Hamı kimi o da sevib sevilməyi istəyirdi. Əl-ələ tutub gəzən gəncləri görəndə öz–özünə düşünərdi, xəyallara dalardı. Bir zamanlar o da sevmişdi. Amma bu sevgisi nakam çıxmışdı. Renat Aydanla bir universitetdə təhsil alırdı. İlk baxışdan vurulmuşdu Aydana. Aydan Renatın ona olan sevgisindən xəbərdar idi. Çünki Renatın baxışları bunu açıqca bildirirdi. Ancaq Renat özü Aydana bunu deyə bilmirdi. Qorxurdu. Sevgisinin rədd ediləcəyindən qorxurdu.
Gözəl bir səhər, quşların səsi. Renat yuxudan durub əl-üzünə su vurdu. Bu gün onun üçün önəmli gün idi. Aydana öz sevgisini bildirəcəkdi. Aylardır deyə bilmədiyi sevgisindən danışacaqdı. Görəsən, Aydan buna nə cavab verəcəkdi? Bu sual Renatı çox düşündürürdü. Çox həyəcanlı idi.
Artıq dərs qurtarmışdı. Renat Aydanı gözləyirdi. Onunla təklikdə danışmaq istəyirdi. Ancaq heç cürə Aydanı tək tuta bilmirdi. Aydanın rəfiqələri ilə sağollaşdığını görəndə daha da həyəcanlandı. Aydan artıq tək idi. Renat özünü toplayaraq ona yaxınlaşdı.
- Salam, Aydan.
- Salam.
- Mən səninlə danışmaq istəyirdim.
- Buyur, eşidirəm səni.
- Mən... Aydan mən...
- Nə deyəcəyini bilirəm.
Renat özünü toplayaraq: “Mən səni sevirəm, Aydan. Bilməyin çox yaxşı oldu. Mən yenə də demək istədim. Sənə qarşı fikrim ciddidir. Əgər razı olsan, universiteti bitirən kimi valideynlərimi səni istəməyə göndərəcəyəm."
- Bu mümkün deyil. Mən başqasını sevirəm. Üç aydan sonra da nişanımızdır.
Aydan bu sözləri deyərək Renatın yanından ayrılır. Bütün gecə Aydanın dediyi sözləri düşünürdü. Bu sözlərin yalan olduğuna özünü inandırmağa çalışırdı. Ancaq nə fayda. Aydan onu sevmirdi. O artıq başqasına, Kamrana aid idi.
Aydanın anası Kamranın anası ilə yaxın rəfiqə idilər. Sevinc (Aydanın anası) Günaya (Kamranın anası) söz vermişdi zamanında “Qızım olsa, sənin oğluna verəcəyəm” deyə. Bu Sevincin böyük arzusu idi. Həmin vaxt Sevinc nişanlı, Günay isə ailəli idi. Ana olmağa hazırlaşırdı. İllər keçdi və onların arzusu artıq yerinə yetməyə doğru gedirdi.
Üç ay keçdi. Aydan xoşbəxt idi. Artıq nişanlanmışdı. Renat isə hər gün daha da parçalanırdı. Aydanla Kamranı görəndə kövrəlirdi. Aydanı əvvəlki kimi sevirdi. Onu unuda bilməmişdi.
Kamran Renatın baxışlarında qəribəlik hiss etmişdi. Aydana bu haqda heç nə deməmişdi. Hər şeyi özü həll etmək istəyirdi. Bir gün Renata yaxınlaşaraq şübhələrinə son qoymaq istədi. Onu kafeyə dəvət etdi.
Renat yenə həyəcanlı idi. Axı niyə Kamran onu kafeyə dəvət etsin? Yoxsa?... Ola bilməz.
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məhərrəm ayı ilə bağlı fətva verildi
Kakao yağının dərimizə faydaları
2015-də bu ölkələrə gedin
Bu sezon ən iddialı trendləri
Kələm salatı (foto resept)
Vitaminlər
"Qarabağ"la çətin oyun olacaq
Fransız qadınları kimi geyinməyin sirri
Bahalaşma başladı
Havanın temperaturu 36 dərəcəyə çatacaq
Hava haqqında
Fransa təkcə romantika şəhəri deyil
Azərbaycanda 90 yaşlı kişi koronavirusdan sağaldı - VİDEO
Azərbaycana gələn pullar azaldı
Nazirlik təhsil müəssisələrində yeni xidmətə başlayır
Rafael Dadaşov vəfat etdi
Süd verən analar üçün qidalanma tövsiyəsi
Azərbaycan istifadəçiləri internetsiz qalacaq? -RƏSMİ cavab
Xoşbəxtlik gətirən qidalar
Dünyanın ən balaca iti odur
Kağız halva (3)
Laqeydlik ən böyük şiddətdir
Gülben Ergen haqqında ŞOK məlumat
Qan donduran araşdırma - 5042 ölü
Qasırğanı dəqiq proqnozlaşdıran qurğu hazırlandı
Ermənistan daha 45 hərbçisinin öldüyünü etiraf etdi
Vanqa onun ölümünü bir il öncədən bilibmiş - Şok öngörü
Məşhur model üsyan etdi
Novruzu ən qeyri-adi şəkildə qarşılayan kənd
Münasibətin mərhələləri
Dovğa göyərtisinin doğranılması
Döşlərinizi 10 günə 3 sm böyüdün!
Nüsret evlənir?-FOTO
Rusiya nüvə silahından istifadə üçün əsas şərti açıqladı
Limonlu-pudralı peçenye (foto resept)
İlon Mask dünyanın dördüncü ən varlı insanı oldu
Ermənistan törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır - RƏSMİ
Cütlüklər arasında çıxan münaqişə mövzuları
2011 Oscar-ın zövqlü və zövqsüz xanımları
Mehmet Ali Erbilin halı yenidən pisləşdi
Gəncə Təbrizlə qardaş oldu
Sobada ətli rulet (foto-resept)
Çempionlar Liqasında bu həftə rekord üstə rekord qırıldı
Göz makyajı
Abituriyentlərinin nəzərinə!
"Ağıllı" kontakt linzalar xərçəng hüceyrələrini aşkarlayacaq - FOTOLAR
Messi əməliyyat olunacaq
Damla şokoladlı keks (foto-resept)
Günün ulduz falı
Yağmasan da, gurulda!
- ŞƏRHLƏR