Qadin.NET / Qarşılıqsız sevgi

Qarşılıqsız sevgi

Hamı kimi o da sevib sevilməyi istəyirdi. Əl-ələ tutub gəzən gəncləri görəndə öz–özünə düşünərdi, xəyallara dalardı. Bir zamanlar o da sevmişdi. Amma bu sevgisi nakam çıxmışdı. Renat Aydanla bir universitetdə təhsil alırdı. İlk baxışdan vurulmuşdu Aydana. Aydan Renatın ona olan sevgisindən xəbərdar idi. Çünki Renatın baxışları bunu açıqca bildirirdi. Ancaq Renat özü Aydana bunu deyə bilmirdi. Qorxurdu. Sevgisinin rədd ediləcəyindən qorxurdu.

Gözəl bir səhər, quşların səsi. Renat yuxudan durub əl-üzünə su vurdu. Bu gün onun üçün önəmli gün idi. Aydana öz sevgisini bildirəcəkdi. Aylardır deyə bilmədiyi sevgisindən danışacaqdı. Görəsən, Aydan buna nə cavab verəcəkdi?  Bu sual Renatı çox düşündürürdü. Çox həyəcanlı idi.

Artıq dərs qurtarmışdı. Renat Aydanı gözləyirdi. Onunla təklikdə danışmaq istəyirdi. Ancaq heç cürə Aydanı tək tuta bilmirdi. Aydanın rəfiqələri ilə sağollaşdığını görəndə daha da həyəcanlandı. Aydan artıq tək idi. Renat özünü toplayaraq ona yaxınlaşdı.

- Salam, Aydan.

- Salam.

- Mən səninlə danışmaq istəyirdim.

- Buyur, eşidirəm səni.

- Mən... Aydan mən...

- Nə deyəcəyini bilirəm.

Renat özünü toplayaraq: “Mən səni sevirəm, Aydan. Bilməyin çox yaxşı oldu. Mən yenə də demək istədim. Sənə qarşı fikrim ciddidir. Əgər razı olsan, universiteti bitirən kimi valideynlərimi səni istəməyə göndərəcəyəm."

- Bu mümkün deyil. Mən başqasını sevirəm. Üç aydan sonra da nişanımızdır.

Aydan bu sözləri deyərək Renatın yanından ayrılır. Bütün gecə Aydanın dediyi sözləri düşünürdü. Bu sözlərin yalan olduğuna özünü inandırmağa çalışırdı. Ancaq nə fayda. Aydan onu sevmirdi. O artıq başqasına, Kamrana aid idi.

Qarşılıqsız sevgi

Aydanın anası Kamranın anası ilə yaxın rəfiqə idilər. Sevinc (Aydanın anası) Günaya (Kamranın anası) söz vermişdi zamanında “Qızım olsa, sənin oğluna verəcəyəm” deyə. Bu Sevincin böyük arzusu idi. Həmin vaxt Sevinc nişanlı, Günay isə ailəli idi. Ana olmağa hazırlaşırdı. İllər keçdi və onların arzusu artıq yerinə yetməyə doğru gedirdi.

Üç ay keçdi. Aydan xoşbəxt idi. Artıq nişanlanmışdı. Renat isə hər gün daha da parçalanırdı. Aydanla Kamranı görəndə kövrəlirdi. Aydanı əvvəlki kimi sevirdi. Onu unuda bilməmişdi.

Kamran Renatın baxışlarında qəribəlik hiss etmişdi. Aydana bu haqda heç nə deməmişdi. Hər şeyi özü həll etmək istəyirdi. Bir gün Renata yaxınlaşaraq şübhələrinə son qoymaq istədi. Onu kafeyə dəvət etdi.

Renat yenə həyəcanlı idi. Axı niyə Kamran onu kafeyə dəvət etsin? Yoxsa?... Ola bilməz.

Ardı var...

30 noyabr 2014
GO BACK