III Fəsil
Əxlaq tərbiyəsi
Uşaq və yeniyetmələrin əxlaq tərbiyəsi
Psixologiyada əxlaqa yanaşma qaydaları, yəni əxlaqın nə zaman və necə yarandığı əsrlərdən bəri filosof və psixoloqları düşündürmüşdür. Uzun illər görkəmli alimlər bu suallara cavab tapmağa çalışmışlar. Psixologiya elmində bu sualları əhatə edən 4 fərqli fikir var. Bioloji yanaşmaya görə, əxlaq doğuşdan mövcuddur. Durkinin (1995) dediyinə görə, Rousseau insanın doğularkən pak olduğuna, böyüdükdən sonra isə cəmiyyətə qarışması ilə bir çox problemlərin ortaya çıxmasına inanır. Bu fikirlə Komski (Chomsky) də razılaşır. Onun fikrincə, əxlaq doğuşdan yaranır və əgər cəmiyyət yaxşı təşkil edilərsə, uyğun şərait yaradılarsa, əxlaq inkişaf etdirilə bilər. Nəticədə insanların bir‐birinə olan münasibəti qarşılıqlı hörmət əsasında qurulur.
Psixoanaliz nəzəriyyəsinin yaradıcısı Freydin fikrincə, insanlar əxlaqa doğuşdan sahibdirlər. O, daha sonrakı yaş dövrlərindən etibarən müəyyən hisslərin cəmiyyətin təzyiqi nəticəsində formalaşdığını deyir.28 Bu məsələ ilə bağlı prof. Dr. Erol Güngörün də fikirləri üst‐üstə düşür. Onun yazdığı “Ahlak Psikolojisi ve Sosyal Ahlak” kitabındakı araşdırmaları müqayisə etməyə dəyər.
Şəxsiyyət bizə doğuşdan verilir, yoxsa həyatda yaşayaraq qazanırıq? İnsan davranışlarında irsiyyətin bir rolu varmı? Varsa, bunun əhəmiyyəti və böyüklüyü nə dərəcədədir? Doğuşdan sonra qazandığımız təcrübələr irsiyyətin əhəmiyyətini artırır, yoxsa azaldır? Yox, əgər əxlaqi şəxsiyyətimiz doğulduqdan sonra yaranıb inkişaf edirsə, bu inkişafın ən əhəmiyyətli dövrləri hansı yaşlarda özünü büruzə verir? Hansı həyat tərzi şəxsiyyətimizə yaxşı və ya pis istiqamətdə təsir edir? Bütün bu və buna oxşar suallara konkret cavablar verə bilsək, insanlarda istədiyimiz ideal əxlaqı formalaşdıra bilərik.
Gəlin, əxlaqın nə olduğunu öyrənək. Əxlaq maddidirmi, yaxud metafizika ilə əlaqəsi varmı? Əxlaqlı insan özündə hansı keyfiyyətləri daşıyır? Əxlaqlı insanın cəmiyyətdə faydası nədən ibarətdir?
Ümumi təriflə desək, əxlaq – başqalarının yaxşılığını düşünən, hətta onun üçün fərdi məsuliyyət daşıyan müsbət insani xüsusiyyətlərdəndir. Əxlaq, təbiidir ki, maddi deyildir. Əxlaq həm mənəvi, həm də ümumbəşəridir. Əxlaqın metafizika ilə bağlılığı vardır (insanın nəfsini saflaşdıran, kamilliyə aparan yol əxlaqdan keçir). N.Tusiyə görə: “İnsanın gözəl əxlaq və gözəl xüsusiyyətlərində olan zəifliklərin köklü şəkildə aradan qalxması üçün onun kamilləşməsi lazımdır. ”Hər varlığın özünəməxsus xüsusiyyəti var. O bunun vasitəsi ilə başqa varlıqlardan ayrılır, amma elə xüsusiyyətləri də vardır ki, onların bəzisi heyvanat, bəziləri nəbatat, bir qismi də cansız cisimlərlə şərikdir (şəhvət, hirs və s. kimi). Lakin onun heç kəslə şərik olmayan xüsusiyyətləri isə danışmaq və düşünməkdir. Düşünmə xüsusiyyəti insana yaxşını pisdən, gözəli çirkindən, şərəfi şərəfsizlikdən ayırd etməyə, iradənin təsiri vasitəsilə bunları dəyişdirməyə imkan verir.
