Döşdən kəsmə körpənin həyatında əhəmiyyətli bir dönəmdir və körpə ana döşünü yeməyi tamamilə buraxaraq, bütün qidasını digər qidalardan almağa başlayanda döşdən kəsilmiş deməkdir. Döşdən kəsmə qərarınızın səbəbi nə olursa olsun, bunun mərhələli və yavaş-yavaş reallaşması lazım olan bir proses olduğunu və ananın səbirli olmasını unutmamalısınız. Nə vaxt döşdən kəsmək lazımdır? Hazırlıq prosesi Uşağın süddən kəsmə mərhələsində ana südü ilə bərabər digər alınma südə alışması faydalı ola bilər. Bu səbəblə 4-7 aylıq dövrdə körpəyə ana südünün arada əmziklə verilməyə başlanması yaxşı bir fikir olacaq. Həmçinin bu digər ailə üzvlərinin də körpənin bəslənməsində iştirakı olmalarını təmin edəcək və ananın də körpəsini başqa bir baxıcıya buraxmasını asanlaşdıracaq. Müxtəlif üsullar 2.Əmizdirmə müddətinin qısaldılması 3.Gecikdirmə və diqqətini dağıtma 4.Qərarı uşağa buraxmaq Bu prosesi asanlaşdırmanıza köməkçi olacaq bəzi ipucları: Unutmayın, uşağınızı döşdən kəsərək, aranızdakı yaxın əlaqəni əmizdirmə yerinə çox başqa yollarla gücləndirərək davam etdirəcəyiniz günlər axır-əvvəl gələcəkdir.
Bu tamamilə sizin verəcəyiniz bir qərardır və siz nə vaxt döşdən kəsməyə qərar verdinizsə, doğru zaman o zamandır. Körpənin sağlamlığı baxımından ilk altı ay yalnız ana südü ilə bəslənməsi, altı aydan sonra isə ən azı bir yaşına qədər qatı qidalarla birlikdə ana südünə davam edilməsi lazımdır. Bəzi mütəxəssislər də bir yaşından sonra döşdən kəsmə müddətinə başlanmasını, bu dövrdə körpələrin dəyişikliklərə daha asan uyğunlaşdıqlarını bildirirlər. Məsələn 2 yaşında bir uşağın döşdə bağlılığının daha qüvvətli olacağı və buraxmasının daha çətin olacağı güman edilir.
Döşdən kəsmənin birdən-birə reallaşdırmaq lazım deyil. Ümumiyyətlə işləyən qadınlar əvvəl-gündüz əmizdirməyi sonlandırırlar və gecə əmizdirməyə davam edərlər. Bu tamamilə ana və körpənin seçiminə bağlı bir vəziyyətdir. Bəzən də ana hələ məmədən kəsməyi planlamadığı halda, uşaq əmməyi buraxa bilər. Döşdən kəsmə mövzusunda mümkün qədər diqqətli olmaq, uşaq və ana üçün ən uyğun həlli tapmaq ən doğrusudur.
1.Ana və körpənin fiziki və duyğusal olaraq hazırlanmaları üçün döşdən kəsmənin mərhələli bir proses olması lazımdır.
Əmizdirmə ilə keçən müddəti qısaltmaq da bir başqa üsuldur. Məsələn uşaq ümumiyyətlə beş dəqiqə müddətlə əmirsə, artıq bu müddət üç dəqiqəyə salınmalıdı.
Gündə yalnız bir neçə dəfə əmizdirirsinizsə, əmizdirməni gecikdirməyi çalışın. Uşağınız döş istəsə, daha sonra verəcəyinizi deyin və diqqətini dağıdın. Axşam üzəri əmizdirmək yerinə yuxu əvvəlini gözləməsi lazım olduğunu başa salın.
Bir başqa yanaşma da döşdən kəsmə qərarının tamamilə uşağa buraxılmasındadı. Uşağınız gündə üç ana pay və iki ara pay şəklində bəslənməyə başladıqdan sonra, yalnız uşağınız istədiyi zaman döş verin. Bu vəziyyətdə süd tələbi olmadığı üçün sütünüz çəkilə bilər. Süd istehsalının davam etməsi üçün südün sağılması lazım ola bilər.
