Həyat qaynağımız, yaşama səbəbimiz nədir? Yaşadığımız həyat tərzi bizim seçimimizdirmi?
Bizi ən çox kədərləndirən və ya kədərləndirəcək, sevindirən ya da sevindirəcək vəziyyət nədir?
Qısası, həyatdakı məqsədimiz, tərzimiz və yapışdığımız budağımız nədir? Məqsəd, tərz, gələn qaynaq, ya da yapışılan budaq…
İnsan deyilən canlı bunlar olmadan yaşaya bilərmi? Heyvan adlandırdığımız canlıların həyatlarını davam etdirə bilməsi üçün məqsədləri yemək tapmaq, güclü olmaq, yaşamaq üçün yeri gəldikdə digər bir canlının varlığına son qoya bilməkdir. Yaxşı, adına insan deyilən canlının, yəni bizim vəziyyətimiz, məqsədimiz nədir? Bizlər, daha doğular-doğulmaz ilk reaksiyamızı ağlayaraq veririk. Bu ağlama ətrafımızdakılardan qayğı istədiyimizi, yardım gözlədiyimizi göstərən ilk siqnaldır. Ətrafımızdakılar da bu istəyimizə cavab verməkdə gecikməzlər. Qısası, doğular-doğulmaz bir məqsədimiz vardır, çünki bu ağlama bir məqsəd üçündür…
Zaman keçir və artıq ağlayaraq deyil, danışmaqla istəklərimizi ifadə edirik. Bu istəklərimizə ətrafımızdakılar tərəfindən müsbət, ya da mənfi cavablar anında verilir. Bu cavablar da qarşıdakı böyüyün məqsədinə uyğun bizə dönmüş olur. Əgər əks-reaksiya bizim istəkdəki məqsədimizlə üst-üstə düşürsə, o böyüklə yaxşı anlaşırıq. Yox əgər məqsədlərimiz zidd gəlirsə, onun verdiyi cavab bizi qane etməyəcəyindən yaxşı anlaşa bilməyəcəyik. Yaxşı, bizim məqsədimiz nədir? Deyə bir sual ağlımıza gələrsə; bunun cavabı insanların sayı qədər çoxdur, deyə bilərik. Ancaq bu məsələyə diqqət etməliyik;
Körpə olan biz, ağlama hərəkətinin ardından gülümsəmə… eyhamlı səs çıxarma… danışma, yerimə kimi öyrəndiyimiz bütün hərəkətlərlə istəklərimizi bildirərkən əslində gerçək məqsədimizi tapa bilmək üçün kəşflər edərik. Bu kəşfləri də bizə təqdim edilən obyektlərlə məşğul edər və məqsədimiz olacaq məfhumu tapmağa çalışırıq. Necə ki, uzun müddət oynadığımız və guya çox sevdiyimiz bir oyuncaqdan bir müddət sonra bezə bilərik. Çünki kəşfimiz bitmişdir və bəlkə də, bu kəşf nəticəsində bu oyuncağı sevmədiyimizi başa düşürük. Artıq bu səbəbdən yeni kəşflərə addım ata bilmək üçün böyüklərimizdən yeni obyekt gözləyirik ki, məqsədimizi tapa bilək. Biz sıxıldıqca əlimizə verilən yeni obyektlər həyatımıza rəng qatar, çünki bizlərin kəşf sahəsinə daxildir. Ancaq bəzən verilən deyil, verilməyən obyektlər diqqətimizi cəlb edir. Çünki verilən obyektlər, bəlkə, bizə adi gəlmişdir, bəlkə də, maraq dairəmizdədir. Məhz burada, artıq tərz deyilən vəziyyət üzə çıxır. Beləcə, öz tərzimiz formalaşmağa başlamışdır, deməkdir. Əlimizə tərzimizə uyğun obyektlər verildikcə bunu kəşflərimizin ən idealını tapanadək davam etdiririk. Elə bir hal olur ki, tərzimiz bizim zövq aldığımız vəziyyət, olmazsa-olmazımız olur. Burada da əsas qaynağımız kimi yapışdığımız budaq yaranmağa başlayır… Biz artıq ayaqlarını yerə basan, nə istədiyini bilən, özünü tanıyan və olmazsa-olmazları olan bir şəxs olmaq yolundayıq.
