Hər bir valideyn üçün onun öz canından bir parça dünyanın ən qiymətlisidir. Övladına sonsuz sevgi bəsləyən hər bir ana-ata qarşılıq gözləmədən onları sevgi ilə böyüdür, sevgi ilə bəsləyir. Başqa uşağa olan sevgi və qayğı öz körpəmizə bəxş etdiyimiz və ya edə biləcəyimiz sevgi və qayğıdan fərqlənir. Düzdür elə valideyn vardır ki, övladına lazımı sevgini göstərmir və uşaq bu sevgiyə ehtiyac içində böyüyür. Qəlbinin hansısa bir hissəsində o ehtiyacın doldurulmasını gözləyir. Övlad sevgisi mövzusunda bir çox psixoloqların yazılarını oxusam da, həmfikir sahibini tapmaq olduqca qəliz olmuşdu. Ta ki, uşaq təlim-tərbiyəçisi Şahnaz Arasın yazıları ilə tanış olanadək. Məhz bu xəbərimdə sizə Şahnaz Arasın övlad sevgisi ilə bağlı olan düşüncələrini təqdim edirəm.
Övladımıza sevgimizi ifadə formalarımız hansılardır? Başqalarının uşaqlarını sevsək də, öz uşağımız qədər sevmirik? Öz uşağımızın fiziki quruluşu daha gözəl olmasa da, onu daha çox sevərik, nə üçün?
Sevgi…
Sevginin ifadə şəkli...
Sevginin səbəbi?
Sevgi olmasaydı deyə, düşünə bilərikmi? Qəribədir, bəlkə, amma düşünə bilmərik!
Müasir şərtlər «iki könül bir olunca samanlıq seyran olar!» sözünü bəlkə mənasızlaşdırır. Ancaq bu, sevgisiz yaşana biləcəyi mənasına da gəlmir, gələ bilməz. Çünki sevgi ümumilikdə bütün canlılar, xüsusi ilə də biz insanlar üçün hava kimi, su kimidir. Çünki sevgisizlik ağıl gücünün işləməməsi, digər mənada insanın xüsusi mövqeyinin itirilməsidir. Nəhayət, insan dünyada malik olduğu xüsusi mövqeyi sevərək atdığı addımlarla müvəffəqiyyətə çevirərək və əbədiyyət portretində ölümsüz əsərlərə köçürərək qoruyur. Bir sözlə, sevgi yoxsa, bunların heç birinin mövcudluğu mümkün ola bilməz.
Sevgi, bəli, əgər hər şey sevgi ilə olursa bunların başında da uşaq gəlir, elə deyilmi?
«Uşaqları sevmirəm, onların varlığına dözə bilmirəm…», - deyə mənfi cümlələrlə özlərini ifadə edənlər belə mütləq həyatlarının bir yerində bir uşağı sevərlər. Çünki onların uşaqları sevməməsi uşaqlardan deyil, özlərinin xüsusi vəziyyətlərindən qaynaqlanır. Bu xüsusi vəziyyətlərini bir gün bir yerdə bir uşaq mütləq dağıdar və o şəxsə uşaq sevgisinin içində mövcudluğu həqiqətini göstərər. Bu uşaq bəzən küçədə salfet satan olur… Bəzən güllələr altında məsumanə can verən bir şəklin görüntüsündə olur… Bəzən məscidin həyətinə qoyulub gedilən bir qundaqda olur… Bəzən… bəzən... bəzən… amma mütləq həyatın bir yerində bir şəkildə olur.
Bir sözlə, bizlər uşaqları sevərik. Çünki onlar sevginin əsəridirlər.