Ümumiyyətlə əmzirdiyiniz saatlarda uşağınızı əyləncəli bir oyunla və ya çölə çıxararaq məşğul edin. . Körpəniz bir yaşından kiçiksə, əmizdirmə saatında əmzik verməyə başlamaq faydalı ola bilər. Bir yaşından böyükdürsə yeyəcək bir yemək vermək ya da daha çox sevgi və maraq göstərib, bol-bol oxşamaq belə kafi ola bilər. Gündəlik rejminizi əmizdirmə zamanınızda məşğul olacağınız şəkildə dəyişdirməyə çalışın. Əmizdirmə saatlarında uşağın diqqətini dağıtma mövzusunda yoldaşınızdan kömək alın.
Döşdən kəsmə mübarizəyə çevrildiyində
Uşağınızı döşdən kəsmək üçün hər üsuldan istifadə etdiniz və heç biri işə yaramadısa, zamanlama səhv ola bilər. Körpəniz xəstə ola bilər. Ümumiyyətlə körpələr özlərini yaxşı hissetmədiklərində daha tez-tez əmmək istəyərlər və ana südü xəstə körpə üçün çox faydalıdır.Bu kimi hallarda, vəziyyətinizi dəyərləndirdikdən sonra, çabalarınıza bir müddət ara verərək, başqa bir zamanda yenidən sınayın.
XƏBƏR LENTİ
Boşanmaq sağlamlığa ziyandır
Vərəmdən qorunmağın və sağalmanın yolları
Yumurtadan düzgün istifadə etməyən qız məhkəməlik oldu-NƏTİCƏ
Peşə məktəblərinə qəbulla bağlı YENİLİK
Abituriyentlərin nəzərinə!
Manat yenə düşdü
Günün qoroskopu:Fiziki aktivlikdən uzaq olun!
Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb
İran Prezidenti ölkənin nüvə obyektlərinin məhv edilməsi imkanını istisna edir
I Avropa Oyunlarının məşəli sabah paytaxta çatdırılacaq
2012-ci ilin mirvari boyunbağı modelləri
İllərə görə ən çox qazanan filmlər (2001-2019)
İnsanın öz ölümünü proqnozlaşdırmağın yolu tapıldı
Bəs pulu kim ödəyəcək?
7 yaşı var, amma ağır texnikaları sərbəst idarə edir - Azərbaycanda
Nəmli və canlı dərinin təbii sirri
Hind qadınlarının gözəllik sirləri
Sellulit üçün qəhvə masajı
Rəqsi sevənlər üçün 7 film
Ən yaxşı qadın ətirləri
Bakı metropolitendə yeni xətlər - Lökbatan, Mehdiabad...
Zəlzələdə 13 mindən çox adam yaralandı
Məşhur cütlük MÜJDƏLİ xəbəri elan etdi
Dahi yazıçının kədərli sarışını
Koronavirusun yayılmadığı yeganə ərazi - FOTO
Külək kəsib, yağış gələcək
Kreativ duz ve istiot qabları
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Dünyanın tanınmış moda brendləri
Dünyanın ən dəbli kraliçası: Rania Al Abdullah
Albalı parfe (foto-resept)
Qısa kurtkalar və montlar
"Buraxılış vərəqəsi" verilir
Yaşamaq üçün dünyanın ən yaxşı şəhərləri seçildi
Dövlət İmtahan Mərkəzinin görəcəyi işlər müəyyənləşdirildi
"Son İmperator" Bakıya gəlir
Psixoloq, yoxsa şarlatan?
Nənələrimizin cehizi - sinilər
Beyazıt Öztürk bu xəstəlikdən əziyyət çəkirmiş
Aleyna Tilki 18 yaşını tamam edər-etməz hesab açdı
Ayda nəhəng tunel aşkarlandı - FOTO
Sinoptiklərdən istirahət günü ilə bağlı bəd xəbər
Xamada toyuq filesi (foto resept)
Evdə hazırlaya biləcəyiniz makiyaj məhsulları
Sağlam bədəndə sağlam ruh olur
Yaş hamburger (foto resept)
Azərbaycanda yeni zavod tikiləcək
Bir yerdə idman edək (1)
Boşanmaq qadınlar üçün xeyirlidir?
200 gözü olan yeganə canlı-ƏSLİNDƏ
- ŞƏRHLƏR