İnsan məqsədsiz yaşaya bilərmi? Ya da tərzsiz? Ya da yapışdığı bir budağı olmadan? Bu suala insanlıq adına cavab verərək, çox konkret şəkildə “Xeyrr” deyə bilərik. Doğrudur, bəlkə, doğulan hər körpə, ağlayaraq doğulmur. Bəzisi ağlama refleksinə belə malik olmayacaq qədər şikəst doğula bilər. Amma bu, onun istək içində doğulduğu həqiqətini və bir gün ağlaya biləcəyini, məqsədi ola biləcəyini, öz tərzi ola biləcək həqiqətini inkar etmir. İllərcə hər cür, həm də ən ağır dərəcədə əngəlli uşaqlara təlim-tərbiyə verən və əngəlli yaxınları olan bir şəxs olaraq bu fikri çox rahat və əminliklə irəli sürməkdəyəm.Həyatın gözəlliyi və cazibədarlığı insanı öz cazibəsi ilə heyran etdiyindən insanın məqsədi, tərzi və yapışdığı budağı dəyişə bilər. Bu dəyişkənlik zamanla günlərin axması kimi göz önündə, amma çox sürətlidir və təbii ki, seçimlərimizlə formalaşır. Məsələn; İki uşağından birini itirən ürəyi dərdli ana belə deyir: «Digər uşağımın varlığıyla ovundum və həyatdan əl üzmədim. Bu acını ürəyimə gömdüm…» İki uşağını birdən itirən ürəyi dərdli ana belə deyir: «Həyat yoldaşım dünyanın ən yaxşı və anlayışlı insanıdır. Onun varlığı və dəstəyi məni həyata bağladı…» İki uşağını və həyat yoldaşını eyni anda zəlzələdə itirən ürəyi dərdli insan belə deyir: «Cəsədlərini tapa bilməməyim mənə ümid oldu. Həmişə bir gün yaşadıqlarını eşidəcəyim ümidi ilə yaşadım ».Bütün ailəsini itirən və cəsədlərini də görən ürəyi dərdli insan belə deyir: «Bu vəhşətə səbəb olanların (zəlzələyə dayanıqlı olmayan bina edənlərin) bu dünyada cəzalarını çəkdiklərini görə bilmək üçün apardığım mübarizə məni yaşatdı….» … və s… və s… Qısası, bizlər həyatı çox acı sürprizləri ilə birlikdə qəbul etmişik. Və özümüzə yeni məqsədlər, yeni tərzlər, yeni sahələr tapmışıq… İnsan dünyaya gəldiyi andan etibarən malik olduğu, adına «ağıl» deyilən beyin gücü ilə əbədi ola bilmə, ölümsüz ola bilmə mübarizəsi içindədir və bu istəklə addımlayır.
