Bu gün yaşadığımız cəmiyyətin ən böyük problemlərindən biri qadın-kişi bərabərsizliyidir. Xüsusilə də əsl ədalətin yaşanmadığı cəmiyyətlərdə bu problem özünü daha çox büruzə verir. Dünyanın bir çox ölkəsində qadına ikinci dərəcəli varlıq kimi baxırlar. Qadınlar zəif və qorunmağa möhtac hesab edildiklərinə görə alçaldılırlar və əzilirlər, yenə bu kimi səbəblərdən qadınların fikirlərinə də hörmətlə yanaşılmır. Ümumi şəkildə desək, bütün dünyanın qadınlarla bağlı təsvirləri belədir: Özünə inamı olmayan, bacarıqsız, qorxaq, zehni baxımdan çox inkişaf etməyən, ağlı dayaz və s. Elə onların bu yanlış təsvirlərinin nəticəsi olaraq da bir qadının etdiyi səhv həmin şəxsin insan olduğu üçün deyil, qadın olduğu üçün etdiyi səhv şəklində qiymətləndirilir. Lakin qəribə olan odur ki, qadınların da bir çoxu cəmiyyətdə ikinci dərəcəli insan olmağı özlərinə yaraşdırırlar, onlara edilən anormal rəftarları normal qəbul edirlər. İnkişaf etməmiş ölkələrin çoxunda isə qadın kişi bərabərsizliyi daha yüksək həddə çıxmışdır. Bu ölkələrdə qadınların təhsil almaq, seçmək-seçilmək, iş sahibi olmaq hüquqları əllərindən alınır. Hətta ailə qurarkən həyat yoldaşlarını seçmək haqqına da sahib deyillər. Bir mövzu haqqında fikir bildirmələri mümkün deyil. Özləri ilə bağlı qərarları da verə bilmirlər. Çünki onların əvəzindən bu qərarları verən” ağıllı ərləri və ataları” var.
Halbuki qadınlar dünyanın ən gözəl varlıqlarındandırlar. Onlar da ağıllıdırlar və varlıqları gözəl əxlaqları ilə, ruhlarındakı dərinlik ilə, mərhəmət və şəfqət hissləri ilə, incə düşüncələri ilə fədakarlıqları ilə ruha şəfadır. Ağıllı, diqqətləri açıq, incəlikləri görə bilmək xüsusiyyətləri də çox üstündür. Ana-ataları üçün, bacı-qardaşları üçün, həyat yoldaşları və uşaqları üçün, eləcə də dostları üçün hər zaman hər yerdə böyük nemətdirlər. Bu qədər dəyərli olmalarına baxmayaraq, çox təəccüblüdür ki, dünyanın hər tərəfində layiq olduqları dəyəri görmürlər. Tez-tez xəbərlərdə qadınların zülmə məruz qalmaları, çətin şərtlər altında yaşamaları, zorakılığa məruz qalmaları ilə bağlı eşidirik. Qadınların yaşadığı çətinliklər televizorların, internet saytlarının, qəzetlərin ən vərdiş olunmuş xəbərlərindəndir. Bu problemin ən vacib səbəblərindən biri isə insanların ruhunda meydana gələn böhrandır. Özləri belə sevgidən, şəfqətdən, gözəl əxlaq göstərməkdən, yaxşılıq etməkdən zövq almayan insanlar şübhəsiz ki, bunu başqalarına da göstərmir, bunu heç vacib də bilmirlər. Bir çox insan özünə sadəcə “həyat davasını” hədəf etmişdir, hansı ki onlar yemək, içmək, yatmaq, istirahət etmək kimi ibtidai ehtiyaclarını təmin etməkdən başqa bir şey düşünmürlər. Bir çox insan dünyadakı həyat təlaşı içərisində insani keyfiyyətlərini itirmiş, bunlara ehtiyac duymayacaq qədər robotlaşmışdır. Bəziləri isə bunlarla da kifayətlənməmiş, bir az da irəli gedərək, insanlıqdan kənar xüsusiyyyətləri qazanmışdır. Elə bunun təbii nəticəsi olaraq da, qadına şiddət tətbiq edilir, alçaldılır, döyülür, söyülür, təhqir edilir, sərbəst yaşamaq hüquqları əlindən alınır.