Deməli, kim bu qüvvədən düzgün istifadə edib öz səy və iradəsi nəticəsində arzu edilən səviyyəyə çatsa (elə bu qüvvə əsasən, bu məqsəd üçün yaradılmışdır) xoşbəxt, bu qüvvədən düzgün istifadə edə bilməsə, yaxud əksinə istifadə etsə, bədbəxt olacaqdır.
Xalqımızın böyük astronomu və pedaqoqu N. Tusiyə görə, insanın ideallaşmasının qarşısında duran ən böyük maneə onun heyvani arzu və istəklərə yönəlməsidir. Belə hallar cismani qüvvə və hisslərin ən çox meyil etdiyi eyşвЂђişrət, kef məclisləri, qadın düşkünlüyü kimi əxlaqa zidd olan şeylərə, rəğbət göstərmək (bu zaman şəhvət qüvvələri üstün gəlir), yaxud hirslənmək, qəzəblənmək, intiqam almaq (bu zaman qəzəb hissi üstün gəlir) kimi işlərlə məşğul olduqda baş verir və zəifliyə dəlalət edir. İnsanın böyüklüyü o zaman daxili qüvvədən əyani fəaliyyətə çevrilə bilər ki, o öz şəxsiyyətini qorusun və bu mənfi hallardan uzaqlaşsın. Əgər insan öz nəfsini bu kimi onu zəiflədən şeylərdən qoruya bilsə, zəruri olaraq nəfsin daxili qüvvəsi hərəkətə gələr, məhz ona lazım olan: elm öyrənmək, həqiqəti dərk etmək, maarifə yiyələnmək kimi fəaliyyətlərə başlar, xoşbəxtlik və səadətə çatar. İnsanların fitrətində yaradılışdan yaxşılıq və pislik yanyana olduğuna görə onların peyğəmbərlər, filosoflar, imamlar, rəhbərlər, tərbiyəçi və müəllimlər tərəfindən faydalı və lazımlı işlərə iradələri ilə istiqamətləndirməyə, fəzilət, elm, təhsil əldə edərək səviyyəni yüksəltməyə ehtiyacları vardır.
Əxlaqlı insan valideyn və müəllimə itaət, böyüklərə hörmət kimi davranışlarla səciyyələnir. Əxlaqlı insan iman və şüur kimi dəyərlərə sahibdir. Əxlaqlı insan ətrafindakılara nikbinlik, fədakarlıq və xeyirxahlıq kimi xüsusiyyətləri aşılayır.
Uşaq və yeniyetmələrin əxlaqının formalaşmasında ailə və cəmiyyətin rolu müstəsnadır. Fərabi, İbn Sina və Bəhmənyar düşüncə məktəbinin təmsilçisi olan Tusinin ailə anlayışının əsasını sosial‐iqtisadi amillər təşkil edir. İnsan həyatının davam etdirilməsi üçün ilk əvvəl onun sosial‐iqtisadi ehtiyaclarının ödənilməsi lazımdır. Bunu isə insan təkbaşına həyata keçirə bilməz. Tusiyə görə, ideal ailə üçün vacib olan xüsusiyyətlərdən biri ailə üzvləri arasındakı münasibətləri qurarkən ümumi ailə mənafeyinin üstün tutulmasıdır. Diqqət olunan digər bir mövzu isə ailə üzvləri arasında münasib iş bölümünün olmasıdır. Bundan əlavə, ailədə möhkəm bir nizam-intizamın
təmin edilməsi də ailənin şərtlərindəndir.
Ən son olaraq isə Tusi ailə üçün ev, yəni bina və yer seçiminin də ailənin vəziyyətinə görə edilməsi lazım olduğunu irəli sürür. Onun fikrincə, ailənin, ideal cəmiyyətin ehtiyaclarına cavab verə bilməsi üçün qadın və uşağın önəmli yeri vardır. Tusiyə görə, uşağın əxlaq nöqteyi‐nəzərindən inkişaf etməsi və yaşadığı cəmiyyəti düşünən, təşəbbüskar və lider olaraq böyüməsi üçün o mənəviyyatını poza biləcək çevrədən uzaq tutulmalı, ağla və məntiqə uyğun şəkildə tərbiyə edilməli, ona sevgi ilə yanaşılmalı, bahalı, bər‐bəzəkli paltarlar
geydirilməməli, həddindən çox və zorla yemək yedirərək mədəsi düşkün hala gətirilməməlidir.
