İşləyən xanımlar Ana olduqdan sonra onların həyatında nələr baş verir?
Və ya işləyən ana olmanın gətirdiyi problemlər nələrdir və bunlar necə həll olunur?
Başlanğıcda vəziyyət nə qədər həll oluna bilən kimi görünsə də, bir çox qadınlar bir müddət sonra bu hərəkətlilikdən yorğun düşürlər. Buna bir də uşaqdan ayrı qalmağın gətirdiyi natamamlıq hissi əlavə olununca, dərd bir neçə qat daha da artır. Belə bir mərhələdə nə etmək lazımdır? Və ya işləyən ana olmağın gətirdiyi problemlər nələrdir və bunlar necə həll olunur?
Hər şeyin öhdəsindən tək başına gəlmək çətindir
Bır çox çalışan qadının ən böyük problemlərindən biri, ofis və evdəki işlər arasında sıxışıb qalmasıdır. Evə nə qədər təmizlikçi, ya da baxıcı bir qadın gəlsə də, istənilən nizamı əldə etmək çətin olur. Bu səbəbdən yorğunluq ikiyə çıxır. Əgər işlər arasında çox boğulduğunuzu düşünür və karyeranızdan imtina etmək istəmirsinizsə, evinizə həm təmizliyə köməkçi , həm də uşağınızın qulluğu ilə maraqlanacaq etibarlı bir qadın alınmalıdır. Bunun ən yaxşı yolu, ətrafınızla məsləhətləşmək və ya əmin olduğunuz insanlardan soruşmaqdır. Ayrıca evinizdəki təmizlik alətlərinin etibarlı və praktik istifadəli olmalarına da diqqət yetirin. Beləliklə həm uşağınızın təhlükəsizliyini, həm də köməkçi qadının təmizlik edərkən çətinlik çəkməyərək, uşağınıza daha çox zaman ayırmasını təmin etmiş olarsınız. Məsələn, evinizdə mütləq həm xalça yuyan, həm də süpürən bir süpürgə maşını olsa yaxşı olar. Və ya avtomatik nizamlı paltaryuyan maşın, sürətli ütüləyən bir ütü aləti və s. Bütün bunların üzərinizdən böyük ölçüdə yük götürəcəyinə əmin ola bilərsiniz.
Günahkarlıq hissindən qurtulmaq
Uşağın anası xaricində başqa insanlarla da dialoq halında olması, inkişafı baxımından olduqca mühüm sayılır. Hətta bu ünsiyyətin davamlı olması, uşaqlarda güvən hissini və ünsiyyət gücünü artırır. Bu səbəblə uşağınızı işə gedərkən baxıcının əllərinə verməkdən narahat olmayın. Üstəlik bu şəkildə bütün günü uşağınızdan uzaqda qaldığınız anlar, birlikdə keçirdiyiniz zamanlarınızı daha da dəyərli edəcəkdir. İşdən evə gəldikdən sonra, mütləq uşağınızla birlikdə keçirəcəyiniz bir zaman nizamlayın. Və bu müddəti yalnız uşağınızla birlikdə bir şeylər edərək keçirin. Məsələn, birlikdə yemək hazırlamaq və ya oyun oynamaq kimi. Heç birini edə bilmirsinizsə, heç olmasa yatmazdan əvvəl ona nağıl oxuyun. Bu şəkildə həm aranızda yaranmış həsrət gedər, həm də ana uşaq ünsiyyətini yaşamış olarsınız. Unutmayın ki, uşağınız üçün əsas şey sizin olmamanız deyil, axtardığında anasına çata biləcəyini bilməsidir. Ayrıca uşağınızın işlədiyiniz yeri tanımasını da təmin edə bilərsiniz.
