Uşaqlıqdan yaranan piylənmə və artıq çəki indi çox valideynləri narahat edən problemə çevrilib. Məlumdur ki, uşaq vaxtlarından bu problemlə qarışılaşan uşaqların gələcəkdə bir çox xroniki xəstəliklərə digərlərinə nisbətən daha çox tutula bilmələri faktdır. Əgər belə bir problem sizin də övladınızda varsa, təcili tədbir görməniz çox vacibdir. Bəzi məsləhətlərlə sizlərə bu mövzuda yardımçı olmaq istərdim. İlk öncə diqqət yetirməniz vacib olan ilk 10 addımın nədən ibarət olduğunu nəzərinizə çatdırım.
Övladınızı bir pediatra göstərin.
Uşaqların artıq çəki alması təkcə çox yemələri olmaya da bilər. Yəni uşaqlarda da böyüklər kimi hormonal pozğunluq nəticəsində piylənmə gedə bilər. Hətta bəzən buna şəkər xəstəliyi də səbəb olur. Düzdür, çox eşitmişik ki, bəzi valideynlərə uşağınızda şəkər xəstəliyi riski ola bilər dedikdə "Uşaqda da şəkər olar?" - deyə həkimin dediklərini inkar etməyə çalışırlar. Amma nəinki şəkər, bir çox hormonal xəstəliklərə də uşaqlarda rast gəlinir.
Övladınızla bərabər gündəlik rejim təyin edin.
Dəqiq bir şəkildə övladınızın üç gün ərzində yediklərini bir kağızda qeyd edin və diqqət edin ki, hansı vaxt və harada səhvə yol verilir. Yemək həvəsi axşama doğrumu artır, səhərmi daha güclü olur, buna xüsusi nəzarət edin. Və yaxud da hansı yeməklərə üstünlük verir, şirniyyatmı çox yeyir, yoxsa meyvə-tərəvəzə üstünlük verir. Bütün bunları özünüzdə mütləq qeyd edin, sonda nəticə çıxarmaq üçün sizə çox faydası olacaq.
Soyuducuya nəzarət!!!
Soyuducunuzu və şkafları yeyilməsi lazım olmayan ərzaqlardan tamamilə təmizləyin. Övladınız üçün daha sağlam qidaları əl altında qoyun. Meyvə, süd, qatıq kimi qidaları soyuducuda bol edin.
Məktəbdə müəllimi ilə əlaqə saxlayın.
Övladınız üçün narahat olub onun qidalanması ilə yaxından maraqlandığınızı müəllimi ilə də bölüşün və sizə bu işdə kömək etməsini istəyin. Günarta yeməyində və tənəffüsdə uşağınızın nə yediyi, necə yediyi haqda ondan məlumat alın. Belə olduqda müəllim də günorta yeməyində yeməyini sona çatdırması üçün övladınızı məcbur etməyəcək.
İdman üçün şərait yaradın.
Siz nə qədər yemək rejimi tətbiq etsəniz də hərəkətsiz həyat tərzi keçirən uşaqlarda bu effekt verməyəcək. Bunun üçün övladınızın ən çox sevdiyi idman növünə getməsinə şərait yaradın. Məsələn, üzgüçülük və basketbol bu baxımdan daha məsləhətli sayılır. Yox, əgər övladınız idmana tənbəllik edirsə, onda ailəcə bir qaçışa çıxın və ya evdə oyunlar təşkil edin.
Nümunə olun.
Uçaqlara hər mövzuda hər zaman nümunə olmağa çalışın. "Mən qaçışa başlayıram, sən də mənlə gəlməlisən", "Dur, sənin idman etməyin lazımdı" kimi sərt tərzdə deyilən sözlər uşaqda tərsliyə səbəb ola bilər. "Mənim iştaham yoxdur, yemək istəmirəm, amma sənin yemək vaxtındır" deməniz də yanlışdır. Yeməsəniz belə onunla bir masaya əyləşməniz lazımdır.
Səhvlərin düzəldilməsi.
Yazdıgınız gündəliyin qarşısına keçib səhvlərinizi düzəldin. Məsələn:
Səhv: Məktəbdən çox ac gələn uşağı tezbazar agır sayılan yeməklərdən necə əl çəkdirməli?
Məktəbdən gəlmə vaxtı günortadan sonra olduğu üçün kiçik bir buterbrod və süd içilməsi lazımdı.
Səhv:Meyvə çox az yeyirsə bunu necə yoluna qoymalı?
Evdə mütləq təzə və quru meyvələr olmalı və yeməkarası saatlarda yeyilməsi tələb olunmalıdı.
Məcburiyyətə və mübahisəyə yol verməyin.
