"Təbiəti mühafizə" termini yarandığı vaxtdan (1913-cü il İsveçrədə) 82 il keçsə də, uzun müddət onun mahiyyətinə dərindən varan olmamışdır. Təbiətdə tarazlığın pozulması təhlükəsi reallığa çevrildiyi indiki vaxtda bütün dünyanın diqqəti bu məsələ üzərində cəmlənmişdir. Belə ki, hazırda müasir ekologiyanın 50-yə qədər sahə və bölmələri yaranmışdır. Kosmik ekoloji tədqiqatlardan mikroorqanizmlər ekologiyasınadək və s. istiqamətlərdə və həll edilməyə cəhdlər göstərilir. Müxtəlif istehsal sahələrində çalışan zəhmətkeş xalq öz həyat və varlığı üçün nə dərəcədə təbiətə borclu olduğunu və təbiətdən asılı olduğunu dərk edərsə, onlar təbiətin mühafizəsi qeydinə bir o qədər çox qalar və ətraf mühitin çirklənməsinə qarşı barışmaz olarlar.
Hər bir adam bilməlidir ki, Yer kürəsi günəş sistemində canlıların yaranması və yaşaması üçün ən əlverişli təbii şəraitə malik olan yeganə planetdir. Yerin müəyyən normal kütləyə malik olması, öz üzərində atmosfer və hidrosferin saxlanmasına səbəb olur. Digər tərəfdən Yerin Günəşdən ancaq müəyyən məsafədə yerləşməsi ona həyat üçün lazımi miqdarda olan Günəş enerjisinin çatmasına səbəb olur. Canlı orqanizmlərin bir-biri ilə və ətraf mühitlə əlaqəsi nəticəsində maddələrin bioloji dairəvi dövrü baş verir. Bir orqanizmin həyat fəaliyyəti nəticəsində yaranan bir maddə başqa bir canlı üçün həyati əhəmiyyətə malik olur. Bu cür dairəvi dövr əsrlər boyu davam etmiş, təbii tarazlıq yaranmışdır. Zaman keçdikcə texniki tərəqqinin sürətli inkişafı biosferdə də maddələr mübadiləsinin daha yeni istiqamətlərini yaratmışdır. Bu da öz növbəsində təbiətdəki tarazlığın daha çox pozulmasına səbəb olur.
İnsanın təbiətə biganəliyi son dövrlərə qədər davam etmiş və bu səbəbdən də sənaye, kənd təsərrüfatı və çoxlu sayda şəhərətrafı mühiti müxtəlif tullantılarla çirkləndirmişlər. Hesablamışlar ki, hal-hazırda Yer kürəsində bir ildə ətraf mühitə atılan zərərli tullantıların miqdarı 500 mln. əsasən təbii dairəvi dövrdən kənarda qalır.
Məlumdur ki, Yer atmosferində cəmi 21012 tona qədər karbon qazı vardır. Bunun təqribən 1011 tonu okeanlarla atmosfer arasında əlaqədə iştirak edir. Dünya okeanında karbon qazı, atmosferdəkinə nisbətən 60 dəfə çoxdur. Qazlar soyuq suda daha yaxşı həll olduğundan okeanlar bir növ nasos rolu oynayırlar. Onlar soyuq tərəfdə isə onu atmosferə buraxır. Ona görə də tropik enliklərdə atmosferdəki karbon qazının parsial təzyiqi soyuq yerlərdəkinə nisbətən üstünlük təşkil edir, həm də suda həll olan karbon qazının bir hissəsi oradakı canlıların skeletinin yaranmasına səbəb olur. Bu proses daim atmosferdən karbon qazının azaltmasına səbəb olur. Təqiqatlar göstərir ki, dairəvi prosesə baxmayaraq hər il atmosferdəki karbon qazının miqdarı təqribən 0,24 faiz artır ki, bu da öz növbəsində bir sıra dəyişikliklər yaradır. Karbon qazının infraqırmızı oblasta düşən işıq enerjisini udduğu da məlumdur. Yerin Günəşdən aldığı enerji görünən oblasta düşür. Yerin şüalanması isə infraqırmızı oblasta düşür, yəni atmosfer bir növ süzgəc rolunu oynayır. Günəşdən gələn istilik şüalarını isə buraxmır. Odur ki, atmosferdə karbon qazının çoxalması Yer üzərində get-gedə istiliyin artmasına gətirib çıxarır. Günəş radiasiyasının miqdarı atmosferin şəffaflığından çox asılıdır. Atmosferdə karbonla yanaşı son dövrlərdə tozun da miqdarı xeyli çoxalmışdır və hesablamışlar ki, hər insan fəaliyyətindən atmosferə atılan tozun miqdarı 20%-dən xeyli artıqdır. Bu tozlar əsasən zərərli maddələr buraxan zavodların hesabına artır.
Atmosferdə karbonun və zərərli qazların artması adamların sağlamlığında həddindən artıq pis təsir edir. 1952-ci ildə London üzərində qalın toz-duman qatışığının bir neçə gün qalması 4 mindən çox insanın məhv olmasını yada salmaq kifayətdir. Digər tərəfdən bizim nəfəs aldığımız atmosfer həm də yüklü zərrəciklərlə və ionlarla zəngindir. Mənfi ionlar çoxluq təşkil etdikdə insanın nəfəs alması
xeyli yüngülləşir, müsbət yüklər olduqda isə əksinə. Təəssüf ki, şəhər yerlərində həmişə atmosferdə müsbət yüklü zərrəciklər artıqlığı əmələ gəlir.
