Uşaqlarla necə gözəl ünsiyyət qurmaq olar?
- Həkim, 40 dəfə deyirəm başa düşmür.
- "Eləmə, qızım" dedikcə o edir.
- Heç sözə qulaq asmır.
- "Dərsinə fikir ver" deyirəm, sanki eşitmir.
Bunları deyirsinizsə - mütləq bu xəbəri oxuyun!
Uşaq valideynləri ilə necə ünsiyyət qurursa, həyatda da elə ünsiyyət qurur. Ana-ata və uşaq üçbucağında ancaq ailənin sevgi düşüncələrini bir-birilə bölüşənlər müvəffəqiyyətlə dialoq qura və problemlərini həll edə bilərlər.
"Uşaqlarla unsiyyəti necə quraq? Vaxtı gözəl şəkildə necə keçirək?" - suallarına cavab tapaq.
Əlaqə nədir?
Əlaqə - gülüş, əllə salamlaşmaq, gözyaşı, qaşlarını çatmaq, hərəkət, söz, öpüş, pıçıltı, göz vurmaq, qucaqlamaq, irəliləyişdir.
Bu proses sizə vərdiş kimi sadə görünə bilər. Ancaq diqqətli olsanız, bu ünsıyyətin faydasını görərsiniz.
Ünsiyyət 4 hissədən ibarərətdir.
Qaynaq: Ünsiyyəti başlamağa cəhd edən insandır.
Mesaj: Demək istədiyiniz sözün mövzusu, məzmunudur.
Kanal: Çatdırmaq istədiyiniz düşüncələri ötürdüyünüz vasitədir. Səs tonu, sözlər və bədən dilidir.
Qəbul edici: Danışdığınız insan, ya da sizi eşidənlərdir.
Bir davranışımız zamanı dəyərlərimiz ortaya girir. Problemləri aid edə bilmək və köməyimizi lazım olan yerdə və doğru zamanda göstərmək üçün bir davranış pəncərəsi çəkək.
Qəbul edilən tərəf.
Qəbul xətti.
Qəbul edilməyən tərəf.
Uşaqların və izlədiyimiz hər kəsin davranışı bu pəncərənin içində iştirak edəcək.
Davranışların qəbul edilib-edilməməsi bizim həmin davranışa şahid olanda yaşadığımız duyğulardan asılıdır. Belə bir hadisəylə rastlaşanda (məsələn, uşaq barmağını burnuna salır) mənfi hisslər keçirib (hirslənərək qışqırırıqsa) davranışı qəbul etmirik. Mənfi hisslər keçirmiriksə (məsələn, yaxın rəfiqəmizlə hündürdən danışırıq) bu hadisəyə göz yuma bilərik.
Bu vaxt qəbul xəttinin bir yerdə qalmayıb, dəyişdiyini düşünməliyik. Qəbul xəttinin dəyişkənliyi 3 faktı üzə çıxarır:
1) Mən.
2) Uşaq.
3) Ətrafımızdakılar.
1) Mən
Əgər kefim yaxşıdırsa, mənim, ya da ailəmin sağlıq problemi yoxdursa, hər şey yaxşıdırsa, ailəmdə hər yeş yolundadırsa və s. - o gün çox davranışları asanlıqla qəbul edib, hətta hirsləndiyim hadisələrə göz yuma bilərəm. Amma halsız günümdürsə, qəbul xətti çox yuxarıda olacaq.
2) Uşaq
Davranışların qəbul edilib-edilməməsi uşağın yaşından və cinsiyyətindən asılıdır. 2 yaşlı uşağın barmaq yeməsi qəbul edilə bilər, amma 8 yaşlı uşağın barmaq yeməsi heç cür qəbul edilə bilməz. Bundan başqa, valideynlər özlərinə oxşayan uşaqlara daha çox yaxınlaşırlar. Fərqındə də olmadan bunu edirlər, çünki özlərinə yaxın hiss edirlər.
3) Ətrafımızdakılar
Ətrafımızdakı insanlara verdiyimiz dəyərin qəbul edilib-edilməməsi bizim üçün vacibdir. Məsələn, evdə uşağa deyirik ki, "Necə rahatdırsa elə də ye", amma cəmiyyətə çıxanda uşaqa tapşırırıq ki, "Yeməyinə, hərəkətinə fikir ver".
Yaşlı nəslin uşaqlarla dialoqu
1. Əmr vermə. Yol göstərmə.
Etməlisən, edəcəksən, etməyə məcbursan....
2. Qorxutmaq, təhqir etmək.
Edə bilmərsən, əgər etsən, yoxsa...
Qorxu boyun əyməyə səbəb olur.
3. Ağıl vermək.
Etməli idin, sənin günahındır, belə etmək lazımdır...
İnadlaşmağa səbəb olur. Uşağın şiddətlə özünü qorumasına yol açır.
4. Öyüd vermək, çıxış yolu göstərmək, məsləhət vermək.
Mən olsaydım, nıyə belə edirsən? məncə... sənə bunu məsləhət görürəm....
Uşaqların hissləri ilə oynayırsınız.
5. İnandırmaq.
Buna görə səhvsən, olanlar göstərir ki, hə... amma...doğrusu belə idi...
Uşağın özünü işəyaramaz hiss etməsinə səbəb olar.
6. Günahlandırma, gülmə.
Yaşına uyğun düşünmürsən, sən onsuz da tənbəlsən....
Heç nəyi bacarmayan, ağlı zəif kimi hiss etmə.
7. Tərif.
Düz deyirsən, çox gözəl, o müəllimin ağlı yoxdur...
Ailə uşaqdan çox şey istəyir.
8. Artıq ad çəkib uşaqı incitmək.
Böyük uşaq, gəl görək supermen, ağılsız...