Bu məsələ insan övladının üzərində varlığını sürdürdüyü və varlığını isbat edən bir portret kimidir. Bu portret dünyada yaşayan hər bir insanın hərəkətləri ilə yaranan bir rəsmdir. Bu rəsmə qeyd edilənlər əbədiliyini insanlıq var olduğu müddətdə davam etdirir və silinməz. Bunun adına günümüzdə «tarix», «mədəniyyət», «əfsanə» deyirik, …və s. və ilaxır. Biz isə bu portretə «əbədiyyət portreti» deyəcəyik. Bəzisi bu portretin ətrafında və lider rolunda, bəzisi yardımçı, bəzisi piyadadır, amma hər insan bu əbədiyyət rəsminin bir küncündə müəyyən vəzifə almaq məqsədini güdməkdədir. Hər bir insanın məqsədi bu portretdə daha qabarıq ola bilməkdir. Bu da portretdəki qabarıq fiqurlardan ola bilmək üçün verilən cəhdlərlə göstərilir. Verilən cəhd leqal, ya da qeyri leqal ola bilər. Yaşayan hər bir insan bu məqsədlə bu və ya digər şəkildə vəzifə aldığı üçündür ki, nə vaxt insan deyilən məxluq varlığının mənasızlığına inanır, bu portretdə əbədiliyi olmadığını, bir iz qoymadığını görür, o zaman həyatdan əl çəkir və həyatı mənasızlaşır… Yaxşı, bu nə mənaya gəlir? İnsanoğlu ictimai olduğu qədər qapalı, özü ilə yaşayan bir varlıqdır, demişdik. Burda bunun ən gözəl nümunələrini görürük. İnsan övladının həyatdan nə zaman əl çəkdiyinə, intiharı düşündüyünə baxdıqda görürük ki, çox böyük amil olan «özünə hörmətini itirdikdə» bu dünyadan əl çəkəcək gerçək səbəbini tapır. İnsan nə zaman ki, özünə hörmətini və güvənini, yaşamasının mənasızlığını düşünür və buna inanırsa, məhz o zaman yaşamaqdan əl çəkir və hər şey mənasızlaşır.
Ətrafımızda, bəlkə də, bu cür acı hadisələrə şahid olanımız, ya da eşidənimiz vardır: Ümumilikdə bu mərhələyə gəlmiş insanın ağzından bu sözlər çıxır: «Mən nə işə yarayıram ki? Nə deyə yaşayıram ki? Kimsəyə bir faydam yox… Əlimdən heç bir şey gəlmir… Nə etsəm, alınmır… Edə bilmirəm…. Mən bir işə yaramıram….» Bəli, məhz bu insan, əbədiyyət portretində özünə bir yer qazanmadığını düşünür və atdığı addımların heç iz qoymadığını görüb mənasızlığını dilə gətirir… Tək bir Yaradanın varlığına inanan ilahi dinlərdəki kimi, dünyada insanın xüsusi bir mövqeyi olduğu inancı ilə baxınca görürük ki, həqiqətən, insanın dünyada xüsusi bir yeri var. Belə ki, təbiətdə hər şey sanki insana xidmət edə bilmək üçün yaradılmışdır. Atmosferdən başlayaraq, hər bir varlıq insanın yaşaması üçündür. Digər yandan, digər canlılardan heç birinin varlığını davam etdirə bilmək üçün insana ehtiyacı olmadığı da məlumdur. Nə heyvanların, nə bitkilərin, nə də torpağın… Amma insanın isə bunların hamısına ehtiyacı var. Dolayısı ilə xüsusi yeri olan insanın da xüsusi bir məqsədi olmalıdır, məntiq bunu deyir. Məhz bu məqsəd bizə o portretdə yer ala biləcək, əbədi ola biləcək bir məqsədin mənasını göstərir. Bəşəriyyət var olduqca bu belə olmuşdur. Portretdəki müsbət, ya da mənfi əbədiliyin ehtiyacı, dünya var olduqca davam etmişdir.
