yalnız bir dəfə verilir və hər anın da öz hökmü var. Heç birimiz bir saniyə belə sonra nə baş verəcəyini təxmin belə edə bilmərik. Bizə verilən bu həyat bizim bilmədiyimiz bir zamanda əlimizdən alınacaqdır. Elədirsə, onda niyə bu hissləri dolu-dolu yaşamayaq ki? Niyə həyatdan zövq almağa çalışmayaq ki? Kim deyir ki, həyat asandır və qəm, kədər yoxdur? Kim sizə söz verib ki, həyatınızda hər şey uğurla bitəcək? Həyatda hər şey baş verir. Ancaq bütün bunlara baxmayaraq ayaq üstə durmağı və yaşamağı bacarmalıyıq.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İlham Əliyev Rusiyanın “RİA Novosti” agentliyinə müsahibə verib
Güclü baş ağrısı və əsəbiliyin səbəbi bilindi
Gürcüstandan maşın gətirənlərə BƏD XƏBƏR
Tənbəlliyə necə qalib gəlməli?
Mayonez maskası
Şokoladlı sufle (foto resept)
2010 və 2011-də ən dəbli ayaqqabılar
Azərbaycan tarixindən yüz şəxsiyyət-10
Bakı bulvarında əyləncə olacaq
Aprel ayının qalibləri!
BÜRCLƏR bizə nə vəd edir?-29 Yanvar
Ermənilər atəşkəsi pozmağa davam edir
Azərbaycan ordusu Şuşa şəhərini atəşə tutmayıb - RƏSMİ
Azərbaycanda I və IV qruplar üzrə qəbul imtahanlarının nəticələrini açıqlandı
Neftin qiyməti 50 dollar ətrafında tərəddüd edib
Şanxay sakinləri daha 2 həftə “ev həbsində” olacaq
Dua Lipadan cazibədar FOTOlar
Sabah hava necə olacaq?
O qədər xoşbəxtdir ki...
Eylatda hökmdarlar şəhəri
Azərbaycanda Bilik Günüdür
Gənc qızlar, zamana dəyər verin
Köhnə paltarlarınızı atmayın!
2015 bahar modası trendi
Düşmənləri sevindirməmək üçün oxuyun
Hicablı qadınlar üçün don dəbi
İrana yağan qar bəla gətirdi
9 may - Qələbə günüdür!
Gənc aktyor çəkiliş zamanı öldü-SƏBƏB/FOTO
Uşaqlarınızın cinsini artıq əvvəlcədən bilməyəcəksiniz
Sellulitdən necə xilas olmalı?
Gözəlləşmək üçün buzu yoxlayın!
Hazal Kaya AÇIQLAMA verdi
Trend İnformasiya Agentliyinin erməni vandalizminə həsr olunan "Sözün bitdiyi zaman" sənədli filmi
Moldova Azərbaycanın ərazi bütövlüyünü ilə bağlı İLK RƏSMİ REAKSİYA
Ağ Ev aparatında COVID-19-a yeni yoluxma
Möhtəşəm üzük modelləri
Muncuqla işlədiyim tablolar
Qabarıq ətək modelləri
Azərbaycan tarixindən yüz şəxsiyyət-7
Əhvala uyğun idman növü
Quyruq yağının faydaları
Atatürkün heykəlini söküb apardılar
"Qayıq üçünçü dəfə platformaya çırpılanda parçalandı"
İşləyənlərə xəbərdarlıq
İkiqat qohumluğa ehtiyac varmı?
Bu il uşaqları I sinfə gedəcək valideynlərin nəzərinə
Adəm və Həvva (psixoloji test)
Milyarderin dediyini etdilər adambaşı 1 milyon qazandılar
Günün ulduz falı
- ŞƏRHLƏR