Uşaq özünü dəyərsiz hiss edir.
9. Təhlil etmə.
Sənin dərdin nədir, bilirsən? Sən həmişə yorğunsan, əslində bildiyin tək söz budur...
Uşağı narahat edər. Muvəffəqiyyətsiz duyğusunu oyandırar.
10. Rahatlaşdırmaq.
Narahat olma, hər şey çox yaxşı olacaq.
Uşaq özünü narahat hiss edər.
11. Araşdırmaq, axtarmaq.
Niyə? Kim? Sən nə etdin? Necə?..
Düzgün cavab verməzlər.
12. Sözü dəyişdirmək, zarafatlaşmaq.
Sən niyə dünyanın adamı olmursan?
Dünyanın çətinlikləri ilə savaşmaq yerinə, hər çətinlikdə "qaç" kimi başa düşülər.
Yaşlı nəslin 90%-də yuxarıda yazılan dialoq görülüb. Bu cavablar uşaqlarla ünsiyyət qurmaqda çətinlik çəkən valideyinlə uşağın dialoqunu da üzə çıxarır. Uşaqlar belə unsiyyətdə olanda dialoqu təmiz kəsir. Ya da özlərini qoruyub haqlı çıxarmağa cəhd göstərirlər.
Ünsiyyət problemləri, özünü tanıtmaq istəyən uşağa kömək etmədiyi kimi onun gələcək problemlərini də başa düşməyib ürəyinə salacağını bildirir.
Gözəl ünsiyyət yolları
A. Səssizlik.
Siz səssizcə oturub uşağınızı dinləsəniz, uşaq problemini sizinlə bölüşər. Səssiz qalıb insanları, uşaqları eşitsəniz onlar ürəklərində olanları sizə deyər.
B. Duyğularının hiss edilməsi.
İnsana həqiqətən də onun başa düşüldüyünü, dəyərli olduğunu, eşidildiyini hiss etdirin. Çox faydasını görəcəksiniz.
"Elə bil nədənsə qorxmusan".
"Müəllimən səni bir az əsəbləşdirib?"
C. Qəbul mesajı.
Gözlərinə baxmaq, səs tonunu düzəltmək, düzgün olduğunu bildirmək, baş yellətmək, əlini çiyninə qoymaq, doğru vaxtda, doğru yerdə əlindən tutmaq ünsiyyət qurmağa yol açar.
D. "Mən" deyə danışmaq.
"Sən" yerinə "mən" sözünü işlətmək heç olmazsa savaşın, inadlaşmanın qarşısını alar.
"Ayaqqabı ilə evə girənəndə və yer palçıq olanda üzülürəm".
Psixoloq Ramazan Şimşək
XƏBƏR LENTİ
Evinə dönən əsgərin övladı ilə qarşılaşması hər kəsi duyğulandırdı - VİDEO
2 dəqiqəyə qarın nahiyəsindəki yağları necə əritməli?
Kökəlməyin yolları
Akrobatika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyi başlayıb
Facebook-un yararlı 5 funksiyası
Soyuq şorba ( foto resept)
"Gozinak" (foto resept)
Cəfəri ilə xəstəlikləri sağalt - Xanımlar üçün.
Kaliforniyalı qadın 10 dəqiqəyə 32 burger yedi
Xəyanətə uğradı, 25 kq arıqladı-FOTO
Əl işlərim
Abituriyentlərin diqqətinə: qaydalar açıqlandı
Aleyna 1 milyon qazandı
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Ən yaxşı kosmetik vasitə - yuxu
"Çukur"un aktyoru evlənir?-FOTO
Bütöv Azərbaycanın dialektoloji atlası hazırlanır
Şəhzadə kababı (foto-resept)
Noyabr üçün dəbli kombinlər
Dünyanı telefonla ölçmək olacaq
Hərbi qulluqçular ehtiyata buraxıldılar
Tökülən saçlara qulluq
Türkiyə günə terrorla başladı
Sevgilisinin boğazına xalta keçirib gəzdirdi - FOTO
Dünyanın ən eybəcər kişisi
Müdafiə Nazirliyi: Azərbaycan Ordusu qeyri-hərbi hədəflərə atəş açmır
Cehizlik qablar
Ananas maskası
Əncirli truffel (foto resept)
Sümük və oynaq ağrılarını aradan qaldıran üsullar
10 min hektar ərazi quraqlıqdan qurtulacaq
Milyarderlərin küçəsini satın aldılar: "Bu, inanılmaz məsələdir, əsl şokdur!" - FOTO
Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?
Azərbaycanda üçəm qız dünyaya gəldi - Zeynəb, Zəhra, Rüqəyyə
Şuşa 2014-cü ildə
Dövlət Sərhəd Xidmətinin rəisi vətəndaşları qəbul edib
Ermənistanda güclü zəlzələ oldu
Müdafiə Nazirliyindən düşmənin yaydığı növbəti yalana SƏRT REAKSİYA
Çinin hüdudlarından kənarda koronavirusdan ilk insan ölüb
Qadınlar və kişilər haqqında maraqlı məlumatlar
Azərbaycanda benzin və dizel yanacağının qiyməti bahalaşdı
Bu şagirdlər buraxılış imtahanlarından azad edilib - SİYAHI
Qısqanclığın səbəbləri
Sürücülərin işi asanlaşdı
Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadıldı - RƏSMİ
Ölkələrə görə gəlin və bəy
Qəbul imtahanları ilə bağlı YENİLİK: abituriyentlər...
Niyə xosbəxt ola bilmirik?
Səudiyyə Ərəbistanı qadınlarla bağlı daha bir QƏRAR verdi
Heyvanlar aləmində - FOTOSESSİYA
- ŞƏRHLƏR