Bunların hər biri ölümsüz səciyyədə əbədi addımlardır. Və insan deyilən varlıq fərd olaraq bu əbədi addımları ata bilmək istəyir. Çünki insanın malik olduğu ağıl gücü ona özünün kainatda xüsusi bir yeri olduğunu bildirir. Kainatdakı digər canlılardan fərqini bu yönü ilə görür və onlardan fərqli olmaq istəyir. Sadəcə, həyatının davamı üçün yaşamaqla aldığı məmnuniyyət insan deyilən canlıya yetməz. Malik olduğu ağıl gücü sayəsində bu, ona yetərli gəlmədiyi üçün axtarışa girər və məmnuniyyət axtarar. Və təxmin edəcəyiniz kimi, bunu əbədiyyətdə tapır. Beləcə, o əbədiyyət portretində bir yer qazana bilmək üçün cəhd göstərir. Bu cəhd də həyat seçimlərinə görə dəyişir; bəzən müsbət, bəzən isə mənfi yöndə olur. Qaliley, Nyuton, Arximed, Hitler, Fateh Sultan Mehmet, Atatürk, Karl Marks, Alparslan …və daha bir çoxları bu cəhdə qoşulanlar arasındadırlar. Bunların hər biri bu dünyaya müdafiəsiz və ağlayaraq, qayğı tələb edən körpə olaraq gəldilər. Ancaq istər aldıqları təlimtərbiyə, istərsə öz iradələrinin gücü onları o portretdə ölümsüz edən yer tutmağa doğru apardı… Ölümlərindən əsrlər keçsə də bizlər onları tanıdıq və hələ bir çox nəsillər də bizlər kimi tanımış olacaqlar. Dünyada çox xüsusi bir yeri olduğunun fərqində olan insan müsbət və mənfi yöndə əbədi ola bilmək üçün cəhd edir. Bu cəhdini də öz şərtlərini daha çox çətinləşdirərək edir. Uşaq sahibi olmaq əslində bu cəhdinin bir göstəricisidir. Çünki insan əgər heç bir şey edə bilməyəcəksə, özündən sonra adını yaşadacaq bir uşaqla ölümsüz ola bilmə yoluna getmək istəyər... və bəlkə, bilərək, bəlkə, bilməyərək əslində uşağını öz məqsədinə hələ doğulmadan qurban edər!
Buraya qədər yazdıqlarımızdan anlayırıq ki, insan dünyaya yaşama məqsədini tapmaq məqsədi ilə gəlir… Bu məqsəd ona tərzini və faydalanacağı qaynağı, yapışacağı budağı göstərir… İlk zamanlara aid məqsədi həyat boyu dəyişə bilər… Həmişə eyni məqsəd uğrunda yaşaya bilməyib axtarışa davam edə bilər… Ancaq bu reallıqdır ki, məqsədi olduğu müddətdə insan həyatına davam edə bilər. Bu məqsəd doğru, ya da yanlış ola bilər. Məhz biz valideynlərin vəzifəsi burada başlayar. Özümüzə və uşağımıza düzgün məqsədlər məsələsində işıq ola bilmək…. Valideyn olmaq, böyük olmaq, yol göstərən olmaq istəyiriksə, bu məsuliyyətin fərqində olmalıyıq. Çünki dünyada yaşayan hər şəxs, elə ya da belə o əbədiyyət portretində özünə irili-kiçikli bir yer qazanır. Misir piramidalarının portretində onları inşa edən və ən kiçik nöqtə olaraq qəbul edilən qullar kimi… Vəziyyət belə ikən bu sətirləri birlikdə paylaşan bizlər bir uşaq valideyni olmaqla nə böyük bir vəzifəmiz olduğunu görə bilməliyik. Çünki "uşaqdır da" deyib üstündən keçdiyimiz uşaqlarımız bir gün böyüyəcək və bir şəxsiyyət olaraq cəmiyyətdə yer alacaqlar. Nəhayət, bizlər də bir zamanlar sadəcə bir "uşaqdıq…"
Uşaq demək, toxum demək…
Uşaq demək, təməl demək…
Uşaq demək, varlıq demək…
Uşaq demək, həyat demək…
Əlbəttə, bunları onsuz da bilirik və bu səbəbdən bu sətirləri paylaşırıq. Ancaq bəzən insanın bildiklərini təkrarlaması da gözəl olur. Çünki bəzən həyatın adiliyinə qapılır və elə yaşayırıq ki, bəzi kiçik görünən, amma təməli yaradan detalları unuduruq. Bunları unutmayan, düşüncəli və məsuliyyətini bilən, uşaqlarımızı ölümsüz olma məqsədinə qurban etməyən, onları ayrıca bir şəxs kimi qəbul edən və onlar üçün ölümsüz addımlar atmaq istədikdə yanlarında olub dəstək verən, doğru yollarla ölümsüz addımlar ata biləcək məqsəd qazana bilmələri üçün doğru yerdə, doğru zamanda doğru işıq ola bilən valideynliyi hədəfləyirik.