Atmosferin karbon qazı və zəhərli tozlarla çirklənməsi Yer üzərində uzun dalğalı elektromaqnit şüalanmasının sıxlığının çoxalması deməkdir ki, nəfəs yolları, baş-beyin, ağ ciyər, qan dövranı ilə yanaşı orqanizmdə gedən elektrik prosesini də pozur və insanın ümumilikdə səhhətinə pis təsir edir.
Təbii radioaktiv fonun çoxluğu nəticəsində bir çox sağalmaz xəstəliklər də yaranır ki, bu da insanın təbii mühitə ehtiyatla yanaşmasın tələb edir. Ətraf mühitdəki dağ massivlərinin, torpağın, inşaat materiallarının və s. tərkibindəki təbii radioaktiv yaratdığı qamma şüalanma, bütünlüklə canlılara, insanlara təsir edir. Süni mənbələr-atom energetikası, nüvə yanacağı sistemləri və hərbi məqsədli nüvə sınaqları, istehlak mallarının bəziləri-televizor, radiolüminsent cihazları, digər sənaye müəssisələrinin, müxtəlif zavodlarının maye və qaz şəkilli istehsalat tullantıları həmin rayonlarda əhali üçün şüalanma mənbəyidir.
Dənizlərə, göllərə, çaylara atılan zəhərli sənaye tullantıları, çirkab-neftli axınlar canlı aləmin normal həyat tərzini pozur.
Azərbaycanın Xəzər sahili buxtalarda toplanan çirkab, neftli-mazutlu birləşmələr xeyli dərinliklərdə böyük yığıntılar əmələ gətirir ki, bunlarında çöküntüləri təbiətin bioloji müvazinətini pozur. Odur ki, Xəzərin çirklənmədən təmizlənməsi və bu təmizliyin müntəzəm gözlənilməsi zərurətə çevrilib.
Bütün deyilənlərdən belə çıxır ki, biz təbiətimizə, ətraf mühitimizə birtərəfli və bir günlük baxmayıb uzun müddətli elmi proqnoza əsaslanan fikirlərə söykənməliyik.
Ziyadxan Nəbibəyli

XƏBƏR LENTİ
Bu bazar Milli parklara giriş pulsuz olacaq - FOTO
Müharibə və qadın..
Dünyada ilk dəfə: "Sizi ölümümün əyləncəsinə dəvət edirəm" - FOTO
Kerem Bursin onunla sevgilidir-FOTO
"Qarabağdakı vəziyyət dayanıqlı deyil"
Los Ancelesdə erməni barbarlığı: ABŞ səfiri Azərbaycan XİN-ə çağırıldı
Saç tipinə görə maskalar
İnternetdən daha çox nə satın alınır?
4 yaşlı oğlan dahi sayıldı
Çiyələkli-kokoslu dondurma (foto resept)
Kökəlmək üçün bunlar vacibdir!
Yaponiyalı ana uşaqları üçün bir-birindən maraqlı yeməklər hazırlayır
Toyuq filesi və göbələkdən yemək
İstirahət günü hava bakılıları sevindirəcək
Günün ulduz falı
Komalı qadının körpəsi doğuldu-İNANILMAZ hadisə
Gavalı piroqu (foto resept)
Günün ulduz falı - 11.09.2013
Putin Qarabağla bağlı BMT və ÜST-ə müraciət etdi
Riçard Gir evləndi
Tarkan qızının üzünü ilk dəfə göstərdi - FOTO
Qarabağda yeganə Rus Pravoslav Kilsəsi də erməni vandalizminin qurbanı olub - FOTO
Bu 5 tövsiyə uşaqların böyüməsinə kömək edir - UNİCEF
İrina Hellouin üçün pişik obrazına girdi - FOTO
Bir az da əylənək
Qan tərsinə dövran edəndə...
"Sehirli Annem"in aktrisası ikinci dəfə ana oldu-FOTO
Dərini nəmləndirən maska
Yarpız haqqında bilmədiklərimiz
Kredit borcu olanlar - bu xəbəri MÜTLƏQ İZLƏYİN!
Valideynlər, pul gəlir!
Dünya şöhrətli yazıçının ev-muzeyində "Azərbaycan guşəsi" açılıb
71 yaşlı Ajda Pekkan ana olmaq istəyir
Hande və Burakın barmağındakı üzüyün sirri nədir? - FOTO
Vladimir Putin İlham Əliyevlə Dağlıq Qarabağdakı sülhməramlıların fəaliyyətini müzakirə edib
Maska taxmayanlar COVID-19-dan ölənlərə məzar qazmaqla cəzalandırıldı
Günün ulduz falı
Məşhur aktyor Evlənir-FOTO
Çuğundur salatı
Azərbaycanda hansı qrup qana ehtiyac var?
Xoşbəxt evliliyin sirri
Yaqut daşı
33 yaşdan sonra ana olmağın üstünlüyü
Zeze__cards - 3
Hamilə xanımların diqqətinə...
BÜRCLƏR bizə nə vəd edir?-12 yanvar
İstiqaməti kompassız təyin edən canlılar
"Evdə tək" yenidən çəkilir
Cəbhə xəttində vəziyyət gərginləşib - Müdafiə Nazirliyi
Qar gəlir!

- ŞƏRHLƏR