Ona görə də uşaqların tərbiyəsində ən xırda məsələlər belə nəzərdən qaçmamalı, uşağın şüuraltı fikirləri daima öyrənilməlidir. Əxlaq tərbiyəsi keçmişin, bu günün və sabahın ən aktual məsələlərindən biri kimi qalmaqdadır.
Uşaqların məsuliyyətli olmasına ciddi yanaşmaq lazımdır. Həzrəti Peyğəmbər (s.ə.s.) uşaqlar ilə qarşılaşdıqda yaşlılar kimi onlara
iltifat edər, bəzisini çiyninə, bəzisini qucağına alar və xoş rəftarı ilə demək olar ki, hamısının könlünü alar və onları razı salacaq tərzdə hərəkət edərdi. Bəzən küçədən keçərkən uşaqları gördüyü zaman Allah rəsulu onlarla böyük insan kimi rəftar edər və onlara “Əs‐səlamu əleyküm” deyər, onlar isə öz növbəsində “Və əleyküm salam, ya Rəsulullah” cavabını verərdilər. Allah Rəsulu uşaqlara olduqca artıq dəyər verərdi. Əgər bir uşağa “sənə filan vaxt bunu verəcəyəm” deyə söz vermişdirsə, bir böyük insanla müqavilə bağlamış kimi vəd etdiyi vaxtda mütləq sözünə əməl edərdi.
Hüseyn Xəlilov
XƏBƏR LENTİ
İncilə əl basmaq yasaqlanır?
Azərbaycan peyki Livan telekanallarının yayımına başladı
Sadə geyim modelləri
Qaziantep paxlavası (foto-resept)
Nazirlikdən hava şəraiti ilə bağlı xəbərdarlıq
Məşhur müğənni ərə gedir
Varşavada 5,3 metrlik piton axtarılır
2019 Məzuniyyət Saç Modelləri
Sevgililər 75 il sonra görüşdü-FOTO
"Qarabağ"la çətin oyun olacaq
İlham Əliyev kino xadimlərinə fəxri adlar verdi-SİYAHI
4 yaşlı qızın maraqlı kostyumları
Hamilə xanımlar üçün
Ön ötürməli BMW
Süd şorbası (foto resept)
“Wi-Fi” şəbəkəsini necə genişləndirmək olar? - Yeni kəşf
Telefonunuz zəlzələ barədə sizi XƏBƏRDAR EDƏCƏK - “Google” yeni şəbəkə qurur
Metro istifadəçilərinə ŞAD XƏBƏR
Bakı metrosu mayın 11-də işini bərpa edir? - RƏSMİ CAVAB
Zidanın yeni iş yeri
11 ayda 3 uşaq doğdu
Metroda problem yarandı - Qatarlar gecikir
Qurban bayramında qeyri-iş günlərinin sayı açıqlandı
Yeni süni mayalanma mərkəzi yaradılacaq
Neyləyim? (Etiraf)
Medvedevdən acı etiraf
Barak Obama yay məzuniyyəti zamanı oxuyacağı kitabların siyahısını bölüşüb
"Neftçi" ilə heç-heçə "Qəbələ"nin işinə yaradı
Məşhur futbolçu ebolaya yoluxub?
Genetik alim peyvənd təhlükəsizliyi barədə HƏQİQƏTLƏRİ AÇDI
Obama federal hökumətin maliyyələşdirilməsi haqqında qanunu imzalayıb
Qaçaqmalçılar səmadan izlənəcək
Bakıda gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatı başlayıb
Balıq salatı (foto-resept)
Bu ölkədə ərzaq pulsuzdur
İspan dili 20-ci dərs
Nazirlikdən Qarabağda ədliyyə işlərinin təşkili ilə bağlı VACİB AÇIQLAMA
DTX xarici ölkəyə casusluq edən ər-arvadı həbs etdi
Serdar Ortaç ETİRAF ETDİ
Şadlıq evləri boş qalıb - Toy biznesi çöküb
Bu gün Ramazan bayramıdır!
Düşmənimizi yaxından tanıyaq
Kişilərin qadınlar tərəfindən zorakılığa məruz qaldığı şəhərlərin siyahısı tərtib edilib
“Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək yerlərin SİYAHISI
Rəsmi Tehran İsraili şoka saldı
"Facebook"dan qəribə funksiya
Türkiyə mətbuatı şəhidlərimizdən yazdı
Sözümüzü "yuxarılara" necə çatdıraq?
Bakıda gəzməli hava olacaq
Məkkədə zəvvarları su basdı
- ŞƏRHLƏR