Təbii olaraq öz uşağımızı hər şeydən və hər kəsdən daha çox sevərik. Çünki onlar bizlərin əbədiyyət portretindəki ən böyük əsərimiz olmağa namizəddirlər. Bunu da isbatlamaq üçün nə lazımdırsa, edərik. İsbatlamaq deyilincə o dəqiqə ağlımıza maddiyatla edilən hərəkətlər gəlir. Ona aldıqlarımız, ona verdiyimiz həyat, imkanlar, onun üçün yaşadığımız yoxsulluqlar, verdiyimiz cəhdlər… Daha doğulmadan aldığımız bahalı uşaq paltarları… uşaq maşınları... oyuncaqlar… illər sonra o körpə yeniyetmə olduqda da «Bahalı firma malları geyinir, geyiminə yetişdirə bilmirik… Nədir bu gənclərdən çəkdiyimiz?», - deyə eşidilən şikayətlər…
Daha doğulmadan ona bahalı uşaq paltarı alan bizlər onları nə üçün alırdıq? Sevgimizin isbatı üçün! O zaman maddi gücümüz, bəlkə, vardı, bəlkə də, yox. Amma bu gün yetmir. Geyimləri biz almışdıq, indi o istəyir. Aradakı fərq nədir? Qərarın artıq bizim olmamağı… Bizlər sevgimizin ifadə şəklini maddiyatla ölçdüksə, bir gün onun da bu tərzdə bizdən davamını istəyəcəyi həqiqətini gözləməli deyildikmi? Unutmayaq, o artıq bizim əbədi portretə qoyduğumuz qələmin ilk izi olan nöqtədən fərqli bir mövqedədir. Özünü inkişaf etdirdi, qələm olma yolunda və artıq bir müddət sonra o da o portretə qələm olaraq bir iz qoymaq üçün. Əlbəttə, bizim qərarlarımızın xaricində qərarları olacaq. Bizim ona işıq olaraq göstərdiyimiz yolu, bəlkə, sözbəsöz təqib edəcək, bəlkə, yetərsiz sayacaq, bəlkə də, o işıq ona çox belə gələcək… amma nəticədə o, artıq ayrı bir şəxsdir. Bizdən də sadəcə sevgimizi və yanında olduğumuzu hiss etdirməyimizi gözləyir. Əlbəttə ki, bizdən alacaq daha çox şeyi var və o bunların fərqində deyil. Bizə düşən onun bu məlumatsızlığını unutmamaq və onu qırmadan, qorxutmadan, incitmədən diqqətli davrana bilməkdir.
- Bəs uşaqlarımızın məktəbdəki mərasimlərdə ən gözəl, ən diqqət çəkici, ən bəyənilən uşaq olması üçün çalışmaq,
- Girdiyi imtahanlarda ən yaxşı nəticə göstərən uşaq olması üçün onu yarış atı kimi hazırlamaq,
- Qatıldığı idman yarışlarında mütləq udmasını gözləmək,… və s… və ilaxır...
Bu nəticələri gözləmək əslində təbii və sevgimizin, ona ən gözəlini yaraşdırdığımızın və onu ən gözəl yerlərdə görmək istəyimizin təzahürüdür və zahirdə pis deyildir. Ancaq təməlinə baxdıqda bizim əsərimiz olan uşağımıza əbədiyyət portretində ən gözəl yeri vermək istəyimizin bizi daha çox xoşbəxt etdiyini görürük. Bu nəticə əldə edildikdə uşağımızın da xoşbəxt olmayacağı mənasını vermir, əlbəttə ki, o da ən az bizim qədər xoşbəxt olur və olacaqdır. Burada bizlərin unutmaması lazım olan vəziyyət; udsa da, uduzsa da, bizlərin ona eyni təbəssüm və sevgi ilə yaxınlaşmalı, onu öpərək təbrik etməliyik. Sevgi bəzən gözlərdən, bəzən ürəkdən hiss edilir… Bu, bəzən kağızdan düzəldilən bir gəmidə… bəzən əllə hörülən adi bir sviterdə… bəzən bir gülümsəmədə… bəzən gözdən axan bir damla yaşdadır…
Və bu şəkildə hiss edilən sevgini heç bir pul vahidi ilə satın almaq olmaz. Bu sevgi heç bir maddi dəyərlə ölçülə bilməz. Heç bir şeyə dəyişdirilə bilməz. Heç bir qəlibə də salına bilməz!