Günorta yeməyini məktəb yeməkxanasında hamburgerlə keçirən bir uşağın səhvini düzəldərkən ona "indən belə sulu yeməklər daha çox yeyəcəksən"- deyərkən sizin onunla zarafat etdiyinizi düşünməməlidir. Buna razılıq vermədiyi an isə üstünə gedib məcbur etməyin. Daha uyğun bir yol seçin. Məktəb yeməkxanasında daha hansı yeməklərin olduğunu soruşub onun diqqətini daha sağlam qidalara yönəldin.
Evdəki əvvəlki rejimi dəyişin.
Əgər sağlam bir rejimə başlamısınızsa, bu zaman evə qonaq gəlir və siz müxtəlif, həm də kalorili yeməklər bişirməyə məcbur olursunuz. Lakin "Bir günlə heç nə olmaz, həftə sonudur bu gün olar" kimi səhvlərə yol vermək qəti olmaz. Nə olursa olsun siz sağlam rejim proqramını pozmamalısınız. Evə gələn qonağınızı da öz rejiminizə uyğun qarşılayın, çünki söhbət sizin övladınızın sağlamlıgından gedir.
Mütləq kömək istəyin.
"Mən pəhrizi bilirəm"- deyə özbaşına rejim tutmayın. Məsələn, uşağı çörək yeməkdən məhrum edib yeri plov və makarona verməyin. Mütləq bir dietoloqla məsləhətləşin. Əlbəttə ki, dietoloq uşağınıza pəhriz yazmayacaq, sadəcə onun sağlam şəkildə qidalanmasını yoluna qoyacaq. Unutmayın ki, hər işi öz mütəxəssisi ilə məsləhətləşmək daha yaxşı nəticə əldə etmək deməkdir.
Hər bir övlada saglam həyat arzusuyla...
XƏBƏR LENTİ
Koronavirus vaksininin qiyməti açıqlandı
Məşhur aktyor evində ölü tapıldı-FOTO
Süni günəş vannaları tabutunuz ola bilər
Bakıda yağış yağacaq, şimal küləyi əsəcək
Rus qadınlarının gözəllik sirrləri
Günəş ləkələrindən qorunmağın yolları
Hamilə qadın soyuqlayarsa…
Ermənilərin növbəti təxribatı - FOTO
Yumurta testi və qiymənin buzxanada saxlanma qaydası
UEFA futbol qaydalarını dəyişir
Xüsusi karantində gizli nişan keçirdilər - FOTO
"Sürpriz şam ağacı" keksi (foto resept)
Bakı küçələrində tülkü-FOTO
Nazirlik sosial şəbəkə istifadəçilərinə müraciət etdi
Bakıda yenilik: qonşu qonçusunu izləyəcək?
Lavaş arası toyuq (foto resept)
Funda Arar Bodrumda istiharət edir-FOTO
Azərbaycanda ən çox danışılan yalanlar
Tuneldəki dərinlik
Əllərə qulluq
Rusiya xaricə ilk uçuşları kütləvi şəkildə ləğv edir
Emin Ağalarov yeni Video paylaşdı
Azərbaycanlı alim Nobel medalı mükafatı aldı
Hadisə Mersində konsert verdi-FOTO
Günün ulduz falı - 01.02.2014
Ümid...
Bol limonlu sarmısaqlı balıq (foto resept)
“Haber Global”: Ermənistan Azərbaycana hücumdan əvvəl PKK terror təşkilatı ilə razılaşıb
Liam Nison müsahibəsinə görə təhqir olundu-FOTO
İranda 103 yaşlı qadın koronavirusa qalib gəldi
Xanımlar üçün yarım boğaz çəkmələr
Instagram-da Yenilik
Manat ajoitajına düşənlər, "qiyamət" hələ qabaqdadır!
Məsamələri kiçildən maskalar
Səyahətə çıxanların nəzərinə
Əliyevdən yeni əfv sərəncamı
Neft quyusu təmir olundu və...
Yoqurtlu maffini (foto resept)
Qış şaxtalı keçəcək? - Rəsmi açıqlama
Azərbaycanlı qızın bu görüntüsü dünyada İZLƏNMƏ REKORDU QIRDI - VİDEO
Axmaqlığın 5 qanunu
Neft bahalaşıb
Uşaqlar üçün maraqlı animasiyalar
Bu gün 20 dərəcə isti olacaq
Bu dondurmaların istehsalına qadağa qoyuldu - Təhlükə doğuranların adları
Metroda daha bir yenilik
Kivi necə yeyilməlidir?
Limonlu ədviyyat hazırlayaq
Komendant saatı nə vaxt ləğv olunacaq?
Biz anlayaq ki, bizi anlasınlar
- ŞƏRHLƏR