Kuba mütəxəssisləri İİV-in (İnsanda immunçatışmazlığı virusu) anadan övladına keçməsinin qarşısını almağın yolunu tapıblar. ANS PRESS-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da əldə edilmiş nəticəni yoxlamaq üçün Panamerikan Səhiyyə Təşkilatı (PAHO) ilə birlikdə Kubaya nümayəndə heyəti göndərib və ölkənin bütün meyarlara cavab verdiyini təsdiqləyib. Təşkilat öz hesabatında Kubanın anadan övladına keçərək yoluxan İİV-in yayılmasını durduran ilk ölkə olduğunu bildirib.
Panamerikana Səhiyyə Təşkilatının direktoru Karissa Etienne bu mövzuda çıxış edib. "Kubanın əldə etdiyi nailiyyət ümumbəşəri sağlamlığın və ona nail olmağın mümkün olduğunu sübut etdi. Bu həm də İİV kimi təhlükəli viruslarla mübarizədə açar ola bilər", - deyən Etienne bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı və Panamerikana Səhiyyə Təşkilatı 2010-cu ildən bəri Cənubi Amerika ölkələrində İİV və sifilis virusunun yayılmasının qarşısını almaq üçün xüsusi proqram tətbiq edir.Məlumat üçün bildirək ki, İİV virusu qan, orqan, toxuma köçürülməsi zamanı, steril olmayan ləvazimatlardan istifadə zamanı və cinsi yolla ötürülür. Nəticədə immun sisteminin müəyyən (CD4) hüceyrələri zədələnir. CD4 hüceyrələrinin qanda miqdarının azalması immun sisteminin zədələnmə dərəcəsi və xəstəliyin mərhələsi haqqında məlumat verir. İİV infeksiyası ləng gedən infeksiyalara aiddir. Yoluxmadan sonra ilk illər ərzində insanın immun sistemi virusa qarşı müqavimət göstərə bilir.
Lakin zaman keçdikcə virusun və orqanizmin mübarizəsi immun sistemini zəiflədir və opportunistik adlanan bir çox infeksiyalara (vərəm, pnevmosist pnevmoniya və s.) və bədxassəli şişlərə (sarkoma Kapoşi, limfomalar) qarşı insanın həssasığı artır. Xəstəliyin gedişi bir çox amillərdən: orqanizmin ümumi vəziyyatindən, müvafiq olaraq - immun sisteminin vəziyyətindən, həyat tərzindən, zərərli vərdişlərin olub-olmamasından və ümumiyyətlə insanın öz həyatına və diaqnozuna münasibətindən asılıdır.
QİÇS isə İİV infesksiyasının son mərhələsidir. Bu virusa yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər isə bəzən ölümlə nəticələnir. İnsanların bu problemlərə diqqətini çəkmək üçün hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə mübarizə günüdür.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Merilin Monronun yaylığı Paris teatrını xilas etdi - FOTO
Ceyhun Bayramov: “İnternatların qısa müddətdə tam ləğvi gözlənilmir”
Kardioməşqlər beyni cavanlaşdırır
Əlilləri istirahatə göndərdilər
Gözəl dizaynlı çayniklər
Uşaqları dərs oxumaqdan soyudan davranışlar
Bədənin siqnal verdiyini göstərən hallar
Manatın sabaha məzənnəsi
Naominin 67 yaşlı anasından çirmərlik FOTOsu
Azərbaycanda daha yüksək maaş verilən sahələr - SİYAHI
Tartaletka (foto resept)
Yaddaşın zəifləməsinə qarşı 7 mühüm qida
Qadınlar üçün zərif ayaq biləyi döymələri
Nazirlik hərəkətə keçdi
Bu üçlükdən biri Azərbaycanı "Eurovison"da təmsil edəcək!
Elton Con mükafatlandırıldı-FOTO
Tarkan koronavirusa görə 1 milyon itirdi
“TikTok”dan 5 milyon dollar qazanan 19 yaşlı qız kimdir? - ADLAR
Payız aksesuarı
Təqvim üsulu ilə hamiləlikdən qorunma
Ağıllı corablar satılır
Şəhid atası: “Gözümün ağı-qarası bir oğlum vardı”
Estoniya - Azərbaycan oyununun başlanma vaxtı bilindi
I ixtisas qrupuna sənəd verənlərin sayı çoxalıb - RƏSMİ
Türklər Afrikaya da gedib çıxdı
Xəzərin kefallarında virus tapılmadı
Uşaqları oğurladığı iddia olunan qadınla bağlı Rəsmi Açıqlama
Bir ayda 12 nəfəri gün vurdu
Ev şəraitində yığa biləcəyiniz saç modelləri (2)
Maksim Şevçenko media maqnatı Aram Qabrelyanovun ittihamlarına cavab verdi - VİDEO
Gənc Bekhemin yeni sevgilisi diqqət çəkdi-FOTO
Həndəsi şirniyyatlar
Qolf üçün də "ağıllı" eynək olacaq
"Azərbaycanın NATO sammitində iştirakı...
Köhnələri atmayın!
Ebru Şallını paylaşımına görə tənqid etdilər - FOTO
Cücə salatı (foto resept)
DİM-dən imtahanlarla bağlı AÇIQLAMA
Turşu yeməyin faydaları
Bibər tamatı (foto resept)
Obama bu hərəkətləri ilə interneti "sökür"
Bu günün hava proqnozu
Badamla gözəlləşin
Ölkədə iri və xırdabuynuzlu heyvanlar yoxlanıldı
“Barselona” dörd futbolçusunun maaşını azaltmaq istəyir
Menstruasiya ağrıları
Dəri niyə quruyur?
Qənirə Paşayevanın "Qarabağ" sevdası
Romantik gəlinlər üçün çəhrayı gəlinliklər
Şöbə müdiri işdən qovuldu
- ŞƏRHLƏR