Uşaq təlim-təbiyəçisi Şahnaz Aras
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Balıq kotleti (foto resept)
İşləyən qadınlar üçün asan saç modelləri
Rus jurnalistdən ermənilərə layiqli cavab: "Bu, lap ermənicədir"
Yer qaranlığa qərq olacaq? - AMEA-dan AÇIQLAMA
Bunlari bilirsinizmi?
BÜRCLƏR bizə nə vəd edir?-25 Mart
Məşhurların uşaqlıq şəkilləri
AMEA-da akademik Vəli Axundovun 100 illik yubileyi qeyd olunub
Putin Bakıda Əliyevlə Qarabağdan danışacaq
Pensiyalar artırılacaq – RƏSMİ
Cemli, halvalı peçenye (foto resept)
Turşu yeməyin faydaları
Türkiyədə seçki başladı
Microsoft-un yeni möcüzəsi
Ev heyvanları uşaqları allergiyadan qoruyur
Manyak pərəstişkarina görə evini dəyişdi-FOTO
Baş Prokurorluq və DTX birgə məlumat yaydı
"Sofiya Rotaru"nun cavan qalma sirri
Günün ulduz falı
Kəşf edilmiş güzgü
Rentgen radiasiyasından keçmiş məhsulları yemək olar? - Mütəxəssis açıqladı
Dünyanın ən uca zirvəzində ilk fırıldaq
Əhalinin səhiyyə xidmətlərindən məmnunluq səviyyəsi öyrəniləcək
Ombaları möhkəmləndirmənin yolları
Bakı Metrosu yenidən bağlana bilər? - AÇIQLAMA
Kərə yağı adı ilə satılan yağlar ziyanlıdır? - RƏSMİ AÇIQLAMA
Qandakı şəkəri dərhal ölçən cihaz
Məhərrəm ayı ilə bağlı fətva verildi
Tayson və Cons “Black Lives Matter” titulu uğrunda şou-döyüş keçirəcəklər
Çexiya ermənilərə rədd cavabı verdi
Yaşıl pomidor salatı (foto-resept)
Bu gün birinci sinfə elektron qeydiyyat başlayır
Hərbçilərimizin Sumqayıta həsr etdikləri ifa Rusiya mediasında - VİDEO
Kəpəyə qarşı təbii üsullar
Ermənistan müstəqil dövlət kimi davrana bilmir
"Eurovision" təmsilçimiz kim olacaq?
Emin Ağalarov: "Maaşları verə bilmək üçün 3 avtomobilimi satmışam"
Dünyanın ən eybəcər iti öldü
Qadınların sevimli payız aksesuarları
Sərt karantin tətbiq etməyən İsveçdə koronavirusa yoluxma kəskin azalır
Azərbaycanda yetim uşaqlar təhsil haqqından azad edildilər
30 milyona ev aldılar
Beren Saat boşanması haqqında İLK DƏFƏ DANIŞDI
Dünya nə vaxta qədər koronavirusun təzyiqi altında yaşayacaq?
Qan tərsinə dövran edəndə...
Hazal Kaya ona yazılan məktublardan danışdı
"Uşaqlıqdan gimnastika ilə məşğul olmuşam"
Günün qoroskopu: təmaslarda diqqətli olun
Saç tökülməsinə qarşı maska
"Şaban"ın xatirəsinə pul buraxıldı - FOTO
- ŞƏRHLƏR