Dünya Səhiyyə Təşkilatının statistik göstəricilərinə əsasən piylənmə yaxın gələcəkdə qida çatışmazlığı və infeksion xəstəliklər kimi həyat üçün təhlükəli vəziyyətlərin yerini tutacaq. Hazırda piylənmə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin aktual və hər gün bir az daha artan problemidir.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasındanverilən məlumata görə, klinikanın endokrinologiya şöbəsinin həkim-rezidenti Günel Musayeva bu barədə məlumat verib.
G.Musayeva deyib: "Uşaqlar və yeniyetmələrdə piylənmənin rastgəlmə tezliyinin artması bu problemin yaxın gələcəkdə daha da aktual olacağının göstəricisidir. Bu problemə qadınlara nisbətən kişilər arasında daha çox rast gəlinir. ABŞ-ın Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin araşdırmasına görə bariatrik cərrahiyyəyə müraciət edənlərin 80 faizini qadınlar təşkil edir. Hamiləlik və klimaks piylənmə üçün risk faktor hesab edilir. Həmçinin piylənmənin etiologiyasında genetik meyillilik, Kuşinq xəstəliyi, hipotiroidizm, insulinoma, aclıq, toxluq, enerji sərfiyyatı idarə mərkəzi olan hipotalamusun zədələnməsi, qida və hərəkət vərdişləri də müəyyən rol oynayır. Normalda kökəlmənin gynoid (qarında piy toplanması) tipi qadınlara, android (yağların bədənin üst qismində toplanması) tipi isə kişilərə xasdır. Qadın və ya kişi olmasından asılı olmayaraq artmış yağ toxuması ürək xəstəlikləri, şəkərli diabet, sonsuzluq, ağ ciyər xəstəlikləri, öd daşı, dəri xəstəlikləri, dayaq-hərəkət sistemi, xərçəng kimi xəstəliklər üçün risk faktorudur. Ümumiyyətlə qida alımı, sərfiyyatı və bədəndə yağın paylanmasına əsas təsiri hormonlar göstərir. Qadınlarda estrogenlərə nisbətən androgenin (kişi hormonu) artımı piylənmənin səbəblərindəndir. Piylənmə qadınlarda postmenopauza dövründə süd vəzi və endometrium xərçənginin yaranmasına səbəb olur. Bunun əsas səbəbi yağ toxumasının androgenləri aromatizasiya edərək, artıq estrogen yaratmasıdır. Piylənmə sonsuzluq, vaxtından əvvəl düşük və riskli hamiləliyin də səbəblərindəndir. Bu problem alimentar olduğu kimi hormonal da ola bilər. Onu da qeyd edim ki, ciddi pəhrizə başlamazdan əvvəl hormonal balansa nəzarət etmək məqsədəuyğundur".
G.Musayeva piylənmənin müalicəsində etioloji səbəbi aradan qaldırdıqdan sonra pəhriz, idman, davranış və yuxunun tənzimlənməsinə diqqət etməyin vacibliyini vurğulayıb.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
2016-cı ilin bayram günləri SİYAHI
“WhatsApp” istifadəçilərinə daha bir xoş xəbər
Uşaqların oyun asılılığına qarşı 7 tövsiyə
Mənim bəyaz gəlinliyim
Şəhid ailəsi üçün Prezidentinin təqaüdü artırıldı
Azərbaycanda uşaqlar üçün xüsusi mobil telefonlar satıla bilər
Hər qadına yaraşan geyimlər
Hafiz Paşayev: "Hər bir təhsil və elm ocağının ürəyi kitabxanadır"
AMEA kitabxana-oxucu münasibətlərini tam avtomatlaşdıracaq
Qeyri-adi stollar
Payız və qış gəlinləri üçün saç modelləri
Kraliçanın gəlinlərinə QADAДћA-FOTO
Sevgililər günü üçün dekorasiya tövsiyələri
BÜRCLƏR bizə nə vəd edir?-30 dekabr
İnanmaq istəmirəm...
Zövq, yoxsa səviyyə?
Cizgi film qəhrəmanları karantində
Yeni qaş dəbi
Bu rayonlar qazsız qalacaq
Milli Şura bəhanə idi?
İki dəfə məzara girən dahi
Makiyajsız gözəl görünmə sirləri
Ərəblər Burak Özçivitə SƏRVƏT qazandırdı
Hamilə qadınlar hansı geyimləri almalıdır?
Komandamız Dünya Kubokunun finalında
Qar fobiyası - Chionophobia
Məşhur cütlük “Netflix”lə müqavilə bağladı
İşıq saçan delfinlər peyda oldu – VİDEO
Eyfel qülləsinə səyahət
Səhiyyə Nazirliyi yeni platforma yaratdı
O yaşda beyin duru
Asena ev dustağı olub-SƏBƏB
Tatlısəs evlənir-FOTO
Alsunun qızına görə Rusiyada QALMQAL
Məşhurların qəribə gözəllik sirləri
Con Frenç Sloanın rəsmləri (3)
Əkiz olan məşhurlar
Bakı yollarında yenilik
Dünya ölkələri haqqında maraqlı faktlar
20 yaşlı qızı 10 yaşlı oğlana ərə verdilər - FOTO
Naviqatorları niyə sevmirik?
Normal yuxu orucu asanlaşdırır
Bu şirkət 4 günlük iş rejiminə keçdi
Səsi nazik olan kişilər, diqqət
"Ali məktəblərdə təhsil alan qızların sayı artıb"
Hamiləlikdə ürəkbulanma necə keçər?
“Bakı Metropoliteni”nə subsidiya azaldılır
Dodaqları silikon olduğundan bağlanmır - FOTO
Hansı ölkə daha çox yatır?
Azərbaycan alimlərindən bir ilk