Zövq almaq, vaxt keçirmək və ya elmlənmək məqsədilə oxuduğumuz bir çox kitab və ya baxdığımız televiziya proqramları biz heç sezmədən çox böyük yanlışları cəmiyyətə təlqin edir: “Həyat mübarizədir, dünya ədalətsizdir, insan məsuliyyətsiz mədəniləşmiş heyvandır”, məsuliyyətsizliyi bu tip insanlar azadlıq kimi qavrayırlar, amma ki azad olmaq heç də düşüncəsiz olmaq demək deyil, məsuliyyətsiz olmaq da demək deyil. “Güclü olan hər zaman qalibdir, güclü olmaq üçün özündən daha zəifi əzməlisən” və s. Məhz bu təlqinlər insanları bu nöqtəyə gətirib çıxarır. Laqeydlik, eqoistlik, ruhsuzluq, vicdansızlıq bu yanlış təlqinlərin nəticəsidir. Bunun əvəzinə, həmin adamlara hər insanın etdiyi hər hərəkətə görə məsuliyyət daşıyacağı, bir gün vicdan mühakiməsi ilə qarşı-qarşıya qalacağı təlqin edilsə, bəlkə də insanlar ağıllarını, iradələrini ən yaxşı şəkildə istifadə edərdilər, vicdanlı olmağı öyrənərdilər. Təkcə qadınlara qarşı deyil, uşaqlara, yaşlılara, ehtiyac içində olanlara, haqqları əlindən alınmış məzlumlara – hər kəsə gözəl əxlaq göstərərdilər.
Düzdür ki, bu problemin həll olması üçün hüquqi tədbirlər alınır və bu da qadına şiddətin azalmasına müəyyən qədər kömək edəcək əlbəttə. Lakin qadınların daha dəyərli bir mövqeyə gəlmələri yalnız hüquqi tədbirlərlə mümkün deyil. Əgər siyasət, qanunlar və tədbirlər bunun üçün kifayət etsəydi, bu gün hələ də bu mövzunu gündəmə gətirməzdik. Qadın haqqlarının bərpa olması ilə bağlı on illərdir ki, həll yolları axtarılır. Qadın haqqlarını qorumaq üçün qurulan dərnəklər, bərabərlik, azadlıq, feminizim kimi mövzuların müzakirə edilməsi, planlar qurulması, konfranslar və s. bu həll yolları axtarışının bir hissəsidir. Lakin nəticə hələ də yaxşı deyil. Hətta inkişaf etmiş ölkələrdə belə qadınlar təcavüzə, cinayətə, şiddətə məruz qalır.
Statistikalara baxsaq görərik ki, bu problem təkcə inkişaf etməmiş ölkələlərin deyil, bütün dünya ölkələrinin problemidir. Məsələn, Amerika, dünyanın ən böyük güc mərkəzi, demokratiyanın ən pik nöqtəsini mövcud olduğu yerlərdən biri olmasına baxmayaraq burada hər üç qadından bir cinayətə məruz qalır. BMT Statistika Şöbəsinin məlumatlarına görə isə 1995-2006-cı illərdə həyatında ən azı bir dəfə şiddətə məruz qalan qadınların bəzi ölkələrdəki nisbətləri belədir: Kanada 8%, İsveçrə 11%, Yaponiya 15%, Danimarka 20%, Avstraliya 27%, Almaniya 29%. Dünyada şiddət səbəbindən dünyasını dəyişən 15-44 yaş qrupundakı qadınların sayı xərçəng, avtomobil qəzası və müharibələr səbəbindən ölən qadınlardan daha çoxdur. Bu statistikalar göstərir ki, mədəni qanunlara malik olmaq, inkişaf etmiş təlim-tədbirlər, təhsil kimi faktorlar belə qadına edilən şiddətin qarşısını ala bilmir. Çünki problemin ən həyati ünsürünə laqeyd yanaşılır. Deyək ki, gələcək zamanlarda hüquqi tədbirlərl qadına yönəlmiş şiddətə mane oldu. Bəs qadına olan ümumi baxış, münasibət də dəyişəcəkmi? Onlara layiq olduqları dəyəri verən, hörmət edən, azadlıq verən düşüncə sisteminin cəmiyyətdə yayılmasını necə təmin edə bilərik? Problem budur. Bunu həll etmək lazımdır hər şeydən əvvəl. Yalnız qanunlar çıxartmaqla, bəzi qrupların etdiyi etiraz mitinqləri təşkil etməklə, əlində “qadına