Zamanla yarışmaq
Çox ananın ən böyük xəyalı, yarım gün işləməkdir. Ancaq belə bir iş sistemi günümüzün şərtlərində çox asan mümkün olmur. Xüsusilə bir qadın karyera sahibidirsə, iş saatlarının azaldılması tamamilə çətinləşir. Belə bir vəziyyətdə yaxşı bir proqram qurmaq ən yaxşı vasitədir. Məsələn, həftə içində işlərin ən yüngül olduğu günlər bir az daha erkən çıxmaqla, uşağınızla daha çox zaman keçirə bilərsiniz. Bu şəkildə uşağınızla birlikdə keçirdiyiniz saatları tarazlaya bilərsiniz. Ancaq bütün bunlar nizamlı bir proqram qurmağı tələb edir. Son olaraq, uşağınızın xəstəliyi vəziyyətində, yoldaşınızdan dəstək istəməlisiniz. Çünki iş yerinizdən davamlı icazə almanız mümkün olmaya bilər.
Müasir dövrümüzdə ölkəmizdə işləyən anaların əksəriyyəti işlə ev arasındakı tarazlığı qoruya bilməklə Azərbaycan xanımının güclü qadın olduğunu sübut edirlər. Çox az qisim qadınlarımız var ki, "komfortsuz şəraitə" tab gətirməyərək ailə dağılmalarına səbəb olurlar.
Bütün analarımıza xoş ovqat , böyük səbr və işlərində müvəffəqiyyətlər diləyirik !
XƏBƏR LENTİ
Özbək plovu (foto-resept)
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Deputatlarımız nə zaman təsdiq olunacaqlar?
“Bez bebek”in aktrisası İLLƏR SONRA - FOTO
NATO: Rusiya təyyarəsi Türkiyə sərhədlərini pozub
Coni Deppə qarşı 100 milyonluq məhkəmə iddiası
Torpaqda yetişdirilməyən gül
"Qalatasaray" azarkeşlərinə bəd xəbər
Lavaş piroqu( foto resept)
Yaponiya sahillərində güclü zəlzələ olub
Günəş tutulması baş verəcək
Ronaldo sevgilisinə 615 minlik üzük aldı
Masallıda "Cənnət ağacı"
Süd Yolu qalaktikası mərkəzində qaranlıq materiya
Məşhur cütlükdən xeyirxah davranış
Vulkan külçəsi (foto resept)
Mükəmməl ailəyə sahib olmanın 10 qızıl qaydası
4 gözəllik vərdişi sizdə bayram əhvali-ruhiyyəsi yaradacaq
Ermənilər qul kimi yaşamağa hazırdırlar, təki...
Çiyələkli tort(foto resept)
Artritə qarşı... fırça
Leyla Əliyeva İçərişəhərdə tədbirdə - FOTO
Özümüzü tanımaq üçün 11 addım
Paytaxtda mənzillər ucuzlaşdı
Xurmanın faydaları
Yerə nəhəng bulud yaxınlaşır
Toy tortları
Hava haqqında
Mənim balam
Daimi makiyajın incəlikləri
Putin Leyla Əliyevaya medal verdi
“WhatsApp” istifadəçilərinə bəd xəbər - İşləməyəcək
Yay yeməyi (foto resept)
Mayli Sayrus toyu təxirə saldı-SƏBƏB
Robin Ulliamsın oğlu evləndi-FOTO
"Hercai" serialın a daha bir aktrisa qatılacaq
Mustafa Ceceli dənizə girmək istəmədi-SƏBƏB
Futbol qaydaları dəyişdi - SİYAHI
Mən heç kimdən qorxmuram!
Ağ Ev Malikiyə təpindi
Hamilə olduğunu düşünürdü 9 ay sonra ...-FOTO
Zeynəb Bəşərlər Ozan Güvən qalmaqalına fikir bildirdi
Bakıda mənzil satışı azalıb
Azərbaycanda tək böyrəkli uşaq doğuldu - Sağ böyrəyi də kiçikdir
Azərbaycan tarixindən yüz şəxsiyyət-29
Microsoft şirkəti Surface planşetlərinin ikinci nəslini təqdim etdi
Bayram gecəsinin və gününün əməlləri
3 aya 22 kq arıqladım
Nardaranda həlak olan polis
İsti günlər gəlir
- ŞƏRHLƏR