Bu sətirləri oxuyan hər bir valideynin bu sevgini uşaqlarına bəslədiyindən sübhəm yoxdur. Ancaq bu sevgini uşaqlarımıza göstərmə formamızda yanlışlarımız olmadığı mənasını da vermir, təbii. Lütfən uşaqlarımıza bu saf sevgimizi onlara göstərmə yolu olaraq mübaliğəli vəziyyətlər düşünməyək. Bilək ki, buna gərək yoxdur. Uşaqlar bizlər kimi mürəkkəb deyillər. Dolayısı ilə düşüncələri də, məntiqləri da mürəkkəb deyildir. Bu da onların sadə düşündüyü, sadə hərəkətlərdən xoşlandığı mənasını verir. Özümüzü, sevgimizi isbatlamaq kimi gərəksiz bir yarışa girməyək. Sadəcə seviriksə, bunu söyləməkdən və onları qucaqlamaqdan çəkinməyək…
Uşaq Təlim-Tərbiyəçisi
Şahnaz Aras
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Mikrodalğalı sobada keks (foto resept)
İşdə nə edərlər?
Dəhşətli statistika: bu il yol qəzalarında 56 uşaq öldü
Daimi nikahla müvəqqəti nikahın fərqləri nədir?
Psixoloji testlər
Cəbhə xəttindəki son vəziyyət açıqlanır - CANLI YAYIM
Azərbaycanda pensiyaçıların kreditləşməsi dayandırılıb
Sabahdan Novruz tətili başlayır
Səyahət - Yunanıstan
Beş rəfiqə eyni anda necə hamilə qaldığını danışdı - FOTO
Maska rejiminə yaradıcı yanaşma - VİDEO
Qoxusundan şəfa tapacağınız bitkilər
"Barsa"nın futbolçusu "Napoli"yə keçir
Livanda qadın polislər turist cəlb etmək üçün şort geyindilər
Çobanyastığı çayının faydaları
Bu mövzular haqqında düşünməlisiniz
150 min quş məhv edilir
Meyvələrdən üç meyvə var...
Cennifer Enistonun keçmiş yoldaşı ETİRAF ETDİ
Hər kəsi heyrətə gətirən HADİSƏ-18 ay sonra sağ tapıldı-FOTO
Gəncədə ulu öndərin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilir
Mehriban Əliyeva Azərbaycanın hərbi qulluqçularını və veteranları təbrik edib
Azərbaycandakı bəzi uşaq evlərində yenilik tətbiq ediləcək
"Qara siyahıya" düşən xamalar-SİYAHI
Qarın düzləşdirən idman hərəkətləri
Mağazadan alınan məhsulların qablaşdırmalarını sabunla yuyun
ASAN-dan yeni xəbər
İmtahan apreldə olacaq
İman edən alimlər-4
8 minə yaxın şəxsin pensiyası artırılıb
"Məni unuda bilməzsiniz" yaylıq kolleksiyası
Gözaltı qaralmalarına qarşı ən sadə çarə
Körpəmlə ilk və son görüşüm
Xarab lampaları necə istifadə etməli?
Maykl Cekson dirildi – VİDEO\FOTO
"Azərbaycanda 19 koronavirusa yoluxma halı qeydə alınıb"
Kobenin xanımı faciədən sonra ilk dəfə yazdı-FOTO
Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
Siçan balasını ilanın ağzından xilas etdi-FOTO
Gələn həftə neçə gün evdə qalacağıq? - CAVAB
Ramazanda necə qidalanmaq lazımdır?
ÜST rəsmisindən ölkələrə CİDDİ XƏBƏRDARLIQ
Adrianadan Metin Haraya daha bir zərbə
Bankdan borc götürməzdən əvvəl mütləq bunu oxuyun
Bakıda banklar boşaldılır
Putinin veterana verdiyi məktubda nə yazıldığı açıqlandı - VİDEO
Quru saçları nəmləndirən maska
Eyfel iştirakçı komandaların rənginə boyanacaq
Hersoqinya Keyt gələcək ginekoloqlarla görüşdü - FOTO
Azərbaycanın bir rayonu bu gün qazsız qalacaq
- ŞƏRHLƏR