azadlıq”, “azadlıq istəyirik” və s. plakalatlar daşımaqla nəticə olmaz əlbəttə ki. Alınan tədbirlərin sabit həllə çevrilməsi üçün mütləq zehni dəyişikliyə ehtiyac var. İnsanların düşüncə sistemini dəyişmək lazımdır. Qadına edilən zorakılığa mane olmağa çalışdığımız kimi, onlara hörmət göstərilməsini, sevilməsini də cəmiyyətə aşılamaq lazımdır. Bunu təmin edən şeylər isə əlbəttə ki çərçivələr içərsindəki standart rəsmi qanunlar deyil. Qanun sevgi öyrətmir insana. Sevgi əxlaq göstəricisidir. Əxlaqı öyrədən isə dindir. Amma İrandakı, Ərəbistandakı və s. ölkələrdəki kimi fanatik din anlayışı ilə deyil, əsl din əxlaqı ilə bu probelm həllə qovuşa bilər. Çünki əsl din əxlaqı qadını ucaldır. Qadınlarla kişilər arasındakı bərabərliyi təmin edir. Qadınları sevməyi, qorumağı, ədalətli olmağı, mərhəmətli olmağı öyrədir.Yəni səhərə qədər təsbeh çevirib qadınların şiddətdən qurtulması üçün dua etməklə deyil, sevgini əsas götürərək, vicdanının istiqamətləndirdiyi şəkildə hərəkət etməklə, qəlbini, ruhunu təmiz saxlamaqla, hacı-hocalara, mollalara, saxtakar din alimlərinin izahlarına deyil, Qurana uyğun olan əsl din əxlaqını yaymaqla bu problemin həll ola biləcəyinə inanıram.
XƏBƏR LENTİ
Harri və Meqan Markl koronavirusdan belə qorunacaq
Ermənistandakı rus hərbçilər müharibəyə hazırlaşır
Bədəndəki yaraları sürətli sağaldan təbii üsullar
Bakıda Azərbaycanın ən hündür binası tikilir - 277 METR - FOTO
İşğaldan azad edilən Kəlbəcərin daha bir kəndinin görüntüləri - VİDEO
Toyuqlu gül kələmi salatı (foto-resept)
Azərbaycan nefti bazarda liderliyi ələ keçirdi
Apple hələ də liderdir
Fərqli və gözəl manikür
Düşmən Tərtəri atəşə tutdu: Yaralılar var - RƏSMİ
Qadınlarda kişiləri cəlb edən 10 xüsusiyyət
Ana südü və oksitosin hormonu
Şampun qutusundan qələm qabı
Müdafiə Nazirliyi: “Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir”
Rusiyadan Ukraynaya daha bir zərbə
Bakının cəmi 12 Şaxta baba və Qar qızı olacaq
Bəzi dərmanlar uşaqlarda karlığa və dovşandodaqlığa səbəb olur
Vulkan fermeri milyonçu etdi
İyunda 10 gün iş olmayacaq
Yüksələn dərd: təzyiq
Muncuqlardan düzəltdiyim əl işlərim
Göz rənginə görə makiyaj
Şokoladlı-çiyələkli keks
Süd verən analar üçün 4 qidalanma tövsiyəsi
Devid Martiaşvilinin bayram əhvalı yaradan rəsm əsərləri
Makiyajın uzun müddətli olması üçün...
Çiyələklə dişlərinizi ağardın!
Günün qoroskopu: ətrafınızdakı olayları laqeydliklə müşahidə etməyin
Bunları bilmək maraqlıdır
Ailə həkimimiz olacaq
Instagram Stories'də Yenilik!
"Londonlaşırıq": 200-ü də gəlir
Blinçikli dadlı qəlyanaltı (foto resept)
5 min dollarlıq planşet satılacaq
Bakıda küçə ticarəti, qəzet və jurnalların səyyar satışı qadağan olundu
10 ən pis lunatizm faktı
Neil Patrick Harrisin bayram geyimləri
Məşhur futbolçunun qabırğası sındı
2012 qısa saç modelləri
Leyla Əliyeva hər kəsi "Xocalıya ədalət" kampaniyasına qoşulmağa çağırdı
Abituriyentlərin diqqətinə: qaydalar açıqlandı
Aşer 3-cü dəfə ata olacaq
Yazın ilk çiçəyi
Qəfil zəng
Bədənin möhkəmləndirilməsi
Koronavirusdan qorunmaq üçün ən sadə üsul açıqlandı
Kəpəyə qarşı bitki mənşəli həll
Pesto souslu balıq (foto resept)
Bu rayonlar qazsız qalacaq
Ağciyər xərçəngindən qorunmaq üçün
- ŞƏRHLƏR